Məhkəmə qərarları › İş №2(102)-4704/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4704/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4704/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(107)842/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2(016)-181/2018 nömrəli qətnaməsi ilə (hakim Tahir İsmayılov) iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 İddiaçınə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi barədə qarşılıqlı tələbinə dair iddiası təmin edilməmiş, “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2015-ci il tarixli, 756micİSML/15 saylı əlavə kredit müqaviləsi üzrə 2475.49 ABŞ dolları məbləğində cərimənin 400 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 10804.35 ABŞ dolları, faiz borcu üzrə 4111.26 ABŞ dolları, cərimə üzrə 400.00 ABŞ dollar, ümumilikdə 15315.61 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və ödənilmiş dövlət rüsumu olan 20 manat dövlət rüsumundan 17.60 manatın tutularaq “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun 12 faizinin, yəni 2.40 manatın iddiaçıya aid edilməsi, Cavabdeh1 ödənilməmiş 10 manat məbləğində dövlət rüsumunun alınıb dövlət gəlirinə tutulması, aparılmış ekspertiza tədqiqatının qiyməti olan 120.00 (yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE00000 **********88501 hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 20.02.2019-cu il tarixli, 2(107)-842/2019 nömrəli qətnaməsi ilə iş üzrə Ağsu Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2(016)-181/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаn ılmış, Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Kreditor (iddiaçı) “xxxx” KB Açıq Səhmdar Cəmiyyət borclular (cavabdehlər) i Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılmasına dair tələblə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 27 faiz ödəmək şərtilə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə həmin müqaviləyə görə borcverən qeyd edilən məbləğdə və faizlə krediti borcalanın m ülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəlikləri pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclular kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdilər. Odur ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10804.35 ABŞ dolları məbləğində əsas, 1564.12 ABŞ dolları məbləğində faiz, 230.50 ABŞ dolları məbləği ndə cərimə, cəmi 12598.97 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “xxxx” KB ASC-yə ödənilməsinə dair məhkəmə əmri çıxarlmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(016)-2912/2016 saylı məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” KB ASC-in xeyrinə məhkəmə əmrinin icra olunan günə manatın məzənnəsi ilə hesablanmaqla 10804.35 ABŞ dolları məbləğində əsas, 1564.12 ABŞ dolları məbləğində faiz, 230.50 ABŞ dolları məbləğində cərimə, cəmi 12598.97 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun məcburi tutulması qərara alınmışdır. Cavabdeh1 məhkəməyə Ağsu Rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(016)-2912/2016 saylı məhkəmə əmrinə etiraz edərək ləğv edilməsini və iddia icraatına ke çilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qərardadı ilə 09 sentyabr 2016-cı il tarixli, 2(016)-2912/2016 saylı məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. İddiaçı tərəfindən MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə tələbin həcminin artırılması barədə ərizə daxil olmuşdur. Qeyd edilən ərizədə məhkəməyə müraciət edildikdən sonra cavabdehin banka olan borcu artırdığı üçün iddia tələbi həcmi artırılaraq 10804.35 ABŞ dolları məbləğində əsas, 4111.26 ABŞ dolları məbləğində faiz, 2475.49 ABŞ dolları məbləğində cərimə, cəmi 17391.1 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 İddiaçınə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi barədə qarşılıqlı iddia əriz əsi ilə məhkəməyə Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Sədrlik edən hakim Ələddin Məcidov imzaladı - 20.02.2019, X6 imzaladı - 20.02.2019, X3 imzaladı - 20.02.2019 Məhkəmənin adı: Şəki Apellyasiya Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=bb3aabfe29d34518bb6be3888cb49056 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. müraciət edərək göstərmişdir ki, İddiaçı ilə aralarında kredit müqaviləsi bağlanarkən verilmiş kredit üzrə ABŞ dollarının manata olan məzənnəsi 1 ABŞ dollarının qarşılığı 0.78 manat kursuna bər abər idi. Buna ümid edib kredit müqaviləsi bağlamışdır. Uzun müddət də ödənişlərini etmişdir. Ölkədə anidən baş verən devalvasiya, ölkəni üzən məzənnə rejiminə keçməsi vətəndaş olaraq ona xeyli miqdarda ziyan vurmuşdur. Halbuki müqavilənin bağlanması anında bunu güman etsəydi sözsüz ki, həmin müqaviləni bağlamaz, belə bir öhdəliyin altına girməzdir. Ona görə də hesab edir ki, bankla aralarında olan kredit müqaviləsi üzrə şərtlər dəyişdirilməli, ABŞ dolları ilə olan kredit borcunun qalıq hissəsi ödəniş günü manata olan məzənnə ilə deyil, müqavilənin bağlandığı günə olan məzənnə ilə hesablanmalıdır. Bu barədə dəfələrlə banka şifahi müraciət və xahişlər etmişdir. Lakin heç bir faydası olmamışdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə müqavilənin dəyişdirilməsi institutu da, müqavi lə tərəflərinin mənafeyinə xidmət edir. Qanunverici belə hallar baş verdikdə müqavilə tərəflərinin mənafeləri arasındakı ədalətli balansı qorumaq üçün həmin institutu təsis etmişdir ki, tərəflər şəraitin dəyişməsini nəzərə alaraq müqaviləni öz mənafelərinə uyğun olaraq dəyişdirə bilsinlər. Hazırki halda bank müqavilənin onun tələb etdiyi qaydada dəyişdirilməsinə razı deyil və bildirirki, şəraitin dəyişməsindən onlar günahkar deyildir. Hesab edir ki, qeyd etdiyi səbəb, əsas və qanun maddəsinə cavabdeh-iddiaçı arasında bağlanmış kredit müqaviləsi şərtləri məhkəmə qaydasında dəyişdirilərək kredit borcunun ödənildiyi vaxt 1 ABŞ dollarının 0.78 AZN müqabilində nəzərə alınaraq ödənilməsi barədə qərar qəbul edilməlidir. Odur ki, cavabdeh-İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtl ərinin dəyişdirilməsi və müqavilə üzrə ümumi borcun müqavilənin bağlandığı günə olan məzənnə ilə manatla hesablanması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o kredit məbləğini ABŞ dolları ilə götürdüyündən, devalvasiya nəticəsində manatın dollara münasibətdə ucuzlaşmağına görə ona kredit borcunu ödəmək çətin olmuşdur. Məhkəmə isə bu halı nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏ LƏR: Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” KB ASC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arsında bağlanmış 19.04.2014-cü il tarixli, 1774micİSML/1 4-EM saylı Əsas kredit və bank hesabı müqaviləsinə əsasən “xxxx” KB ASC Cavabdeh1 20.000 manat məbləğində 60 ay müddət ərzində Əlavə Kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Zamin Cavabdeh2 bank tərəfindən Cavabdeh1la bağlanacaq əlavə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi halda borcun vaxtında qaytarılmasına təminat verir və borc verən qarşısında borc alanla birgə məsuliyyət daşıyırlar. “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2015-ci il tarixli, 756micİSML/15 saylı əlavə kredit müqaviləsinə əsasən borcverən borcluya 27 faiz ödəmək şərtilə 30 ay müddətinə 12500 ABŞ do lları məbləğində krediti borc alanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 12 may 2016-cı il tarixli bildirişdən görünür ki, cavabdehə öhdəliklərin icra edilməsi üçün 3 iş günü müddətində möhlət verilmiş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 21 dekabr 2017-ci il tarixli, UB-BANK/PİKMD/759523 saylı arayışdan görünür ki, Cavabdeh1 10804.35 ABŞ dolları məbləğində əsas, 4111.26 ABŞ dolları məbləğində faiz, 2475.49 ABŞ dolları məbləğində cərimə, cəmi 17391.1 ABŞ dolları məbləğində borcu vardır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2018-ci il tarixli, 4383 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 10.02.2015-ci il tarixli, 756micİSML/15 saylı əlavə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 09.09.2016-cı il tarixə “xxxx” KB ASC-yə olan borcu əsas borc üzrə 10805.73 ABŞ dolları, faiz borcu üzrə 2242.05 ABŞ dolları, ümumilikdə 13047.78 ABŞ dolları məbləğində borcu müəyyən edimişdir. Qeyd edilmişdir ki, “xxxx” KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 10.02.2015-ci il tarixli, 756micİSML/15 saylı əlavə kredit müqaviləsinin 4.3-cü bəndində cərimə faiz dərəcəsinin məbləği dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmamışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nətic əyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasıın 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə mudafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata kecirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviə azadlığı prinsipl əri təsbit olunmuşdur. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə muəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun quvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi halla r istisna təşkil edir. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.7-ci maddəsinə əsasən əgər odəniş muddəti catanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya muqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ohdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə uzrə yerinə yetirilməlidir. Valyuta dəyişdikdə, mubadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra e dilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödəni lməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yarad arsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarında gostərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) muqaviləsi uzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri odəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəll əsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş muddəti catanadək” müddəası müqavilədə öhdəliyin muəyyən edildiyi icra muddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Konstitusiyasıın 19-cu maddəsinin İ və İİİ hissələrinə, 60 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390.1, 390.2, 439.1, 439.7, 462.1, 467, 472.2, 472.3, 739.1 və 743cü maddələrinə, “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə, “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarına və “Avropa müqavilə hüququnun Prinsipləri haqqında” sənədin 7:108-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmədə cavabdehlərin “xxxx” KB ASC-nin “İsmayıllı” filialına 09.09.2016-cı il tarixə qədər əsas borc üzrə 10804.35 ABŞ dolları, faiz borcu üzrə 4111.26 ABŞ dolları, ümumilikdə 14915.61 ABŞ dolları məbləğində borcu qalması müəyyən olunur. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını və cərimənin miqdarını müqayisə edərək məhkəmə hesab etmişdir ki, “xxxx” KB ASC ilə c avabdeh arasında bağlanan 10.02.2015-ci il tarixli, 756micİSML/15 saylı kredit müqaviləsi üzrə 2475.49 ABŞ dolları məbləğində cərimə 400.00 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, “xxxx” KB ASCin “İsmayıllı” filialı ilə Cavabdeh1 arasında bağlanan 10.02.2015-ci il tarixli, 756micİSML/15 saylı kredit müqaviləsindən yaranmış əsas borc üzrə 10804.35 ABŞ dolları, faiz borcu üzrə 4111.26 ABŞ dolları, cərimə üzrə 400.00 ABŞ dolları,,ümumilikdə 15315.61 ABŞ dolları məbləğində borc cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq “Cavabdeh1 İddiaçınə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi barədə qarşılıqlı tələbinə dair” hissədə təmin edilməməlidir. “xxxx” KB Açıq Səhmdar Cəmiyy əti ilə Cavabdeh1 arasında bağlanmış 10.02.2015ci il tarixli, 756micİSML/15 saylı kredit müqaviləsi üzrə bank tərəfindən borcluya 27 faiz ödəmək şərtilə 30 ay müddətinə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edildiyi kimi kredit ABŞ valyutası ilə verilmişdir. Qeyd olunan norma o halları tənzimləyir ki, manatla olan hər hansı müqavilə uzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini odəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə uzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksin ə, dəyəri artarsa, borclu manatla daha az məbləğin odənilməsini iddia edə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, manatın devalvasiyanın baş v erməsi borcun alındığı valyuta ilə qaytarılmasından ibarət cavabdehin öhdəliyinə hər hansı şəkildə təsir etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, borc alınmış valyutada, yəni ABŞ dolları ilə, qaytarılmalıdır. Eyni zamanda, M ülki Məcəllənin 439.2-ci maddəsi baxımndan əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Göründüyü kimi, qanun birbaşa olaraq borcun məhz ödəniş yerinin məzənnəsinə uyğun aparılmasını müəyyən etmişdir. Digər tərəfdən qeyd edilən qərarda bankların vətəndaşların üzləşdiyi mövcüd vəziyyəti nəzərə almaqla müəyyən güzəştlərin edilməsi tövsiyyə edilsədə, qeyd edilən məhz tövsiyyə xarakteri daşıdığından bunun bir vəzifə kimi iddiaçının üzərinə qoyulması mümkünsüzdür. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(107)-842/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar