Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4709/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-801/2021 nömrəli, 30 mart 2021ci il tarixli qətnaməsindən İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kas sasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 06 noyabr 2014-cü il tarixli **********91914 №-li Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 19 % ödənilməsi şərtilə, 32.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Lənkəran şəhəri, X5 küçəsində yerləşən, 0,03 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, yaşayış sahəsi 36,1 kv.m, yardımçı sahəsi 173,6 kv.m, umumi sahəsi 209,7 kv.m olan 2-otaqlı, 120B nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 06.11.2014-ci il tarixli **********91914/01 №-li İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı iddiaçı Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2(049)-239/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfındən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından əmlak iddiaçı ASC "xxxx" Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı Hərrac təşkilatçısı, Lənkəran Rayon İcra Şöbəsi və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə 37/04 nömrəli protokolu və iddiaçı ASC "xxxx" Bankı ilə Hərrac təşkilatçısı arasında 12.07.2018-ci il tarixdə bağlanmış hərracın yek unları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafıq olaraq ipoteka predmeti olan fərdi yaşayış evinin son satış qiyməti 31.875 manat məbləğində müəyyənedilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, borcu tam əhatə etmədiyindən cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 06 noyabr 2014-cü il tarixli **********91914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 1.991,36 ABŞ dolları məbləğində əsas borc, 12.780,93 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi 06 noyabr 2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 09 iyun 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 401,11 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, həmçinin 09 iyun 2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 5.060,05 ABŞ dolları məbləğində penya, cəmi 20.233,45 ABŞ dolları məbləğində pul vəsaiti və 09 iyun 2020-ci il tarixindən başlayaraq əsas borcun tam şəkildə ödənilməsi tarixinə qədər həmin məbləğə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan cərimə faizlərinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddiaçı ASC "xxxx" Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC Xalq Bankı ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli **********91914 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 ay müddətinə, illik 19 % ödənilməsi şərtilə, 32.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Lənkəran şəhəri, X5 küçəsində yerləşən, 0,03 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, yaşayış sahəsi 36,1 kv.m, yardımçı sahəsi 173,6 kv.m, umumi sahəsi 209,7 kv.m olan 2-otaqlı, 120B nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 06 noyabr 2014-cü il tarixli **********91914/01 №-li “İpoteka müqaviləsi” bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(049)-239/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə cavadehə məxsus ipoteka predmetinə tutma yönəldilməsi, habelə Cavabdeh 06 noyabr 2014-cü il tarixli **********91914 №-li Kredit müqaviləsi üzrə yaranmış 25.559,36 ABŞ dolları əsas borc, 4.056,45 ABŞ dolları kreditdən isti fadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 40 ABŞ dolları məbləğində penya olmaqla cəmi 29.655,81 ABŞ dolları məbləğində kredit borcu, həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 29,70 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankına ödənilməsi qət edilmişdir. Qətnamədə həmçinin fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında Daşınar Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfındən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və Bank həmin tək lifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı Hərrac təşkilatçısı, Lənkəran Rayon İcra Şöbəsi və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə 37/04 nömrəli protokolu və iddiaçı ASC "xxxx" Bankı ilə Hərrac təşkilatçısı arasında 12 iyul 2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafıq olaraq ipoteka predmeti otan fərdi yaşayış evinin son satış qiyməti 31.875 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında 5.812,36 ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müdd ətinin bitdiyi 06 noyabr 2018-ci il tarixədək hesablanmış 12.780,93 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 15 yanvar 2019-ciu il tarixə bu məbləğ 4.087,64 ABŞ dolları təşkil edir.
4. Lənkəran Rayon Məhkəməsinin 2(049)-71/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik еdən hаkim R.Məmmədov) iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı "xxxx" iddiası qismən təmin edilərək iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış **********91914 saylı, 06 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış 1.991,36 ABŞ dolları, faiz borcuna görə hesablanmış 323,53 ABŞ dolları, gecikdirilmiş günlər üçün peniyaya görə hesablanmış 100 ABŞ dolları və 09 iyun 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 401,11 ABŞ dolları, cəmi 2.816 ABŞ dolları borc məbləği və dövlət rüsumuna görə ödənilmiş 30 manat Cavabdeh tutularaq iddiaçı ASC "xxxx" Bankının xeyrinə ödənilməsi, Cavabdeh tutulacaq 2.816 ABŞ dolları məbləğində kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci təşkil edən cəmi 345,00 manat məbləğində pulun cavabdehə aid edilməklə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilm əsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 739.1, 739.2, 741-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər-Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev və Q.Kərimov) 2(106)-801/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC "xxxx" Bankın nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş; Lənkəran rayon Məhkəməsinin 2(049)-71/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı "xxxx" ASC apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üçün əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi X4 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstər məli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə.390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
16. Maddə. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
17. Maddə. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qo ya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
18. Maddə.430.1 Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
19. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermi ş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır.
23. Maddə. 448.1. Bоrclu оnun risk dairəsinə daхil оlan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
25. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öh dəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 06 noyabr 2014-cü il tarixli **********91914 №-li Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 19 % ödənilməsi şərtilə, 32.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təm in etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Lənkəran şəhəri, X5 küçəsində yerləşən, 0,03 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, yaşayış sahəsi 36,1 kv.m, yardımçı sahəsi 173,6 kv.m, umumi sahəsi 209,7 kv.m olan 2-otaqlı, 120B nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 06.11.2014-ci il tarixli **********91914/01 №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(049)239/2017 saylı, 18 yanvar 2017-c i il tarixli qətnaməsi ilə ipoteka predmetinə tutma yönəldilməsi, habelə Cavabdeh 06.11.2014-cü il tarixli **********91914 №-li Kredit müqaviləsi üzrə yaranmış 25.559,36 ABŞ dolları əsas borc, 4.056,45 ABŞ dollan kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 40 ABŞ dolları məbləğində penya olmaqla cəmi 29.655,81 ABŞ dolları məbləğində kredit borcu, həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 29,70 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankına ödənilməsi qət edilmişdir. Qətnamədə həmçinin fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraat ı qaydasında Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfındən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı Hərrac təşkilatçısı, Lənkəran Rayon İcra Şöbəsi və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə 37/04 nömrəli protokolu və iddiaçı ASC "xxxx" Bankı ilə Hərrac təşkilatçısı arasında 12.07.2018ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafıq olaraq ipoteka predmeti otan fərdi yaşayış evinin son satış qiyməti 31.875 manat məbləğində müəyyənedilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, borcu tam əhatə etmədiyindən cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu qalmışdır.
31. Kassator yekun qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması ilə bağlı aydın dəlili irəli sürməmiş, işin faktiki hallarının tam araşdırılmamasını qeyd etmişdir.
32. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. İşə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlillər əsassızdır. Həmin hallar la bağlı cavabdeh heç bir sübut təqdim edə bilməmişdir.
34. Məhkəmələr haqlı olaraq «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 739.1, 739.2, 741-ci maddələrini tətbiq etməklə borcalanların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə iddianı qismən təmin etmişlər. İddiaçının şikayətin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, borcun məbləğinin düzgün hesablanmaması və yaxud düzgün olmayan qərarın çıxarılmasına əsas verən heç bir halı sübut edə bilməmişdir.
35. Məhkəmə kollegiyası əlavə olaraq q eyd edir ki, əslində qanuni qüvvəsini almış başqa məhkəmə qətnaməsi ilə cavabdehdən əsas, faiz və cərimə borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə baxılaraq məsələ öz həllini tapdıqdan sonra yenidən ödənilməmiş qalmış əsas məbləğin və müqavilə faizinin tutulması tələbi ilə məhkəməyə iddia verilməsi üçün əsaslar olmamışdır. Buna baxmayaraq məhkəmələr həmin tələbə və əlavə olaraq digər tələblərə baxaraq yekun qərar qəbul etmişlər. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddursa, ipotekanın satışından əldə edilən vəsait əsas borcun ödənilməsinə kifayət etmədikdə ödənilməmiş əsas məbləğdən kəsir qalan məbləğ icra icraatı qaydasında tələb oluna və tutula bilər. Bunun üçün yenidən məhkəməyə müraciət etməyə zərurət yoxdur. Nə qədər ki, cavabdeh bu qətnamədən şikayət verməmişdir və iddiaçı daha çox vəsait tutulmasını tələb edir, məhkəmə kollegiyası həmin əsaslarla qətnamənin ləğvini məqsədəmüvafiq hesab etmir. Qeyd olunan əsaslarla qətnamənin ləğv edilməsi tərəfləri hüquqi nəticələri əvvəlcədən bəlli olan əlavə məhkəmə çəkişmələrinə cəlb etmiş olardı. Ona görə kollegiya prosessual qənaət prinspindən çıxış edərək qətnamənin dəyişdirilmədən saxlanmasını daha uyğun hesab edir.
36. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şi kayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-801/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.