Məhkəmə qərarları › İş №2(102)-4705/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4705/2021

26.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4705/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsi və X7 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma və inşa edilmiş tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-1458/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş 14 noyabr 2006-cı il tarixli 1964 saylı Sərəncamın təsdiq edilmiş surətindən görünür ki, ünvan ərazisində 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X5 alqı-satqı qaydasında mülkiyyətinə verilmişdir. Həmin sərəncama əlavə edilmiş oktyabr 2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, X7 torpağın dəyəri olan 320 manat pulu bələdiyyəyə ödəmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş 26 oktyabr 2007-ci il tarixli 1967/1 saylı Sərəncamın təsdiq edilmiş surətindən göürünr ki, ünvan ərazisində 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Həmin sərəncama əlavə edilmiş oktyabr 2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpağın dəyəri olan 1000 manat pulu bələdiyyəyə ödəmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 1964 saylı 400 kv.m torpaq sahəsinin ayrılmasına dair sərəncamının əsli bələdiyyə arxivində qorunub saxlanmır. Belə ki, sözügedən sənədlərin əsli vətəndaşların özlərinə təqdim olunur, sürətlər i isə bələdiyyə arxivində qorunur. İş üzrə keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 05 iyun 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı ayrılması haqqında 26 oktyabr 2007-ci il tarixli 1967/1 saylı Sərəncamda və həmin vətəndaşa ayrılmış torpaq sahəsinin eskizində əvvəlcə imza icra olunmuş, sonradan üzərindən möhür vurulmuşdur. Həmin sərəncamın və torpaq sahəsinin eskizinin hazırlanması tarixinin, həmin sənədlərdə olan əlyazmaların, imzaların və möhür əkslərinin icra müddətinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilən sorğunun cavablandırılmasına dair 09/3-19 saylı 11.02.2021-ci il tarixli məktubdan gör ünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 1964 nömrəli 14.11.2006-cı il tarixli və 1967/1 nömrəli 26.10.2007-ci il tarixli sərəncamları X4 aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 oktyabr 2007-ci il tarixdə Binəqədi rayon Qəsəbə Bələdiyyə tərəfindən 1967/1 saylı sərəncama əsasən ünvan ərazi hüdudları daxilində istifadəsində olan 400 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alqısatqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsi ünv an1 daimi yaşayan və qeydiyyatda olan xx.xx.1973-cü ildə ünvan3 anadan olmuş Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilərək, həmin ərazidə 5x4 m ölçüdə daş kubiklərdən tikinti inşa etmişdir. İddiaçı 06.11.2019-cu il tarixdə Binəqədi rayon X2 ayrılmış torpaq sahəsindən Cavabdeh1 çıxarılmasında köməklik göstərilməsi barədə ərizə ilə müraciət etmiş, lakin ona pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə aidiyyatı üzrə müvafiq orqanlara müraciət edilməsi tövsiyə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-1375/2020) iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli, 1967/1 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş özb aşına tikilinin sökülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsindən çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 113 (yüz on üç) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 26 oktyabr 2007-ci il tarixdə mübahisəli torpaq sahəsini almış, həmin torpaq sahəsinə görə 1000 manat məbləğində pul ödəmiş və həmin torpaq sahəsinə dair İddiaçı adına sərəncam, torpaq sahəsinin eskizi və kassa mədaxil orderi mövcuddur və həmin sənədlərin legitimliyi sənədləri verən qurum tərəfindən mübahisələndirilmir. Cavabdehlərin isə mübahisəli torpaq sahəsində yaşamalarına əsas verən hər hansı sənəd mövcud deyil. Mübahisəli torpaq sahəsinin daha əvvəl hər hansı üçüncü şəxsə satılması təsdiq edilsə belə, həmin fakt cavabdehlərin həmin torpaq sahəsində yaşamaların əsas vermir. Mübahisəli torpaq sahəsi həqiqətən də 2006-cı ildə X1 halda, məhz üçüncü şəxs İddiaçı qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-1458/2021) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2(001)-1375/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmi n edilməmiş, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 113 manat məbləğində pulun iddiaçıdan alınaraq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan ərazisində yerləşən 400 kv.m torpaq sahəsi 14 noyabr 2006-cı ildə 1964 saylı sərəncamla X7 adlı şəxsin mülkiyyətinə verilmişdir. Eyni torpaq sahəsi həmin Bələdiyyənin 26 oktyabr 2007-ci il tarixli 1967/1 saylı Sərəncamı ilə İddiaçı satılmışdır. Həmin torpaq sahəsi X7 tərəfindən qeyrirəsmi olaraq başqa şəxsə verilmiş və həmin şəxs də öz növbəsində torpaq sahəsini yenə qeyri-rəsmi olaraq hazırkı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermişdir. Cavabdehlər bildirirlər ki, həmin tor paq sahəsini onun üzərində inşa edilmiş bir mərtəbəli tikili ilə birlikdə qeyri-rəsmi əldə etmişlər. Tərəflər və üçüncü şəxs olan Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi hər iki sərəncamın eyni torpaq sahəsinə dair verilməsini mübahisələndirməmişlər. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi ilk olaraq 2006-cı ildə X6 verilmiş, bundan bir il sonra isə eyni torpaq sahəsinin İddiaçı satılmasına dair sərəncam verilmişdir. X6 torpaq sahəsinin ayrılmasına dair verilmiş həmin sərəncam mübahisələndirilməmiş və ləğv edilməmişdir. Torpaq sahəsinin boşaldılmasına dair tələbin qanuni və əsaslı olması üçün ilk növbədə həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olmalı və ya başqa qanuni əsasla onun sahibliyində və istifadəsində olmalı, həmçinin torpaq sahəsi ca vabdeh tərəfindən özbaşına tutulmalıdır. Mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilməmiş, həmin torpaq sahəsinin qanuni əsaslarla sahibi olmuş şəxsin iradəsinə uyğun olaraq həmin sahədə məskunlaşmışlar. Digər tərəfdən, məhkəmə kollegiyasının qənaətinə görə, 2006-cı ildə qanuni əsaslarla üçüncü şəxsin adına özgəninkiləşdirilmiş torpaq sahəsinin 1 il sonra Bələdiyyə tərəfindən İddiaçı satılmasına dair sərəncamın verilməsi qanuni hesab edilə bilməz. İddiaçı Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş Sərəncam əsasında onun həmin torpaq sahəsi üzərində hər hansı hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulmasından da söhbət gedə bilməz. Araşdırma zamanı cavabdehlərin mübahisələndirilən torpaq sahəsindən istifadəsi ilə iddiaçının hüquql arının pozulması müəyyən olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1458/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, iddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətin in dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə Cavabdeh1 izahatını dinləməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin şəxsin şikayətində göstərilənlərə münasibətdə tam yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3.-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyek tləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 157.5.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bundan başqa, M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu il ə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbə bləri aydın göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətində istinad etdiyi dəlillərlə bağlı qeyd etmişdir ki, «… Mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilməmiş, həmin torpaq sahəsinin qanuni əsalarla sahibi olmuş şəxsin iradəsinə uyğun olaraq həmin sahədə məskunlaşmışlar. Digər tərəfdən, məhkəmə kollegiyasının qənaətinə görə, 2006-cı ildə qanuni əsaslarla üçüncü şəxsin adına özgəninkiləşdirilmiş torpaq sahəsinin 1 il sonra Bələdiyyə tərəfindən İddiaçı satılmasına dair sərəncamın verilməsi qanuni hesab edilə bilməz. İddiaçı Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş Sərəncam əsasında onun həmin torpaq sahəsi üzərində hər hansı hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulmasından da söhbət gedə bilməz.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1458/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar