Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4702/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilm əsi tələbinə dair” Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-773/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli LD/1426/00056 saylı kredit müqaviləsinə əsasən cavabdehə 21 ay müddətinə illik 33 faiz dərəcəsini tətbiq etməklə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Mə hdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 18 sentyabr 2014-cü il tarixli, LD/1426/00056 saylı kredit müqaviləsi üzrə 1.447,74 (bir min dörd yüz qırx yeddi dollar yetmiş dörd sent) ABŞ dolları əsas borc, 0,00 ABŞ dolları faiz borcu, 0,00 ABŞ dolları cərimə, cəmi 1.447,74 (bir min dörd yüz qırx yeddi dollar yetmiş dörd sent) ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli LD/1426/00056 saylı kredit müqavil əsinə əsasən cavabdehə 21 ay müddətinə illik 33 faiz dərəcəsini tətbiq etməklə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən kredit üzrə əsas borcu müəyyənləşdirilmiş qrafik üzrə hər ay iddiaçıya ödənilməli idi. Lakin Cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir. İddiaçı əsas kredit məbləğinin, kredit faizlərinin və cərimənin ödənilməsini tələb etsə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh göstərilən borc məbləğlərini ödəməmişdir. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 18 sentyabr 2014-cü il tarixli LD/1426/00056 saylı kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1.447,74 (bir min dörd yüz qırx yeddi dollar yetmiş dörd sent) ABŞ dolları əsas borc, 0,00 ABŞ dolları faiz borcu, 0,00 ABŞ dolları cərimə, cəmi 1.447,74 (bir min dörd yüz qırx yeddi dollar yetmiş dörd sent) ABŞ dolları məbləğində borcu yaranmışdır.
4. Saatlı Rayon Məhkəməsinin 2(055)-1205/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Abuşov) iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin 18 sentyabr 2014-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.447 (bir min dörd yüz qırx yeddi) ABŞ dolları 74 (yetmiş dörd) sent borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınması tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 377.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər- Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kazımov və N.Mirzəyev) 07 may 2021-ci il tarixli, 2(103)-4272/21 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-441/2021 saylı, 10.02.2021- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
8. Apellyasiya instansiyası mə hkəməsinin qətnaməsindən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya məhkəməsi iddia müddətinin keçməsi ilə bağlı normaları düzgün tətbiq etməmişlər. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçıları nın izahatları
11. İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
14. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli LD/1426/00056 saylı kredit müqaviləsinə əsasən cavabdehə 21 ay müddətinə illik 33 faiz dərəcəsini tətbiq etməklə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə şərtlərinə görə borcalanların son ödənişi 18 iyun 2016-cı il tarixdə aparılmalı idi. İddiaçı müqavilənin müddəti bitəndən sonra üç illik iddia müddətini buraxmaqla 19.09.2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişd ir. İşdə iddia müddətini kəsən hər-hansı bir hal aşkar edilməmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Fiziki və hüquqi şəxslər öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır.
20. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməs ini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur.
22. Azərbaycan Respublikası Konstitusiy ası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
23. Hazırkı mülki iş üzrə materialların əvvəllər məhkəməyə göndərilməsi və həmin materialların müvafiq rəsmiləşmə olmadan geri qaytarılması barədə etirazlar keçərli deyil. Əvvəla, məhkəməyə daxil olmu hər bir idia tələbi üzrə müvafiq qərar qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərindən irəli gəlir. MPM-nin 151-ci maddəsinə əsasən məhkəməyə daxil olan iddia ərizəsinin mümkünldüyü yoxlanılır. Məhkəmə ya həmin ərizəni icraata qəbul edir, və yaxud onu geri qaytarır, icraata qəbul etməkdən imtina edir. Hər bir halda məhkəmə bununla bağlı qərardad çıxarır. Belə bir sənədləşmə olmadan materialları bir dəfə vaxtında məhkəməyə təqdim etmələri, restrukzasiya tədbirləri üçün həmin materialları məhkəmənin göstərişinə əsasən geri götürmələri ilə bağlı iddiaçı tərəfin dedikləri keçərli deyil.
24. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-773/2021 nömrəli, 16 m art 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.