Məhkəmə qərarları › İş №2(102)-4703/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4703/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4703/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4703/21 (Açar sözlər: borc məbləğinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil İsbəndiyar oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)-802/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, kredit borcunun məbləğinin düzgün müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Ədilova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı ilə bağlanmış kredit müqavilələri həm bağlanma tarixi, həm də tələb olunan əsas məbləğə münasibətdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublika sı Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşsə də, hazırki iddia tələbi Fərmanın 8.6-cı bəndinin tələblərinə uyğun deyil. Belə ki, həmin bəndin tələbinə görə, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 01 yanvar 2012-ci il tarixdən bu Fərmanın qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Bu baxımdan, hazırki işdən göründüyü kimi kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar siyahısına daxil deyil. Belə ki, 03 sentyabr 2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi və 16 iyul 2014-cü il tarixdə bağlanmış baş saziş üzrə borc iddiaçı tərəfindən tam ödənilib. Bo rc məbləği ödənilməyən digər iki müqavilə üzrə isə bank faiz və cərimə borclarını silməklə iddiaçıya yeni güzəştli şərtlərlə müqavilə bağlamağı təklif etsə də, o, bundan imtina edib. Beləliklə, hazırki işdə məhkəmə əmrləri üzrə xitam verilmiş borc məbləğlərinə sözügedən Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunması üçün əsaslar mövcud deyil. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.2, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən və məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şik ayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatl ar verdilər. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşd ırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya inst ansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bank tərəfindən İddiaçı 22 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 1.000 manat; 16 iyul 2014-cü il tarixli razılaşmaya əsasən 2.549 manat kredit verilib. Lakin İddiaçı öhdəliklərini vaxtında və lazımınca icra etməyib və Bankın tələblərinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli və 02 avqust 2016-cı il tarixli əmrləri ilə Bankın tələbləri təmin edilib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının kredit xərcləri üzrə borcları müvafiq müqavilələrin şərtlərinə əsaslanaraq bankdaxili qaydalara uyğun olaraq düzgün hesablanıb. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı 19 aprel 2019-cu il tarixdə iddiaçının kreditləri hesabına kredit kartı üzrə 353,92 manat və nağd pul krediti üzrə 864,96 manat olmaqla, cəmi 1.218,88 manat kompensasiya köçürülüb. Qeyd olunan hallar cavabdehin iddiaçıya ünvanladığı 25 dekabr 2019-cu il tarixli məktubun surəti ilə də təsdiq olunur. Həmin məktubda n eyni zamanda görünür ki, iddiaçının cari tarixə Bank qarşısında kredit kartı üzrə 787,96 manat və nağd pul krediti üzrə 2.442,44 manat borc öhdəliyi mövcuddur. Eyni zamanda, iddiaya cavabdehin etirazından görünür ki, iddiaçının 17 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə Banka 08 yanvar 2020-ci il tarixdə 1.536,12 manat əsas, 886,32 manat faiz borcu; 22 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə Banka 08 yanvar 2020-ci il tarixə 628,53 manat əsas, 159,43 manat faiz borcu vardır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqavilələri həm bağlanma tarixi, həm də tələb olunan əsas məbləğə münasibətdə “Azərbaycan Respublikası nda fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşsə də, hazırki iddia tələbi Fərmanın 8.6-cı bəndinin tələblərinə uyğun deyil. Belə ki, həmin bəndin tələbinə görə, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 01 yanvar 2012-ci il tarixdən bu Fərmanın qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Bu baxımdan, hazırki işdən göründüyü kimi kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar siyahısına daxil deyil. Belə ki, 03 sentyabr 2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi və 16 iyul 2014-cü il tarixdə bağlanmış baş saziş üzrə borc iddiaçı tərəfindən tam ödənilib. Borc məbləği ödənilməyən digər iki müqavilə üzrə isə bank faiz və cərimə borclarını silməklə iddiaçıya yeni güzəştli şərtlərlə müqavilə bağlamağı təklif etsə də, o, bundan imtina edib. Beləliklə, hazırki işdə məhkəmə əmrləri üzrə xitam verilmiş borc məbləğlərinə sözügedən Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunması üçün əsaslar mövcud deyil. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və yuxarıda qeyd olunanları nəzərə alıb apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayə ti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)802/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar