Məhkəmə qərarları › İş №2(102)-4703/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4703/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4703/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X3 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)-2999/2019 saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: T.O.Quliyev, G.F.Tağızadə və L.M.Məmmədova) Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ve rilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-94/2018 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilib, Cavabdeh2 İddiaçı1-dən aldığı “bitki mühafizə vasitələrinə” görə olan 3066,20 manat və dövlət rüsumu kimi ödənilmiş 5,62 manatın alınaraq, İddiaçı1-yə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 127 manatın Cavabdeh2 aid edilməsi və həmin pulun onlardan alınaraq Az.MEM, VÖEN **********, ABB mərkəzi filialı, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, H/h AZ34CTRE ******************** hesabına ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, xx xxxxxx 2015-ci il tarixli aktın etibarsız hesab edilməsi, İddiaçı1-dən 10 manat dövlət rüsumunun alınaraq, Cavabdeh2 v erilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)-3876/2018 saylı qətnaməsi ilə İddiaçı1-nin apelyasiya şikayəti qismən təminedilmiş, Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qismən təmin edilib, Cavabdeh1 3066,20manat və dövlət rüsumun əvəzi 5,62 manat alınaraq İddiaçı1-yə verilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, apelyasiya şikayəti üzrə ödənilmiş rüsumun əvəzi 7,50 manatın Cavabdeh2 alınaraq İddiaçı1-yə verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, xx xxxxxx 2015-ci il tarixli aktın etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qaldırılması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı1-dən alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3182/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2999/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1-nin apelyasiya şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-94/2018 saylı qətnaməsi ləğv olunaraq ilk iddia tələbi təmin edilmiş, “Bitki mühafizə vasitələrinə” görə 16.363,69 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh2 alınaraq İdd iaçı1-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 2020-ci ilin mart ayında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Prosessual müddətin bərpasına dair ərizə ilə əlaqədar yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətində qərardadın prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməsini əsas göstərərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassa siya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçı tərəfin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin surəti xx xxxxxxxx 2019-cu il tarixdə rəsmi olaraq tərəflərə göndərilmiş, Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixdə şəxsən poçt göndərişinin xəbərnaməsinə imza etməklə qətnamənin surətini rəsmi qaydada qəbul etmiş və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti xx xxxx 2020-ci il tarixdə apelyasiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Cavabdeh1 tərəfindən kassasiya şikayəti müəyyən olunduğu kimi qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası M PM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdə kassasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən ötürülməsi barədə əsaslar olmadığından, apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini təmin etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar