Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4707/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4065/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh MMC -yə qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, 2 il müddətində kirayə haqlarını ödəməyərək ona vurduğu maddi zərərə görə 48000 (qırx səkkiz min) manat pulun Cavabdeh MMC dən tutulması, xx.xx.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMCnin üzərinə qoyulması, ödənmiş dövlət rüsumunun cavadehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin hallarına görə, Cavabdeh MMC ("xxxx"MTK) ilə aralarında 01 noyabr 2017ci il tarixli 28 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı mülkiyyətində olan mənzili və qeyri-yaşayış sahəsini söküntü üçün “EvroStroy-S.S." MMCyə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyriyaşayış sahəsini qəbul etməyi və ümumi 137.000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 137.000 manat məbləği vaxtından əvvəl ödəyərək öz öhdəliyini tam olaraq icra etmişdir. Tərəflər arasında razılaşmaya əsasən, 20 ay ərzində iddiaçı təhvil verdiyi qeyriyaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacağını, həmin kirayə haqqlarının müqabilində ona verilmiş ümumi sahəsi 145,6 kv.m qeyri-yaşayış sahəsinin ümumi dəyərinin bir hissəsi ilə əvəzlənəcəyini bildirmişdir.
3. İddiaçı bildirir ki, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilə ilə müəyyən edilmiş müddətdə qeyri-yaşayış sahəsini təhvil verməmiş, bununla da, onun öz əmlakına sahiblik edə bilməməsinə və maddi itkilərə məruz qalmasına səbəb olmuşdur.
4. Cavabdeh bildirir ki, pandemiya dövr ü olduğu və iddiaçıdan başqa digər şəxslərin də həmin ərazidən çıxarılması və mənzilin boşaldılması ilə bağlı problemlər yarandığı üçün gecikmələr olub, ona görə də binanın təməli 2021-ci ilin fevral ayında qoyulub. Həmçinin, iddiaçı binanın təməlinin nə vaxt qoyulmasına dair sübut təqdim etməmişdir. 5. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/21-580 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, aparılmış hesablamalara və təkliflərə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Vəkil küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m olan (1-ci mərtəbə üzrə 72.80 kv.m, 2-ci mərtəbə üzrə 72,80 kv.m) qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil edir. a) Birinci instansiya məhkəm əsindəki icraat
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin olunmuş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 24 ay müddətinə ödənilməmiş 48.000 (qırx səkkiz min) manat məbləğində kirayə pulu və 234 (iki yüz otuz dörd) ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 48.000 manat (24 ay x 2000 manat = 48.000 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, məhkəmə iddia tələbinin “xx.xx.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, gələcəkdə müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirilməsi müqavilə tərəflərinin hərəkət və ya hərəkətsizliyindən asılı olduğundan iddianın qeyd olunan hissəsi əsaslı sayıla bilməz.
8. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Mülki Məcəllənin 385.1, 405.1, 421.2, 423.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasi ya şikayəti verərək qətnamənin – iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yanlışlığa yol verməklə müqavilənin bağlanması ilə binanın bünövrəsinin qoyulmasını eyni tarixdən hesablamışdır. Bildiyi kimi burada mülkiyyətçi təkcə İddiaçı deyil, ondan başqa neçə nəfərlə bu kimi işlər həyata keçirilmiş və binanın tikintisinə başlamaq üçün digər işlər görülmüşdür. Hər birinin bildiyi kimi tərəflə müqavilə bağlanması bu işlərin bir hissəsidir və bundan sonra kifayət qədər işlər görülməli və hazırlıq işləri aparılmalıdır. Yəni müqavilənin bağlanma tarixi ilə binanın bünövrəsinin bir tarixdə götürülməsi fiziki cəhətdən belə mümkün deyildir. Tərəflə müqavilə bağlandıqdan sonra digər işlərin görülməsi davam etdirilmiş, daha sonra pandemiya başlaması ilə bağlı müəyyən problemlər olmuş və bununla da binanın tikintisinə başlamaq və bünövrəsini qoymaq mümkün olmamışdır. Nəhayət binanın bünövrəsi 2021-ci ilin fevral ayında qoyulmuş və hazırda tikinti davam etməkdədir. Müqavilənin şərtlərindən də göründüyü kimi binanın tikilməyə başlanmasının tarixi dəqiq olaraq göstərilməmişdir. Bunun göstərilməsi də mümkün deyil, çünkü bunun üçün kifayət qədər işlərin görülməsinə zərurət vardır. Ona görə də hesab edir ki, 48000 manat kirayə haqqının alınıb iddiaçıya verilməsi tamamilə qanunsuzdur. Bundan başqa keçirilmiş ekspertiza zamanı alınmış rəyi də qanuni hesab etmirlər, çünkü həmin ərazidə qeyd edilən məbləğə kirayənin olması mümkün deyildir.
11. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4065/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, 20 ay müddətin başlandığı tarix müqavilənin bağlandığı vaxtdan deyil binanın bünövrəsinin qoyulduğu tarixdən hesablanmalıdır. Nə iddiaçı, nə də cavabdeh tərəf binanın bünövrəsinin qoyulduğu tarix barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyiblər. Apellyasiya baxışı zamanı da təklif edilməsinə baxmayaraq iddiaçı tərəf binanı n bünövrəsinin 2021-ci ilin fevral ayında qoyulmasına, cavabdeh tərəf isə 2017-ci ildə qoyulmasına dair heç bir mötəbər sübut təqdim etmədilər. İddiaçı tərəf yalnız sosial şəbəkələrdən çıxarılmış 2018, 2019, 2021-ci il tarixlərə aid bünövrəsi qoyulmuş yaxud hansısa tikinti mərhələsində olan binaların şəkillərini təqdim etmişdir ki, bu cür şəkillər də mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu və qoyulma tarixini müəyyən etməyə imkan vermir. Həmçinin, iddia tələbi kirayə haqqı ilə bağlıdır ki, cavabdehin də müqavilə üzrə üzərinə belə bir öhdəlik götürməsi müəyyən edilmədi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki, iddiaçı sadəcə 20 ay ərzində kirayə haqqından imtina etmiş, bu müddət ərzində binanın təhvil veriləcəyi düşünüldüyü üçün kirayə haqqının məbləği və otaqların sayı müqaviləyə daxil edilməmişdir. Lakin müqavilənin 2.1.2-ci və 2.2.4-cü bəndləri iddiaçının gələcəkdə baş verə biləcək gecikmə halları üçün kirayə haqqını tələb etmək hüququnu istisna etmir. Ekspert rəyindən də aydın olur ki, qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil etmişdir. Lakin apellyasiya instnasiyası məhkəməsi tərəfindən bütün bunlar nəzərə alınmamışdır. Cavabdeh tərəf binanın bünövrəsinin 2021-ci ilin fevral ayında qoyulmasını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfin dən isə binanın bünövrəsinin qoyulması ilə bağlı cavabdeh tərəfindən ictimaiyyətə açıqlanmış, sosial şəbəkələrdən çıxarılmış məlumatlar məhkəməyə təqdim olunsa da, apellyasiya məhkəməsi tərəfindən həmin sübutlar qiymətləndirilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müv afiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
25. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
26. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
27. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidi r. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını və kassas iya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
32. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, nə iddiaçı, nə də cavabdeh tərəf binanın bünövrəsinin qoyulduğu tarix barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyiblər. Həmçinin, müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyi nəzərdə tutulmamışdır.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası m əhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi möv qeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
35. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir.
36. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə binanın bünövrəsinin qoyulduğu tarixə dair sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsini müəyyən etməmiş, sübutetmə yükünü hər iki tərəfin üzərinə qoymuş, tərəflərdən hansının həmin hala dair sübutlar təqdim etmək imkanına sahib olmasını araşdırmamışdır.
37. İş materiallarında olan məhkəmə iclaslarının protokollarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin vəkili və nümayəndəsi tikilinin təməlinin qoyulduğu vaxtın nə zaman olmasına dair sübutların iddiaçı tərəfindən təqdim edilməli olmasını və onlarda heç bir sübutun olmadığını bildirmişdir.
38. İddiaçı bununla bağlı apellyasiya instansiyası məhkəməsinə “facebook” və “instagram” sosial şəbəkələrindən çıxarılmış 2018, 2019, 2021-ci il tarixlərə aid bünövrəsi qoyulmuş eyni zamanda, artıq tikinti mərhələsində olan binaların şəkillərini təqdim etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, binanın bünövrəsinin nə zaman qoyulmasına dair rəsmi sənədlər və müvafiq məlumatlar bir qayda olaraq t ikinti işlərini həyata keçirən təşkilatda olan məlumatlardır. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan halı nəzərə almayaraq, sübutetmə yükünün iddiaçının üzərinə düşməsi barədə yanlış qənaətə gəlmiş, həmçinin iddiaçının həmin halı hansı vasitəylə və necə sübut etməli olması məsələsinə münasibət bildirməmişdir.
40. Eyni zamanda nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə binanın bünövrəsini qoymaq o cümlədən sonrakı tikinti işlərini vaxtlı-vaxtında aparmaq cavabdehin vəzifəsi olduğundan, həmçinin binanın bünövrəsinin 2018-ci ildə deyil, bundan sonra qoyulduğunu iddia etdiyindən o, MPM-nin 77-ci maddəsinə əsasən işin faktiki halları baxımından iddiaya olan etirazlarını sübut etmək vəzifəsini daşıyır.
41. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutların mötəbərliyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin sübutlara münasibətdə qeyd etmişdir ki, bu cür şəkillər mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu və qoyulma tarixini müəyyən etməyə imkan vermir.
42. Halbuki, apellyasiya instansiyası məhkəməsinin 20 iyun 2022-ci il tarixli məhkəmə iclasının protokolundan (səh.119) görünür ki, cavabdehin vəkili və nümayəndəsi iddiaçı tərəfindən təqdim olunan şəkillərin mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu inkar etməmişdir.
43. Mülki Prosessual Məcəllənin 87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin e dir. Lakin apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliklə təsbit olunmuş müvafiq imkanlardan istifadə etməmişdir.
44. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi kirayə haqqı qismində ödənilməli olan vəsaitin ödənilməməsi nəticəsində dəymiş zərərlə bağlıdır. Tərəflər müqavilə üzrə 20 ay ərzində iddiaçının təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqının alınmayacağı və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 20 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən mənzilin “mülkiyyətçi”yə təhvil veriləcəyi barədə razılaşmışlar. Bu halda, cavabdehin müqavilə şərtlərinə əməl etməyərək razılaşdırılmış müddətdə əmlakı iddiaçıya təhvil verməməsi iddiaçını kirayə haqqı qismində də ymiş zərəri tələb etmək hüququndan məhrum etmir. Belə ki, müqavilə üzrə kirayə haqqının alınmaması yalnız binanın bünövrəsinin qoyulmasından sonra 20 aylıq müddət üçün müəyyən olunmuşdur. Həmin müddətdən sonra əmlakın təhvil verilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbi iddiaçının işgüzar adətlərdən irəli gələn hüququdur. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyinin nəzərdə tutulmaması əsası ilə iddia tələbini rədd etməsi də qanunazidd və əsassız olmuşdur.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələbə baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll etməlidir. 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mö təbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edil miş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
48. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4065/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.