Məhkəmə qərarları › İş №2(102)-4688/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4688/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4688/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Bakı şəhəri 06 saylı Notariat Ofisinin notariusu X2 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4688/21 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1 Cavabdeh: Bakı şəhəri 06 saylı Notariat Ofisinin notariusu X1 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tar ixli, 2(103)3603/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, tələbini belə əsaslandırıb ki, mübahisə 14 iyul 2017-ci il tarixli “Borcun etirafı haqqında” mücərrəd müqavilə ilə bağlıdır. Həmin müqavilə onunla Ksenia Kukovanın arasında bağlanıb. Müqaviləyə görə Ksenia Kukova onun qarşısında 185.000 manat borcunun olduğunu etiraf edib və müqavilə hazırkı iş üzrə cavabdeh tərəfindən notariat qaydasında təsdiq olunub. Lakin həmin müqavilə başqa bir iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qətnamə ilə etibarsız hesab olunub. Onun həmin müqaviləyə əsasən Ksenia Kukovaya qarşı irəli sürdüyü 185.000 manat pulun ödənilməsi barədə iddiası rədd olunub. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.M.Zamanlı) iddia rədd edilib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini belə əsaslandırıb ki, “Borcun etirafı haqqında” müqavilə etibarsız hesab edildikdən sonra iddiaçı müqavilə üzrə Ksenia Kukovadan almalı olduğu 185.000 manatı zərərin əvəzini notarius Ərəstun İmanovdan geri tələb edir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunub ki, notarius Ərəstun İmanov sözügedən müqavilən i notariat qaydasında təsdiq edərkən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərini pozub. Belə ki, müqavilə tərəfi Ksenia Kukova dövlət dilini bilmir. Qaydalara görə əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilən sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır, həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Məhkəmə həmin qətnamədə qeyd edib ki, tərcümənin Təlimata əsasən düzgünlüyü təsdiq edilmədiyindən müqabilənin notarius Ərəstun İmanov tərəfindən Ksenia Kukovaya tərcümə edilməsi müəyyən edilmir. Lakin notarius tərəfindən Təlimatın tələbinin pozulması öz-ö zlüyündə müqavilənin etibarsızlığına səbəb olmayıb. Belə ki, həmin müqavilə üçün notariat forma məcburi forma deyil. Mülki Məcəllənin 329.1ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Lakin nə qanunla, nə də tərəflərin qarşılıqlı razılığı ilə notariat forma “borcun etirafı barədə” mücərrəd müqavilə üçün məcburi forma kimi müəyyən edilməyib. Əgər “borcun etirafı barədə” mücərrəd müqavilənin notariat təsdiqi qanunvericiliyə uyğun aparılmayıbsa, belə halda həmin müqavilə sadə yazılı formalı əqd kimi etibarlı sayılır. Notariat təsdiqin qanunvericiliyin pozulması ilə aparılması o əqdin etibarsılığına səbəb olur ki, həmin əqd üçün notariat forma mə cburi forma kimi müəyyən edilib. “Borcun etirafı haqqında” mücərrəd müqavilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ilə ona görə etibarsız sayılıb ki, o, Ksenia Kukovanın aldadılması nəticəsində bağlanıb. Qətnamənin əsaslandırıcı hissəsində qeyd olunub ki, 14 iyul 2017-ci il tarixli borc müqaviləsi ilkin iddiaçının aldadılması nəticəsində bağlanmış və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Həmin qətnamədə hüquqi əsas kimi Mülki Məcəllənin 339.2-ci maddəsinin göstərişinə istinad olunub. Bu maddəyə görə şəxs əqd bağlanılması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Ksenia Kukovanın məhz notarius tərəfindən aldadılması müəyyən olunmayıb. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcə llənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və X.A.Cəmilova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kass asiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Bakı şəhəri 06 saylı Notariat Ofisinin notariusu Ərəstun İmanovun vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və cavabdeh Bakı şəhəri 06 saylı Notariat Ofisinin notariusu Ərəstun İmanov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415. 3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki qanunvericiliyə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (Mülki Məcəllənin 21.1-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törə tmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Prosessual qanunvericiliyə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır (MPM-nin 217.3-cü maddəsi). Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalar ının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianı təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, “Borcun etirafı haqqında” müqavilə etibarsız hesab edildikdən sonra iddiaçı müqavilə üzrə Ksenia Kukovadan almalı olduğu 185.000 manatı zərərin əvəzini notarius Ərəstun İmanovdan geri tələb edir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunub ki, notarius Ərəstun İmanov sözügedən müqaviləni notariat qaydasında təsdiq edərkən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərini pozub. Belə ki, müqavilə tərəfi Ksenia Kukova dövlət dilini bilmir. Qaydalara görə əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilən sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır, həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Məhkəmə həmin qətnamədə qeyd edib ki, tərcümənin Təlimata əsasən düzgün lüyü təsdiq edilmədiyindən müqabilənin notarius Ərəstun İmanov tərəfindən Ksenia Kukovaya tərcümə edilməsi müəyyən edilmir. Lakin notarius tərəfindən Təlimatın tələbinin pozulması öz-özlüyündə müqavilənin etibarsızlığına səbəb olmayıb. Belə ki, həmin müqavilə üçün notariat forma məcburi forma deyil. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Lakin nə qanunla, nə də tərəflərin qarşılıqlı razılığı ilə notariat forma “borcun etirafı barədə” mücərrəd müqavilə üçün məcburi forma kimi müəyyən edilməyib. Əgər “borcun etirafı barədə” mücərrəd müqavilənin notariat təsdiqi qanunvericiliyə uyğun aparılmayıbsa, belə halda həmin müqavilə sadə yazılı formalı əqd kimi etibarlı sayılır. Notariat təsdiqin qanunvericiliyin pozulması ilə aparılması o əqdin etibarsılığına səbəb olur ki, həmin əqd üçün notariat forma məcburi forma kimi müəyyən edilib. Eyni zamanda, “Borcun etirafı haqqında” mücərrəd müqavilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ilə ona görə etibarsız sayılıb ki, o, Ksenia Kukovanın aldadılması nəticəsində bağlanıb. Qətnamənin əsaslandırıcı hissəsində qeyd olunub ki, 14 iyul 2017-ci il tarixli borc müqaviləsi ilkin iddiaçının aldadılması nəticəsində bağlanmış və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Həmin qətnamədə hüquqi əsas kimi Mülki Məcəllənin 339.2-ci maddəsinin göstərişinə istinad olunub. Bu maddəyə görə şəxs əqd bağlanılması məqsədilə aldadıldıqda h əmin əqdi mübahisələndirə bilər. Ksenia Kukovanın məhz notarius tərəfindən aldadılması müəyyən olunmayıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından da əsassızdır. Belə ki, sözügedən maddələrin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxta mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Hazırki halda cavabdehin təqsiri üzündən iddiaçıya middi zərərin dəyməsi mülki iş materialları ilə istisna olunur. Nəzərə alınmalıdır ki, səbəbli əlaqə dedikdə- hüquqa zidd hərəkətlə baş verən zərərli nəticə arasında bilavasitə əlaqənin olması nəzərdə tutulur. Səbəb ya bilavasitə nəticəni doğurur, ya da onun əmələ gəlməsi üçün real imkan yaradır. Eyni zamanda, səbəbli əlaqə düzünə və yanakı formada ola bilər. Təqsir isə hüququ pozan şəxsin özünün hüquqa zidd hərəkətlərinə və onların nəticələrinə olan psixi münasibəti başa düşülür. Hər bir davranış aktı iradi ifadəsi olaraq bilinir. Göründüyü kimi, hazırki halda iddiaçıya zərərin məhz cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulması, eyni zamanda zərərlə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin olması təsdiq o lunmur. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə də istisna olunur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin yenidən araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 16 aprel 2021-ci il tarixli, 2(103)-3603/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar