Məhkəmə qərarları › İş №2(102)-4692/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4692/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4692/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4692/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı QSC BOKT-un vəkili Məmmədzadə Ayaz Eyvaz oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2066/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsində n İddiaçı QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "Aqrarkredit” QSC Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faiz borcu üzrə 6809,05 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Aqrarkredit QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-VN-*** dövlət qeydiyyat nömrəli Lexus LX 470 minik markalı avtomobilə yönəldilərək avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin Aqrarkredit QSC-nin hesabına ödənilməsi, sa tışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub Aqrarkredit QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddia müddəti buraxıldığından iddia müddətinin tətbiq edilməsini və buna uyğun olaraq iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirlə ri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Beynəlxalq Bankı ASCnin problemli aktivlərinin tələb hüququ Aqrarkredit QSC-yə keçmişdir. Aqrarkredit QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum, yəni X1 Edilməsi Agentliyi MMC vasitəsilə həya ta keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar Aqrarkredit QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-XAC-31 saylı 17 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən Aqrarkredit QSC-yə verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında 03.08.2007-ci il tarixdə, № 167/07 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% tətbiq edilməklə, 18 ay müddətinə 65000 ABŞ dolları məbləğində kredit verilmişdir. 03.08.2007-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cava bdeh mülkiyyətində olan **-VN-*** dövlət qeydiyyat nömrəli Lexus LX 470 minik markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka faiz borcu üzrə 6809,05 ABŞ dolları məbləğində borcu qalmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesa blanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 noyabr 2020-ci il tarixli 2(001)-3943/2020 nömrəli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03.08.2007-ci il tarixli 167/07 kredit müqaviləsinə əsasən, sonuncu ödəniş 16.03.2012-ci il tarixdə aparıldığı halda iddiaçı həmin müqavilə üzrə faiz borcu tələbinə dair 15.07.2020-ci il tarixdə, yəni 8 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya 21.04.2017-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən Cavabdeh 03.08.2007-ci il tarixli 167/07 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri hələ güzəşt edilərkən tələb üzrə iddia müddəti ötürüldüyündən, cavabdeh iddia tələblərinə iddia müddətinin təbiq edilməsinə dair ərizəsini məhkəməyə təqdim etdiyindən iddiaçı Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iddia tələbləri iddia müddətinin ötürülməsi səbəbindən təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3, 373.4, 375.1, 375.2, 385.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı QSC BOKT apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 2(103)-2066/2021 saylı, 18 fevral 2021ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(001)-3943/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelya siya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə hesablanmış, lakin ödənilməmiş 6809,05 ABŞ dolları məbləğində borcu yaranmışdır və həmin borc tələbinin xeyrinə güzəşt edildiyi iddiaçı Aqrarkredit QSC-nin hazırkı iddianı qaldırmaqla Cavabdeh borcu tələb etməyə subyektiv hüququ olmuşdur. Lakin iddiaçı həmin borc tələbini tələb etmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini (MM 373.2) ötürmüş, cavabdeh V.Səbzəlivev məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilməsini və həmin əsasla iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin də lillərlə razılaşmır. Belə ki, iddiaçı iddia müddətinin axımının 17.01.2018-ci il tarixdən tətbiq edilməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Belə ki, yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə və Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, iddia müddətinin axımı tələblərin güzəşt edilməsi vaxtı ilə deyil, müqavilə üzrə yaranmış öhdəliklərin icrası müddətinin başa çatması vaxtı ilə əlaqəlidir. Göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlil ləri İddiaçı QSC BOKT (vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə əsasən iddia müddəti tətbiq edərək iddianı rədd etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi də həmin qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. Halbuki, öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh ilə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göst ərilir: Bu müqavilə aşağıdakı hallarda xitam olunur: Bu müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəliklər Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə. Bundan başqa apelyasiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxanda qeyd edilən əsaslardan göründüyü kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmələr də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac verm işlər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un vəkili Məmmədzadə Ayaz Eyvaz oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

372. Başqa şəxsdən hər hansı hə rəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilm əli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şika yətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı ka sasiya şikayətində cavabdehin öhdəliklərinə xitam verilməsinin əsaslarının tərəflər arasında bağlanmış müqavilə ilə tənzimləndiyini, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə öhdəliklərinin icrasından birtərəfli qaydada imtina etdiyini, bunun isə yolverilməz olduğunu dəlil kimi göstərmiş olsa da, bildirilir ki, mülki qanunvericilikdə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün müqavilə öhdəlikləri üzrə 3 illik iddia müddəti müəyyən edilmişdir ki, həmin müddətin də tətbiq edilməsi üçün tələb olunan müddət keçməli və bununla bağlı cavabdehin ərizəsi təqdim edilməlidir ki, hər iki hal da iş üzrə mövcuddur. İddiaçının göstərdiyi xüsusatlar isə iddia müddətinin tətbiq edilməsinin əsassızlığı kimi qiymətləndirilə b ilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2066/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar