Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-468/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr, bağışlama müqaviləsi, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, Cavabdeh2 və Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı “ərizələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras pa yın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə dair qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, mirasdan payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1501/2024 nömrəli 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə qaydada və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X13 və X5 xx.xx.1970-ci ildə nikaha daxil olmuş, birgə nikahdan Əsgərova (Bayramova) Nurlana Ramiz qızı, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızı, X8, Əliyeva (Bayramova) Mehriban Ramiz qızı və Cavabdeh2 doğulmuşdur.
2. Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarına əsasən, R.Zorge küçəsi, 2-ci döngə, 56 nömrəli ünvanda yerləşən mülk X6 və X9 adına olmaqla, əsası notariusun xx.xx.1970-ci il tarixli 4-498 nömrəli alğı-satqı müqaviləsi, mülkün ümumi təmir sahəsi 1.499 kv.metr olmuşdur. Həmin mülkün qanuni hissəsi sökülmüşdür. 1971-81-ci illərdə müvafiq icazə sənədi olmadan sahəsi liter “A”-da 24,2 kv.metr və 29,4 kv.metr yaşayış otaqları, 16,8 kv.metr və 15,5 kv.metr örtülü eyvan, liter “B”-də 20,6 kv.metr yaşayış otağı, 3,4 kv.metr anbar, 22,4 kv.metr örtülü eyvan, 4,8 kv.metr tambur, liter «V»-də 13 kv.metr hamam, liter “D”-də 21,6 kv.metr əl damı, liter “Q”-də 7,6 kv.metr hamam tikilmişdir. Həmin tikililərin istifadədə saxlanılması və yeni hüquqmüəyyənedici sənədlərlə təmin edilməsi qərara alınmışdır.
3. X13 və X14 arasında bağlan mış 29 dekabr 1991-ci il tarixli müqavilədən görünür ki, X13 və X2 şəhəri, Zorge küçəsi, dalan 2-də yerləşən 56 nömrəli fərdi yaşayış evinin öz aralarında bölünməsi barədə razılıq əldə etmişlər. 4. “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə kompyuter çıxarışına əsasən, X6 həmin avtomobilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
5. X13 xx.xx.2021-ci ildə ölmüşdür.
6. Onun sağ qalan vərəsələri: arvadı - Məmləkət; övladları – Gülnara, İltimas, Bayram, Nurlana və Mehriban olmuşdur. 7. ünvan 1 ünvanında 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 85,3 kv.metr sahəsi olan fərdi yaşayış evinə (reyestr nömrəsi **********84-10301) X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət r eyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
8. Həmin miras əmlak bölünərkən, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 xx.xx.2022ci il tarixdə Cavabdeh2 ilə bağlanmış miras payın bağışlanması müqaviləsi ilə, **********84 - 10301 reyestr nömrəli daşınmaz əmlakda olan miras payları Cavabdeh2 bağışlamışdır. 9. xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kv.metr ölçüdə fərdi yaşayış evinə Cavabdeh2 5/6 hissədə, X3 1/6 hissədə payları müəyyən edilmişdir. 10. xx.xx.2022-ci il tarixli 2V-125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, R.Q.Bayramovdan mir as qalmış “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı4, X3, Cavabdeh2, İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinin bərabər hissədə payları müəyyən edilmiş, “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh1 vərəsəlik şəhadətnaməsinə əsasən (reyestr 2V-125) Cavabdeh2 adına qeydiyyata alınmışdır.
11. Bundan əvvəl İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2022ci il tarixli, 3M378 reyestr nömrəli miras payın bağışlama müqaviləsi ilə xx.xx.2022-ci il tarixli **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və miras qalmış “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı av tomobilin Gəncə Şəhər Baş X23 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənədlərinin etibarsız hesab edilib ləğv edilməsi və əmlakların əvvəlki vəziyyətə qaytarılıb, miras paylarının müəyyən edilməsini tələb etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1345/2023 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin edilmişdir.
12. X17 Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1783/2023 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində yəni, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-378 reyestr nömrəsi ilə təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və Azərbaycan Respublikası DİNBDYPİ Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BD303019 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin Cavabdeh2 münasibətdə ləğv olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1, hazırki iş üzrə Cavabdeh2 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı Gəncə şəhəri 5 saylı notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli vərəsəlik işində reyestrdə 8İ-3549 nömrə ilə və 8İ-3550 nömrə ilə qeyd edilən xx.xx.2022ci il tarixli ərizələrin etibarsız hesab edilməsi, Gəncə şəhər 5 saylı notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli vərəsəlik işində 2V-125 nömrəli reyestrdə qeyd olunan “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin İddiaçı1 mirasdan əmlakda bərabər hissədə irsin alınması hissəsində qismən etibarsız hesab edilməsi və İddiaçı1 miras əmlakdan 7/12 hissədə payının müəyyən edilməsi, Gəncə şəhəri 5 saylı notariat ofisinin reyestrdə 3M-378 nömrə ilə qeydə edilmiş “Miras payın bağışlanması müqaviləsi”nin tamamilə etibarsız hesab edilməsi, Cavabdeh2 adına qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və “Hyundai Accent” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, Gəncə şəhəri, Mədət Əsədov küç əsi, 66-da yerləşən miras əmlaka və “Hyundai Accent” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı1 7/12 hissədə, digər vərəsələrə münasibətdə isə 1/12 hissədə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçıları aldadaraq, hər birinin paylarının alınması vədi ilə onları Gəncə şəhəri 5 saylı notariat ofisinə apararaq xx.xx.2022-ci il tarixli, 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldırmış və bağışlama müqaviləsinə əsasən öz adına xx.xx.2022-ci il tarixli, 3M-378 reyestr nömrəli miras payın bağışlama müqaviləsi ilə xx.xx.2022-ci il tarixli **********8410301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və bundan başqa xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsindən miras qalmış “Hyundai Accent” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili adına qeydiyyata aldırmışdır. X8 psixi xəstə olduğu və fəaliyyət qabiliyyətsiz hesab edilərək, üzərində qəyyum təyin olunmadığı üçün 1/6 hissədə payı özündə saxlanılmışdır. X10 inandıqlarına görə bağışlama müqaviləsi bağlanan zaman notariusda o və digər iddiaçılar müqavilənin mahiyyətini bilmədən onu imzalamış və notarius tərəfindən də müqavilənin mahiyyəti izah olunmamışdır. Sonradan məlum olmuşdur ki, mülkdə payları müəyyən olunmadan onlar paylarını Cavabdeh2 bağışlamışlar. Gəncə şəhəri 5 saylı notariat ofisindən 3M-378 reyestr nömrəli “miras payın bağışlanması müqaviləsi”ndə onların fotoşək illərinin aşağı hissəsində əks olunmuş tarix və saatdan görünür ki, onlar vərəsə kimi müqaviləni imzalarda tarix xx.xx.2022-ci il saat 16:23:00-dan 16:25:09-dək imza etmişlər. Lakin miras payları bağışlayarkən onlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Həmin notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli işində isə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən tarix olaraq xx.xx.2022-ci il saat 17:11 qeyd olunmuşdur. Beləliklə, onlar miras payın bağışlanması müqaviləsini imzalayarkən almadıqları miras payın bağışlanması müqaviləsində onlar tərəfindən X1 qalmış miras payını Cavabdeh2 bağışlanması qeyd olunsa da həmin müqavilədə konkret hansı mirasdan və konkret olaraq, hansı payın bağışlanması qeyd olunmamışdır. Bu hal ona dəlalət edir ki, on lar tərəfindən imza edilən sənədlərin mahiyyətini bilməmişlər, notarius isə əməliyyatların ardıcıllığını pozaraq, qanun pozuntusuna yol vermişdir. Bundan başqa, Gəncə şəhəri 5 saylı notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli notariat işində 8İ-3549 nömrə ilə və 8İ-3550 nömrə ilə qeyd edilən ərizələr onun tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evindən və “Hyundai Accent” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlaka ½ mülkiyyət hüquq haqqında şəhadətnamə almaq istəmədiyi qeyd olunmuşdur. Həmin ərizələri də o, mübahisələndirir və hesab edir ki, ərizələrin mahiyyəti ona izah olunmamışdır. Digər tərəfdən hansı məntiqlə o, miras qalmış əmlaklardan irs istəyir və eyni zamanda miras əmlaklardan ½ mülkiyyət hü ququ haqqında şəhadətnamə almaqdan imtina edir? Halbuki, miras qalmış əmlaklar onunla əri arasında olan birgə nikah dövründə əldə edilmiş əmlaklardır və həmin əmlaklara mütləq şəkildə onun ½ hissədə payı tanınmalı idi. Qeyd olunanlar nəticəsində mülkiyyət hüquqları pozulmuşdur.
15. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyib bildirmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, aldığı xəsarətlər nəticəsində görmə qabiliyyətini tamamilə itirmiş və ayağı amputasiya olunmuşdur. Buna görə də hər hansı kömək olmadan o, nəinki digər işlərini, hətta ən zəruri tələbatlarını belə ödəyə bilməz. Həmçinin o, ailənin yeganə oğlu olmuşdur. Qeyd olunanlara görə də onun anası İddiaçı1, bacıları İddiaçı2, İddiaçı3 və İddiaçı4 onun atasınd an qalmış mirası onun adına rəsmiləşdirmişlər. Sonradan iddiaçılar kənar təsir nəticəsində ona mənfi münasibət bəsləmiş, öz iradələrinə uyğun olaraq, icra etdikləri hərəkətlərin qanuniliyini mübahisələndirmişlər. Halbuki, onun görmə qabiliyyəti ümumiyyətlə olmadığı və ayağı amputasiya olunduğu halda anasını və bacılarını aldadaraq, notariusa aparması mümkün deyil. Onun hazırkı vəziyyətində nəinki kimisə aldatması, hətta özünün aldadılaraq, hansısa sənədi imzalatdırılması daha məntiqli və realdır. Digər tərəfdən onun himayəsində heç bir yerdə işləməyən arvadı və yeni doğulmuş uşağı vardır. Belə olan halda iddiaçıların ona qarşı olan hazırki iddiası hüquqi olmamaqla yanaşı, əxlaqi baxımdan da düzgün deyil. O, 1976-cı ildə anadan olduğuna görə həmin evin nə zaman əldə edilməsi və inşa edilməs i barədə onda hər hansı məlumatı olmayıb.
16. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-787/2024 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızının, Əsgərova (Bayramova) Nurlana Ramiz qızının, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızının “ərizələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, payların müəyyən edilməsi” tələbi barədə iddia tələbi qismən təmin edilərək, İddiaçı1 ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kv.metr fərdi yaşayış evinin ½ hissəsinə payı müəyyən olunması, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kv.metr fərdi yaşayış evinə dair hissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli şəhadətnamənin qismən etibarsız hesab olunması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət qeydiyyatının qismən ləğv edilməsi, Mədət Əhmədov küçəsi, 66 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsinin 5/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə X3 ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş və X4 miras qalmış 85,3 kv.metr fərdi yaşayış evinin ½ hissəsinin 5/6 hissəsinə (fərdi yaşayış evinin 5/12 hissəsi) X7 və ½ hissəsinin 1/6 hissəsinə (fərdi yaşayış evinin 1/12 hissəsi) X3 payının müəyyən edilməsi, İddiaçı1, Əliyeva (Bayramova) Mehriban Ramiz qızının, Əsgərova (Bayramova) Nurlana Ramiz qızının, İsgəndərova (Bayramova) Gülnara Ramiz qızının iddiası nın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X13 xx.xx.1970-ci ildə əvvəlki adı ilə ünvan 2 ünvanında (hazırki adı ilə Gəncə şəhəri, Mədət Əsədov küçəsində yerləşən 66 nömrəli ünvanda) yerləşən 0,0603 hektar torpaq sahəsini əldə etmiş və xx.xx.1970-ci ildə İddiaçı1 ilə nikaha girmişdir. Göründüyü kimi həmin torpaq sahəsi İddiaçı1 ilə nikaha qədər R.Q.Bayramov tərəfindən əldə olunmuş, həmin xüsusat işdə olan xx.xx.1970-ci il tarixli alğı-satqı müqaviləsi, AЗ seriyalı 203020 nömrəli nikah haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı ilə təsdiq olunur. Buna görə də ünvan 2 ünvanınd a (hazırki adı ilə ünvan 4 sahəsi R.Q.Bayramovla İddiaçı1 birgə mülkiyyətinə deyil, tam şəkildə R.Q.Bayramovdan qalan mirasa daxil olmuşdur. Lakin həmin torpaq sahəsində tikinti işləri 1971-ci ildən 1981ci il tarixədək - R.Q.Bayramovla İddiaçı1 nikahı dövründə onların ümumi təsərrüfatı hesabına aparılmış, bununla da həmin tikililər üzərində R.Q.Bayramov və İddiaçı1 birgə mülkiyyəti yaranmışdır. Bəhs edilən hal Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarında, eləcə də 1992-ci ilin yanvar ayında tərtib edilmiş «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda təsbit olunmuşdur. Belə ki, Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarında 1971-ci ildən 1981-ci il tarixədək müvafiq icazə o lmadan R.Q.Bayramov tərəfindən tikinti işləri aparıldığı qeyd olunmuş, 1992-ci ilin yanvar ayında tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun 2-ci vərəqində yaşayış binası və orta eyvanın inşa edildiyi tarix 1975-ci il kimi, hamam, əl damı və darvazanın inşa edildiyi tarix isə 1979-cu il kimi göstərilmişdir. Mülki işə məhkəmədə baxılarkən Cavabdeh2 yalnız 1976-cı ildə anadan olduğunu deməklə kifayətlənmiş və fərdi yaşayış evinin inşa edildiyi tarixi xatırlamadığını bildirmişdir.
18. Həmçinin R.Q.Bayramov xx.xx.2021-ci il tarixdə “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ əldə etmiş, həmin avtomobil R.Q.Bayramovla İddiaçı1 birgə mülkiyyətində olmuşdur. R.Q.Bayramovun xx.xx.2021-ci il tarixdə ölümündən sonr a İddiaçı1 xx.xx.2022-ci il tarixdə notariat ofisinə ərizələrlə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kv.metr ölçüdə fərdi yaşayış evinə, “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə şəhadətnamə almaq istəmədiyini bildirmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, həmin imtinalar rəsmi reyestrdə qeydə alınmamışdır.
19. Məhkəmə qeyd etmişdir ki, qanunverici daşınar və daşınmaz əmlakın hüquqi statusunu, eləcə də onların əldə edilmə, özgəninkiləşdirilmə və itirilmə qaydalarını fərqləndirmişdir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququndan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsinin daşınmaz əmlakın dövlət r eyestrində qeydə alınması (MM 204.1) tələb edildiyi halda, rəsmi reyestrdə qeydə alınıbalınmaması fərqləndirilmədən daşınar əmlaka münasibətdə, mülkiyyət hüququnun itirilməsi üçün belə bir tələb yoxdur və daşınar əmlaka mülkiyyət, eləcə də digər hüquqdan imtina üçün yalnız ixtiyarlı şəxsin imtinaya dair öz iradəsini aşkar bəyan etməsi kifayətdir (MM 203.2 və 204.2). Halbuki, Mülki Məcəllənin 650-ci maddəsi ilə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlərin müvafiq surətdə tətbiq edilməli olduğu qeyd edilmişdir. Göründüyü kimi qanunverici rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqı qaydalarını daşınmaz əşyalarla eyniləşdirdiyi halda, həmin əşyalardakı mülkiyyət hüququndan imtinanı eyniləş dirilməmiş, yaxud bunu zəruri hesab etməmiş, əksinə daşınar əşyalara münasibətdə hüquqdan imtinanın daha sadə formasını müəyyən etmişdir. Belə olan halda qanunun analogiyasına istinad etmək və rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyadan imtinanın hüquqi qüvvə alması üçün rəsmi reyestrdə onun qeydə alınmasını tələb etmək yolverilməzdir. Əks yanaşma sonradan bir tərəfin əmlakının artırılmasına səbəb olduğu halda, digər tərəfin əldə etdiyi əmlakından məhrum olması, habelə hüquq tətbiq etmədə tərəflərin bərabərlik hüquqlarının pozulması ilə nəticələnər. Buna görə də İddiaçı1 ünvan 1 ünvanında yerləşən torpaq sahəsindəki fərdi yaşayış evindən imtinanın hüquqi nəticələri qanunun tələbinə uyğun olmadığı halda, “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomo bildən imtinanın hüquqi nəticələri qanunun tələbinə uyğun olmuşdur.
20. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq, hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kv.metr fərdi yaşayış evi üzərində İddiaçı1 ½ hissədə payı müəyyən olunmalı, həmin paya mütənasib qaydada “qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli şəhadətnamə etibarsız hesab olunmalı və daşınmaz əmlakın dövlət qeydiyyatı qismən ləğv edilməlidir. Bundan başqa, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kv.metr fərdi yaşayış evinin digər ½ hissəsi, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil isə R.Q.Bayr amovun miras əmlakı kimi nəzərdən keçirilməlidir.
21. Həmçinin məhkəmə hesab edib ki, fərdi yaşayış evindən imtinanın hüquqi nəticələrinə qiymət verildiyinə görə ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kvadrat metr fərdi yaşayış evinin ½ hissəsindən İddiaçı1 imtinasına dair xx.xx.2022-ci il tarixli 8İ-3549 reyestr nömrəli ərizənin etibarsız hesab olunmasına dair hissədə əlavə qərar qəbul olunmasına zərurət olmamışdır.
22. Mülki işin məhkəmədə araşdırılması zamanı İddiaçı1 və onun nümayəndəsi (vəkili) Vəkil1 “miras payın bağışlanması müqaviləsi”nin xx.xx.2022-ci il tarixdə 16:25-də imzalandığı halda, vərəsəlik hüququ haqqında şəhadətnamənin xx.xx.2022-ci il tarixdə saat 17:11-də verildiyini, həmçinin xx.xx.2022-ci il tarixdə bağlanmış «miras payın bağış lanması müqaviləsi»nin aldatma nəticəsində bağlandığını bildirmişlər. Lakin qeyd olunan şəhadətnamə iddiaçılara deyil, Cavabdeh2 və İ.R.Bayramovaya verilmişdir, miras payın bağışlanması müqaviləsi həmin şəhadətnaməyə əsaslanmamışdır. Digər tərəfdən Mülki Məcəllənin 392.2 və 1292-ci maddələrinə uyğun olaraq, vərəsələrin əmlak barəsində qabaqcadan sərəncamları qanunauyğun olmuşdur. Buna görə də «qanun üzrə vərəsəlik hüququ haqqında» xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli şəhadətnamənin tərtib edildiyi tarix, xx.xx.2022-ci il tarixli “miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab olunmasına əsas deyildir.
23. Birinci instansiya məhkəməsi iddianın məhkəmənin icraatına qəbulu və məhkəmədə tədqiqi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalar ının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli Qərardadının müddəaları kontekstində xx.xx.2022-ci il tarixli “miras payın bağışlanması müqaviləsi”nin təkrar mübahisləndirilməsi məsələsini araşdırmış, iddiaçıların əvvəlki iddia tələbində müqavilənin ləğvini xahiş etməsini, hazırki iddia tələbində isə müqavilənin etibarsız xahiş etməklə yanaşı, iddia tələbinin əsası kimi yuxarıda qeyd olunan mirasın qəbul vaxtı ilə əlaqədar yeni hala istinad etməsini nəzərə alaraq, iddianın icraata qəbul olunmasını mümkün hesab etmişdir.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tar ixli 2(104)-1783/2023 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsinin 42 və 44-cü hissələrində göstərilmişdir ki, mübahisə predmeti olan miras paylara dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Müqavilə tərəflərinin iradə ifadəsinə uyğun bağlanmış və hər birini müqavilə azadlığı prinsipinə uyğun olaraq, öz iradə ifadələrini ifadə etmişlər. Müqavilə rəsmiləşdirilən zaman tərəflər əvvəlcədən aparmış olduqları bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilirdilər.
25. Məhkəmə hesab etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1783/2023 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli “miras payın ba ğışlanması müqaviləsi”nin onu bağlayan tərəflərin iradəsinə uyğun olduğu müəyyən edildiyinə görə həmin halın mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət olmamışdır. Lakin məhkəmə mülki işin həqiqi hallarının müəyyən edilməsi baxımından qeyd edib ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)-1245/2023 nömrəli mülki işə məhkəmədə baxılarkən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 öz izahatlarında Cavabdeh2 ona bağışlanacaq miras əmlakın əvəzində həmin şəxslərə pul ödəyəcəyini vəd etdiyini və sonradan həmin vədinə əməl etmədiyini bildirsələr də, hazırki iddia tələbinin əsaslarından biri kimi Cavabdeh2 başqa sənədi imzalamaq adı ilə onları aldadaraq, miras payın bağışlanması müqaviləsinə imza etdirdiyini, yaxud xx.xx.2022-ci il tarixli «miras payın bağışlanması müqaviləsi»nin mətnindən xəbərdar olmamalarını göstərmişlər. Qeyd olunan xüsusatlar isə iddia tələbinin əsası kimi istinad edilən aldadılmaya, yaxud iradənin zədələnməsinə xarakterik halların ağlabatan və inandırıcı olmamasına dəlalət etmişdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnaməyə uyğun olaraq, digər vərəsələrin ərizəsi əsasında “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydə alınmış və həmin ərizələr onu vermiş şəxslərin iradələrinə uyğun olmuşdur. Buna görə də m əhkəmə inzibati orqanın hərəkətlərinə hüquqi qiymət vermədən, yalnız iradə bəyanının həqiqiliyinə və notariusun hərəkətlərinin qanunuliyinə istinadla hesab edir ki, “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinin ləğvinə əsaslar yoxdur və iddia bu hissədə təmin edilməməlidir.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 203.2, 204.1, 204.2, 225.1, 225.2, 666.1, 666.2, 1133.1, 1146, 1151.1, 1159.1, 1162, 1255, 1292.1-ci, Ailə Məcəlləsinin 32.1, 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümk ünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli Qərardadına, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 86.2, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə eynilik təşkil etmişdir.
30. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni iddia ilə bundan öncə iddia qaldırılmış iddiaçıların iddiası birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilmiş, lakin onun verdiyi apellyasiya şikayəti əsasında həmin qətnamə ləğv edilərək iddiaçıların iddiası rədd edilmişdir. İddiaçılar həmin qərardan kassasiya şikayəti vermək əvəzinə eyni məsələ üzrə yenidən məhkəmədə iddia qaldırmışlar. Eyni tərəflər arasında eyni predmetlə bağlı məhkəmə qətnaməsi mövcud olmasına baxmayaraq, birinci instansiya məhkəməsi yenidən həmin işə mahiyyəti üzrə baxmış və qətnamə qəbul etmişdir. Onun hər iki gözü görmür və ayağının biri protez olmaqla 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Atası vəfat etdikdən sonra anası və bacıları atasından miras qalmış əmlakın onun mülkiyyətinə keçirilməsi üçü n notariat ofisində öz paylarından onun xeyrinə imtina ərizələri vermiş, lakin bu gün gəlib başqa söz deyirlər. Hesab edir ki, sözügedən qətnamə tam qanunsuz və əsassız olmuşdur.
32. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-1501/2024 nömrəli 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və M.Mustafayev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq, ünvan 1 ünvanında yerləşən 0,0603 torpaq sahəsində yerləşən 85,3 kv.metr ölçüdə fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət payı olmasını nəzərə al araq, həmin paya mütənasib olaraq, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli şəhadətnaməni həmin hissədə qismən etibarsız hesab etmiş və həmin hissədə daşınmaz əmlakın dövlət qeydiyyatını qismən ləğv etmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi üzərində tikilmiş 85,3 kv.metrlik fərdi yaşayış evinin digər ½ hissəsinin, ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsinin və “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin Ramiz Bayramovdan miras əmlakı kimi qalmasını nəzərə alaraq, qeyd etmişdir ki, iş materallarından göründüyü kimi, iddiaçılar İddiaçı4, X8, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi v ə həmin torpaq sahəsində yerləşən 85,3 kv.metr ölçüdə fərdi yaşayış evinə, “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 daşınmaz əmlakda miras paylarını Cavabdeh2 bağışlamışlar. Bundan sonra, xx.xx.2022-ci il tarixli 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0603 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,3 kv.metr ölçüdə fərdi yaşayış evinə Cavabdeh2 5/6 hissədə, X3 1/6 hissədə payları müəyyən edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin apellyasiya dəlillərində “miras payın bağ ışlanması müqaviləsi”nin xx.xx.2022-ci il tarixdə 16:25-də imzalandığı halda, vərəsəlik hüququ haqqında şəhadətnamənin xx.xx.2022-ci il tarixdə saat 17:11-də verildiyini, həmçinin xx.xx.2022-ci il tarixdə bağlanmış “miras payın bağışlanması müqaviləsi”nin aldatma nəticəsində bağlandığını bildirməsi ilə bağlı iddiaçı tərəfin həmin dəlilləri əsassız sayaraq qeyd etmişdir ki, vərəsələrin əmlak barəsində qabaqcadan sərəncamları qanunauyğun və iradə ifadələrinə uyğun olmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1783/2023 nömrəli qətnaməsi ilə xx.xx.2022ci il tarixli “miras payın bağışlanması müqaviləsi”nin onu bağlayan tərəflərin iradəsinə uyğun olduğu müəyyən edildiyinə görə həmin halın mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi bununla belə, onu da qeyd etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)-1245/2023 nömrəli mülki işə məhkəmədə baxılarkən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 öz izahatlarında Cavabdeh2 ona bağışlanacaq miras əmlakın əvəzində həmin şəxslərə pul ödəyəcəyini vəd etdiyini və sonradan həmin vədinə əməl etmədiyini bildirsələr də, hazırkı iddia tələbinin əsaslarından biri kimi Cavabdeh2 başqa sənədi imzalamaq adı ilə onları aldadaraq, miras payın bağışlanması müqaviləsinə imza etdirdiyini, yaxud xx.xx.2022-ci il tarixli “miras payın bağışlanması müqaviləsi”nin mətnindən xəbərdar olmamalarını göstərmişlər. Qeyd olunan xüsusatlar isə iddia tələbinin əsası k imi istinad edilən aldadılmaya, yaxud iradənin zədələnməsinə xarakterik halların ağlabatan və inandırıcı olmamasına dəlalət edir.
38. Məhkəmə kollegiyası miras qalmış “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə bağlı qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 4.7-ci bəndinin 6-cı hissəsində göstərilmişdir ki, əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razı lığı ilə onlardan birinin adına qeydə alınır. İş materialları ilə müəyyən edilir ki, qeyd olunan Əsasnaməyə uyğun olaraq, digər vərəsələrin ərizəsi əsasında “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydə alınmış və həmin ərizələr onu vermiş şəxslərin iradələrinə uyğun olmuşdur.
39. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 eyni tərəflər arasında eyni predmetlə bağlı məhkəmə qətnaməsi mövcud olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-1783/2023 nömrəli qətnaməsi ilə baxılan iş üzrə iddia tələbi miras ev və minik avtomobil üzrə bağışlama müqaviləsinin ləğvi barədə, hazırkı iş üzrə iddia tələbi isə əqdin etibarsızlığı ilə bağlı olmuşdur. Ona görə də, cavabdehin həmin dəlili əsassız olmuşdur.
40. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1 666.1, 666.2, 1133.1, 1146, 1151.1, 1159.1, 1162, 1255, 1260, 1261, 1292.1-ci, Mülki Prosessual Məcəlləsinin MPM-in 86.2 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçılar birgə qaydada (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti iddiaçıların apelyasiya şikayətinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, miras qalmış avtomobilə ½ hissədə şəhadətnamə almaq istəmədiyini bildirsə də, qanunun tələbinə görə daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli olduğu halda, belə yazılı elan verilməmişdir. Buna görə iddiaçı X12 şəhər 5 saylı notariat ofisinin 2V-125, 2V-126 reyestr nömrəli vərəsəlik işində reyestrdə 8İ-3550 nömrə ilə qeyd edilən xx.xx.2022-ci il tarixli “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə şəhadətnamə almaq istəmədiyi barədə imtinası qanunsuz olmuşdur. Bundan başqa, iddiaçılar daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina barədə ərizələri olmamışdır. İş materiallarında olan İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, miras qalmış avtomobilə qeydiyyat şəhadətnaməsinin Cavabdeh 2 adına verilməsinin Daxili İşlər Nazirliyi Baş X23i İdarəsindən xahiş etmələri barədə ərizə vermişlər. Həmin ərizələrin mətnindən də aydın görünür ki, iddiaçılar mülkiyyət hüququndan imtina etməmişlər. Məhkəmə tərəfindən qeyd olunan ərizələrin imtina kimi qiymətləndirilməsi yanlışdır. Cavabdehlər iddiaçıları aldatmış, müqavilənin mahiyyətini ona bildirməmişlər. Beləliklə, iddiaçılar şikayətlərində vacib əhəmiyyətli yanılmanın təsiri altında başqa əqdi bağladığlarını bildirmişlər. Apellyasiya instansiya məhkəməsi isə mübahisə ilə bağlı şikayətdə qeyd olunan dəlilləri araşdırmalı idi. Məhkəmə qeyd olunan xüsusatları aldadılmaya, yaxud iradənin zədələnməsinə xarakterik halların ağlabatan və inandırıcı olmadığını qeyd etmişdir. Bu hallar məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi. X4 miras qalmış “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə qeydiyyat şəhadətnaməsinin Cavabdeh2 adına verilməsinin Baş X23i İdarəsindən xahiş etmələri barədə ərizələr müqavilə olmadığından həmin əmlakın hüquqi cəhətdən başqasına keçməsi qanunsuz olmuşdur. Ərizələr mahiyyət etibarı ilə yalnız “Hyundai Accent” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə qeydiyyat şəhadətnaməsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün olmuşdur. Vərəsələr “Hyundai Accent” markalı ** CZ ***dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüquqlarını itirməmişlər. Daşınar əmlak sadəcə onların ərizələri əsasında bir şəxsə, bu halda isə Cavabdeh2 adına rəsmiləşmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutların düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir.
43. Cavabdeh kassasi ya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti cavabdehin apelyasiya şikayətinin dəlillərinə uyğun, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 71-ci Mülki Məcəllənin 337.1, 337.2, 560.1, 560.2-ci, MPM-in 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, bağladıqları əqddə hər hansı bir şərtdən söhbət getməmiş və gedə də bilməzdi. İddiaçılar ona hüquqlardan ziyan vurmaq məqsədilə istifadə etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Mad də 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
47. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
48. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onunəsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul ed ildiyi ehtimal olunur.
49. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
50. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
51. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
52. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
53. Maddə 1159.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərə səlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
54. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
55. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
56. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
57. Maddə 1260. Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər.
58. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.
59. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Mi ras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsa slandırılmalıdır.
65. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətlərində qətnamə tərəflərlə qarşılıqlı olaraq iddianın təmin edilən və təmin edilməyə n hissələrində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı tə qdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
73. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətlərinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Kassasiya şikayətlərinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfind ən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1501/2024 nömrəli 19 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.