Məhkəmə qərarları › İş №2(102)-4704/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4704/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4704/2020 20.08.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi İsmayıl Kamil oğlu Xəlilov, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Cavabdeh nümayəndəsi və vəkili X1 tərəfindən tərtib edilib imzalansada, iş materiallarında onun etibarnaməsinin əsli müəyyən edilməmişdir. Deməli kassas iya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nın 407.3, 408.1.1-ci maddələrinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.. Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmamışsa geri qaytarılır. Həmin Məcəllənin 408.2 maddəsinə əsasən bu məcəllənin 408.1.1 və 408.1.3 – 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qay tarılır. Göstərilənlərə əsasən, prosessual qanunun yuxarıda göstərilən normalarının tələblərinə əməl edilmədiyinə görə kassasiya şikayəti icraata qəbul olunmamalı və Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar