Məhkəmə qərarları › İş №2(102)-468/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-468/2019

04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-468/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-468/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçının vəkili Ələkbərov Fuad Rafiq oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.09.2017-ci il tarixli 2(103)9399/2017 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4492,57 ABŞ dolları əsas və 1488,31 ABŞ dolları faiz borcunun cəmi isə 5980.88 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin 24.01.2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh 4492.57 ABŞ dolları əsas, 1488,31 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5980.88 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) borc və ödənilmiş 20 manat dövlət rüsumu kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh həmin məhkəmə əmrinə dair etiraz vermiş, Binəqədi rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək, iş iddia icraatına keçirilmişdir. Binəqədi rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 29.06.2017-ci il tarixli 2(001)-3607/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 4492.57 ABŞ dolları əsas borc, 1488,31 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5980.88 ABŞ dolları ödəmə günü Azərbaycan manatına məzənnə ilə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Məmməd Məmmədov, hakimlər Xumar Mərdanova və Xəyal Sarıyev) 15.09.2017-ci il tarixli 2(103)-9399/2017 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə olan 29 iyun 2017ci il tarixli qətnaməsi dəyiş iklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.09.2017-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, Cavabdeh banka olan borcunun böyük hissəsini ödəsə də, qətnamə qəbul edilərkən bu hallar ətraflı araşdırılmamış 1-ci instansiya məhkəməsinin qətnaməsi üstün tutularaq ona uyğun qətnamə qəbul edilmiş, apellyasiya instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 kassasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bank ilə cavabdeh arasında 30.12.2014-cü il tarixdə bağlanmış “Kredit sazişindən” və işdə olan digər sənədlərdən görünür ki, həmin sazişə əsasən Bank tərəfindən cavabdehə, kreditdən istifadəyə görə illik 25% dərəcəsi ilə, 36 ay müddətinə 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh “Kredit sazişi” üzrə ödənişləri vaxtlı-vaxtında həyata keçirmək barədə Bank qarşısında üzərinə öhdəlik götürsə də, öhdəliyi vaxtında və lazımınca icra et məmişdir. İddiaçı Bank tərəfindən təqdim edilmiş hesablamaya əsasən cavabdehin Banka olan əsas borcu 4.492,57 ABŞ dolları, faiz borcu isə 1.488,31 ABŞ dolları məbləğindədir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir. Apellyasiya instansiya məhkəməsi bu nəticəni düzgün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu və faiz borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öh dəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətində borcun məbləği mübahisələndirilsə də, borcun düzgün hesablanmaması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilmə məli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.09.2017-ci il tarixli 2(103)-9399/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva Sədrlik edən: Elşanə Və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar