Məhkəmə qərarları › İş №2(102)-47/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-47/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-47/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilk, İddiaçı Cavabdeh1 İddiaçı QSC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə QƏRARİ iş № 2(102)-47/2022 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulmasıkredit müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 17 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərki bdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı QSC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-532/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2015-ci il tarixli, 026F********** saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, aylıq 2.25 faizlə % olmaqla 8.700 ABŞ dolları məbləğin də kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi cavabdehlər X1 və Cavabdeh3 borclu Cavabdeh1 zamin durmuşlar. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı QSC iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3440,55 ABŞ dolları məbləğində əsas, 2261.29 ABŞ dolları məbləğində faiz, 6892.49 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12594 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.04.2017-ci il tarixd ən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.

5. Cavabdeh götürdüyü kredit borcundan 5259.45 ABŞ dolları ödəniş etmiş və onun iddiaçıya 3440.55 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. 6. iddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1., 472.2. və 501-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh1 da İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı QSC arasında bağlanmış 026A********** saylı, 22.07.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməklə müqavilənin onun tərəfindən tam icra edildiyini nəzərə alaraq müqaviləyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmıəşdı r ki, Cavabdeh1 yaşadığı evin tikintisinə vəsait ödəmək üçün qeyd olunan “Kredit müqaviləsi” ilə iddiaçı Bankdan 36 ay müddətinə illik 27 faizlə (aylıq 2.25%) 8.700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Faktiki olaraq ondan 87 ABŞ dolları komissiya tutulmuş və cəmi 8.613 ABŞ dolları məbləğində kredit verilmişdir.

9. Həmin ərəfədə 1 ABŞ dollarının kursu rəsmi məzənnəyə uyğun olaraq 1,05 Azərbaycan manatı olmuşdur. Cavabdeh1 ABŞ dolları ilə Bank tərəfindən ona verilmiş məbləği Azərbaycan manatına dəyişdirib, ustaların pulunu vermişdir.

10. Qrafik üzrə Cavabdeh1 Banka 36 ay müddətində hər ay 357 ABŞ dolları, yaxud 377 manat ödəmişdir. Beləliklə, 36 ayın tamamında Cavabdeh1 tərəfindən Banka həmin kredit müqaviləsinə görə (24.07.2018-ci il tarixdə) 12.877,16 ABŞ dolları, yaxud 13.521,018 m anat, o cümlədən 8.700 ABŞ dolları əsas borc (9.135 manat) və 4.177,16 ABŞ dolları faiz borcu (4.386,018 man.) ödəməli idi. Cavabdeh1 Banka 2015-ci ilin avqustundan başlayaraq 2018-ci ilin iyul ayı da daxil olmaqla 1 ABŞ dolları= 1.05 manat kursu ilə manatla ödəmişdir.

11. Cavabdeh1 Banka sonda 13.521,018 manat (12.877,16 ABŞ dolları x 1.05 manat-13.521,018 manat) ödəməli idi. Kredit götürəndən hər ayın əsas borcunu və faizlərini yalnız 1-ci ayda qrafik üzrə həmin gün, qalan 35 ayda 222 gün vaxtından əvvəl ödəmişdir. 22.07.2018-ci il tarixədək 36 ayda Cavabdeh1 Banka 13.521,018 manat əvəzinə 13.870 manat ödəməklə krediti tam ödəmişdir.

12. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

13. Birinci instansiya məhkəməsi 22.01.2020-ci il tarixli qərardadı ilə məhkəməmühasibat lıq ekspertizası təyin edərək, ekspert qarşısında cavabdehin 22 iyul 2018-ci il tarixinə borcunun məbləği barədə sual qoymuşdur.

14. Məhkəmə Ekspertiza Mərkəzinin 12.03.2020-ci il tarixli, 4721 nömrəli rəyinə əsasən 22.07.2018-ci il tarixə (sualda qeyd edilən tarixə) Cavabdeh1 banka olan borcu ümumilikdə 3.974,41 ABŞ dolları, o cümlədən: əsas borc üzrə 3.959,56 ABŞ dolları, faiz borcu üzrə 14,85 ABŞ dolları təşkil edir.

15. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsi üzrə müddətin keçməsini göstərib, onlara qarşı iddia tələbinə xitam verilməsini xahiş etmişlər.

16. Səbail Rayon Məhkəməsinin 2(009)-355/2020 nömrəli, 10 iyun 2020-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 3440,55 (üç min dörd yüz qırx ABŞ dolları əlli beş sent) ABŞ do lları əsas, 14,85 (on dövd ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz borcu və 344 (üç yüz qırx dörd) ABŞ dolları cərimə borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutuması, qalan hissədə iddia təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın Cavabdeh1 tutularaq tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət etmişdir. (hakim Mədinə Bağırova)

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 22.07.2015-ci il tarixli, 026A********** s aylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə 8700 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. Nəticədə cavabdehin banka 3440,55 ABŞ dolları əsas borcu yaranmış, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir.

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyinə görə ondan 3440,55 ABŞ dolları məbləğində əsas borcun bankın xeyrinə tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir.

19. Birinci instansiya məhkəməsi faiz borcunun tutulması ilə bağlı isə qeyd edib k i, bu tələb tam təmin edilə bilməz. Çünki bankla Cavabdeh1 arasında bağlanmış 22.07.2015-ci il tarixli, 026F********** saylı kredit müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 22.07.2018-ci il tarixdə həyata keçirilməli idi. Eyni zamanda kredit müqaviləsində nəzərdə tutulmamışdır ki, həmin müddət bitəndən sonra ödənilməyən əsas kreditin məbləğinə müqavilədə nəzərdə tutulmuş faizlərin hesablanması davam edir. İddiaçı isə kredit müqaviləsinin müddəti bitdikdən sonra həmin müqavilənin şərtlərinə uyğun hesablanmış faizlərin ödənilməsini tələb edir.

20. Birinci instansiya məhkəməsinin qənaətinə əsasən iddiaçı tərəfindən irəli sürülmüş faiz borcunun cavabdehdən tutulması barədə tələb qismən təmin edilməli və kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixinə, yəni 24.07.2018-ci il tarixə olan faiz borcu tutulmalıdır. Həmin faiz borcu isə məhkəmə-mühasibatlıq ekspertizasının 12.03.2020-ci il tarixli, 4721 nömrəli rəyə əsasən 14,85 ABŞ dolları təşkil edir.

21. Həmçinin birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Cavabdeh1 tələb edilən 6892.49 ABŞ dolları məbləğində cərimə məbləğini azaltmışdır.

22. Birinci instansiya məhkəməsi zaminlərə qarşı iddia tələbi əsassız sayaraq qeyd edib ki, Cavabdeh1lə kredit müqaviləsi 22 iyul 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır. Buradan görünür ki, zaminlər Cavabdeh2 və L.E. Mustafazadə öz öhdələrinə Cavabdeh1 tərəfindən kredit müqaviləsinin göstərilən müddətdə və borcun şərtləndirilmiş məbləğində icra edilməsinə görə məsuliyyət götürmüşlər. İddiaçı bank borcun məcburi tutulması barədə iddia ilə məhkəməyə 10 dekabr 2019-cu il tarixdə, yəni öhdəliklərin icrası müddətinin keçməsindən sonra müraciət etmişdir.

23. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edib ki, iddianın hüquqi əsası kimi istinad edilən Mülki Məcəllənin 339.2-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğunu müəyyən etmək mümkün deyildir. Mübahisələndirilən kredit müqaviləsinə dair hüquqi proseslər barəsində Cavabdeh1 müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilənin şərtləri onun razılığı çərçivəsində müəyyənləşdirilmiş, müqavilənin digər tərəfi olan İddiaçı QSC tərəfindən aldadılma olmadığı halda isə, müqavilənin etibarsız hesab edilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğun olmadığı kimi, həm də ədalətli deyildir.

24. Birinci instansiya məhkəməsinin iddia müddətini tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibəti isə belə olub ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçməmişdir.

25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 339, 373.1, 385.1, 442, 445, 448.1, 462, 467, 477.0.4, 739.1, 739.2-ci Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

26. Cavabdeh1 apelyasiya şikayəti verib qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

27. Apelyasiya şikayətinin dəlilləri: - bank susmaqla müqavilə şərtlərinin dəyişdirilməsinə, yəni ödənişlərin dolların müqavilə bağlanılan zaman kursuna uyğun həyata keçirilməsinə razıl ıq bildirmişdir. Buna görə də faizlər müqavilə bağlanan zaman mövcud olmuş dolların rəsmi valyuta məzənnəsinə uyğun olaraq hesablanmalıdır; - belə olduqda isə onun Banka heç bir borcu qalmır, hətta artıq məbləğdə ödəniş etdiyi müəyyən olunur; - bundan başqa, Bank həmin vaxtı bildirdi ki, o artırılmış məbləği ödəməyəcək, lakin pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməyərək, iddia müddətini ötürmüşdür.

28. Apellyasiya insatanskiyası məhkəməsi cavabdehin vəsatəti əsasında 11 sentyabr 2020-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin edir, ekspertin qarşısında 1 ABŞ dollarının 1,05 manata nisbətində şərti olaraq sabit qalması nəzərə alınmaqla cavabdehin borcunun məbləğinin nə qədər olması barədə suallar qoyur.

29. Məhkəmə Ekspertiza Mərkəzinin 30.11.2020-ci il tarixli, 9/4548 nömrəli rəyinə əsasən hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 22 iyul 2015-ci il tarixli 026A********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri, eləcə də, ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1,05 Azərbaycan manatı olmaqla şərti olaraq nəzərə alındığı təqdirdə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə kredit müqaviləsinin müddətinin bitdiyi 22 iyul 2018-ci il tarixinə borcu yoxdur, bundan əlavə olaraq 303,86 manat məbləğində artıq ödəniş edib.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-532/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruz əçi), Rəşad Həsənov və Şeyda Məhərrəmova)

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır.

32. Apellyasiya instansiyası göstərmişdir ki, borcun məbləğinin müqavilə bağlanılan tarixdə dolların məzənnəsinə uyğun hesablanması ilə bağlı tərəflər arasında razılaşmanın olması təsdiq olunmur. Belə ki, iddiaçı Bank buna razılıq verməmiş və bununla bağlı tərəflər arasında müqaviləyə dəyişikliklər olmamışdır.

33. Apellyasiya instansiyası mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Mülki Məcəllənin 421.1, 421.2, 423.1 və 423.2-ci maddələrinə istinadən vurğulayıb ki, müqavi lənin şərtlərinin dəyişdirilməsi ancaq tərəflərin razılığı əsasında mümkündür. Lakin hazırki iş üzrə iddiaçı Bank ilə Cavabdeh1 bununla bağlı yazılı razılığa gəlmələri müəyyən olunmur. Tərəflər bununla bağlı müqavilə bağlamamışlar. Müqavilənin dəyişdirilməsi qaydalarına riayət olunmadığı üçün müqavilənin dəyişdirilməsi barədə cavabdehin dəlili əsassızdır.

34. Apellyasiya instansiyası Mülki Məcəllənin 372.1, 373.2, 375.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli Qərarına istinadən göstərib ki, iddia müddətinin axımı öhdəliklərin icra müddəti bitdikdən sonra hesablanmağa başlanmalıdır. Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış 22.07.2 015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, 22.07.2015-ci il tarixli ödəniş planından isə görünür ki, sonuncu ödəniş tarixi 22.07.2018-ci il tarixdədir. İddiaçı Bank isə üç illik iddia müddətini ötürmədən, yəni 10.12.2019-cu il tarixdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh1 ( Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti apellyaisya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

37. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələnd irə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tə ləb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra e dilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100 manat miqdarında dəbbə pulu alınmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansi yası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş etmişlər. Buna görə də hazırki kassasiya baxışının predmeti həmin qətnaməni tam yoxlanmasından ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən a pellyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

44. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

45. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

46. Cavabdehin müqavilə müddəti tarixinə borcunun məbləği keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilib. İddia müddətinin keçməsi ilə bağlı dəlillərə qiymət verilib.

47. Həmçinin qarşılıqlı iddia üzrə kredit müqaviləsinin etibarsızl ığı ilə bağlı əsaslar müəyyən edilməyib.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-532/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar