Məhkəmə qərarları › İş №2(102)-4701/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4701/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4701/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-104/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov, iş 2(028)-559/2018) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənnilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013cü il tarixli kredit xətti müqaviləsinə və xx.xx.2014-cü il tarixli kredit razılaşmasına xitam verilmiş, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 15.908,20 ABŞ dolları borc, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə tələb N nömrəli binanın 1-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 46,3 kv. m ümumi, 29 kv.m yaşayış, 17,3 kv.m yardımçı sahədən ibarət 2 otaq lı 3 nömrəli mənzilə yönəldilmiş, mənzilin ilkin satış qiyməti 14.276,08 manat müəyyən edilməklə açıq hərracda satılması və həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh4 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Məmmədov, T.O.Quliyev və S.A.Qafari) iddiaçı və cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən-xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə və xx.xx.2014-cü il tarixli kredit razılaşmasına xitam verilməsi, ipoteka predmeti olan əmlaka tut ma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin əmlakdan çıxarılmasının və əmlakın boşaldılmasının təmin edilməməsi, N nömrəli binanın 1-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 46,3 kv. m ümumi, 29 kv.m yaşayış, 17,3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 3 nömrəli mənzilin ilkin satış qiymətinin 14.276,08 qəpik müəyyən edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində təmin edilmiş, mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 tərəfindən tərk edilmədikdə onun həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxl anılması qət edilmişdir. İşin halları: İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh4 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh4 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.833% olmaqla, 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən isə Cavabdeh3 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh4 ilə birgə məsuliyyət daşımaları barədə üzərlərinə öhdəlik götürmüşlər. Öhdəliklərin icrasının təminatı kimi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavab deh4 mülkiyyətində olan N nömrəli binanın 3 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə görə Cavabdeh4 öz müqavilə öhdəliklərini lazımınca icra etməmiş, bununla əlaqədar cavabdehə Bank tərəfindən məktubla müraciət olunaraq borcun ödənilməsi üçün vaxt verilmiş, borcun ödənilməsi təmin olunmadığına görə borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsi barədə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixdə bildiriş göndərilmişdir. 2018-ci oktyabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ondan və zaminlərdən müştərək qaydada müqavilə üzrə yaranmış cəmi 21.608,2 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh1 və onların vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 xx.xx.2014-cü il tarixli kredit razılaşmasını bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit razılaşması üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh4 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh4 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlik ləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh4 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1.) Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2.) Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uy ğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar