Məhkəmə qərarları › İş №2(102)-471/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-471/2025

30.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-471/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-471/2025 (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarə t tərkibdə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1120/24 nömrəli, 09 oktyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı anası X2 Ağdaş rayon İcra hakimiyyət başçısının 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə 499,67 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinə dair əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir.

2. Torpağın mülkiyyətə verilməsinə dair JN–336A, KOD 90301004 nömrəli şəhadətnaməyə əsasən, X3 və onun ailə üzvülərinin adına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 5 yanvar 2006-cı il tarixli, 1 nömrəli qərarı ilə 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinə dair əsas döngə nöqtələrinin koordinatları qeyd edilmişdir.

3. X4 19 aprel 2011-ci il tarixdə ölmüşdür.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 dekabr 2023-cü il tarixli, 3-21-335/2-4995/2023 saylı məktubdan görünür ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi Esmira Alışovaya məxsus daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün həmin ünvanda olmuş, lakin yerində baxış keçirilən zaman mübahisənin olması aşkar edildiyindən inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır.

5. Ağdaş rayon bələdiyyəsinin 13 fevral 2024-cü il tarixli 49 saylı Cavabdeh ünvanladığı məktubundan görünür ki, JN336 A saylı şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsinin uzun illər istifadəsində olan 0,07 ha həyətyanı torpaq sahəsinin Cavabdeh adına sənəd ləşdirilməsi ilə bağlı müraciət əsasında sənədləşmə işləri aparılmış, lakin həmin torpaq sahəsinin üzərinə digər vətəndaşın adına kadastr planı düşdüyü üçün sənədlərin qeydiyyata alınmasına imtina verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 499,67 kv.m. həyətyanı torpaq sahəsi üzərindəki hüquqların d aşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh tərəfindən törədilən süni maneələrə və qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Ağdaş rayonu İHB-nın xx.xx.2006-cı il tarixli 01 nömrəli sərəncamı ilə Ağdaş şəhərində A328221 nömrəli plan-ölçü sənədinə əsasən 499,67 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsi ilə bağlı plan-ölçü sənədi verilmişdir. Həyətyanı torpaq sahəsinin planı və ölçüsü X6 kitabında xx.xx.2011-ci il tarixdə 3/736 nömrə ilə uçota alınmışdır. Hazırda həmin həyətyanı torpaq sahəsi üçün A328221 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüq uqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi zərurəti yaranmışdır. Ona görə də, A328221 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi üzrə Çıxarışın verilməsi üçün həmin quruma müraciət etmiş və A328221 nömrəli torpaq sahəsinin plan-ölçü sənədi üzrə Çıxarışın verilməsini xahiş etmişdir. Həmin torpaq sahəsini, yəni Ağdaş şəhərində yerləşən fərdi yaşayış evi üçün xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası Esmira Alışovadan miras qalmış torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmək istəyir. Ağdaş şəhərində yerləşən 499,67 kv.m. ölçüdə olan həyətyanı torpaq sahəsi anası Esmira Alışovadan miras qalmışdır. Mərhum anası Esmira Alışovanın adına Ağdaş rayonu İHB-nın 05 yanvar 2006cı il tarixli 01 nömrəli Sərəncamı ilə tərtib edil mişdir. X6 kitabında xx.xx.2011 -ci il tarixdə 3/736 nömrə ilə uçota alınmışdır. Anası vəfat etmiş və vərəsəliklə bağlı məsələni həll etmək üçün evə dair çıxarış alınmalıdır. O, Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən 499,67 kv.m. ölçülü həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, qeyd olunan həyətyanı torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə idarənin mütəxəssisi qeyd olunan ünvana getmiş, lakin cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmiş və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Qısası torpağın sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri həmin torpaq sahəsinə gəlsələr də mübahisə olduğu, yəni cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və onun reyestr xidmətinə müraciətinin cavablandırılması mümkün olmamışdır.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz göndərərək bildirmişdir ki, o, fərdi yaşayış evi tikdirmək üçün 1990-cı ildə o vaxt mövcud olmuş Ağdaş rayon XDS İK-nə müraciət etmişdir. Ağdaş rayon XDS İK-nin müvafiq qərarı ilə ona Ağdaş şəhəri, Məşəd küçəsindən fərdi yaşayış evi tikdirmək üçün 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir və mütəxəssislər tərəfindən həmin torpaq sahəsi seçilmiş, qərarda göstərilən miqyasda ölçülərək döngə nöqtələri müəyyən edilməklə naturada ona tanıdılaraq təhvil verilmişdir. Bundan sonra o həmin torpaq sahəsinin dörd bir tərəfini hasara aldıraraq orada fərdi yaşayış evi tikdirmiş, bağ salmış və torpağa və əmlaka görə vergini vaxtlı-vaxtında ödəməklə həmin 0,12 hektar həyətyanı torpaq sahəsindən 33 ildir ki, fasiləsiz və etirazsız təyinatı üzrə özüm istifadə edir. Mübahisələndirilən torpaq sahəsinin hasara aldığı torpaq sahəsinin daxilində yerləşməsi adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”ndən də aydın görünür. Torpaq islahatı zamanı “İslahat haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq həmin 0,12 hektar torpaq sahəsinin ona həmin ölçüdə verilməsi barədə ilkin hüquqmüəyyən edici sənəd hesab edilən Ağdaş rayon XDS İknin qərarı tələb olundu. Həmin qə rarı evdə tapa bilmədiyinə və bir nüxsəsi saxlanılan Ağdaş şəhər İcra nümayənmdəliyinin yerləşdiyi inzibati binası məlum 1999-cu il tarixdə Ağdaş rayonunda baş vermiş zəlzələ zamanı yandığından tapmaq mümkün olmadığına görə onun adına şəhər üzrə normaya uyğun 0,05 hektar hissəsinə sənəd verilmiş, qalan 0,07 hektar isə istifadədə saxlanılmaqla bələdiyyənin balansına qeydə alınmışdır. Torpaq sahəsini aldığı vaxtdan 3-cü şəxsin mütəxəssisi həyətinə gələn günədək həmin torpaq sahəsi heç kim, o cümlədən şəhər bələdiyyəsi və ya başqaları tərəfindən mübahisələndirilməmişdir. O, həmin torpaq sahəsindən aldığı vaxtdan qeyd edilən tarixədək bir müddətdə yəni 33 il müddətdən artıq müddətdə maneəsiz istifadə etmişdir. Bələdiyyə balansında saxlanılmış hissəni də almaq istəməyi barədə bələdiyyəyə müraci ət etmişdir. Bələdiyyə tərəfindən həmin torpaq sahəsinin ona verilməsi ilə bağlı müəyyən sənədləşdirmə işləri aparaq müəyyən sənədlər toplamış, bu zaman onlar həmin torpaq sahəsinin ona satılmasına dair müsbət rəy bildirmişlər. Bütün toplanmış sənədləri aidiyyati üzrə DƏDKR PHŞ-n 17 saylı Yevlax Ərazi İdarəsinə göndərmişlər. Lakin bu günədək həmin torpaq sahəsinin ona satılması ilə əlaqədar torpaq sahəsinin bələdiyyənin adna qeydə alınıb-alınmaması barədə ona məlumat verilməmişdir. İddia ərizəsindən və mülki işdə olan sənədlərdən aydın görünmüşdür ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi onun mərhum anasına Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 5 yanvar 2006-cı il tarixli 1 saylı Sərəncamı ilə verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Ağdaş Rayon İcra Hakimi yyəti başçısının 5 yanvar 2006-cı il tarixli 1 saylı Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 347 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyət başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimatın icrası ilə bağlı “Rayon İcra Hakimiyyəti başçısının aparatında 2005-ci (düzəliş 2007) iş üçün Nomenkulaturunun təsdiq edilməsi üçün verilmişdir. Həmin sərəncamda vətəndaşlara torpaq sahəsinin ayrılıb verilməsi nəzərdə tutulmamışdır. Ona görə də hesab edir ki. iddiaçının mərhum anasına həmin torpaq sahəsi tamamilə qanunsuz verildiyindən həmin torpaq sahəsi Dövlət Kadastr kitabında qeydiyyata alınsa belə, mərhumun adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilməklə ilkin h üquqmüəyvənedici sənəd kimi qəbul edilə bilməz. İkincisi, Azərbaycan Respublikası Dövlət və X9 Komissiyaları Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 saylı Fərmanı ilə ləğ edilmişdir. Belə olduğu halda iddiaçının mərhum anasına qeyd edilən torpaq sahəsinin rayon Aqrar İslahat Komissiyasının sədri olmuş Ağdaş RİH başçısı tərəfindən satılması tamamilə qanunsuzdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü bəndinin 3-cü yarım bəndinə əsasən hazırlanmış və Prezidentin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülk iyyətinə verilməsi haqqında Əsasnamənin (hazırda qüvvədən düşüb) 1-ci bəndinə görə həmin Qanun və Əsasnamə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olan torpaqlar istifadəyə və ya icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq onları mülkiyyətinə verilir. Qanunvericiliyin yuxadıda qeyd edilən tələblərinə görə həmin qanunvericilik aktları qəbul edilənədək vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri əvəzsiz onların mülkiyyətinə verilir. Dövlət və yerli (rayon) islahat komissiyaları ləğv edildikdən sonra torpaqlar dövlətə, bələdiyyəyə və xüsusi mülkiyyətə verildiyindən dövlət, bələdiyyə və fiziki və ya hüqiuqi şəxslər yalnız özlərinin balansında və mülkiyyətində olan torpaqlar üzərində sərəncam vermək hüququna malikdirlər. Belə olduğu halda, əgər Ağdaş Rayon İcra Hakimiyyə ti başçısının qeyd edilən sərəncamında vətəndaşlara torpaq verilməsi bəndi qeyd edilsəydi belə, əsassız və qanunsuz hesab olunmalıdır. Çünki vətəndaşın mübahisələndirdiyi torpaq sahəsi dövlətin torpaq fonduna deyil, bələdiyyənin torpaq fonduna aid torpaq sahəsidir. Torpaq sahəsi bələdiyyəyə məxsus olduğuna görə həmin torpaq sahəsi üzərində yalnız bələdiyyənin sərəncam vermək hüququ vardır. Rayon İcra Hakimiyyətinin başçısı yalnız dövlət fonduna aid torpaq sahəsini mülkiyyətə, icarəyə və ya istifadəyə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin;

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edi r.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər.

3. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Göstərdiyi qanunvericilik aktlarının tələbindən və işin faktiki hallarından göründüyü kimi iddiaçının mərhum anasına verilmiş torpaq sahəsi qanunvericiliyin həmin tələbləri kobud şəkildə pozulmaqla verildiyindən və buns görə də mərhumun adına işlənmiş “torpaq sahəsinin planı və ölçüsü” etibarsız sənəd hesab edildiyindən şəxsin ölümündən sonra vərəsəlik işinin açılması ilə bağlı ilkin hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Bunun əksi olaraq o həmin torpa q sahəsindən 30 ildən artıq müddətə həmin torpaq sahəsindən fasiləsiz və etirazsız istifadə etdiyinə görə həmin mübahisələndirilən torpaq üzərində onun mülkiyyət hüququ yaranmış və gözlənilən hüquqdur. Ona görə, iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir subyektiv hüquq yoxdur. Torpaq Məcəlləsinin müvafiq maddələrinin tələblərinə görə bələdiyyə torpağının satılması məqsədi ilə ayrılan torpaq sahəsi ilk növbədə yerinə baxış keçirilməklə ayrılan torpaq sahəsinin döngə nöqtələri (koordinatları) müəyyən edilməli, naturada ayrılmalı, bundan sonra sonrakı prosessual hərəkətlər edilməlidir. Ona həmin həyətdə və orada inşa etdirdiyi yaşayış evində yaşadığı müddətdə bu məqsədlə həyətə heç kim gəlməmişdir. Qeyd etdiyi qanunvericilik aktlarının tələblərindən, işin faktiki hallarından və iş materiallarından görünmüşdür ki, iddiaçı iddia ərizəsinin əsasını təşkil və təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 01 saylı Sərəncamı aparatın nomenklaturasının təsdiq edilməsi üçün verildiydən həmin Sərəncamla mərhum anasına qeyd edilən torpaq sahəsinin verilməsi barədə adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” qanunsuz verildiyinə görə ilkin hüquqmüəyyən edici sənəd kimi və iddianın əsasını təşkil edən sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçınin ona qarşı belə bir tələblə məhkəməyə müraciət etməsinə heç bir hüquqi əsasları olmamışdır.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Esmira Alışova onun nənəsidir, onun öl ümündən sonra onların hazırkı torpaq sahəsindən məlumatları olmuş, reyestr xidmətinə müraciət edib mütəxəssisləri əraziyə apardıqda cavabdehin həmin torpaq sahəsini qanunsuz hasarladığını görmüşlər. İcazə istədikdə cavabdeh onları həmin torpaq sahəsinə buraxmamışdır. O, sadəcə cavabdehin yaratdığı süni maneənin aradan qaldırılmasını xahiş edir.

10. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(014)-256/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) iddia təmin olunmuş, Ağdaş rayon İHB-nın 05 yanvar 2006-cı il tarixli, 01 nömrəli Sərəncamı ilə iddiaçının anası Esmira Alışovanın mülkiyyətinə verilmiş, Ağdaş şəhərində yerləşən A328221 nömrəli plan-ölçü sənədinə əsasən 499,67 kv.m. həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydi yyatına alınması barədə reyetsrdən Çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müayinə işlərinin aparılması üçün cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması deyil, 3-cü şəxs tərəfindən hüquqlarının qeydə alınmasına, yəni ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması ilə bağlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 158.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddiaya etirazının dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin əsasını təşkil edən torpaq sahəsinin planı və ölçüsündən aydın görünmüşdür ki, həmin plan-ölçü sənədi A ğdaş Rayon İcra Hakimiyyəti başçısının 5 yanvar 2006-cı il tarixli 1 saylı Sərəncamına əsasən hazırlanmışdır. Halbuki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 5 yanvar 2006-cı il tarixli 1 saylı Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 347 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyət başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın icrası ilə bağlı “Rayon İcra Hakimiyyəti başçısının aparatında 2005-ci il üçün Nomenkulaturunun təsdiq edilməsi üçün verilmişdir. Həmin sərəncamda vətəndaşlara, o cümlədən də iddiaçının mərhum anasına torpaq sahəsinin ayrılıb verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının mərhum anasına həmin torpaq sahəsinin verilməsinə əsas olan belə bir Sərəncam yoxdur və mövcud olmayıb. Ona görə də hesab edir ki, iddiaçının mərhum anasına həmin torpaq sahəsi tamamilə qanunsuz verildiyindən həmin torpaq sahəsi Dövlət Kadastr kitabında qeydiyyata alınsa da belə, mərhumun adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilməklə ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-1120/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Tural Həsənov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində g östərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçıya verilmiş Ağdaş rayon İHBnın 5 yanvar 2006-cı il tarixli, 1 nömrəli Sərəncamı və həmin sərəncam əsasında verilmiş müvafiq hüququmüəyyənedici sənədlər məhkəmə qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Həmin sənədlərin etibarlılığının araşdırılması hazırkı iddia tələbi üzrə məhkəmə baxışının predmeti olmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiy i nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 158.4-cü, Torpaq Məcəlləsinin 5.3-cü, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 372, 384.0.1 və 385.2-ci maddələrnə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qətnamədən cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmlak hüquqlarının qeydiyyata alınması üçün 17 saylı Ərazi İdarəsinə müraciət etmək hüququ olmamış, həmçi nin sonuncu İdarənin əməkdaşlarının ölçmə işlərini aparmaq üçün mübahisəli torpaq sahəsinə gəlməsi qanunsuz olmuşdur. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilmişdir ki, faktiki olaraq elektron baza məlumatlarında iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ərazidə göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Mingəçevir Ərazi Şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektoru tərəfindən xx.xx.2022-ci il tarixdə Ağdaş Bələdiyyəsinə ünvanlanmış rəydə də, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, alqı-satqı predmeti olması, torpaq sahəsinin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətin və icarəsinə verilməməsi, üzərində məhdudiyyətin mövcud olmaması qeyd edilmişdir. Beləliklə, mübahisələndirilən plan-ölçü sənədinin iddia olunan tor paq sahəsinin statusunu dəyişdirilməsinə hər hansı potensial təsiri olmadığından və həmin sənəd adına tərtib olunduğu subyektə münasibətdə əmlak hüquqları yaratmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün hesab edilməməlidir. Mübahisələndirilən torpaq sahəsi də daxil olmaqla 0,12 ha torpaq sahəsi mənə verildikdən sonra həmin torpaq sahəsinin dörd bir tərəfini hasarlayaraq orada fərdi yaşayış evi, kiçik bağ evi və köməkçi titililər tikməklə və müxtəlif meyvə ağacları əkərək orada yaşamaqla torpaq sahəsindən təyinatı üzrə istifadə etdiyim vaxtdan iddiaçıyadək həmin bələdiyyə balansında olan torpaq sahəsi heç bir orqan və ya vətəndaş tərəfindən mübahisələndirilməmiş, torpaq sahəsinin 0,05 ha hissəsinin iddiaçının anasına verilməsi ilə əlaqədar torpaq sahəsinin pl anı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan orqan tərəfindən heç baxış belə keçirilməmiş, həmin sənədin hazırlanması üçün hər hansı yerququluşu işləri aparılmamışdır. İddiaçı torpaq sahəsinin torpaq islahatına qədər həmin torpaq sahəsinin onun mərhum anasının qanuni istifadəsində olmasını təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə təqdim etdiyi Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 5 yanvar 2006-cı il tarixli 1 saylı Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 347 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyət başçılarının aparatlarınd a sənədlərlə iş barədə Təlimat’ın icrası ilə bağlı “Rayon İcra Hakimiyyəti başçısının aparatında 2005-ci (düzəliş 2007) iş üçün Nomenkulaturunun təsdiq edilməsi üçün verilmiş və həmin Sərəncamın hazırkı işə heç bir aidiyyəti olmamışdır. Həmin Sərəncamda hər hansı şəxsə torpaq sahəsinin ayrılması, verilməsi, sənədləşdirilməsi və sair bu tipli qeydiyyat yoxdur və ümumiyyətlə ola da bilməzdi. Çünki Rayon İcra Hakimiyyətinin balansında vətəndaşlara verilməsi nəzərdə tutulan hər hansı torpaq sahəsi yoxdur. 2 avqust 1996-cı il tarixli “Torpaq İslahatı haqqında” Qanun qəbul edildikdən sonra vətəndaşların qanuni istifadəsində olan torpaqlar onların mülkiyyətinə verilmiş, qalan torpaqlar isə dövlət və bələdiyyə mülkiyyətində saxlanılmışdır. Dövlətin balansında olan torpaqların idarə edilməsi İqtisa diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmiş, 2000-ci ildə bələdiyyələr yaradıldıqdan sonra bələdiyyə balansında olan torpaq sahələri ilə bağlı sonuncu orqanlar qərar vermişlər. Hazırkı iş üzrə bələdiyyə balansı kimi göstərilmiş torpaq sahəsinin Rayon İcra Hakimiyyətinə, həmçinin vətəndaş Esmira Alışovaya heç bir aidiyyəti olmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri onun mülkiyyət hüququnun gözlənilən hüquq olmasını nəzərə almamış, heç bir hüquqi əsası olmayan torpaq sahəsinin plan və ölçüsünə əsaslanaraq iddiaçının və onun mərhum anasının heç vaxt qanuni istifadəsində olmayan 0,05 ha torpaq sahəsinin iddiaçıya məxsus olması qənaətinə gəlməklə mülkiyyət hüququ gözlənilən mülkiyyətçi kimi cavabdehi sözügedən gözlənilən mülkiyyət hüququndan məhrum etmişdir. Halbuki, iddiaçının mərhum anasının adına işlənmiş həmin sənəd qanunsuz verildiyinə və bunun mənim maraqlarına toxunduğuna görə mən həmin torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə aidiyyəti məhkəməyə müraciət etdiyini bildirsə də işə baxan məhkəmələr bunu nəzərə almamış, sübutları hərtərəfli və obyektiv araşdırmamış, onlardan düzgün istifadə etməmiş, yalnız heç bir hüquqi əsası və qüvvəsi olmayan iddiaçının mərhum anasının adına verilmiş torpaq sahəsinin planı və ölçüsünü sübut növü kimi qəbul edərək ondan istifadə etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

21. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29 (İ və İV hissələr). Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan m üdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.

28. Maddə 5.3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutla ra, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma il ə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

46. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

47. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

49. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublik ası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1120/24 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar