Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4683/2022 03.08.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4938/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh1 MMC kassasiya şikayəti vermişdir Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətlərin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Cavabdeh1 MMC-nin kassasiya şikayəti vəkil Nümayəndə tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilsə də, bu barədə vəkilin səlahiyyətini təsdiq edəcək order kassasiya şikayətinə əlavə edilməmişdir. MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icra ata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1, 408.1.3, 408.1.4 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh1 MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4938/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməsindən imtina olunsun və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4683/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4683/2022
03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver