Məhkəmə qərarları › İş №2(102)-4700/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4700/2019

05.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4700/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il t arixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddianın rədd edildiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz rayon məhkəməsinə müraciət etmişdir. Oğuz rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.Süleymanov, iş 2(054)-613/2018) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16 iyul 2014-cü il tarixli 5-MZ-1-0-2475-14 nömrəli kredit müqaviləsi üzrə 2535,92 ABŞ dolları əsas borc, 1130,86 ABŞ dolları faiz borcu - cəmi 3666 (üç min altı yüz altmış altı) A BŞ dolları 78 (yetmiş səkkiz) sent borcun və və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləğinin 26,00 manatdan ibarət hissəsinin tutularaq İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, borc məbləğinin qətnamənin icra olunduğu günə ABŞ dollarının AR Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanması, iddia tələbinin digər hissədə rədd edilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləğinin 4,00 manatdan ibarət hissəsinin İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, iş üzrə 145,00 manat ekspertiza xərcinin 126,00 manatdan ibarət hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 19,00 manatdan ibarət hissəsinin isə İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-746/2019) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Oğuz rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnamənin iddianın rədd edildiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyul 2014-cü il tarixli 5-MZ-1-0- 2475-14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 6400 (altı min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində cəmi 8430,84 ABŞ dolları əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. 16 iyul 2014-cü il tarixli 5-MZ-1-0-2475-14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdükləri öhdəliklərini lazımi qaydada icra etmədiklərinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada 2535,92 ABŞ dolları əsas borc, 1476,02 ABŞ dolları faiz borcu, 137,66 ABŞ dolları cərimə - cəmi 4149,60 ABŞ dolları borc məbləği və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləğini tələb edir. İşdə оlаn Məhkəmə-mühasibat ekspertizasının 24 oktyabr 2018-ci il tarixli 23511 saylı rəyi ilə 16 iyul 2014-cü il tarixli 5-MZ-1-0-2475-14 nömrəli kredit müqaviləsi üzrə 10 sentyabr 2018-ci il tarixədək iddiaçıya olan əsas borcun miq darı 3333,21 ABŞ dolları, faiz borcunun miqdarı isə 1130,86 ABŞ dolları müəyyən edilmişdir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 145,00 manat təşkil edir). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 449.1, 465.2, 472.1, 472.2 və 739.1-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinin tətbiq edilməsi ilə razılaşmışdır. İddiaçı İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad e tmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi yalnız iş üzrə ekspert rəyinə istinad edərək müqavilə üzrə tələb olunan əsas borcunu 345.16 ABŞ dollarına qədər azaltmışdır. AR MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Buna baxmayaraq Məhkəmə rəyi tədqiq etmədən, onun iş üzrə digər sübutlarla müqayisəli təhlilini aparmadan, sadəcə rəyə istinad etməklə iddia tələbini qismən təmin etmişdir. Hesab edirik ki, bu hal MPM-in tələbləri ilə ziddiyət təşkil edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmi şdir: “...Qeyd olunan maddi hüquq normalarının tələbinə və tərəflər arasında bağlanmış 16 iyul 2014-cü il tarixli 5-MZ-1-0-2475-14 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən, habelə məhkəmə-mühasibat ekspertizasının rəyinin nəticələrinə görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 1476,02 ABŞ dolları faiz borcu tutulmasına dair hissəsi qismən - məhkəmə-mühasibat ekspertizasının rəyinin nəticələrinə uyğun olaraq 1130,86 ABŞ dolları həddində təmin edilməlidir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, məhkəmə-mühasibat ekspertizasının 24 oktyabr 2018-ci il tarixli 23511 saylı rəyi ilə 16 iyul 2014-cü il tarixli 5-MZ-1-0-2475-14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçıya cərimə borcunun olması müəyyən edilməmiş dir. Məhkəmə-mühasibat ekspertizasının 24 oktyabr 2018-ci il tarixli 23511 saylı rəyinin nəticələrini iş üzrə tərəflər, o cümlədən iddiaçı da mübahisələndirməmişdir.” Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntul arına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar