Məhkəmə qərarları › İş №2(102)-471/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-471/2019

24.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-471/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 24 yanvar 2019-cu il İş №2(102)-471/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı ASC-nin vəkili X1 oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(005)1825/2018 saylı qətnaməsi ilə (h akim R.Quliyev) iddia tələbi təmin olunaraq, K0604 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 49.083,27 manat məbləğində pul vəsatinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9878/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Həsənov, X.Mərdanova və İ.Vəliyev) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1825/2018 saylı iş üzrə 29 may 2018-ci il tarixli qətnaməsi “K0604 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 49.083,27 manat məbləğində pul vəsaitinin Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilərək, Cavabdeh1-dən və Cavabdeh2 K0604 sa ylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 4069 manatın müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, qətnamənin cavabdehlərdən 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ASC kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9878/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla MMC arasında 27.07.2012-ci il tarixində K0604 saylı kredit müqaviləsi bağlandığını, müqaviləyə əsasən bankın MMC-yə 12 ay müddətinə, yəni 27.07.2013-cü ilədək illik 16% (illik cərimə faizi 25%) ödənilməsi şərtilə 500.000 manat məbləğində birdəfəlik kredit verdiyini, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 zamin qismində üzərinə öhdəlik götürdüyünü, MMC-nin 29.07.2013-cü il tarixindən borc öhdəliyinin şərtlərini pozmağa başladığını və kredit müqaviləsi üzrə öhədliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyini, bank tərəfindən pretenziya qaydasına əməl edilərək MMC-yə 26.08.2015-ci il tarixində PBCOS-889 nömrəli pretenziya məktubu, zamin Cavabdeh2 26.08.2015-ci il tarixində PBCOS-887 nömrəli bildirişlər göndərildiyini, 27.07.2013-cü il tarixindən (kredit müqaviləsində nəzərdə tutulmuş müddət) borc alanın banka əsas borcunun 357 844,91 man at təşkil etdiyini, həmçinin kredit müqaviləsində nəzərdə tutulmuş müddətin bitdiyi andan keçən günlərin sayının 1631 gün olmasını, əsas borc qalığının bank uçot dərəcəsinə (illik 5%) və öhdəliyin icrasının gecikdirilməsi günlərinin sayına hasili nəticəsində cavabdehlərin 49 083,27 manat borcunun yarandığının müəyyən olunduğunu, kredit müqaviləsinin 7.1-ci bəndində müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəfin digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıdığının təsbit edildiyini bildirmiş, buna görə də cavabdehlərdən gecikdirilmiş vaxt üçün 49.083,27 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9878/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı ASC-nin vəkili X1 oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun şərh olunan tələbinə görə apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və sübutları araşdırır, kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarını və sübutları araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları və sübutları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının və sübutların qiymətləndirilməsinin nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktik i hallarına və sübutların qiymətləndirilməsinə istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin faktiki hallarının və sübutların qiymətləndirilməsinin prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş mate riallarından göründüyü kimi rayon məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehlərdən icranın gecikdirildiyi müddətə görə 49.083,27 manat tutmuşdur. Qətnaməni dəyişdirməklə iddia tələbini qismən, 4069 manat məbləğində təmin etmiş apelyasiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi 27 iyul 2013-cü il tarixdən sonrakı dövrdə kredit öhdəliyinin cavabdehlərin təqsiri üzündən gecikdirildiyi qənaətinə gəlmək mümkün deyildir. Çünkü sözügedən mübahisə üzrə qəbul olunmuş məhkəmə aktlarından aydın olur ki, kredit öhdəliyinin təminatı olan ipoteka predmetinin mülkiyyətçisi Cavabdeh2 28.02.2014-cü il tarixdə bankla növbəti təminat qismində zaminlik müqaviləsi bağlamış, 05 may 2015-ci il tarixdə banka 300.000 manat pul ödəmiş, lakin iddiaçı bank həmin vəsaiti n 151 178,25 manatını cərimə borcuna sildiyi üçün tərəflər arasında mübahisə yaranmışdır. Bu o deməkdir ki, cavabdehlərin kredit öhdəliyindən yayınmaq niyyətləri olmamış və onlar öhdəliklərini qərəzli şəkildə gecikdirməyərək banka ziyan vurmaq məqsədi güdməmişlər. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı bank müqavilə müddətinin bitməsindən sonra ilk dəfə cavabdehlərə 26.08.2015-ci il tarixində pretenziya məktubu göndərmiş, uzun müddət onlara qarşı iddia tələbi irəli sürməməklə onların, öhdəliklərini icra etməməkdə qərəzli olmadıqlarını faktiki olaraq qəbul etmişdir. Tərəflər arasında məhkəmə çəkişməsinin başladığı tarixdən yekun məhkəmə aktının qəbul edildiyi tarixədək olan dövrdə isə cavabdehlərin təqsirli olmalarından bəhs etmək, kollegiyanın qənaətinə görə mümkün deyildir. Çünkü sadə məntiqlə bu nəticəyə gəlmək mümkündür ki, onların ödəməli olduqları məbləğ kifayət qədər mübahisəli olduğundan, öhdəliklərini icra etmək üçün yekun məhkəmə qərarını gözləməli olmuşlar. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin kredit öhdəliyini gecikdirdikləri dövr, məhz yekun məhkəmə aktının qəbulundan sonrakı dövrdür. Belə ki, hər nə qədər Ali Məhkəmənin 13.12.2017-ci il tarixli qərarı bankın razılığı ilə icraya yönəldilməmiş olsa da, cavabdehlər artıq 13.12.2017-ci il tarixindən sonra banka pul ödəməli olduqlarını bilmiş, ödəyəcəkləri məbləğ isə kifayət qədər müəyyən (dəqiq) olmuşdur. Apellyasiya məhkəməsinin qənaətinə görə, məhz 13.12.2017-ci il tarixindən etibarən cavabdehlərin öhdəliyin icrasını gecikdirdikləri qəbul oluna bilər; həmin tarixdən iddiaçının tələb etdi yi tarixə, yəni 01 may 2018-ci il tarixinə qədər keçən 4 ay 17 günlük müddət üçün cəmi 216 666,66 manat məbləğində pul vəsaitinin qaytarılmamasına görə illik 5% dərəcəsi ilə hesablanacaq faiz isə 4069 (dörd min altmış doqquz) manat təşkil edir (216 666,66 x 5% = 10 833,33 manat (illik faiz) / 365 gün = 29,7 manat (günlük faiz). 4 ay 17 gün x 29,7 manat = 4069 manat). Apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, tərəflər arasında kredit öhdəliklərinin həcmi ilə bağlı mübahisə olmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə öhdəlik 206.666,66 manat təşkil etdiyi müəyyən edilsə də, bununla razılaşmayan Bankın verdiyi apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası kredit öhdəliyinin ümumilikdə 456.749,27 olduğu qənaətinə gəlmiş, lakin kassasiya instans iyasının qərarı ilə Borc alandan və Zamindən müştərək qaydada tutulmalı olan borcun 206.666,66 əsas, 10.000 manat cərimə borcu olmaqla cəmi 216.666,66 manat olduğunu vurğulayaraq mübahisəni yekunlaşdırmışdır. Yəni məhkəmə qərarı ilə ödənilməli olan əsas kredit borcunun 206.666,66 manat olması müəyyən edilmiş, cavabdehlər həmin məbləğlə razılaşmışlar. Kassasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarı ilə cavabdehlərin müqavilə öhdəliyi üzrə nəzərdə tutulmuş, müqavilənin icra müddətinin başa çatdığı 27 iyul 2013-cü il tarixdən (5 mart 2015-ci ildə ödənilmiş 300.000 manat da nəzərə alınmaqla) məhkəməyə müraciət olunan 1 may 2018-ci ilə kimi ödəniləcək məbləğ 206.666,66 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7 -ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əsas borc, faiz və cərimə məbləği ilə əlaqədar məhkəmə mübahisəsinin olması cavabdehlərin mövcud olmuş borc öhdəliyini ödəməkdən imtina etməsi üçün əsas hesab oluna bilməz. Cavabdehlər 1-ci instansiyada mübahisəyə baxılan andan 206.666,66 manat borclu olduqlarını qəbul etmiş, bunu mübahisələndirməmişlər. Yekun məhkəmə aktı ilə də cavabdehlərin ödəməli olduğu məbləğin, yəni onların ödənilməsini yubatdıqları məbləğin 206.666,66 manat olması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə mübahisəsinin olması cavabdehləri borclu olduqları məbləği ödəmələrinə maneə hesab olunmur. Apellyasiya məhkəməsinin bu barədə gəldiyi nəticə əsassızdır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məbləğlə bağlı məhkəmə mübahisəsinin olması öhdəliyin borclunun təqsiri olmadan icra edilməsi hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.2, 445.2.1-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşdən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 27 iyul 2013-cü il müəyy ən edilmiş, öhdəlik həmin vaxta kimi icra olunmamaqla gecikdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Burada öhdəliyin qərəzli şəkildə gecikdirilməsi nəzərdə tutulmur. Əgər öhdəliyin icrası pozulmuşsa və lazımınca icra edilməmişsə, yəni vaxtında icra edilməmişsə, həmin öhdəlik icra edilməmiş hesab olunur. Ona görə də borcun müəyyən hissəsinin ödənilməsi onun tam ödənilməsi demək deyildir. Şərh olunanlardan görünüdyü kimi qanunverici öhdəliyin icra edilməməsinin səbəblərini fərqləndirməmiş, onun qərəzli şək ildə, yaxud səhlənkarlıq nəticəsində icra olunmamasını deyil, öhdəliyin pozulmasını və ya lazımınca icra edilməməsini öhdəliyin pozulması hesab etmişdir. Apellyasiya məhkəməsinin cavabdehlərin öhdəliyin icrasından qərəzli şəkildə imtina etmələri barədə göstərdikləri mübahisənin mahiyyətinə təsir etmir. Cavabdehin öhdəliyi icra etməməsinin müəyyən edilməsi Mülki Məcəllənin 445.7ci maddəsinin tələbləri üçün yetərli hesab olunur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin pul öhdəliyini lazımi qaydada icra etməmələrinə görə kassasiya məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarından sonrakı dövrə görə məsuliyyət daşımaları barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun hesab edilmir. Apellyasi ya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəlləsinin 445-ci maddəsini səhv təfsir etmişdir. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli, iş yenidən b axılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən yol verilmiş qanun pozuntuları aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar