Məhkəmə qərarları › İş №2(102)-4691/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4691/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4691/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan «X2 Edilməsi Agentliyi» MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4691/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-nin vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 2(103)-885/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan «X2 Edilməsi Agentliyi» MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı “əsas və faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faiz borcu üzrə 7956.02 ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 ABŞ dolları dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tut ulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh “X2 Edilməsi Agentliyi” MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" ASC-nin Xamaz filialı arasında bağlanmış 07.07.2006-cı il tarixli, 540/06 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, o cümlədən həmin müqavilə üzrə hesablanmış qanunsuz və ədalətsiz əlavə faiz (digər) məbləğlərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X2 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-XAÇ-61 saylı, 19 yanvar 2018- ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında 07.07.2006-cı il tarixdə, № 540/06 saylı Kredit Müqa viləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 07.07.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana evini təmir etmək məqsədi ilə 101.025 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin (2.3. bənd) əsasən “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 4.3-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”m ssuda hesabın a kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 15%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan borcu faiz borcu üzrə 7956.02 ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 ABŞ dolları məbləğində təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd oluna n kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, “X2 Edilməsi Agentliyi” MMC iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" ASC-nin Xaçmaz filialı arasında bağlanmış 07.07.2006-cı il tarixli, № 540/06 saylı kredit müqaviləsinə əsasən onun 7956.02 ABŞ dolları məbləğində faiz borcu qaldığını bildirmişdir. Sözügedən kredit müqaviləsi barəsində onun heç bir məlumatı olmamışdır. Həmin müqavilə onun iştirakı və məlumatı olmadan qanunazidd şəkildə bağlanmışdır. Belə ki, o, 2005-ci ildə "xxxx" ASC-nin Xaçmaz filialından kredit götürmüş və həmin kredit borcunu 2 (iki) ay ərzində bağlamışdır. Daha sonra şəxsiyyət vəsiqənin surəti bankda qaldığı üçün sözügedən bankın əməkdaşı saxtakarlıq yolu ilə onun adına 07.07.2006-cı il tarixli, № 540/06 saylı kredit müqaviləsinə əsasən 101.025 ABŞ dolları məbləğində kredit götürmüşdür. Daha sonra təxminən 2014cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış, orada onun imzası yoxlanılaraq sübuta yetirilmişdir ki, sözügedən kredit müqaviləsi onun tərəfindən imzalanmamışdır. Əlavə olaraq bildirir ki, borc müqaviləsinin onun adına aid olan hissəsi tam ödənilmiş və onun adına heç bir borc məbləği qalmamışdır. Buna görə də, hesab edir ki, məhkəmə ilkin i ddia tələbini təmin etməməli, kredit müqaviləsini və ondan irəli gələn bütün hüquqi nəticələri ləğv etməli, qarşılıqlı iddia tələbini təmin etməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 sentyabr 2020-ci il tarixli 2(001)-270/2020 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 07.07.2006-cı il tarixli, 540/06 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmənin sorğusuna 007-6898-1220 saylı, 02.07.2020-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 11.04.2016-cı il tarixli, 7040 №-li rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə bankın Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Bayramov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imza Cavabde h tərəfindən deyil, filialın Kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X1 tərəfindən icra olunmuşdur. Hazırda cinayət işi üzrə "xxxx" ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilir. Təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 11.04.2016-cı il tarixli, 7040 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh ilə Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Bayramov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imza X1 tərəfindən icra olunmuşdur. Beləliklə, qeyd olunan ekspert rəyi ilə müəyyən olunur ki, kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmamışdır. Bu isə özlüyündə müqavilənin etibarsızlığına səbəb olan haldır. Kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmadığı halda, həmin müqavilədən irəli gələn öhdəlik də cavabdehə aid edilə bilməz və ona görə də, Cavabdeh iddiaçı qarşısında heç bir maddi məsuliyyət daşımır. Belə olan halda iddia tələbi əsassız olduğuna görə təmin edilə bilməz. Cavabdeh kredit müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbini isə məhkəmə yuxarıda qeyd olunanlara əsasən əsaslı hesab edir. Ona görə də, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləs inin 385.1, 386.1, 389.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı "xxxx" QSC BOKT apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 2(103)-885/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(009)-270/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəm əsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarını araşdıran apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" ASC-nin Xaçmaz filialı ilə göstərilən müqaviləni bağlamamış, həmin müqavilə üzrə üzərinə öhdəliklər götürməmiş, müqaviləni və bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderini onun adından başqa şəxs imzalamaqla həmin sənədləri saxtalaşdırmışlar. Qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmamışdır. Bu isə özlüyündə müqavilənin etibarsızlığına səbəb olan haldır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı yenidən ekspertizanın keçirilməsini xahiş etsə də, ekspert rəyinin hansı səbəbdən düzgün olmadığına dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmin ekspert rəyi ilə müəyyən edilmiş halı şübhə altına alan və ya təkzib edən hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın d əlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" QSC BOKT (vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmənin sorğusuna 007-6898-1220 saylı. 02.07.2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki. cinayət işi üzrə "Azərbaycan Beynəlxalq B ankı” ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilir. Qeyd olunan məktubdan müəyyən edilir ki, cinayət işi yekunlaşmayıb. Belə olan halda hesab edirlər ki, həmin cinayət işi üzrə məhkəmənin ittihamedici hökmü qəbul edilmədiyi üçün cinayət işi üzrə hər hansı bir sübutun mötəbərliyi qəbul edilməzdir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəinki pozmuş, faktiki olaraq cavabdeh tərəfindən iddia tələbinin olmadığı və əqdin iştirakçıları arasında bu barədə hər hansı mübahisənin olmadığı halda kredit müqaviləsinin qaydalarına qiymət verməmiş, son nəticədə qeyri-oby ektiv bir qətnamə qəbul etmişdir. Bundan başqa apelyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxanda qeyd edilən əsaslardan göründüyü kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmələr də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişlər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iz ahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı "xxxx" QSC BOKT-un vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsn a olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktını n tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmışdır. Belə ki, ilk iddia üzrə iddiaçı kasasiya şikayətində apelyasiya şikayətində olduğu kimi, məhkəmənin sorğu nəticəsi əsasında əldə etmiş oldu ğu və qətnamə qəbul edərkən istinad etdiyi ekspert rəyi ilə bağlı cinayət işi üzrə istintaqın yekunlaşmadığını, buna görə həmin ekspert rəyinin mötəbər sübut hesab oluna bilməyəcəyini göstərmiş, lakin qeyd edilən ekspert rəyinin qeyri-mötəbərliyinin nədə ifadə edilməsi barədə hər hansı sübuta istinad edə bilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, kasasiya şikayətinin formallığının digər əlaməti kasasiya şikayətində birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq etməklə iddianı əsassız rədd etməsinin göstərilməsi, apelyasiya məhkəməsinin istinad etmədiyi halda, apelyasiya kollegiyasının Mülki Məcəllənin 430.1-ci maddəsinə düzgün istinad etməməsində özünü göstərir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-885/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar