Məhkəmə qərarları › İş №2(102)-4703/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4703/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4703/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X1 LTD” Törəmə Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)6373/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı “X1 LTD” Törəmə Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 108.700 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2(002)1900/2018 nömrəli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia qismən təmin edilərək, 91.800 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı “X1 LTD” Törəmə Şirkətinə ödənilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11962/2018 nömrəli, 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2074/2019 nömrəli, xx.xx.2019-cü il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 1900/2018 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən və verilmiş apellyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığından geri qaytarılmışdır.

5. Cavabdeh qətnamadən təkrar verdiyi apellyasiya şikayəti, 02 oktyabr 2023-cü il tarixli, 2(103)-6373/23 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir.

6. Cavabdeh həmin qərardaddan kasasiya şikayəti verərək ləğv edilməsini və işin apellyasiya baxışının mümkün hesab edilməsini xahiş etmişdir.

7. Ape llyasiya instansiyası məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6373/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməmiş, elektron kabinetə cavabdeh tərəfindən yalnız kassasiya şikayətinin “PDF” variantı əlavə edilmişdir.

9. Qeyd olunanalara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti qanunvericliklə nəzərdə tutulmuş formaya əməl etməyərək verdiyindən geri qaytarılmalıdır.

10. Kollegiya öz mövqeyini, MPM-in 407.1, 408.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət MPM-in 409-cu maddəsinə istinad etməklə əsaslandırmış və qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərmə li olduğu halda şikayəti geri qaytarmışdır. Belə ki, Qərardadın 2-ci səhifəsinin 5-ci abzasında göstərilir ki, “Göründüyü kimi cavabdehin kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməmiş, elektron kabinetə cavabdeh tərəfindən yalnız kassasiya şikayətinin “PDF” variantı əlavə edilmişdir.” Bununla bağlı qeyd edilməsi zəruridir ki, Mülki Prosessual Məcəllənin 407-ci maddəsində kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlərlə bağlı tələblərə əməl edilməklə kassasiya tərtib edilmiş, imzalanmış və elektron sistemə yerləşdirilmişdir. Mülki Prosessual Məcəllədə, həmçinin Elektron Məhkəmə Portalında şikayətin həm PDF formasında, həm də digər formada verilməsi tələbi mövcud deyildir. Belə bir tələb mövcud olmadığından kassasiya şikayətinin bu əsasla geri qaytarılması qanunun tələblərinə ziddir və Konstitusion hüququmun pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

16. Madd ə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

18. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

19. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 407.1-ci maddəsində kassasiya şikay ətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 408.1.1-ci maddədə isə qeyd edilmişdir ki, əgər kassasiya şikayəti MPM-nin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti verilərkən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş hesab olunur.

23. İş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməmiş, el ektron kabinetə cavabdeh tərəfindən yalnız kassasiya şikayətinin “PDF” variantı əlavə edilmişdir.

24. Bu hallar, MPM-nin 407.1-ci maddəsinə əsasən kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq kassasiya şikayətini geri qaytarmışdır.

25. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6373/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdiri lmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar