Məhkəmə qərarları › İş №2(102)-4710/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4710/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4710/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4710/20 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-153/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə i şə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. xx.xx.2010-cu il tarixli, 04L000003022 nömrəli kredit xətti müqaviləsi əsasında İddiaçı QSC Cavabdeh1 120 ay müddətinə 60000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən olunur. 2. xx.xx.2014-cü il tarixdə baglanmış 04R000013179 saylı kredit razılaşması ilə İddiaçı QSC Cavabdeh1 aylıq 2,1667 faizlə 35 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə həmin müqaviləyə əsasən kreditdə n təyinatına uyğun istifadə etməyi, müqavilədə göstərilən müddətə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə görə kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, bu razılaşma ilə müəyyən olunmuş şərtlərlə, ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. 3. xx xxxxxx 2010-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və həmin müqavilələr üzrə zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti üzərinə götürmüşlər. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabd ehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 04R000013179 saylı kredit razılaşması üzrə 15736,59 ABŞ dolları əsas, 5380,04 ABŞ dolları faiz borcu və 13787,35 ABŞ dolları cərimə olmaqla cəmi 34903,98 ABŞ dolları məbləğində borc, 004R********** saylı kredit razılaşması üzrə 4962,18 manat məbləğində kredit borcu, 1052,83 manat faiz borcu və 1272,32 manat məbləğində cərimə borcu olmaqla cəmi 7287,33 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2010cu il tarixli 04L000003022 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 60000 (altmış min) ABŞ dolla rı məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 04R000013179 saylı kredit razılaşması əsasında 35 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, 20000 (iyirmi min) ABŞ dolları məbləğində plastik kart vasitəsilə kredit verilmişdir. xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış, sonuncular kreditor qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh1 kredit xətti müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit bo rcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır.

6. İş üzrə cavabdehin vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli 19360 saylı ekspert rəyi alınmışdır.

7. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (S.Quliyeva) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada 04R000013179 saylı kredit razılaşması üzrə 15736,59 ABŞ dolları əsas, 5380,04 ABŞ dolları faiz borcu və 1000 (bir min) manat cərimə olmaqla cəmi 22,116,63 ABŞ doll arı məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) 004R********** saylı kredit razılaşması üzrə 4962,18 manat məbləğində kredit borcu, 1052,83 manat faiz borcu və 100 (bir yüz) manat məbləğində cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 6115,01 (altı min bir yüz on beş manat bir qəpik) manatın tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, digər cavabdehlər, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə lazımınca icra edilməmiş öhdəlik üzrə sonuncu ilə birgə məsuliyyət daşıdıqlarından, iddiaçının onlardan kredit müqavil əsinə görə yaranmış kredit borcunu, ona hesablanmış faizi və cəriməni tələb etmək hüququ vardır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 448.1, 465.2, 472.1, 472.3, 467, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabeh Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17843 saylı xx xxxxxx 2020-ci il tarixli m ühasibatlıq ekspertizası rəyi alınmışdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-153/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 04R000013179 nömrəli kredit razılaşması üzrə əsas borca hesablanmış 3284 (üç min iki yüz səksən dörd) ABŞ dolları, 63 (altmış üç) sent faiz məbləği və 500 (beş yüz) ABŞ dolları olmaqla cəmi 3784 (üç min yeddi yüz səksən dörd) ABŞ dolları 63 (altmış üç) sent (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valy uta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), xx xxxxxx 2014-cü il tarixli 004R********** nömrəli kredit razılaşması üzrə 4921 (dörd min doqquz yüz iyirmi bir) manat 67 (altmış yeddi) qəpik əsas borc məbləği, 733 (yeddi yüz otuz üç) manat 02 (iki) qəpik faiz məbləği olmaqla cəmi 5654 (beş min altı yüz əlli dörd) manat 69 (altmış doqquz) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan (145+150=295) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi götürülmüş kreditin, hesablanmış faiz lərin və cərimənin miqdarını müqayisə edib, 004R********** saylı kredit razılaşması 100 (bir yüz) manat məbləğində cərimənin tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, əsas borcu və ona hesablanmış faizləri cavabdehin ödəyə bilmədiyi halda, cavabdehdən 04R000013179 saylı kredit razılaşması üzrə 1000 (bir min) manat cərimənin tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətini ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, cavabdehlər barəsində hesablanan cərimə məbləği azaldılaraq 500 (beş yüz) ABŞ dolları məbləğində müəyyən edilməlidir.

14. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 462.1, 467-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh1 və vəkili Quliyev Vəkil Yelmar oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(105)-153/2020 saylı qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, banka edilmiş ödənişlər edilməsi barədə faktlar məhkəmə prosesi zamanı hakim tərəfindən araşdırılmamış, ekspert rəyində əks olunan məbləğlər şişirdilmiş olaraq qalmış, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı əsasında ədalətsiz qətnamə qəbul edilmişdir. Həmçinin, qeyd edirlər ki, iddiaçı heç bir əsas gətirmədən onun güzəştlə bağlı müraciətlərini rədd etmiş, İddiaçı QSC-nin rəhbərliyi onun maddi durumunu nəzərə almır və hər vasitə ilə danışıqlardan qaçır, əsas borcu ondan hazırda 1.70 manat ekvivalenti ilə tələb edir, onun da, həmin kurs ilə borcu ödəmək qabiliyyəti yoxdur.

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrin in səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 739.1. borc müqa viləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 462.1. dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icrasının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Maddə 467 məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (25).

29. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (26).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (25). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası kassatorun ekspert rəyi ilə razılaşmaması barədə dəlili ilə bağlı qeyd edir ki, həm birinci instansi ya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizaları keçirilmiş, alınmış ekspert rəyləri ilə iş materialları müqayisə edilib apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq belə nəticəyə gəlinmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas borc məbləği və ona hesablanmış faiz məbləği ekspert rəyində göstərilən məbləğdən çox hesablandığından ekspert rəyi əsas götürülməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olan dəlilləri ilə bağlı qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir (25).

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya ş ikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-153/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar