Məhkəmə qərarları › İş №2(102)-4679/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4679/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4679/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarının qarışıq tərkibinin iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4679/2023 (Açar sözlər: məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “” Kommersiya Bankının ləğvedici si Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1005/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı LPO QSC “” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 141957.30 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, 30427.41 ABŞ do lları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11615.08 ABŞ dolları faiz borcu, cəmi 293321.71 ABŞ dolları borcun, iş üzrə ödənilmiş 789 manat dövlət rüsumunun və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq Banka ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, 6 otaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinin dəyəri 252000 manat müəyyən edilməklə cavabdehdən tutulmalı olan borc məbləğinin ipoteka predmetinə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracdan sat ılması, satışdan əldə olunmuş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun da cavabdehdən tutulması, ipoteka predmetlərinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan, yəni cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec 1 ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin yaşayış evlərindən məcburi qaydada çıxarılmaları və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(016)-302/2022 nömrəli iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia qismən təmin edilərək, cavabdehdən ödəniş gününə olan məzənnə ilə 141. 950,30 ABŞ dolları əsas, 109.321,92 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.615,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 262.994,3 ABŞ dolları məbləğində borcun, iş üzrə ödənilmiş 789 manat dövlət rüsumu və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 130.000 man at məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Banka olan borcun ödənilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin ailəsi ilə birlikdə həmin əmlakdan çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməs ini xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1005/2023 nömrəli mülki iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Vəzirxan Məlikov) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya baxışı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron informasi ya sistemi vasitəsilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman cavabdehin 14 yanvar 2015-ci il tarixdə fərdi sahibkar kimi qeydiyyata alındığı müəyyən edilmişdir (VÖEN **********, fəaliyyət növü kimyəvi malların pərakəndə alqı-satqısı). Bu hal həm də iş materiallarına əlavə edilmiş cavabdehə məxsus “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə ilə də müəyyən olunmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin sahibkarlıq fəaliyyəti hazırda dayandırılsa da, tərəflər arasında kredit müqaviləsi bağlanarkən, yəni 04 fevral 2015-ci il tarixdə cavabdeh fərdi sahibkar statusunda olmuş, həmçinin kredit müqaviləsi üzrə cavabdehə 208.000 ABŞ dolları kred it “tikinti işlərinin aparılması” üçün verilmişdir. (müqavilənin 2-ci bəndi).

8. Məhkəmə tərəflərin subyekt tərkibini, onlar arasında yaranan müqavilə münasibətlərinin xarakterini nəzərə alaraq hesab etmişdir ki, tələb məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 384-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə baxılması üçün mülki işin apellyasiya instan siyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, Bank ilə borclu arasında xx.xx.2015-ci il tarixli, 160/05/309/15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya illik 18 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 208.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə də qərardadında qeyd etmişdir ki, borcluya kredit verilən zaman borclu sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və ona məxsus VÖEN (**********) olmuşdur. Sahibkarın fəaliyyət növü ”kimyəvi malların alqı-satqısı” olmuş və Bankdan götürdüyü kredit məbləğini sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu tikinti işlərinin aparılması ilə bağlı olan fəaliyyətinə xərcləmişdir. Borclu tərəfindən Banka ərizə ilə müraciət olunmuş və ona kredit ayrılmasını xah iş etmişdir. Bank borclunun ərizəsinə uyğun olaraq bank daxili qaydalara əsasən kredit məbləği ayırmış və borclu ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təyinat hissəsində “tikinti işlərinin aparılması” qeyd edilmişdir. Bu səbəbdən də məhkəmə səhv nəticəyə gələrək kredit müqaviləsinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan tikinti işlərinin aparılması kimi qiymət vermiş və işin kommersiya məhkəməsinə aid olduğu qənaətinə gəlmişdir. Lakin kredit müqaviləsinin təyinat hissəsində sahibkarlıq fəaliyyəti ilə əlaqəli tikinti işlərinin aparılması qeyd olunmadığına və borclunun sahibkarlıq fəaliyyətinin növü ”kimyəvi malların alqısatqısı” olduğuna görə hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə yanlış olmuşdur. Yəni sahibkarlıq fəaliyyətinin növü ”kimy əvi malların alqı-satqısı” olan sahibkar hansı tikinti işlərinin aparılması təyinatı ilə bağlı kredit götürməsi hissəsinə məhkəmə tərəfindən aydınlıq gətirilməmiş, bununla bağlı nə iddiaçı tərəfdən, nə də cavabdeh tərəfindən hər hansı sübut təqdim etməsini tələb etməmişdir.

12. Kassator qeyd etmişdir ki, nə iddiaçı, nə də cavabdeh verdikləri apellyasiya şikayətlərində məhkəmə aidiyyətinin düzgün aparılmadığını qeyd etməmiş, nə də işin mülki məhkəmədə baxılmasına etirazlarını bildirmişlər. Həmçinin, Bank ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında ilk dəfə Bank tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin 2(001)9496/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə düzgün verilmədiyinə görə ge ri qaytarılmışdır. Sonradan iddiaçı tərəfindən cavabdehin qeydiyyatda olduğu yer üzrə Ağsu Rayon Məhkəməsinə müraciət olunmuşdur. Ağsu Rayon Məhkəməsi tərəfindən işə baxılmış və yekun məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, sadalanan bütün məhkəmə proseslərindən həm iddiaçının, həm də cavabdehin məlumatı olmuş, lakin tərəflərdən heç biri məhkəmə aidiyyətini mübahisələndirməmişdir. Lakin məhkəmə uzun surən məhkəmə proseslərinin nəticəsində belə qənaətə gəlmişdir ki, işə kommersiya məhkəməsində baxılmalı idi.

13. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə almadan Ağsu Rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş və işə yenidən baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. Belə olduğu halda işə yenidən Şəki Kommersiya Məhkəməsində icraata gö türülməli və bütün proseslər əvvəldən başlamalıdır. Bu da həm tərəflərin hüquqi maraqlarının pozuntusuna, həm də prosessual qənaət prinsipinin pozulmasına səbəb olacaqdır. Belə ki, iş yenidən birinci instansiya məhkəməsində uzun müddət ərzində baxıldığı halda iddiaçı tərəf borc məbləğlərinin artırılması ilə bağlı yeni maliyyə arayışı təqdim edəcək və yekunda vətəndaşın maliyyə vəziyyəti ağırlaşacaqdır. Halbuki apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxıldığı halda iş araşdırılmalı və ədalətli qərar qəbul olunmalı idi.

14. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 217-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b)

15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

17. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə i craatı qaydasında kommersiya məhkəmələri baxır.

18. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

19. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

20. Maddə 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

25. Məhkəmə tərkibi apelyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.

26. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəl ləyə müvafiq olaraq müəyyən edilir.

27. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

28. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

29. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. 30. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılı qlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur.

31. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələ b (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il””qərarı ilə əlavə edilmiş 28-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı hald a fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

33. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə verilmiş böyük məbləğdə kreditin təyinatının tikinti işlərinin aparılması kimi müəyyən edilməsi, həmçinin həmin kredit məbləğinin cavabdehin sahibkar kimi adına açdırdığı bank hesabına köçürülməsi bu kreditin şəxsi istehlak məqsədi üçün götürülmədiyi qənaətinə gəlməyə əsas verir.

34. Kassasiya şikayətinin mübahisənin məhkəmə aidiyyətini tərəflərin heç birinin mübahisələndirmədiyi halda məhkəmə tərəfindən bu məsələyə qiymət verilməsinin əsassız olması barədə dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, MPM-nin 387.2.9-cu maddəsinin tələblərinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması kobud prosessual pozuntu olmaqla məhkəmələr tərəfindən şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılır.

35. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır.

36. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1005/2023 nömrəli mülki iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1005/2023 nömrəli mülki iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar