Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4704/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “Aşağı Cürəli” X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-4704/21 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)341/2021 saylı qətnaməsindən cavabdeh “Aşağı Cürəli” X2 kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi zərərə görə 6.493 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.T.Əhmədov) iddia qismən təmin edilərək, cavabdehdən dəymiş maddi zərərə görə 5.978 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində Biləsuvar rayonu, Ağalıkənd kəndində 2,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 15 aprel 2018-ci il tarixdə iddiaçı, həmin torpaq sahəsinin 1,20 ha hissəsində pomidor bitkisi əkib. Pomidor əkin sahəsinin suvarılması üçün iddiaçı cavabdehin hesabına su pulu kimi 28 may 2018-ci ildə 10 manat, 04 iyun 2018-ci ildə 20 manat və 06 avqust 2018-ci ildə 20 manat, cəmi 50 manat pul ödəyib və bu barədə ona qəbz verilib. Lakin, cavabdeh iddiaçını lazımi qaydada və miqdarda su ilə təmin etməyib. Nəticədə pomidor əkin sahəsi susuzluqdan yanaraq məhv olub və cavabdehin təqsiri üzündən iddiaçıya 5.978 manat məbləğində maddi zərər dəyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsasland ırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov sədrlik edən, məruzəçi, T.S.Kərimov və F.N.Abbasov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, İ.R.Xələfov və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.B.Babayev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən tə min etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan q ətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh “Aşağı Cürəli” X5 və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin M əcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gət irib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessua l hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın tam əsassız olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətində Biləsuvar rayonu, Ağalıkənd kəndində 2,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 15 aprel 2018ci il tarixdə iddiaçı, həmin torpaq sah əsinin 1,20 ha hissəsində pomidor bitkisi əkib. Pomidor əkin sahəsinin suvarılması üçün iddiaçı cavabdehin hesabına su pulu kimi 28 may 2018-ci ildə 10 manat, 04 iyun 2018-ci ildə 20 manat və 06 avqust 2018-ci ildə 20 manat, cəmi 50 manat pul ödəyib və bu barədə cavabdeh iddiaçıya yazılı qəbz verib. Lakin, cavabdeh iddiaçını lazımi qaydada və miqdarda su ilə təmin etməyib. Nəticədə pomidor əkin sahəsi susuzluqdan yanaraq məhv olub və cavabdehin təqsiri üzündən iddiaçıya 5.978 manat məbləğində maddi zərər dəyib. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə h üquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sadalanan maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb müəyyən etmişdir ki, cavabdeh, iddiaçıya 28 may 2018-ci il və 04 iyun 2018-ci il tarixlərdə 135.140 kub metr və 06 avqust 2018-ci il tarixdə isə 6.756 kub metr su satmaq barədə öhdəlik götürüb. İddiaçı isə cavabdehin hesabına su pulu kimi 28 may 2018-ci ildə 10 manat, 04 iyun 2018-ci ildə 20 manat və 06 avq ust 2018-ci ildə 20 manat, cəmi 50 manat pul ödəyib. Cavabdeh bu barədə iddiaçının adına yazılı qəbz verib. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə iş görülməsi və xidmət göstərilməsi üçün müqavilə bağlanmasında icraçının vəzifələri müəyyən edilib. Həmin maddənin tələblərinə görə, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.2-ci maddəsində istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsi kimi təsbit edilib. Eyni zamanda, Biləsuvar rayon X3 27 avqust 2018-ci il tarixli arayışına əsasən, iddiaçının 1,20 ha pomidor əkin sahəsindən götürülmüş nümunələr üzərində aparılmış yoxlamanın nəticəsi olaraq bildirilmişdir ki, həmin sahədə pomidor bitkisinə heç bir zərərverici və xəstəlikdən ziyan dəyməyib. Bitkinin inkişafına uyğun olaraq aqrotexniki tədbirlərlə bərabər suvarma işləri vaxtında aparılmayıb. Verilmiş su pomidor sahəsinə bitkinin suya olan tələbatı dövrünün əhatə etmədiyinə görə həmin sahədə pomidorun çiçəkləmə və bar toplama dövrü su ilə təmin edilməyib. Ona görə də pomidor sahəsinin 1 hektarında pomidor bitkisi susuzluqdan tamamilə yanıb. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin irəli sürdüyü arqumentlərlə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 1 ha hissəsində pomidor məhsulunun məhv olmasının səbəbi suyun düzgün və vaxtında verilməməsi olub. Bu hal iş üzrə mötəbər sübut hesab edilə bilən sözügedən mütəxəssis rəyi ilə də təsdiq olunur. Digər tərəfdən cavabdeh, iddiaçının torpaq sahəsini müvafiq aktlarda göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək öhdəliyini yerinə yetirməsi barədə məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən dü zgün müəyyən edilib. Bundan başqa, iddiaçı ona verilən suya görə heç bir şikayətinin olmamasına dair 04 iyun 2018-ci il tarixdə cavabdehə yazılı ərizə versə də, onun 1 hektar torpaq sahəsində əkdiyi pomidorun məhz susuzluqdan məhv olaraq ona maddi zərər dəyməsi həmin tarixdən sonra baş verib. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlib ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri tam əsassızdır. Çünki, iddiaçıya məxsus olan pomidor sahəsinin 1 hektarında pomidor bitkisinin məhz susuzluqdan tamamilə yanaraq məhv olması və nəticədə bilavasitə cavabdehin təqsiri üzündən iddiaçıya 5.978 manat məbləğində maddi zərər dəyməsi mülki iş materialları ilə istisna olunmur. Ona görə də birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh “Aşağı Cürəli” X2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)-341/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4704/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4704/2021
14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver