Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-469/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-13168/2019 saylı qərardadından iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-13168/2019 saylı qərardadı ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi hakim, Z.Ə.Əliyev və F.Ş.Talışinski) iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra iddiaçı təşkilat) iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilib. İddiaçı təşkilat qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı təşkilatın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddiası rədd edilib. xx xxxx 2019-cu ildə qətnamənin surəti poçtla işdə iştirak edən şəxslərə, o cümlədən id diaçı təşkilata göndərilib, xx xxxx 2019-cu il tarixdə cavabdeh məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini alıb. xx xxxx 2019-cu il tarixdə iddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib və xx xxxx 2019-cu il tarixdə apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə daxil olub. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün onun apellyasiya icraatı qeyri-mümkün hesab edilib və apellyasiya şikayətinin mülki prosessual qanunverciliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri, Yasamal rayon məhkəməsinə geri qaytarılıb. xx xxxx 2019-cu il tarixdə qərardadın surəti poçtla işdə iştirak edən şəxslərə, o cümlədən iddiaç ı təşkilata göndərilib, xx xxxxxx 2019-cu il tarixdə iddiaçı təşkilatın nümayəndəsi “poçt göndərişinin çatdırılması haqqında” xəbərnaməli məktuba imza etməklə qərardadın surətini alıb. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı təşkilat qərardadda göstərilən nöqsanları aradan qaldıraraq qətnamədən təkrar apellyasiya şikayəti verib və xx xxxxxxxx 2019-cu il tarixdə apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. xx xxxxxxxx 2019-cu il tarixdə apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Bundan sonra, xx xxxxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri, Yasamal rayon məhkəməsinə geri qaytarır. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı təşkilatın qətnamədən verdiyi apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılması üçün mülki iş materialları ilə birlikdə təkrar Bakı Apellyasiya Məhkəməsinə göndərilir. xx xxxxxxxx 2019-cu il tarixdə qərardadın surəti poçtla işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçı təşkilata göndərilib. xx xxxxxxxx 2019-cu il tarixdə mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə daxil olub və mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual normaların tələblərini pozaraq, iş üzrə düzgün o lmayan qərardad qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, kassasiya şikayətinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonundunun vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsə də, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi mər uzəçini, iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonundunun vəkili Azər Məmmədovun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, qətnamənin surətinin tərəflərə məktubla xx xxxx 2019-cu il tar ixdə göndərilməsinə, iddiaçı təşkilatın apellyasiya şikayətində qətnamənin surətinin rəsmi qaydada onlara xx xxxx 2019-cu il tarixdə təqdim edilməsini qeyd etmələrinə, iddiaçı təşkilatın qətnamədən ilk dəfə xx xxxx 2019-cu il tarixdə apellyasiya şikayəti verməsinə, həmin apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsinə, bundan sonra iddiaçı təşkilatın qərardadda göstərilən nöqsanları aradan qaldıraraq xx xxxxxx 2019-cu il tarixdə yenidən qətnamədən apellyasiya şikayəti verməsinə, lakin birinci instansiya məhkəməsinin prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini yoxlamadan və buna əsaslandırılmış qərardadı ilə münasibət bildirmədən apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməsinə və beləliklə də, iddi açı təşkilatın qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində nəzərdə tutulmuş qaydada və formada apellyasiya şikayəti verməməsinə istinad edib və hüquqi mövqeyini MPM-nin 360, 363.1.3-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq, iddiaçı təşkilatın qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün prosessual əsasların olub-olmamasını tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətind ə verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsində göstərilir ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 129.3-cü maddəsində göstərilir ki, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Re spublikası Konstitusiyası Məhkəməsinin Plenumu xx xxxx 2007-ci il tarixli qərarında prosessual müddətin buraxılması və onun hüquqi nəticələri barədə hüquqi mövqeyini belə ifadə etmişdir ki, prosessual müddətin buraxılması dedikdə- qanunla müəyyən edilmiş müddətin buraxılması başa düşülür. Prosessual müddətin axımı qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyil və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini pozaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin rəsmi qaydada iddiaçı təşkilata xx xxxx 2019-cu il tarixdə daxıl olmasına, sonuncunun həmin qətnamədən ilk dəfə xx xxxx 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş bir aylıq prosessual müddəti ötürmədən 14 gündən sonra apellyasiya şikayəti verməsinə, birinci dəfə apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadla apellyasiyanı qeyri-mümkün hesab etməsinə, həmin qərardadın surətinin iddiaçı təşkilata xx xxxxxx 2019-cu il tarixdə daxıl olmasına, qalan 16 gün prosessual müddətin axımının məhz həmin tarixdən hesablanmalı olmasına, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra iddiaçı təşkilatın qətnamədən təkrar verdiyi apellyasiya şikayətinin isə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə daxıl olmasına diqqət yetirmədən, apellyasiyanın mümkünlüyü üçün prosessual əsasların olmamasına dair səhvə nəticəyə gəlib. Halbuki, MPM-nin 130.1-ci maddəsinin mənasına görə, qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hazırki halda isə, apellyasiya instansiyası məhkəməsinin mübahisəli məsələ üzrə gəldiyi nəticə mülki iş materialları ilə təsdiq olunmur. Sözügedən Məcəllənin 366.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın müm künlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apelyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apelyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilibverilməməsi, apelyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmaması, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib-edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi və sair prosessual əsasların olub-olmaması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsasl ar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi mülki iş materialları ilə istisna edildiyindən, apellyasiya şikayətinin qəbul olunmamış hesab edilməsi üçün prosessual əsaslar olmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o, vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, hazırkı mübahisəli məsələyə sadalanan prosessual normaların tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-13168/2019 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-469/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-469/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver