Məhkəmə qərarları › İş №2(102)-4702/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4702/2020

08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4702/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)-231/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev, iş 2(067)-879/2019) İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh əmlaka dəyən zərərin əvəzi olaraq 13.050 manat pul, eləcə də iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.O.Quliyev, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi-Cavabdeh əmlaka dəyən zərərin əvəzi olaraq 13.050 manat pul tutulması hissəsində dəyişdirilmiş, ziyan məbləği 5000 manat müəyyən edilmiş, ödənilmiş 30 manat dövlət rüsumunun 19,80 manat hissəsi iddiaçıya aid edilmiş, 10,20 manat hissəsi Cavabdeh alınıb iddiaçıya qaytarılması qət edilmişdir. İşin halları: Cavabdeh xx.xx.2018-ci il tarixdə, saat 15:00 radələrində İddiaçı məxsus “Mercedes-Benz E 240” markalı, avtomobili sürücülük hüququ olmada n sərxoş halda idarə edərkən Qusar-Xudat yolunun 7-ci kilometrində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı məxsus avtomaşına maddi ziyan dəymişdir. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli inzibati iş üzrə qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən baş vermiş qəza nəticəsində ona məxsus avtomobilə tam yararsız hala düşməklə ona 14.700 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətna mələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən işə sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlil lərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçıya dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması üçün məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 9881 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 9610 nömrəli ekspert rəylərinə əsasən hadisədən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşünün və hərəkət hissələri yaxşı saz vəziyyətdə olan, t am komplektli və təyinatı üzrə istifadəyə yararlı, mühərrik tutumu 2400 sm3, 1999-cu il buraxılışlı, “Mercedes-Benz E 240 minik” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobilin xx xxxx 2018-ci il tarixə, respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 14.500 manat, salamat olan hissələr isə çıxdıqda zərər çəkmişə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə təxminən 13.050 manat müəyyən edilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus avtomobil hazırda saz vəziyyətə gətirilmiş, istismara tam yararlıdır, maşının qəzalı vəziyyətinə vizual olaraq baxıldıqdan sonra belə vəziyyətdə olan avtomobili saz vəziyyətə gətirmək üçün 4500-5000 manat məbləğində vəsait tələb olunur və avtomobilin indiki bazar qiyməti 10.000 manat təşkil edir. Apelyasiya instansiyasının məhkəmə iclasında verdiyi izahatında İddiaçı mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyanın məbləğinin əvəzi olaraq nağd şəkildə 5000 manat məbləğində pulun Cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə ona qarşı heç tələbinin olmayacağını bildirmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinə hüquqi qiymət verərək hesab etmişdir ki, alınmış son mütəxəssis rəyi işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətlərini özündə əks etdirdiyi üçün həmin rəyi qəbul edib iddianın 5000 manat məbləğində təmin olunması barədə nəticəyə gəlmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödə nilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin n ormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya işin yuxarıda göstərilən hallarını və qanunun normalarını nəzərə alaraq apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar