Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4711/2020 24.08.2020 ALİ MƏHKƏMƏ İddiaçılar: İddiaçı1 və İddiaçı2 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 X4 İddia tələbi: pulun qaytarılması Açar sözlər: əsassız varlanma, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Məmmədov Ömər Şəmsəddin oğlunun və vəkili X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-399/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı2 və X9 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə X3 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində (bundan sonra – mübahiəli ev) yaşamış və yaşadıqları evi təmir etdirmişlər. Sonradan tərəflərin nikahlarına xitam verilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə X8 və İddiaçı2 evə çəkilən təmir xərcinin, yəni 5717 manatın tutularaq, X6 qaytarılması qət edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 9000 manat və Cavabdeh2-dən 690 manatın tutulması, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 X9 ilə birgə nikah dövründə yaşadıqları otağı təmir etmək qərarına gəlmişlər. Bununla əlaqədar X9 tikinti sahəsində atası Cavabdeh1 iş bacarığı olduğu üçün X1 aldığı 2000 manat və ailənin birgə gəlirindən əldə olunan 7000 manat, cəmi 9000 manat pulu atası Cavabdeh1 vermiş, o da təmir işlərini görmüş, lakin həmin məbləği bütövlükdə təmirə xərcləməmişdir. Daha sonra tərəflər arasında bununla əlaqədar pul mübahisəsi yaranmış və iş üzrə keçirilən ekspertizanın rəyi ilə təmirə çəkilən xərc müəyyən edilmiş, məhkəmə qətnaməsi ilə X8 və İddiaçı2 5717 manat tutularaq, X6 qaytarılması qət edilmişdir. Həmçinin, X8 tərəfindən təmir üçün Cavabdeh2-yə 690 manat məbləğində pul ödən ilsə də MMC məhkəməyə gəlmədiyindən həmin hal sübut olunmamış, bununla da iddiaçılara 690 manat zərər dəymişdir. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)1668/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 3283 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pulun alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-399/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 qarşı iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qeyd edilən hissədə rədd olunmuş, qətnamə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1091.1, 1093.1, 1096.1, 1115-ci maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, əvvəlki iş üzrə təmir xərclərini yalnız 5717 manat məbləğlə məhdudlaşdıran ekspert rəyi məhkəmə tərəfindən mötəbər və ağlabatan sübut kimi qəbul edilə və bu hal qalan məbləğ hesabına cavabdehin əsassız varlanması kimi qəbul edilə bilməz. Eyni zamanda iddiaçıların iddia ərizəsində yığılan 9000 manat pulun elə 2000 manat hissəsinin Cavabdeh1 tərəfindən verildiyi qeyd olunduğu halda bütövlükdə həmin məbləğin yenidən tələb olunmas ı əsassızdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda sonra – MPM) 77.1-ci maddəsinə istinadla hesab etmişdir ki, iddiaçılar cavabdehin onların vəsaiti hesabına əsassız varlanmasına dair mötəbər sübutlar təqdim edə bilməmişlər. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı X8 (vəkil X11) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz tə qdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər iddiaçı və cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılıb apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsin in qətnaməsi Cavabdeh1 qarşı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən və MPM-nin 372.6-cı maddəsinə əsasən yalnız həmin hissədə apelyasiya baxışının predmeti olduğundan, habelə kassasiya şikayətinin dəlillərinə əsasən həmin hissədə mübahisənin predmeti bölünməz olduğundan apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-399/2020 nömrəl i iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4711/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4711/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver