Məhkəmə qərarları › İş №2(102)-471/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-471/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-471/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili X2 və Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5467/2021 nömrəli iş üzrə 29.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh tərəfindən imzalanmış 26 may 2019-cu il tarixli qəbzdən görünür ki, o, İddiaçı 50.000 borc pul almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, CavabdehYYYoğlu lombard fəaliyyəti ilə məşğul olmuşdur. YYYlombardda işlədiyi müddətdə iddiaçı müqavilə əsasında lombarda külli miqdarda vəsait yatırmışdır. Sonradan YYYiddiaçıya müraciət edərək özü üçün borca pul istəmişdir. İddiaçı 26 may 2019-cu il tarixdə Vasif ə 50.000 manat məbləğində nağd pul vermişdir. Bunun müqabilində YYYöz xətti ilə qəbz yazaraq imza etmişdir. Lakin YYYbu vaxtadək borc aldığı 50.000 manatdan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır, cavabdehin iddiaçıya hər hansı borcu yoxdur. Məhkəməyə sübut kimi təqdim edilmiş qəbz cavabdeh tərəfindən yazılmamış və imzalanmamışdır. Həmçinin, qəbzin absurd olduğu onun mətnindən görünür, qəbzdə pul alındığı qeyd edilsə də, valyuta göstərilməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2020-ci il tarixli 4/937 saylı rə yindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 6-cı vərəqində olan qəbzin üzərindəki “Mən Cavabdeh, X1 50 min manat borc pul aldım imza. 26.05.2019” yazılar və “imza” sözü qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Pirallahı Rayon Məhkəməsinin (hakim X3) 05 mart 2021-ci il tarixli, 2(094)-10/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 50.000 (əlli min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən AR Mülki Məcəlləsini 385, 427.3, 739-cu maddələrinə istinad etmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 50.000 manat məbləğində borca pul vermişdir. Cavabdeh tərəf iddiaçıdan borc pul almadığını göstərsə də, bunu təsdiq edəcək sübutları mə hkəməyə təqdim etməmiş, qeyd olunan hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin iddiaçıya borcununolmaması barədə dəlillərini əsassız sayır. Pirallahı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(094)-10/2021 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Şirinov İkram, Anar Tanrıverdiyev) 2(103)-5467/2021 nömrəli iş üzrə 29.07.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təminedilməmiş, Bakı şəhər Pirallahı rayon Məhkəməsinin hazırkı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişd ir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və hərtərəfli tədqiq etmiş, işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini düzgün müəyyən edə bilmiş, sübutların qiymətləndirilməsi zamanı prosessual normaların tələbləri pozulmamış və bu səbəbdən də nəticədə iş üzrə düzgün qətnamə qəbul etmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1228/2021 saylı 23.02.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı 18 200 manat borc pul tələbinə dair iddia tələbi də mövcuddur. Cavabdeh iddiaçıdan borc pul almadığını göstərsə də, bunu təsdiq edəcək sübutları nə birinci instansiya məhkəməsində, nə də ki kollegiyanın iclasında təqdim etməmiş, qeyd olunan hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İş üzrə Cavabdeh Bakı Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(103)-5467/2021 nömrəli iş üzrə 29.07.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan 50.000 manat məbləğində borc almamışdır. İddiaçının istinad etdiyi qəbzdə valyuta qeyd edilməmişdir. Əgər həqiqətən də həmin qəbz diqqətlə araşdırılsa, onda qəbzin saxta olduğunu müəyyən etmək asandır. Təəssüflər olsun ki, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası lazımi dəqiqlikdə aparılmamışdır və ekspert qərarı həqiqəti əks etdirmir. O hər hansı sənədə imza atmadığını bildimişdir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində tərəfimi zdən vəsatət verilərək, təkrar ekspertiza təyin edilməsi xahiş edilmişdir, lakin, məhkəmə qərəzli münasibət göstərərək, vəsatətimiz təmin etməmişdir. Yuxarıda sadalananlarla əlaqədar bildirirəm ki, ekspert qərarı kifayət qədər şübhəlidir. Ekspert öz rəyini əsaslandırmamış, ekspertiza müvafiq fotocədvəllər tərtib edilərək, mənim əl yazının hansı hissəsinin, mübahisəli qəbzdəki yazının hansı hissəsi ilə uyğunluq təşkil etdiyini fotocədvəl üzərində göstərə bilməmişdir, ümumi sözlərlə yazı və imzanın guya mənə məxsus olduğunu bildirmişdir. Bu da onu deməyə əsas verir ki, ola bilsin ki, iş çoxluğundan və ya texniki səhv nəticəsində ya da başqa bir səbəbdən ekspert rəyi həqiqəti əks etdirmir. Kassator kassasiya şikayətində AR MPM-nin 102, 357, 417,418-ci maddələrə istinad etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin edilməsi qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul xahiş etdilər. İddiaçının vəkili İlham Rəhimov kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən birşəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulmasıvə ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət də və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxla ya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instans iyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq elkspertizasının keçirilməsi barədə 29.12.2020-ci il tarixli 4/497 saylı rəyindən də göründüyü kimi 50 (əlli) min borc pulun alınması ilə bağlı qəbz Cavabdeh tərəfindən yazılıb imzalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan mü əyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə təkrar ekspertizanın keçirilməsi üçün əsaslar məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şik ayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5467/2021 nömrəli iş üzrə 29.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar