Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4693/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4693/21 (Açar sözlər: pul) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Məmmədov Fikrət Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2930/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayət i üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42.000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının uşaqlarının müəlliməsi olmuş, cavabdeh repetitorluq fəaliyyəti ilə məşğul olmuşdur. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə bir neçə dəfə pul verilmiş və həmin pul cavabdeh tərəfindən qaytarılmışdır. 2013-cü ildə cavabdeh böyük məbləğdə borc pul lazım olduğunu bildirdikdə, iddiaçı bankdan dollarla kredit götürüb cavabdehə vermiş və həmin il ərzində verilən borcun manat hesabı ilə məbləği 42000 manat təşkil etmişdir. Dəfələrlə borcun qaytarılması barədə cavabdehə müraciət olunsa da, hər dəfə cavabdeh borcu qaytaracağını vəd etmiş, 2017-ci ildə iddiaçı həmin borcun etiraf olunması barədə müqavilə bağlanılmasını cavabdehə təklif etmiş, cavabdeh bununla razılaşmış, 12.01.2017-ci il tarixdə aralarında Bakı şəhəri 51 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 42000 manat məbləğində “Borcun etirafı haqqında” müqavilə bağlanılmışdır.Qeyd edilən “Borcun etirafı haqqında” müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh müqavilədə göstərilən məbləğ, yəni 42.000 manat borc pulu 12.01.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin o, öhdəliklərini icra etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 iyun 2020-ci il tarixli, 2(009)-1108/2020 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 12.01.2017-ci il tarixli borcun etirafı müqaviləsi üzrə ödənilməli olan 38000 manat məbləğində pulun, həmçinin ödvlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 38030 manat məbləğində pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 01.09.2013-cü il tarixdə 42000 manat məbləğində borc pul verilmiş və cavabdeh həmin borcun qaytarılmasını öhdəsinə götürsə də, həmin borcu qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun qay tarılması tələb olunsa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. 12.01.2017-ci il tarixdə tərəflər mövcud olan borcun rəsmiləşdirilməsi ilə bağlı razılığa gəlmişlər və Bakı şəhər 51 saylı Dövlət Notariat Kontorunda onlar arasında 42000 manat borcun etirafı barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 42000 manat məbləğində pulun 12.01.2020ci il tarixədək qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin həmin müddət başa çatdıqdan sonra da cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni etiraf etdiyi 42000 manat məbləğində borcun iddiaçıya qaytarmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehə verilən borcun bir hissəsi iddiaçı tərəfindən bankdan götürülən dollarla kredit müqaviləsi əsasında verilən pul məbləği olmuş və dövlət tərəfindən devalvasi ya nəzərə alınmaqla həmin kreditə görə iddiaçıya 4000 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsindən imtina etdiyindən, iddiaçı həmin borcun məhkəmə qaydasında tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, həmin borcun 4000 manat hissəsi iddiaçıya ödənildiyindən, tələb yalnız 38000 manat borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Birinci instansiya məıhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.5, 882.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən təmin olun muş hissəsində ləğv edilməsi mülki işə münasibətdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Tofiq Səmədov- sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 2(103)-2930/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(009)-1108/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən borcun etirafı barədə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi təsdiq olunduğundan işə baxan birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etm əklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə 02 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas vermir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçıya olan borcu əslində 6000 manatdır. İddiaçı uzun müddət onun iş yerinə və yaşadığı yerə gələrək onu təhdid etmiş, bu təhdidlərə tab gətirməyərək o, notariusa gedib 6000 manata münasibətdə notariusda rəsmiləşdirmə aparılmasına razılıq vermişdir. Bundan sonra onlar notariusa gələrək borcun etirafı haqqında müqavilə imzalamışlar. O, orada sənədə imza etmiş, lakin nə notarius, nə də iddiaçı həmin borcun müqavilədə 42000 manat göstərilməsini ona bildirməmişlər. Əks halda o, müqaviləni imzalamazdı. Müvafiq işə apelyasiya məhkəməsində baxılarkən iş tam araşdırılmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəm ə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı olğunun nümayəndəsi və vəkili Məmmədov Fikrət Məhəmmədəli oğlu kasasiya şikayətinə etiraz edərək məhkəmədən şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dsəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə
448. Əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 882.1 Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması ü çün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Haz ırkı kasasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də iddiaçıya 6000 manat borcunun olmasını göstərmiş, bu xüsusatla bağlı hər hansı sübuta istinad edə bilməmişdir. Digər tərəfdən o, müqavilədə 42000 manat pulun qeyd edilməsini bilmədiyin bildirmiş, lakin işə baxıldığı müddət ərzində həmin müqaviləni hər hansı məhkəmədə mübahisələndirməmişdir. Həmçinin cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsini əsaslandıra bilməmiş və göstərməmişdir. Ümumilikdə kasasiya yoxlaması nəticəsində də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı m üəyyən edilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2930/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.