Məhkəmə qərarları › İş №2(102)-4683/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4683/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4683/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sübutetmə yükü, iddia müddətinin apelyasiya baxışında tətbiq edilməsi şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-384/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 ilə Cavabdeh arasında 12 mart 2013-cü il tarixdə bağlanmış və Gəncə Şəhər 2 saylı notariat kontorunda təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh 12 avqust 2013-cü il tarixədək qaytarmaq şərti ilə 8.000 manat məbləğində borc verilmişdir.

2. Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8000 manat borc pulun və 12284 manat əlavə faiz pulunun iddiaçının xeyrinə tutulması, cavabdehin hər hansı ünvanında yerləşən əmlakına həbs qoyulması və ödədiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehd ən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh aralarında bağlanmış müqavilədə nəzərdə tutulmuş müddətdə öhdəliyi icra etməmiş və uzun müddət borcu qaytarmadığından iddiaçı həmin məbləğlə bağlı əldə edəcəyi gəlirdən də məhrum olmuşdur. Müqavilənin şərtlərinə görə, borc məbləği olan 8000 manat cavabdeh tərəfindən 12 avqust 2013-cü il tarixdə tam şəkildə nağd yolla qaytarılmalı idi. 20 avqust 2013-cü il tarixdə, həmin borcun qaytarılması günü çatdıqda, iddiaçı cavabdehə borc müqaviləsinə əsasən verilmiş pul vəsaitinin geri alınması üçün telefon vasitəsi ilə müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələr etməklə ona rədd cavabı vermişdir. Borc məbləği cavabdeh tərəfindən hal-hazıra kimi qaytarılmamışdır. Cavab deh tərəfindən ödənilməli olan pul vəsaitindən qanunsuz olaraq 12 avqust 2013-cü ildən 31 avqust 2021-ci il tarixə qədər faydalanmağa görə faiz məbləği 12284 manat təşkil edir.

5. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.

6. Kəlbəcər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(040)-664/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, cavabdehdən 8000 manat məbləğdə pulun alınaraq iddiaçıya verilməsi, cavabdehdən ödənilmiş dövlət rüsumunun 100 manat hissəsinin tutularaq iddiaçıya verilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsı gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan 8000 manat borc almış və borcu 05 ay müddətində - 12 avqust 2013-cu il tarixədək olan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh öhdəliyi icra etməmiş və borcu qaytarmamışdır.

8. Belə olan halda cavabdehdən 8000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə - 12284 manat faiz borcu tələbi və cavabdehin hər hansı ünvanında yerləşən əmlakına həbs qoyulması tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsində faizin ödənilməsi şərtləndirilməmiş, habelə faiz borcunun yaranması üçün digər hüquqi əsaslar mövcud deyildir.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442.1, 427.4, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə və Mülki Prosessua l Məcəllənin 14.2, 77.1,88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Ona görə də zəruri sübutları təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, lakin məhkəmə bu halı nəzərə almamışdır. Hazırda apellyasiya şikayətinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə əlavə etmişdir. İddiaçı ilə aralarında 2013-cü ildə borc münasibətləri olmuş, elə həmin ildə götürülən pul ödənilmişdir. İddiaçı nın 9 ildən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun sadəcə həmin müqaviləni əlində saxlamaqla əsassız olaraq varlanma niyyətindən irəli gəlir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə səhv nəticəyə gəlmişdir.

12. Cavabdeh iddia müddətinin ötürülməsi barədə ərizəni apellyasiya şikayətinə əlavə etmişdir.

13. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək həmçinin bildirmişdir ki, iddiaçını bir xanım vasitəsilə tanımış, ondan 8000 manat pul almış və həmin borcunu iddiaçıya qaytarmışdır. Lakin sonradan iddiaçı ondan həmin pulun faizini də istədiyi üçün aralarında narazılıqlar yaranmışdır. Bundan əlavə, iddia ərizəsində qeyd edilən ünvan onun köhnə ünvanıdır. Həmin ünvana göndərilmiş bildirişin xəbərna məsinə imza etməmiş, birinci instansiya məhkəməsinin bildirişi ona çatdırılmamış, borcunu hissə-hissə ödəmişdir.

14. İddiaçı isə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıya 8000 manat məbləğində pul verilmiş, sonuncu borcunu qaytarmadığına görə polisə müraciət etmiş, bundan sonra, yəni 2017-ci ildə cavabdehin özü tərəfindən hissə-hissə olmaqla cəmi 500 manat, cavabdehin anası tərəfindən isə bir dəfə 100 manat olmaqla, borcdan cəmi 600 manat ödəniş edilmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-384/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) apellyasiya şik ayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianin təmin edilmiş - cavabdehdən 8000 manat məbləğdə pulun alınaraq, iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə qismən təmin edilmiş, cavabdehdən 7400 manat məbləğdə pulun alınaraq iddiaçıya verilməsi, qalan hissədə iddia tələbinin rədd olunması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə qismən razılaşaraq qeyd etmişdir ki, borc müqaviləsi və xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən, cavabdeh xx.xx.2013-cü il tarixədək qaytarılması şərti ilə iddiaçıdan 8000 manat borc pul almışdır. Polisə verdiyi izahatında, eləcə də məhkəməd ə iştirak edən cavabdeh həmin məbləğdə pulu iddiaçıdan aldığını etiraf etmişdir. Lakin həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında iddiaçıya olan borcunu ödədiyini bildirsə də, işin bu halını təsdiq edə bilən hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Öz növbəsində iddiaçı cavabdehin ondan aldığı 8000 manat məbləğində puldan cəmi 600 manat (hissə-hissə olmaqla cəmi 500 manat cavabdehin özü, 100 manat isə cavabdehin anası tərəfindən ödənilmişdir) məbləğində pulu qaytardığını etiraf etmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarının müəyyən edilməsində iddiaçının izahatı və onun tərəfindən məhkəməyə təqdim edilən kredit müqaviləsi mötəbər sübut növü kimi qəbulediləndir. Borcun tam ödənildiyi barədə apellyatorun dəlilləri isə formal müla hizələr olmaqla, hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. İşin apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə işin halları kimi müəyyən olunur ki, cavabdeh iddiaçıdan borc kimi aldığı 8000 manat məbləğində puldan yalnız 600 manat hissəsini qaytarmışdır. Göründüyü kimi, qətnamə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.

18. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəməyə məlum olan yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, məhkəmənin sonuncu iclası barədə bildirişi isə cavabdehə çatd ırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının Qaraçalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən isə məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşə baxmiş birinci instansiya məhkəməsi tərəfindən işə MPM-in 147-ci maddəsinin tələblərinə riayət etməklə baxıldığından cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış sayılır. Buna görə də cavabdehin məhkəmə barəsində məlumatı olmadığı barədə dəlili əsassı zdır.

19. Bundan başqa, iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə tərəfindən qətnamə qəbul edilənə qədər verilməlidir. Hazırki işdə isə cavabdeh həmin ərizəni birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə qədər verməli olduğu halda bunu etməmişdir. Ona görə də iddia müddətinin tətbiqi barədə apellyasiya şikayətinə əlavə olunmuş ərizə qəbul edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla əsassızdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni baxışa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilər kən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmiş, nəticədə iddia müddətinin tətbiqinə dair ərizə nəzərə alınmamışdır. Belə ki, cavabdeh qətnamədə göstərildiyi kimi Göygöl rayonun Əlimədətli kəndində yaşamır. Məhkəmə cavabdehin ərizəsini nəzərə almayaraq göstərmişdir ki, məhkəmə bildirişi həmin ünvana göndərilmiş və bildirişi ünvanda yaşayan keçmiş həyat yoldaşı qəbul etmişdir. Aralarında yaranmış mübahisələr səbəbindən bildiriş ona təqdim edilə bilməzdi. Bundan başqa məhkəmə qətnaməsində göstərmişdir ki, məhkəmənin sonuncu iclası barədə bildirişi cavabdehə çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Qaraçanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyə göndərmişdir. Həmin dəlil də əsassızdır. Belə ki, işdə olan şəxs iyyət vəsiqəsinin surətindən və iddia ərizəsindən də görünür ki, o Kəlbəcər rayonu, Xoləzəy kəndində qeydiyyatdadır. Lakin məhkəmə bildirişi aidiyyatı olmayan yerə, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Qaraçanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərmişdir. Həmin İnzibati ərazi dairəsi üzrə nümayəndə bildirişi əsassız olaraq yuxarıda göstərildiyi kimi Göygöl rayonu, Əlimədətli kəndindəki ünvana çatdırmişdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

24. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə h üququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

25. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

26. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göst ərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

31. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

32. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırla tmasız gecikdirmiş sayılır.

33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

35. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarı nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarı

36. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. M addə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

40. Maddə

147. Cavabde hin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirilməsində baxmayaraq, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsinin ləğvinə yönəlmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, məhkəmələr tətəfindən müəyyən edilmiş işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli hallarına görə iddiaçı M.Bayramova 12 mart 2013-cü il tarixdə bağlanmış və Gəncə Şəhər 2 saylı notariat kontorunda təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh 12 avqust 2013-cü il tarixədək qaytarmaq şərti ilə 8.000 manat məbləğində borc vermişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmiş, borcu tam qaytarmamışdır.

49. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər pulun borc verilməsi ilə bağlı öhdəlik münasibətləridir və apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdı raraq cavabdehin iddiaçı ilə borc razılaşması üzrə öhdəliyini tam icra etmədiyini müəyyən etmiş və ödənilməmiş qalan borc məbləğinin tutulmasını qət etmişdir.

50. Cavabdehin etiraz dəlillərindən biri ondan ibarətdir ki, iddiaçıdan aldığı borcu elə həmin ildə də ödəmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini qəbul etməmiş və bu zaman iddiaçının cavabdeh tərəfindən borcun qaytarılmaması barədə polis orqanına şikayətinin araşdırılması zamanı cavabdehin verdiyi izahata istinad etmişdir. Həqiqətən də xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh polis orqanına verdiyi izahatında iddiaçıya olan borcu qaytarmadığını bildirmişdir.

51. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci inst ansiya məhkəməsində işə baxılarkən onun məlumatı olmamışdır və buna görə də apelyasiya instansiyası məhkəməsində ona qarşı verilmiş tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qəbul edilməli idi.

52. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir.

53. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların topla nmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

54. Kredit münasibətləri də müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olu nur.

55. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

56. İddia müddətlərinin tətbiqi zamanı mütləq müəyyən edilməli hallardan biri – iddia müddətinin axımının başlanma anıdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri).

57. Bu baxımdan iddiaçı kredit müqaviləsi üzrə iddia müddəti keçdikdən sonra iddianı vermişdir. Lakin iddia müddətinin keçməsi özlüyündə iddianın rədd olunmasına səbəb olmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

58. Baxılan işdə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməmişdir. Cavabdeh isə ona birinci instansiya məhkəməsində işə baxılmasının vaxtı və yeri barədə məlumat verilmədiyini, buna görə də apelyasiya instansiyası məhkəməsində işə baxılanda onun iddia müddəti nin tətbiqi barədə ərizəsinin qəbul edilməli olduğunu bildirir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ona qarşı verilmiş tələbə iddia müddəti tətbiq edilməsi barədə apelyasiya icraatı zamanı verdiyi ərizəyə o halda baxıla bilər ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmasın və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmiş olsun (bax - bu qərarın 36cı paraqrafı).

60. Lakin baxılan iş materiallarından görünür ki, cavabdeh məcburi köçkündür və Kəlbəcər rayon İH başçısının Qaraçanlı İƏD üzrə nümayəndəliyin verdiyi arayışa əsasən, cavabdeh nümayəndəliyin daimi qeydi yyatındadır və hazırda Göygöl rayonun Əlimədətli kəndində müvəqqəti məskunlaşmışdır. Buna görə də məhkəmə cavabdehə məhkəmə iclasına dəvət olunması barədə bildirişləri həmin ünvana göndərmişdir. Həmçinin məhkəmə cavabdehə ünvan 2 ünvana bildirişlər göndərmişdir. Beləliklə, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə təyin olunan məhkəmə iclaslarına cavabdehin çağırılması barədə bildirişləri Göygöl rayonun Əlimədətli kəndinə, xx.xx.2022ci il tarixə təyin olunan məhkəmə iclasına çağırılması barədə bildirşləri həm Göygöl rayonun Əlimədətli kəndinə, həm də ünvan 2 ünvana, nəhayət xx.xx.2022-ci il tarixə təyin olunmuş sonuncu məhkəmə iclasına çağırılması barədə bildirişləri Göygöl rayonun Əlimədətli kəndinə, həmçinin ünvan 2 ünvana, eyni zamanda cavabdehə çatdırı lması üçün Kəlbəcər rayon İH başçısının Qaraçanlı İƏD üzrə nümayəndəliyinə göndərmişdir. Qeyd olunan bütün bildirişlər göndərilən ünvanlarda xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin yerinin müəyyən olunması və ona məhkəmə bildirişinin çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə etmişdir. Cavabdeh onun ünvan 4 ünvanda yaşadığını bildirib, lakin bu barədə hər hansı sübut təqdim etməyib. Həmçinin arvadından ayrıldlqdan sonra Göygöl rayonun Əlimədətli kəndində yaşamadığını, orada keçmiş arvadının yaşadığını bildirir. Lakin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə təyin olunmuş məhkəmə iclaslarına çağırılması barədə həmin ünvana göndərilən bütün bildirşlər qəbul edilərək, xəbərnamə yə imza edilməklə verilmiş, cavabdehin həmin ünvanda yaşamamasına əsasən görə geri qaytarılmamış və ya qəbul etməkdən imtina olunmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra MPM-nin 147-ci maddəsinə əsasən işə baxmağa başlamışdır. Bu halda, MPM-nin 135.3 və 135.5-ci maddələrinə əsasən, cavabdehə məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və bu hal, apelyasiya icraatında iddia müddətinin tətbiqi barədə ərizənin qəbul olunmasını istisna edir.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmı ş, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

62. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-384/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar