Məhkəmə qərarları › İş №2(102)-4709/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4709/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4709/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-473/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova, iş 2(060)-7314/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı X1 və qeyrilərini maraqlı şəxs qismində işə cəlb etməklə mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası rəd d edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.R.Abasov, S.A.Qafari və T.Q.Məmmədov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur. İşin halları: Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 387 saylı, xx.xx.1977-ci il tarixli qərarı ilə Cavabdeh2 3 nəfər ailə tərkibi ilə yaşayış sahəsi ayrılması qərara alınmış, 2173 saylı order əsasında N saylı mənzilə Cavabdeh2, Cavabdeh1 və Natiq Rəsulovlar köçürülmüşlər. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(060)-367/2014 saylı qətnaməsi ilə cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2 Həsən oğlu və Mara qlı şəxs3 N saylı mənzildən çıxarılması və 3500 ABŞ dollarının Cavabdeh2 alınaraq Maraqlı şəxs1 verilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. 2019-cu ilin avqust ayında İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə cavabdehlərin razılığı ilə köçürülərək bu günədək həmin mənzildə yaşamasını, cavabdehlərin mənzildən istifadə etməməklə uzun müddət başqa ünvanda yaşamaqla mənzilə istifadə hüquqlarını itirmələrini əsas göstərərək mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutl ara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müza kirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, N saylı mənzil 2173 saylı order əsasında Cavabdeh2, Cavabdeh1 və Natiq Rəsulovun istifadəsinə verilmiş, həmin mənzilə dair iddiaçının ailə üzvləri ilə cavabdehlər arasında məhkəmə mübahisəsi olmuş və yekun məhkəmə qərarı ilə iddiaçının ailə üzvlərinin həmin mənzildən çıxarılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin qərarl a tərəflər arasında mənzildən istifadəyə dair mübahisə həllini tapdığından, həmçinin 3500 ABŞ dolları Cavabdeh2 alınaraq Maraqlı şəxs1 verildiyindən İddiaçı yenidən həmin məbləğə istinad edərək mənzilə istifadə hüququnun tanınmasını tələb etməsi əsassızdır. Hazırkı mübahisə ilə əlaqədar tərəflər arasında hüquq münasibətləri 2009-cu ildən əvvəl yarandığından apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmi n Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin yuxarıda göstərilən hallarına və tətbiq olunan maddi hüquq normalarına əsasən iddiaçının mübahisəli evə istifadə hüququnun tanınması üçün əsaslar olmadığından, kollegiya iddia tələbinin rədd olunması barədə apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əs aslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar