Məhkəmə qərarları › İş №2(102)-469/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-469/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-469/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mxxxxxxxx oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt “ASAN xidmət” mərkəzində xüsusi notarius X5 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: inzibati aktın etibarsızlığı tələbi, aidiyyət, vicdanlı əldə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-773/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xxxxxxxxx oğlu (bundan sonra – iddiaçı) xx xxxx 1990-cı ildə ünvan 1ində X8 ilə X1 faktiki ər-arvad münasibətlərindən anadan olmuş, atalıq məhkəmə qaydasında müəyyən olunmuşdur. X8 xx xxxxxx 1990-cı ildə vəfat etmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 898 saylı, xx xxxx 1994-cü il tarixli sərəncamına əsasən iddiaçı bibisi X14 qəyyumluğa verilmişdir. İddiaçının anadan olduğu ünvan 1ində yerləşən fərdi yaş ayış evi və evin yerləşdiyi torpaq sahəsi arxiv məlumatlarına əsasən Quba rayonu, Xucbala kənd Sovetinin Digah kəndi üzrə 1986-1990-cı illərə aid təsərrüfatbaşına kitabında iddiaçının babası X6 adında olmuş, X15 xx xxxxxxx 1986-cı ildə vəfat etdikdən sonra iddiaçının atası X8 təsərrüfat başçısı kimi qeyd edilmişdir. Quba rayon İHB-nin Xucbala İƏV üzrə nümayəndəliyinin Digah kəndi üzrə 1991-2000-ci illərə aid təsərrüfatbaşına kitabında vətəndaş X3 təsərrüfat başçısı olub, şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və xüsusi istifadəsində 1991-1992-ci illərdə 0,205 ha, 1993-2000-ci illərdə 0,21 hektar həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X3 xx xxxxxx 1990-cı ildə vəfat etməsi göstərilmiş, təsərrüfat başçısı kimi isə iddiaçının əmisi X11 adı yazılmışdır. ünvan 1i ərazisində iddiaçının yaşadığı fərdi yaşayış evinin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsi Quba rayon X7 xx xxx 1997-ci il tarixli, 04 saylı qərarı ilə JN 399F KOD 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X16 verilmişdir. X18 xx xxxxxx 2011-ci il tarixdə vəfat etdikdən sonra ünvan 1i ünvanında yerləşən 0,21 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 127.7 kv.m olan fərdi yaşayış evinə dair Bakı şəhər notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmiş xx xxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X11 vərəsəsi X12 müəyyən edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alı nmışdır. X12 qeyd edilən fərdi yaşayış evini və torpaq sahəsini xx xxxxxx 2017-ci il tarixli, ANİ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır və hazırda qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx xxxxxx 2018-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasına məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə mərhum X11 adına verilmiş xx xxxxxxx 2002-ci il tarixli şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına veril miş xx xxxx 2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin və xx xxxxxxx 2012-ci il tarixli reyestrdən çıxarışın, cavabdehlərin arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında alıcının adına xx xxxxxx 2018-ci il tarixdə verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, atasına məxsus həmin fərdi yaşayış evində anadan olmuş və atasının ailə üzvü olaraq onun himayəsində, atasının ölümündən sonra anası onu atıb getdiyindən bibisinin himayəsində həmin evdə yaşamışdir. Bibisi onun qəyyumu təyin edildikdən sonra fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini rəsmi qəyyumu olaraq bibisi faktiki qəbul edib idarə etmiş, axırıncı tərəfindən mütəmadi olaraq evin və həyətyanı torpaq sahəsinin vergisi ödənilmiş, təmir və evə qulluq işləri aparılmışdır. Bu günədək ona və atasına məxsus avadanlıqlar və əşyalar həmin evdə yerləşir və evin giriş-çıxış qapısının açarları əvvəl qəyyumu olan bibisində olmuş, hazırda isə ondadır. 2018-ci ilin fevral ayında ona məlum olmuşdur ki, xx xxxxxx 2011-ci il tarixdə vəfat etmiş, 20 yaşından Bakı şəhərində qeydiyyatda olan və yaşamış əmisi X18 atasına məxsus yaşayış evinə və həyətyanı torpaq sahəsinə öz adına xx xxxxxxx 2002-ci il tarixdə mülkiyyət hüququ verən şəhadətnamə almış, onun vəfatından sonra həmin əmlak qızı Cavabdeh1 adına vərəsəlik qaydasında rəsmiləşdirilmiş, axırıncı isə həmin evi və torpaq sahəsini digər cavabdehə alqı-satqı müqaviləsi əsasında satmışdır. Birinci instnsiya məhkəməsində şahi d qismində dindirilmiş X9 və X10 ifadələrində mübahisələndirilən fərdi yaşayış evində iddiaçının atasının yaşadığını, o, vəfat etdikdən sonra orada mərhumun bacısı və iddiaçının yaşadıqlarını, xxxxxxx həmin evdə daimi yaşamadığını, istirahət məqsədi ilə gəlib-getdiyini, xxxxxxxx ümumiyyətlə həmin evdə görmədiklərini bildirmişlər. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)1253/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini xxxxxx Bakı şəhərində qeydiyyatda olması və daimi yaşamasına, mübahisəli torpaq sahəsinin üzərində yerləşən evin onun istifadəsində olmamasına, təsərrüfat başçısı kimi olmamasına baxmayaraq, həmin torpaq sahəsinin onun ad ına mülkiyyət hüququna verilməsi, şəhadətnamələr verilərkən təsərrüfatbaşına kitabda miras əmlakın sahibi kimi qeyd edilmiş və xx xxxxxx 1990-cı il tarixdə vəfat etmiş xxxxxx birinci növbəli vərəsəsi kimi iddiaçının hüquqlarının pozulması və nəticədə qanunvericiliyin tələblərinin pozulmaqla əmlakın özgəninkiləşdirilməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 1131.1, 1151.1, 1159.1.1, 139.1.1.5, 149.2, 152.1-ci maddələrinə, “Torpaq İslahatı haqqında” Qanunun 9cu maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.3, 2.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqay ıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-773/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh xxxxxxxvərəsəlik şəhadətnaməsini verən Bakı şəhər 27 saylı notariat kontoru işə cəlb edilməmiş və məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmadan (xəbərnamə) əldə etmədən, onların iştirakı olmadan iddia tələbinə baxılaraq qətnamə qəbul edilmişdir. Məhk əmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğunu yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirsə də, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, nəticədə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ünvan 1i ərazisində yerləşən evin yerləşdiyi 0,21 ha torpaq sahəsinə dair təsərrüfatda təsərrüfat başçısı Bxxxxxxxxolmuş, onun vəfatından sonra təsərrüfatbaşşısı kimi xxxxxxx qeydə alınmışdır. xxxxxxx xx.xx.1990-cı ildə vəfatından sonra təsərrüfat başçısı kimi həmi n ünvanda yaşamayan, 1980-ci ildən Bakı şəhərində qeydiyyatda olmaqla daimi yaşayan X11 adı qeydə alınmışdır. Halbuki, təsərrüfatbaşı kitabında təsərrüfat başçısı kimi təsərrüfat başçısı olan şəxs vəfat etdikdə (növbəlik qaydasında) həmin təsərrüfatda yaşayan digər ailə üzvi qeydə alına bilər. Çünki təsərrüfatbaşı kitabı həmin təsərrüfatda yaşayan şəxslərə və həmin təsərrüfata dair ümumi məlumatları əks etdirir. 1986-1990, 1991-2000-ci illərə aid Əzizbəyov adına sovxozun əmr kitablarında təsərrüfat başçısının dəyişməsinə dair hər hansı bir qeyd yoxdur. İddiaçının adı isə təsərrüfatbaşına kitabın 92-ci səhifəsinin 229 saylı şəxsi hesabında qeydə alınmışdır. Torpaq islahatı da həyata keçirilərkən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollek tiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilirdi. İddiaçının yaşının az olması təsərrüfatbaşı kitabında da təsərrüfat üzvü kimi hər hansı hüququnun məhdudlaşdırılmasına əsas olmamaqla, təsərrüfatın istifadəsində olan torpaq sahəsinin onun adına da qeydə alınmasını istisna etmir. Məhkəmə kollegiyası hesab etmişdir ki, torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilərkən təsərrüfatbaşına kitabda miras əmlakın sahibi kimi qeyd edilmiş və xx xxxxxx 1990-cı il tarixdə vəfat etmiş X3 birinci növbəli vərəsəsi olan iddiaçının qanuvericiliklə qorunan və vərəsəlikdən irəli gələn hüquqları pozulduğundan, həmçinin həmin təsərrüfatda təsərrüfat başçısı kimi qeydə alınmayan və yaşamayan, 1980-ci ildən Bakı şəhərində qeydiyyatda olmaqla daimi yaşayan X11 adına şəhadətnamə qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən etibarsız hesab edilməlidir. Bununla yanaşı, X18 xx xxxxxx 2011-ci il tarixdə vəfat etdikdən sonra Bakı şəhər notariusu E.H.Qurbanov tərəfindən verilmiş sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə dair xx xxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X11 vərəsəsi X12 müəyyən edilmişdir. Şəhadətnamənin verilməsinə əsas ünvan 1i ünvanında yerləşən 0,21 ha torpaq sahəsi və həmin ünvanda fərdi yaşayış evinə dair xxxxxxxxadına mülkiyyət hüququnun qeydə alınmasına dair arayış olmuşdur. Həmin daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair şəhadətnamə qanunvericiliyin təl əblərinin pozulması ilə verildiyi müəyyən edildiyinə görə etibarsız olduğundan, həmin şəhadətnaməyə əsasən verilən vərəsəlik hüququna dair şəhadətnamə də etibarsız hesab edilməsi qənaəti qaçılmazdır. Çünki şəhadətnamənin verilməsinə əsas olan hüquq müəyyənedici sənəd öz hüquqi əhəmiyyətini itirməklə, şəxsin hüquqlarının qeydə alınması və tanınmasını ehtiva edən sənəd artıq mövcud deyildir. Cavabdeh1 adına mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın, xx.xx.2017ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına mülkiyyət hüququnun qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi tələbinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 adına mülkiyyət hüququ mülki qanunvericiliyin tələblərinin pozulması ilə qeydə alınmışdır. Onun adına mülkiyyət hüququnun qeydə alınmasına əsas olan hüquq müəyyənedici sənədlər etibarsız hesab edildiyindən, həmin çıxarış və onun hüquqi nəticəsi kimi mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqd (alqı-satqı müqaviləsi) və çıxarış da etibarsız hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iddiaçı tərəfindən sübuta yetirilməməsi kimi işin mühüm əhəmiyyəti olan hallarını aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı, digər cavabdeh və üçüncü şəxslərin nümayəndələri hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdehlərdən b iri şikayət versə də, şikayət qətnamənin tam ləğv edilməsinə yönəldiyindən və şikayətdə ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı atasının birinci növbə vərəsəsi olduğu və miras əmlakı faktiki qəbul etdiyi halda onun hüquqları pozularaq miras əmlaka dair ikinci növbə vərəsə olan və mirası faktiki qəbul etməmiş əmisi X11 mülkiyyət hüquqları qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X16 torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilərkən təsərrüfatbaşına kitabda miras əmlakın sahibi kimi qeyd edilmiş və xx xxxxxx 1990-cı il tarixdə vəfat etmiş X3 birinci növbəli vərəsəsi olan iddiaçı nın qanunvericiliklə qorunan və vərəsəlikdən irəli gələn hüquqları pozulduğundan, həmçinin həmin təsərrüfatda təsərrüfat başçısı kimi qeydə alınmayan və yaşamayan, 1980-ci ildən Bakı şəhərində qeydiyyatda olmaqla daimi yaşayan X11 adına şəhadətnamə qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən etibarsız hesab edilməlidir. Məhkəmə torpağa mülkiyyət hüququna dair şəhadətnaməni etibarsız (qanunsuz) hesab etdiyindən həmin əmlaka dair miras qoyanın adından verilmiş vərəsəlik şəhadətnaməsini, çıxarışı, əmlakın üçüncü şəxsə satılması barədə alqı-satqı müqaviləsini və üçüncü şəxsin adına verilmiş çıxarışı da etibarsız hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi işə baxarkən, həmçinin müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsinə dair X16 şəhadətnamə Quba Rayon X7 xx xxx 1997-ci il tarixli, 04 saylı qərarı əsasında verilmişdir. İş üzrə həmin qərarın ləğv olunması (etibarsız hesab edilməsi) barədə iddia tələbi mövcud deyil. Nəzərə alınmalıdır ki, şəhadətnamənin verilməsinə əsas olmuş həmin qərarın qanuniliyinin mülki məhkəmə icraatı qaydasında yoxlanılması da qeyri-mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilmə sinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxx 2015-ci il Qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın 17-ci bəndinə əsasən isə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özü nün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh X4 mərhum atası X11 adına verilmiş torpağa müıkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 19-cu maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Mülki hüquq və vəzifələr, onların müdafiəsi” adlanan 2-ci fəslində yer almış həmin maddə ümumi norma olmaqla mülki iş üzrə konkret i ddia tələbinin müstəqil qanuni əsası kimi çıxış edə bilməz. Normada dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən aktlarının məhkəmə tərəfindən etibarsız sayıla bilməsi mümkünlüyünün nəzərdə tutulması publik hüquq münasibətlərinin tənzimləmə predmetinə aid mübahisələrin mülki məhkəmə icraatı qaydasında qiymətləndirilməsi və həll edilməsi üçün də əsas ola bilməz. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin qəbul edildiyi dövrdə Azərbaycan Respublikasında inzibati məhkəmə icraatı mülki məhkəmə icraatının tərkib hissəsi idi və mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrin müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyi ndən) verilən ərizə və şikayətlərə baxmaq səlahiyyəti var idi. Lakin hal hazrıda inzibati məhkəmə icraatı müstəqil icraat növü olmaqla həmin icraat yalnız bunu üçün xüsusi yaradılmış inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 140-cı maddəsini tətbiq etmədən əmlaka dair şəhadətnamə, vərəsəlik şəhadətnaməsi və çıxarışın etibarsızlığının avtomatik hüquqi nəticəsi kimi cavabdehlər X12 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsini və sonuncunun adına verilmiş çıxarışı da etibarsız hesab etmişdir. Halbuki Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pr ezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki qanunvericilikdə daşınmaz əmlakı vicdanlı əldə etmə institutunu tənzimləyən bu norma əmlakı əldə edənin xeyrinə reyestrdəki qeydi, bu qeydə dair etiraz reyestrə daxil edilmədiyi və ya şəxsin qeydin qeyri-dəqiq olmasını bilmədiyi hallarda həqiqi hesab edir. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mö vqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (xx xxxxxxx 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (xx.xx.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı maddəsinə və sadalanan hüquqi mövqelərə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlakı vicdanlı əldə edənlərin hüquqları hər bir halda məhkəmələr tərəfindən qorunmalı, əldə edə nin bilmədiyi və bilməsi mümkün olmadığı hallar belə əqdlərin avtomatik etibarsızlığına səbəb olmamalıdır. Daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istinsa edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Qeyd oluna nlara baxmayaraq hazırkı işə baxmış apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 140-cı maddəsinə tətbiq etməklə həmin maddənin dispozisiya şərtlərində sadalanan halların mülki işdə olub-olmadığı ilə bağlı heç bir hüquqi dəyərləndirmə aparmadan iddia tələbini X12 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və sonuncunu adına verilmiş çıxarışın etibarsızlığı hissəsində də təmin etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq n ormalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-773/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar