Məhkəmə qərarları › İş №2(102)-4691/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4691/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4691/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili Nümayəndə və Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(103)1283/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 2(009)-1485/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ü.S.Şükürova) İddiaçı Cavabdeh qarşı “əsas borca görə 150.000 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 4.375 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 37.200 ABŞ dolları olmaqla, cəmi 191.575 ABŞ dolları borcun tutulması barədə” iddiası qismən təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 150.000 ABŞ dolları, dəbbə puluna görə 300 ABŞ dolları olmaqla, cəmi 150.300 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(103)1283/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni faiz borcunun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilib, dəbbə puluna adi hissədə isə dəyişdirilib, faiz borcuna aid hissədə iddia təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə faiz borcuna görə 4.375 ABŞ dolları, dəbbə puluna görə 5.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən, cavabdehin apelyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq cavabdehdən əsas borca görə 150.000 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 4.375 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 37.200 ABŞ dolları olmaqla, cəmi 191.575 ABŞ dolları borcun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizə si daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili Nurəddin Sadıqov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Nümayəndə məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şə xslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən faiz borcunun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edib, dəbbə pulunun tutulması hissəsində dəyişdirib, q alan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə, iddianı faiz borcunun tutulması hissəsində rədd, dəbbə pulunun tutulması hissəsində qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 445.7, 462.1, 467-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, ma ddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında notariat qaydada təsdiq edilməklə 26 fevral 2018-ci il tarixli borc müqaviləsi bağlanıb və həmin müqaviləyə görə borc verən İddiaçı borc alan Cavabdeh 26 avqust 2018-ci il tarixədək qaytarmaq şərti ilə 155.000 ABŞ dolları borc pul verir, borc alan Cavabdeh isə həmin pul məbləğini qaytarmağı öhdəsinə götürür. Sonradan borc alan Cavabdeh 30 mart 2018-ci il tarixli yazılı ödəniş qəbzinə əsasən həmin borcdan 5.000 ABŞ dollarını borc verən İddiaçı geri qaytarıb. Hazırda iddiaçı iddia edir ki, sözügedən borcu cavabdehə verdikdən sonra sonuncu borc müqaviləsi üzrə öhdəliklərini tam icra etməyib və müqavilənin müddəti bitdikdən sonra borcu ödəməkdən bu və ya başqa şəkildə yayınır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, öhdəlik yerinə yetirilməyib və hazırda cavabdehin ona ödənilməmiş 150.000 ABŞ dolları borcu var. Cavabdeh isə borc müqaviləsi notariatda bağlanarkən iddiaçının ona 155.000 ABŞ dolları pul vermədiyini, iddiaçıdan həmin pulu almadığını, bu barədə hər hansı kassa məxaric qəbzinin mövcud olmadığını, borc müqaviləsinin əslində başqa əqdi pərdələmək məqsədilə bağlandığını göstərib, iddia tələblərinə etiraz edir. Apelyasiya instansiyası məhkəməsi əsas borcun tutulması hissəsində birinci instansiya mə hkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, faiz borcunun tutulmasının rədd edilməsi və dəbbə pulunun məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, haqlı olaraq qeyd etmişdir ki, iddia tələbləri qeyd olunan hissələrdə də qismən əsaslıdır. Belə ki, borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki işd ə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması və iddiaçı tərəfindən cavabdehə 6 ay müddətinə qaytarmaq şərti ilə 155.000 ABŞ dolları borc pul verməsi yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş müqavilə ilə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən icra müddəti (pulun qaytarılması tarixi) çatmış, lakin cavabdeh tərəfindən kredit borcu ödənilməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı sözügedən müqavilə üzrə ödənilməmiş 150.000 ABŞ dolları əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi həmç inin qeyd olunan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 26 fevral 2018-ci il tarixli borc müqaviləsi üzrə 155.000 ABŞ dolları borc pul alıb, həmin puldan 5.000 ABŞ dollarını geri qaytarıb, lakin qalan 150.000 ABŞ dolları məbləği 26 avqust 2018-ci il tarixədək qaytarmalı olduğu halda geri qaytarmayıb. İddiaçı həmin tarixdən hazırki iddianın qaldırıldı ğı 15 aprel 2019-cu il tarixə qədər olan 7 ay müddət üçün gecikdirmiş faiz borcunun tutulması tələbini irəli sürüb. Həmin məbləğ isə 4.375 ABŞ dolları təşkil edir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab etmişdir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 4.375 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin tələb tam təmin edilməlidir. Həmçinin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu ki mi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, 37.200 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 300 ABŞ dolları deyil, 5.000 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Apelyasiya instansiyası məhk əməsi cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh apelyasiya şikayətində əvvəlcə borc müqaviləsinin bağlandığını və 155.000 ABŞ dolları pul vəsaitinin ona 6 ay müddətində qaytarmaq şərti ilə maliyyə yardımı kimi borc verildiyini bildirsə də, sonradan qeyd edib ki, tərəflər arasında belə bir borc müqaviləsi olsa da, pul alınmayıb və bu barədə hər hansı kassa məxaric qəbzi mövcud deyil. Borc müqaviləsi tərəflər arasında olan digər əqddən əmələ gələcək öhdəliyi sığortalamaq məqsədilə bağlanıb. Göründüyü kimi cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri özü-özlüyündə ziddiyyətli olmaqla biri-dig ərini təkzib edir. Bundan başqa mülki iş materiallarında olan 30 mart 2018-ci il tarixli, 01 saylı ödəniş qəbzi ilə müəyyən olunur ki, cavabdeh həmin borcdan 5.000 ABŞ dollarını iddiaçıya geri qaytarıb. Göründüyü kimi cavabdehin bu hərəkəti ilə də təsdiq olunur ki, borc faktiki olaraq ona verilib. Həmçinin mülki iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdehin arvadı X2 arasında başqa bir mülki iş üzrə məhkəmə mübahisəsi mövcuddur. Belə ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Səbail rayon məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Arifə Ağaevli və onunla birlikdə yaşayan digər şəxslərin çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Eyni zamanda Arifə Ağaev li ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, onunla İddiaçı arasında bağlanmış 28 fevral 2018-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib və Arifə Ağaevli qarşılıqlı iddiasını onunla əsaslandırıb ki, İddiaçı ilə əri Əli Ağevli arasında 26 fevral 2018-ci il tarixdə bağlanmış borc müqaviləsinin şərtlərinə görə borc verən 155.000 ABŞ dolları pul vəsaitini borc alana 6 ay müddətinə- yəni 26 avqust 2018-ci il tarixədək qaytarmaq şərti ilə maliyyə yardımı kimi borc verir, borc alan Cavabdeh isə borcu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürür. Alqı-satqı müqaviləsi həmin borc müqaviləsinin təminatı kimi bağlanıb və faktiki olaraq alqı-satqı olmayıb. Göründüy ü kimi həmin mülki iş üzrə cavabdehin arvadı borc müqaviləsi üzrə pul vəsaitinin faktiki olaraq verildiyini etiraf edib. Bundan başqa mülki iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində gedən məhkəmə proseslərindən məlumatlı olub və hətta cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə ərizə göndərərək işə onun deyil, vəkilinin iştirakı ilə baxılmasını xahiş edib. Cavabdehin vəkili də məhkəmə iclaslarında iştirak edib. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, iddiaçıdan iddia olunan məbləğdə borc pul almadığını və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən id diaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiy yətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən tərəflər arasında notarial qaydada bağlanmış borc müqaviləsinin qüvvədə olmaqla məhkəmə qaydasında ləğv edilməməsini, etibarsız sayılmamasını da nəzərə alır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM- nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiyainstansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(103)1283/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar