Məhkəmə qərarları › İş №2(102)-468/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-468/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-468/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:borc tələbi 21.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6239/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2016-cı il tarixdə bağlanmı ş borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 50.000 manat borc pul almışdır. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(004)4778/2018 saylı qətnaməsi ilə Cavabdeh borca görə 50000 manat, ödənilmiş dövlət rüsumuna görə 24 manat pulun tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, qətnaməsi xx.xx.2018-ci il tarixdə icra şöbəsinə daxil olaraq icraata başlanmış, icra sənədi üzrə icra tədbirləri görülmüş, lakin icra sənədi İcra Şöbəsinə göndərildiyi vaxtdan 3 il keçməsinə baxmayaraq, pulun ödənilməsinə dair icra sənədi icra olunmamışdır. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etmədiyi üçün Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təq sirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh əldən çıxmış faydaya görə 10.000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə oğlu X vasitəsilə tanış olmuşdur. Cavabdeh ondan borc pul istəmişdir. O də evini satıb 50000 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh ondan 50000 manat məbləğində pulu alması barədə 24 dekabr 2016-cı il tarixdə Abşeron rayon 1 saylı Notariat Ofisində müqavilə bağlanmışdır. Sonradan o, cavabdeh tərəfindən aldadıldığını başa düşmüş və verdiyi 50000 manat pulu cavabdehdən geri istəsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırtmış və götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Onu da qeyd edir ki, xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh 306.1-ci maddəsini ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh ondan aldığı 50000 manat məbləğində pulu bu günədək ona qaytarmamışdır. O də bu vaxta kimi bu məbləğdən başqa gəlirlər əldə edə bilərdi, lakin o, bu gəlirlərdən məhrum olmuşdur. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Suala cavab olaraq bildirir ki, qətnamənin icra olunmaması nəticəsində illik azı 5% məbləğində gecikmə faizini tələb edir. Dörd il üçün bu məbləğ 10000 manat edir. İddianın təmin olunmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra- birinci inst ansiya məhkəməsi) 2(004)-1645/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddianın qismən təmin edilməsi, Cavabdeh 7500 manat pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə icra şöbəsinə daxil olaraq icraata başlanmışdır. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan da müəyyən olunduğu kimi icra tədbirləri görülür, yəni icra sənədi üzrə icraat dayandırılmamış, lakin icra sənədi İcra Şöbəsinə göndərildiyi vaxtdan 3 il keçməsinə baxmayaraq pulun ödənilməsinə dair icra sənədi hələ də icra olunmamı şdır. Bu səbəbdən də Bakı Şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 50.000 manat pulun gecikdirilmiş 3 illik müddət üçün illik 5% olmaqla, (1 il üçün beş faiz 50000 x 5:100=2500, 3 il üçün 2500 x 3=7500) ümumilikdə 7500 manat pulun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 445.7-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014cü il tarixli Qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icra at Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1645/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh “əldən çıxmış faydanın” ödənilməsini gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, gecikdirilmiş vaxt üçün illik faiz ödəməyə və icranı qəbul etməkdən imtina edə bilər. Eyni zamanda “əldən çıxmış faydanın” ödənilməsindən imtina etdikdə, zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Ən nəhayət, təklif olunmuş öhdəlikdən imtina etmədən, “əldən çıxmış faydanın” ödənilməsinin icrasını təklif edə bilər. Lakin İddiaçı belə bir təklif etməmişdir. Birinci instansiya məhkəməsi bun a əhəmiyyət verməmiş və əsassız olaraq iddianı qismən təmin etmişdir. Cavabdeh “əldən çıxmış faydanın” ödənilməsinigecikdirdikdə, İddiaçı ona “əldən çıxmış faydanın” ödənilməsi üçün əlavə vaxt verə bilər. Pul öhdəliyi üzrə Cavabdeh, İddiaçı icranı gecikdirdiyi üçün illik faizlər ödəməli deyildir. Lakin birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş və əsassız olaraq iddianı qismən təmin etmişdir. Cavabdeh kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində dəyən zərər İddiaçı “əldən çıxmış faydanın” ödənilməsini üçün nəzərdə tutulan faizlər məbləğindən çoxdur. Eyni zamanda gecikdirmə Cavabdeh təqsirindən asılı olmayan səbəblərdən olmuşdur. Lakin birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş və əsassız olaraq iddianı qismən təmin etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə xəbəri olmamışdır. Məhkəmə Cavabdeh bildiriş göndərsə də, bildiriş cavabdehin əvvəlki yaşayış yerinə getmiş və məhkəməyə qayıtmışdır. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə bildiriş çatmamışdır. Məhkəmə qətnaməsində də Cavabdeh məhkəmədə iştirak etməməsi qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6239/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- Rəşad Həsənov sədrlik edən, məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1645/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı olaraq hesab edərək qeyd etmişdir ki, hazırkı işin hallarından cava bdehin iddiaçı qarşısında pul öhdəliyinin olması və bu öhdəliyini 3 il ərzində icra etməməsi mülki iş materialları ilə müəyyən edilmişdir. Ona görə də cavabdeh iddiaçıya ödənilməli borcun ödənilməsini 3 illik müddət ərzində gecikdirdiyindən, həmin məbləğin illik 5%-i olmaqla, 7.500 manat pulun tutulmasına dair iddia tələbi əsaslı olmuşdur. Kollegiya, cavabdehin “ona məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməməsi” barədə dəlilinə münasibətdə Mülki Prosessual Məcəllənin 135.7-ci maddəsini əsas tutaraq qeyd etmişdir ki, mülki iş materiallarında Yasamal Rayon Məhkəməsinin bildirişlərinin cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilməsi görünür, lakin bildirişlər “bu ünvanda yaşamır” əsası ilə geri qaytarılmışdır. Daha sonra, Yasamal rayon Məhkəməsi tərəfindən cavabdehin istifadəsində olan mobil telefon nömrələrinə SMS bildirişlər göndərilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 442, 445.7-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 135.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014cü il tarixli Qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6239/2022 saylı, xx.xx.2 022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edilməklə tərtib edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, tərəflərin məhkəmə proseslərində iştirak etməməsinə görə çəkişmə və tərəflərin bərabərlik prinsipləri pozulmuşdur. Belə ki, Cavabdeh və onun vəkili Vəkil məhkəmənin vaxtı və yeri barədə xəbəri olmamışdır. Məhkəmə Cavabdeh bildiriş göndərsə də, bildiriş cavabdehin əvvəlki yaşayış yerinə getmiş və məhkəməyə qayıtmışdır. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə bildiriş çatmamışdır. Məhkəmə qətnaməsində də Cavabdeh məhkəmədə iştirak etməməsi qeyd olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməz dir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Be lə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında 24 dekabr 2016-cı il tarixdə bağlanmış borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 50.000 manat borc pul almışdır. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(004)-4778/2018 saylı qətnaməsi ilə cavabdehdən borca görə 50000 manat, ödənilmiş dövlət rüsumuna görə 24 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, qətnaməsi xx.xx.2018-ci il tarixdə icra şöbəsinə daxil olaraq icraata başlanmış, icra sənədi üzrə icra tədbirləri görülmüş, lakin icra sənədi İcra Şöbəsinə göndərildiyi vaxtdan 3 il keçməsinə baxmayaraq, pulun ödənilməsinə dair icra sənədi icra olunmamışdır. Cavabdeh qanuni q üvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etmədiyi üçün Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hazırki işin hallarından cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olması və bu öhdəliyini 3 il ərzində icra etməməsi mülki iş materialları ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun po zulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsində göstərilir ki, borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilməli borcun ödənilməsini 3 illik müddət ərzində gecikdirdiyindən, iddianı illik 5%-i olmaqla, 7.500 manat məbləğdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan m addələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-6239/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar