Məhkəmə qərarları › İş №2(102)-4715/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4715/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4715/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh qızının cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4715/21 (Açar sözlər: maddi zərər, əldən çıxmış fayda, təmir-bərpa xərci, mənəvi zərər, əmlakın qaytarılması, pulun ödənilməsi) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Vəkil1, ilk iddia üzrə cavabde h, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-817/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “evin təmirinə çəkilmiş təmir xərci” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər mülkiyyətçisi olduğu E-a çəkilən 120000 manat təmir xərcinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ ddiaçı Cavabdeh İddiaçı oğluna qarşı “əmlakın qaytarılması və pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən mənzildən götürülmüş 1 ədəd kondisionerin, iki yerli çarpayının, işçi stolun və 1 ədəd çilçırağın ona qaytarılması və 86400 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, E-dan cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olan cəmi 74550 manatın, onu həmin mənzili kirayəyə verməkdən məhrum etməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 28600 manatı n, dəymiş mənəvi zərərin əvəzi olan 50000 manatın, ödədiyi dövlət rüsumunun əvəzi olan 30 manatın cavabdeh hesabından alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ilk İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, E-dan cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olan cəmi 74550 manatın, onun həmin mənzili kirayəyə verməkdən məhrum etməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 03.09.2015-ci il tarixdən 10.06.2017-ci il tarixə qədər olan dövr üzrə 28600 manatın, 11.06.2017-ci il tarixdən 11.12.2017-ci il tarixə qədər olan dövr üçün 10320 ABŞ dollarının, həmçinin dəymiş mənəvi zərərin əvəzi olan 50000 manatın, ödədiyi dövlət rüsumunun əvəzi olan 30 manatın cavabdehin hesabından alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ilk İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, E-dan cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olan cəmi 74550 manatın, onun həmin mənzili kirayəyə verməkdən məhrum etməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 03.09.2015-ci il tarixdən 10.06.2017-ci il tarixə qədər olan dövr üzrə 28600 manatın, 11.06.2017-ci il tarixdən 10.01.2018-ci il tarixə qədər olan dövr üçün 12040 ABŞ do llarının, həmçinin dəymiş mənəvi zərərin əvəzi olan 50000 manatın, ödədiyi dövlət rüsumunun əvəzi olan 30 manatın cavabdehin hesabından alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ilk İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, E-dan cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olan cəmi 74550 manatın, onun həmin mənzili kirayəyə verməkdən məhrum etməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 03.09.2015-ci il tarixdən 10.06.2017-ci il tarixə qədər olan dövr üzrə 28600 manatın, 11.06.2017-ci il tarixdən 10.01.2018-ci il tarixə qədər olan dövr üçün 195 50 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə, həmçinin dəymiş mənəvi zərərin əvəzi olan 50000 manatın, ödədiyi dövlət rüsumunun əvəzi olan 30 manatın cavabdehin hesabından alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ilk İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, E-dan cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olan cəmi 74550 manatın, onun həmin mənzili kirayəyə verməkdən məhrum etməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 03.09.2015-ci il tarixdən 10.06.2017-ci i l tarixə qədər olan dövr üzrə 28600 manatın, 11.06.2017-ci il tarixdən 30.05.2018-ci il tarixə qədər olan dövr üçün 20048 ABŞ dollarının qətnamənin icra olunduğu gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə, həmçinin dəymiş mənəvi zərərin əvəzi olan 50000 manatın, ödədiyi dövlət rüsumunun əvəzi olan 30 manatın cavabdehin hesabından alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ilk İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, E-dan cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi ol an cəmi 74550 manatın, onun həmin mənzili kirayəyə verməkdən məhrum etməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 03.09.2015-ci il tarixdən 10.06.2017-ci il tarixə qədər olan dövr üzrə 28600 manatın, 11.06.2017-ci il tarixdən 08.10.2018-ci il tarixə qədər olan dövr üçün 27520 ABŞ dollarının qətnamənin icra olunduğu gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə, həmçinin dəymiş mənəvi zərərin əvəzi olan 50000 manatın, ödədiyi dövlət rüsumunun əvəzi olan 30 manatın cavabdehin hesabından alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlk İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, E nömrəli mənzili 25.08.2011-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən X1 almışdır. Həmin vaxt mənzildə olan daşınar əmlakların dəyəri S.Mehdiyevaya tam ödənilmişdir. İddiaçı, ailəsi ilə birlikdə həmin mənzilə köçdüyü zaman yeni ev əşyaları da gətirmişdi. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4595/2014 nömrəli, 25.11.2014-cü il tarixli icra vərəqəsinə əsasən 03.09.2015-ci il tarixində mübahisəli mənzil Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən ondan məcburi qaydada alınmış və cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir. İcra günü 03.09.2015-ci il tarixində iddiaçı evdən çıxanda, mənzildə 2 yataq otağına, qonaq otağına, mətbəxə, hamam otaqlarına və balkona aid mebel dəstləri və avadanlıqları mövcud olmuşdur. Q eyd edilən mülki iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qəbul etdiyi 20.05.2016-cı il tarixli qərarı ilə qərara alınmışdır ki, mübahisəli mənzilə aid əqdlərin ləğv və etibarsız sayılması hissəsində və həmin mənzilin (hazırki iş üzrə cavabdeh) Cavabdeh sahibliyinə və istifadəsinə qaytarılması hissəsində Bakı Apelyasiya Məhkəməsinin 25.11.2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.04.2015-ci il tarixli qərarı ləğv edilsin, iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Bakı Apelyasiya Məhkəməsinin 29.09.2016-cı il tarixli qətnaməsi ilə qət edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 11.02.2013-cü il tarixli qətnaməsindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəm iyyəti, X13, X8 və X4 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilsin, qətnamə iddia tələbinin təmin edilən və mübahisəli mənzilə aid əqdlərin ləğv edilməsi və etibarsız sayılması hissəsi və həmin mənzilin Cavabdeh sahibliyinə və istifadəsinə qaytarılması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbləri təmin edilməsin. Həmin iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 23.02.2017-ci il tarixli, 2(102)-1272/2017 nömrəli qərarının təsviri hissəsində qeyd etmişdir ki, işin göstərilən hallarına əsasən Məhkəmə Kollegiyası hesab edir ki, mübahisəli mənzilinə dair daşınmaz əmlakın reyestri jurnalında Cavabdeh adına olan mülkiyyət hüququ barədə qeyd ləğv edilməli, həmin mənzillərə münasibətdə (hazırki iş üzrə iddiaçı ) İddiaçı mülkiyyət hüququ barədə qeyd bərpa edilməli, mənzil Cavabdeh sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə qaytarılmalı, Bakı Apelyasiya Məhkəməsinin 25.11.2014-cü il tarixli qətnaməsinin icrasında geriyə dönüş edilməlidir. Nəsimi rayon icra məmurları tərəfindən 10.07.2017-ci il tarixdə mənzil Cavabdeh sahibliyindən və istifadəsindən tamamilə boş vəziyyətdə onun sahibliyinə və istifadəsinə qaytarılmışdır. Mənzildə olan mebellər cavabdeh tərəfindən mənimsənilmiş, təmir yararsız hala salınmış, adi istifadə əşyaları yerindən çıxarılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Enömrəli mənzilə çəkilən 120.000 manat təmir xərcinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin gedişində iddiaçıya qarşı qarşılıqlı iddia tələbi ilə çıxış etmək zərurəti meydana çıxmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X9 və qeyrilərinə qarşı mülkiyyət hüquqlarının bərpası, daşınar və daşınmaz əmlakların geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2014-ci il tarixli 2(103)-4595/2014 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri şikayətçilərə nisbətdə qismən və tam təmin edilərək. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2013-cü il tarixli qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilib, iddia tələbi qismən təmin edilib: ünvan 1 ünvana dair “Ql obal inşaat“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında bağlanmış 12.04,2005-ci tarixli müqavilə, həmin müqavilə əsasında tərəflər arasında bağlanmış 14.07.2010-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Şəbinə Mehdiyevanın adına verilmiş 12.08.2010-cu il tarixli çıxarış etibarsız hesab edilmiş, Şəbinə Mehdiyevə ilə İddiaçı arasında imzalanmış 25.08.201 1-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı adına verilmiş 07 oktyabr 2011-ci ilin tarixli çıxarış ləğv edilmiş, mənzilin Cavabdeh istifadə və sahibliyinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.04.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.10.2014-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikay ətləri təmin edilməyərək, qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Mənzil, heç bir təmir və ya yaxşılaşdırma işi aparılmamış vəziyyətdə, köhnəlmə və aşılanma nəzərə alınmaqla, mənzilin təmirinə, mebelinə və digər ev əşyalarına hər hansı əsaslı ziyan vurulmadan, borcluya aid ev əşyaları mənzildən götürülərək 03 sentyabr 2015-ci il tarixdə ona qaytarılmışdır. Qarşılıqlı iddia tələbi aşağıdakılardan ibarətdir: mənzil ona təhvil verilərkən, borclu tərəfindən dəyişdirilmiş aşağıdakı ev əşyaları götürülmüş, ancaq əvəzində onun tərəfindən alınıb mənzildə quraşdırılmışqonaq otağında 1 ədəd kondinsioner. uşaq otağındakı iki yerli çarpayı, komputeraltı işci stol və 1 ədəd çilçıraq İddiaçı tərəfindən ona qaytarılmayıb. Bundan başqa, mənzil onun sahibliyində olarkən kirayə haq qı ayda 1.800 ABŞ dolları olmaqla xarici vətəndaşa kirayəyə verilmişdir. Mənzil 2011-ci ilin oktyabr ayından İddiaçı mülkiyyətinə keçmiş, mənzil ona qaytarılan ana qədər kirayədə olmuş, kirayə haqqı İddiaçı ödənilmişdir. 2011-ci ilin oktyabr ayından 2015-ci ilin sentyabrına qədər 4 il ərzində İddiaçı ona məxsus mənzilin kirayəsindən 48 ay x 1.800 = 86.400 ABŞ dollar əldə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli 2(006)-54/2017 nömrəli qərardadı ilə (hakim Şahin Abdullayev) kompleks məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2017ci il tarixli, 21238 saylı ekspert rəyin ə əsasən, E saylı mənzilindən keçmiş sakinin köçməsi ilə əlaqədar həmin mənzildə müəyyən həcmdə qüsurların yaranması, mənzilin ilkin vəziyyətə gətirilməsi üçün təmir-bərpa işlərinin aparılmasına zərurət yaranması və mənzildə əmələ gəlmiş qüsurların (zədələrin) aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 11826 manat məbləğində müəyyən edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 oktyabr 2018-ci il tarixli 2(005)-2515/2018 nömrəli qətnaməsi ilə (hakim Kəmalə Əçmirxanova) ilk iddia qismən təmin edilərək, E nömrəli mənzilindən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətin in dəyərinin əvəzi olaraq 74550 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilk iddiaya münasibətdə qeyd edilməlidir ki, Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki. Cavabdeh ünvan 2 ünvanda yerləşən 10 saylı mənzili İddiaçı təhvil verərkən mənzildəki iddiaçıya məxsus ev əşyalarını təhvil verməmiş eyni zamanda mənzilin təmirinə ciddi şəkildə ziyan vurulmuşdur. Belə ki iş materiallarında olan ekspert rəyləri ilə qeyd edilən mənzildən cavabdeh tərəfindən qanunsuz olaraq götürülmüş daşınar əmlakın və eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış mənzilin təmir- bərpa işlərinin bazar qiyməti 74550 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, Cavabdeh təqsirli olaraq törətdiyi hüquqa zidd əməli nəticəsində iddiaçıya zərər vurulması faktı mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki ilk iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda və mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin mənzili kirayəyə verməkdən məhrum edilməsi ilə əldən çıxmış faydanın hesablanaraq cavabdehdən tələb etməsi əsassızdır. Bundan başqa, cavabdeh həmin əldən çıxmış faydanın əmlakı kirayə verəcəyi təqdirdə adı mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsini n cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmaması və zərərvuran şəxsin təqsiri müəyyən olunmadığından iddia mənəvi zərərin tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, 1 ədəd kondisioner, iki yerli çarpayı, işçi stol və 1 ədəd çilçırağın Cavabdeh aid olması və məhkəmə qarşısında mötəbər sübutlarla əsaslandırıla və sübuta yetirilə bilməmişdir. 86.400 ABŞ dolları məbləğində pulun Cavabdeh xeyrinə İddiaçı tutulması barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilin İddiaçı tərəfindən icarəyə verilməsi və bunun müqabilində pul əldə edilməsi iş materialları ilə təsdiq edilsə belə, o, həmin dövrdə mənzilin mülkiy yətçisi olmuş və mülkiyyətçi kimi öz əmlakından maneəsiz istifadə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 86.400 ABŞ dolları məbləğində pulun ondan Cavabdeh xeyrinə tutulması üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadığından qarşılıqlı iddia bu hissədə də əsassızdır və rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 03.11 2008-ci ıl tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ilk iddianın qismən təmin edilən hissəsində ləğv edilərək iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov- sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Elşad Şamayev) 2(103)-2131/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12.10.2018-ci il tarixli qətnamənin apelyasiya baxışının predmeti olan hissədə, yəni “mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74550 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə İddiaçı Cavabdeh qızına qarşı irəli sürdüyü iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mənzildə olan əşyaların cavabdeh tərəfindən qanunsuz götürülməsi, həmçinin mənzilin istismara və istifadəyə yararsız hala salınmasını iddia edir. Hazırki mübahisəyə səbəb olan hallardan biri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4595/14 saylı, 25.11.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar mübahisəli mənzilin cavabdehin istifadə və sahibliyinə qaytarılması zamanı mübahisəli mənzilin hansı vəziyyətdə olması, mənzildən hansı əşyaların çıxarılması, hansı əşyaların saxlanılmasına dair məsələlərdir. Qeyd edilən məsələlərin aydınlaşdırılması məqsədi lə sözügedən qətnamənin icrasını həyata keçirən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları şahid qismində dindirilməsi üçün apelyasiya baxışı iclasına çağırılmış və onların ifadələri alınmışdır. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 və (hazırda Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin) icra məmuru X6 eyni məzmunlu ifadələr verərək göstərmişlər ki, mübahisəli mənzilin Cavabdeh qaytarılması Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən icra edilmişdir. Ev əşyaları İddiaçı tərəfindən götürülmüşdür. İcra hərəkətləri həyata keçirilən zaman İddiaçı hər hansı bir şikayət, o cümlədən əmlakın çatışmaması və ya təmirin korlanması barədə şikayət daxil olmamışdır. Həmin gün eyni mülki iş üzrə eyni binada başqa bir 24 saylı mənzil də Cavabdeh təhvi l verilmişdir. Digər tərəfdən, iddiaçının vəsatəti əsasında Məhkəmə tərəfindən iddiaçının sifarişi ilə 03.09.2015-ci il tarixində və cavabdehin sifarişi ilə 10.06.2017-ci il tarixində mübahisəli mənzildən "xxxx" MMC-nin əməkdaşları tərəfindən qablaşdırılaraq müvafiq olaraq başqa ünvanlara daşınmış əşya və avadanlıqların siyahısının yer aldığı qaimələrin və digər sənədlərin götürülməsi üçün "xxxx" MMC-yə sorğu göndərilmişdir. Həmin sorğuya verilmiş 27.03.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 10.06.2017-ci il tarixində “Cargo.az" MMC-nin əməkdaşları tərəfindən cavabdehin sifarişi ilə mübahisəli mənzildə mövcud olan yataq, qonaq və hamam otaqlarına, mətbəxə, həmçinin, balkona aid mebel əşyaları və avadanlıqları, habelə, mənzildə istifadə edilən bütün dəstlər qablaşdırılaraq müvafiq olaraq başqa ünvana daşınmışdır. Sifarişin üzərindən çox müddət keçdiyindən heç bir yazılı məlumat qalmamışdır. Bu faktı yalnız həmin vaxt iştirak etmiş işçilər təsdiq edir. Həmçinin "xxxx" MMC-nin 03.04.2019-cu il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, üzərindən uzun müddət keçdiyi üçün MMC-nin arxiv sənədləri əsasında mübahisəli mənzildən 03.09.2015-ci il tarixdə iddiaçının sifarişi və 10.06.2017-ci il tarixdə cavabdehin sifarişi ilə əşya və avadanlıqların daşınmasına dair yazılı məlumat aşkar edilməmişdir. İddiaçı, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək məqsədi ilə Məhkəməyə təqdim etdiyi “flaş kartda” olan video görüntüyə apelyasiya icraatı zamanı:axış keçirilsə də, həmin video görüntü ilə təsdiq edilmədi ki, iddiaçının istinad etdiyi -allar mə hz cavabdeh tərəfindən edilmişdir. Göründüyü kimi, apelyasiya araşdırması nəticəsində Məhkəmə tərəfindən cavabdehin mənzili iddiaçıya təhvil verərkən mənzildəki iddiaçıya məxsus ev əşyalarını təhvil verməməsi, eyni zamanda mənzilin təmirinə ziyan vurulması iş materialları ilə təsdiq olunmur. Lakin işə baxmış Rayon Məhkəməsi iş üzrə tərəflərin verdikləri məlumatlarıa araşdırmaq üçün qeyd edilən və iş üçün mühüm əhəmiyyət kəsb edən bu sübutları toplamamış və onları araşdırmamışdır. Beləliklə apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apelyasiya baxışının predmeti olan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Nəticə işin həqiqi hallarına uyğun deyil. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı, ilk iddia tam əsassızdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaç ı kasasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunması, ilk iddianın “mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74550 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirovsədrlik edən və məruzəçi, Akif İsgəndərov, Əhməd Əhmədov) 2(102)-5764/2019 saylı, 24 sentyabr 2019-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 22.04.2019-cu il tarixli, 2(103)-2131/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya araşdırması nəticəsində Məhkəmə tərəfindən cavabdehin mənzili iddiaçıya təhvil verərkən mənzildəki iddiaçıya məxsus ev əşyalarını təhvil verməməsi, eyni zamanda mənzilin təmirinə ziyan vurulması iş materialları ilə təsdiq olunmur...”. İş materiallarından göründüyü kimi iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Esaylı mənzilini iddiaçı mənzilin əvvəlki mülkiyyətçisi olmuş X4 ilə əldə olunmuş razılığa əsasən ev əşyaları ilə birlikdə almışdır. Lakin bununla əlaqədar mübahisənin düzgün həll olunması üçün maraqlarına toxunan şəxs kimi X4 işə cəlb olunmamışdır. İddiaçı iddia tələbinin dəlili kimi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsi icra olunarkən mənzil tam yararlı şəkildə ev əşyaları ilə birlikdə Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş, lakin həmin qətnamənin icrasından geriyə dönüş edilərkən həmin mənzil ev əşyaları götürülməklə, istismara və istifadəyə yararsız vəziyyətdə cavabdeh tərəfindən onun sahibliyinə qaytarılmışdır. İş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsinin necə icra olunmasını və həmin qətnamənin icrasından geriyə dönüşün hansı qaydada edilməsi üzrə müqayisəli araşdırma aparmadan iddiaçının iddia tələbinin dəlilinə tam hüquqi qiymət verməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 22.01.2020-ci il tarixli məhkəmə iclas protokolu ilə X4 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aida Hüseyn- sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 2(103)-722/2020 saylı, 19 fevral 2020-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12.10.2018-ci il tarixli, 2(005)-2515/2018 saylı qətnamənin mübahisələndirilən hissədə - ilk iddia tələbinin təmin edilən - mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74550 manatın və ödənilmiş 30 manat dövlət rüsumu nun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməsi və ilk iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, ilk iddia tələbi üzrə iddiaçı AN-İ seriyalı, ******* nömrəli, 25.08.2011-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Esaylı mənzilini X2 almışdır. Cavabdeh iddiası əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə həmçinin yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair bağlanmış müqavilənin və onların əsasında aparılmış sənədləşdirilmələrin etibarsız hesab edilməsi qət edilmiş, qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri həmin mənzilə aid hissədə dəyişdirilmədən s axlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.05.2016-cı il tarixli qərarı ilə həmçinin hazırkı iş üzrə mübahisə predmetini təşkil edən mənzilə aid əqdlərin ləğv edilməsi və etibarsız sayılması hissəsində və həmin mənzillərin Cavabdeh sahibliyinə və istifadəsinə qaytarılması hissəsində Bakı Apelyasiya Məhkəməsinin 25.11.2014-cü il tarixli qətnaməsi və həmin hissələrdə Bakı Apelyasiya Məhkəməsinin 25.11.2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.04.2015-ci il tarixli qərarı ləğv edilmiş və işə həmin hissələrdə baxılması üçün iş yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 29.09.2016-cı il tarixli 2(103)-6306/2016 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsini n qətnaməsi həmçinin yuxarıda qeyd edilən mənzilə aid əqdlərin ləğv edilməsi və etibarsız sayılması hissəsi və həmin mənzillərin Cavabdeh sahibliyinə və istifadəsinə qaytarılması hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Daha sonra Ali Məhkəmənin 23.02.2017-ci il tarixli qərardadı ilə icrada geriyə dönüş edilmiş, həmçinin mübahisə predmetini təşkil edən mənzilə dair daşınmaz əmlakın reyestr jurnalında Cavabdeh adına olan mülkiyyət hüququ barədə qeyd ləğv edilmiş, onların Cavabdeh sahiblik və istifadəsindən geri alınması, həmin mənzillərin müvafiq olaraq Nailə İsmayılova və İddiaçı sahibliyi və istifadəsinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi 74550 manat məbləğin tutulma sı nəticəsinə gələrkən ilkin iddia üzrə cavabdeh tərəfindən götürülmüş daşınar əmlakların və yararsız hala salınmış mənzilin təmirbərpa işlərinin bazar qiymətinin dəyəri nəzərdə tutulmuş və məbləğin əsası kimi “Ekspert” LTD müəssisəsinin 10.07.2017-ci il tarixli rəyi əsas götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilən göstərişləri də nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mənzil 03.09.2015-ci il tarixli aktla ilk iddia tələbi üzrə cavabdehə təqdim edilmişdir. Həmin aktda icra zamanı heç bir şikayət və ərizə daxil olmadığı qeyd edilmişdir. Birinci apelyasiya baxışı zamanı Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmurları Ramiz Quliyev və Ələddin Hüseynov ifadələrində gös tərmişlər ki, mübahisəli mənzilin Cavabdeha qaytarılması Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən icra edilmişdir. Ev əşyaları İddiaçı tərəfindən götürülmüşdür. İcra hərəkətləri həyata keçirilən zaman İddiaçı hər hansı bir şikayət, o cümlədən əmlakın çatışmaması və ya təmirin korlanması barədə şikayət daxil olmamışdır. Həmin gün eyni mülki iş üzrə eyni binada başqa bir 24 saylı mənzil də Cavabdeh təhvil verilmişdir. Birinci apelyasiya baxışı zamanı "xxxx" MMC-yə göndərilmiş sorğuya cavab olaraq daxil olmuş 27.03.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 10.06.2017-ci il tarixində "xxxx" MMC-nin əməkdaşları tərəfindən cavabdehin sifarişi ilə mübahisəli mənzildə mövcud olan yataq, qonaq və hamam otaqlarına, mətbəxə, həmçinin balkona aid mebel əşyaları və avadanlıqları, habelə mənzildə istifadə edilən bütün dəstlər qablaşdırılaraq müvafiq olaraq başqa ünvana daşınmışdır. Sifarişin üstündən uzun müddət keçdiyindən heç bir yazılı məlumat qalmamışdır. Həmçinin "xxxx" MMC-nin 03.04.2019-cu il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, üzərindən uzun müddət keçdiyi üçün MMC-nin arxiv sənədləri əsasında mübahisəli mənzildən 03.09.2015-ci il tarixdə iddiaçının sifarişi və 10.06.2017-ci il tarixdə cavabdehin sifarişi ilə əşya və avadanlıqların daşınmasına dair yazılı məlumat aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, ilkin iddia üzrə iddiaçı mənzil Cavabdeh təhvil verilərkən mənzildə ona məxsus əşyaların qalması barədə hər hansı sübut təqdim etmir. İddia tələbinin təmin edilən digər hissəsi (mənzilin təmirinə vu rulmuş ziyan) hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarında evin cari təmirinə çəkilməli olan xərci müəyyən edən iki rəy mövcuddur. Birinci İddiaçı sifarişi əsasında “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş 10.07.2017-ci il tarixli qiymətləndirmə aktıdır ki, həmin aktda evin cari təmirinə 20.000 manat tələb olunduğu qeyd edilir. İkincisi isə Məhkəmə ekspertiza mərkəzinin 25.10.2017-ci il tarixli ekspert rəyidir ki, həmin rəydə isə evin cari təmiri üçün 11826 manat tələb olunduğu qeyd edilir. Birinci instansiya məhkəməsi ekspert rəyinə münasibət bildirmədən yalnız ilk iddia tələbi üzrə iddiaçının sifarişi əsasında tərtib olunmuş qiymətləndirmə rəyini əsas götürmüşdür. Kollegiya hesab edir ki, ilk növbədə Cavabdeh hansı əsaslarla həmin mənzilə sahiblik etməsi müə yyən edilməlidir. İş materiallarından da müəyyən edildiyi kimi Cavabdeh mənzil 03.09.2015-ci il tarixdə Ali Məhkəmənin yekun qərarının icrasının nəticəsi olaraq verilmişdir. Daha sonra mənzilin ondan alınmasının səbəbi də Ali Məhkəmənin Plenumunun işi baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərməsi və yekun olaraq Ali Məhkəmənin qərarına əsasən mənzil ondan geri alınmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən mənzilə MM-in 1096.1-ci maddəsində nəzərdə tutulan zərər vurulması faktı müəyyən edilməməklə yanaşı, əmlakın cari təmirinə çəkilməli xərcin ondan tutulması üçün də heç bir qanuni əsas mövcud deyil. İlk iddia üzrə iddiaçı kasasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunması, ilk iddianın “mübahisəli mənzildən cav abdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74550 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilovsədrlik edən və məruzəçi, Vüqar Həsənov, Aqil Abbasov) 2(102)-4443/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 19.02.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınm ışdır. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzili icra icraatı qaydasında bir dəfə cavabdehə təhvil verib və bir dəfə təhvil alıb. İddiaçının mənzili 1-ci dəfə cavabdehə təhvil verməsi Bakı Apelyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsi üzrə icra sənədinin icrası qaydasında həyata keçirilmişdir. Mənzilə köçürmə və çıxarma ilə bağlı icra sənədinin hansı qaydada icra olunması və rəsmiləşdirilməsi qanunla müəyyən edilir. Beləki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 72-ci maddəsinə əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Çıxarılma icra məmuru tərəf indən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Deməli, borclunun mənzildən çıxarılması barədə sübut icra məmurunun tərtib etdiyi aktdır. Belə bir sübut mülki iş materiallarında ola-ola, bir neçə ildən sonra həmin icra məmurlarını dəvət edərək icranın hansı qaydada həyata keçirilməsi ilə bağlı dindirilmələri, onlardan həmin aktda qeyd olunanlardan fərqli izahatlar alınması və bu hallar aydınlaşdırılmadan aktda qeyd olunanlardan fərqli izahatlara istinad etməklə qərar qəbul edilməsi yolverilməzdir və istinad olunan sübutu mötəbərliyini heçə endirir. Mülki işin 217-ci səhifəsində (1-ci cild) icranı 1-ci dəfə həyata keçirən icra məmur unun tərtib etdiyi akt var. 03.04.2015-ci il tarixli aktda qeyd edilir ki, həmin akt icra məmurlarının, tərəflərin özlərinin iştirakı ilə tərtib edilmiş və akt 10 nəfər tərəfindən imzalanmışdır. Akt Bakı Apelyasiya Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli qətnaməsinin icrası ilə bağlıdır. Akta əsasən icra məmurları və dligər iştirakçılar E nömrəli mənzilini hazırkı iş üzrə Cavabdeh təhvil verirlər. İcra zamanı mənzilin xarici ölkə vətəndaşlarının icarəsində olması müəyyən edilmiş, həmin şəxslər və nümayəndələri icra yerinə dəvət edilmiş, kirayədə yaşayan xarici vətəndaşlar özlərinə məxsus ancaq qiymətli əşyaları və pulu götürərək mənzili tərk etmiş, mənzilin açarı dəyişdirilmiş, mənzil tələbkara (Cavabdeh) təhvil verilmişdir. İcra zamanı borclu mənzildə olan əşyaların ona məxsus olduğunu mənzillə birlikdə alınmasını qeyd etsə də, icra məmuru tərəfindən həmin məsələyə heç bir reaksiya verilməmiş, mənzildə olan əmlaklar siyahıya alınmamışdır. Göründüyü kimi iş üzrə mötəbər sübutla təsdiq olunur ki, 1-ci icra zamanı mənzil tam yararlı vəziyyətdə, xarici şəxslərə icarəyə verilmiş şəraitdə Cavabdeh təhvil verilmiş və mənzildən heç bir əşya çıxarılmamışdır. İş materiallarında mənzilin 1-ci icrası zamanı hansı vəziyyətdə olmasına dair (mülki iş, 1-ci cild. 179-187-ci səhifələri, 2-ci cild 66-74-cü səhifə) kifayət qədər fotoşəkillər var. Buna baxmayaraq Apellyasiya Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı mənzilin Cavabdeh təhvil verilərkən mənzildə ona məxsus əşyaların qalması barədə hər hansı sübut təqdim etməmişdir. Mənzilin İddiaçı təhvil verilməsi zamanı mənzilin ar tıq boş olması işin təsdiq olunan halıdır. Eyni zamanda işdə olan sübutlarla təsdiq olunur ki, mənzil İddiaçı təhvil verilməmişdən əvvəl mənzildə olan əşyalar daşınmış və məhz həmin vaxt mənzil yararsız hala salınmışdır. Mənzildən əşyalar daşındıqdan sonra mənzil icra icraatı qaydasında İddiaçı təhvil verilmişdir. İddiaçı mənzildə olan əşyalarının Cavabdeh tərəfindən daşınması ilə əlaqədar sübutlar təqdim etmişdir. İddiaçı əşyaların daşınması anının fotoşəkillərini çəkmişdir (1-ci cild, səhifə 188193.). Daşımanı "xxxx" MMC həyata keçirmişdir. Birinci apelyasiya baxışı zamanı "xxxx" MMC-yə göndərilmiş sorğuya cavab olaraq daxil olmuş 27.03.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 10.06.2017-ci il tarixində "xxxx" MMC-nin əməkdaşları tərəfindən cavabdehin (Cavabdeh) sifarişi i lə mübahisəli mənzildə mövcud olan yataq, qonaq və hamam otaqlarına, mətbəxə, həmçinin balkona aid mebel əşyaları və avadanlıqları, habelə mənzildə istifadə edilən bütün dəstlər qablaşdırılaraq müvafiq olaraq başqa ünvana daşınmışdır. Sifarişin üstündən uzun müddət keçdiyindən heç bir yazılı məlumat qalmamışdır. İddiaçı əşyalarının Cavabdeh tərəfindən mənzildən çıxarılması, dağıdılması oğurlanması ilə bağlı hüquq mühafizə orqanlarına müraciətlər etmiş və müvafiq araşdırmalar aparılmışdır. Mülki işin (1-ci cild) 218-ci vərəqində təhqiqat materiallarının istintaq aidiyyət üzrə göndərilməsi barədə qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, mənzil icra məmurları tərəfindən ona təhvil verilərkən boş olmuş, özü mənzilə zəruri avadanlıqları almış, 10.06.2017-ci il tarixdə evdən götürülən avadanlıqlar ona məxsus olan əmlaklar olmuşdur. Hansıki, yuxarıda qeyd olan sübutlarla (icra məmurunun aktı) təsdiq olunur ki, mənzil Cavabdeh boş vəziyyətdə deyil, yaşayış üçün tam yararlı vəziyyəftdə, mebellərlə birlikdə təhvil verilmiş, həmin vaxt mənzildə xarici vətəndaşlar kirayədə yaşamış və onlar icra yerinə dəvət olunaraq qiymətli əşyalarını götürərək mənzili tərk etmişlər. Mənzilin həmin vaxtı çəkilmiş fotoşəkilləri bir neçə dəfə məhkəməyə təqdim edilib. İşin qeyd olunan faktiki hallarından çıxış edən Apellyasiya Məhkəməsi sübutemtə vəzifəsini tərəflər arasında bölüşdürməli idi. İddiaçı mənzili satın alıb ondan istifadə edirdisə, icarəyə vermişdirsə həmin mənzildə olan əmlakların ona məxsus olması preyudisiyası var (əmlakın ona məxsusluğu). Mənzil təhvil verilərkən mənz ildən əşyalar götürülməmiş və yararlı vəziyətdə Cavabdeh təhvil verilmişdirsə və sonradan Cavabdeh mənzili boş vəziyyətdə qaytarmışdırsa həmin əmlakların ona məxsus olmasını sübutemtə yükü iddiaçının deyil, cavabdehin üzərinə düşür. Çünki 1-ci dəfə icra olunan icra sənədi mənzilin əmlakları ilə birlikdə təhvil verilməsi barədə deyildi, əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi barədə idi. İddiaçı mənzili əmlakı ilə birlikdə təhvil vermişdi. Bundan başqa, əşyaların sökülərək daşınması zamanı mənzilin təmirinin yararsız hala salınması ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi qənaət də ziddiyyətlidir. İddiaçı sifarişi əsasında “Ekspert” LTD müəssisəsi tərəfindən verilmiş 10.07.2017-ci il tarixli qiymətləndirmə aktıdır ki, həmin aktda evin cari təmirinə 20.000 manat tələb olunduğu qeyd edilir. Məhkəmə ekspertiza mərkəzinin 25.10.2017-ci il tarixli ekspert rəyində evin cari təmiri üçün 11826 manat tələb olunduğu qeyd edilir. Hər iki ekspert rəyində mənzilin təmirinin sıradan çıxması və yararsız hala salınması təsdiq olunur. Lakin məhkəmənin iddianı həmin hissədə rədd etməsi yuxarıda qeyd olunan faktiki hallarla birlikdə dəyərləndirildikdə zidddiyyətli olmaqla yanaşı əsassız görünür. Çünki yuxarıda şərh olunan faktiki hallar (mənzili tam yararlı vəziyyətdə təhvil alaraq sonradan əşyaların sökülərək daşınması və boş vəziyyətdə təhvil verilməsi) mənzilin məhz cavabdeh tərəfindən həmin vəziyyətə salınmasını təsdiq edir. Mənzilin iddiaçı tərəfindən yararsız hala gətirilməsinə dəlalət edən heç bir sübut yoxdur və belə qənaət özü məntiqsizdir. 1-ci dəfə məhkəmə çəkişmələrini ud uzduqdan sonra mənzili təmirli vəziyyətdə təhvil verən iddiaçının sonradan mənzili təhvil alanda onu yararsız hala salmasının məntiqi izahı yoxdur. Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işdə olan faktiki hallara və sübutlara düzgün qiymət verməmiş və nəticə etibarı ilə tələbin qanuni əsasının tapılmasında səhvə yol vermişdir. İşə yenidən baxarkən məhkəmə qərarda şərh olunan hallarla bağlı işin faktiki hallarına uyğun dəyərləndirmə aparmalı və mübahisənin obyektiv həllini təmin etməlidir. b) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov- sədrlik edən və məruzəçi, Vahid Sadıqov, Fuad Babayev) 2(103)-8356/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qərardadı i lə təkrar qiymətləndirmə və tikinti-texniki ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmişdir. "xxxx" MMC-nin 27.01.2021-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 15 saylı yaşayış binasında yerləşən, ümumi sahəsi 124.9 kv.m təşkil edən 3 otaqlı, 10 nömrəli mənzilin smeta xərcləri və təqdim edilmiş siyahı üzrə mebel və avadanlıqlarının dəyəri 10.06.2017-ci il tarixinə 52787.8 manat təşkil etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov- sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 2(103)-817/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2515/2018 saylı iş üzrə 12 ok tyabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni “mənzildən Cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də Cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74 550 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilməsi, E nömrəli mənzilindən Cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52 862,8 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, apelyasiya şikayəti verərkən Cavabdeh ödəmiş olduğu dövlət rüsumunun məbləği onun özünə aid olunmas, apelyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın isə ondan alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilm işdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi ilkin iddiaçının iddia tələbinin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi, mənzildə olan daşınar əmlakların, eləcə də mənzilin təmir-bərpa işlərinin bazar qiymətini müəyyən etdiyi zaman işin bütün hallarına lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından, birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə müvafiq nəticəyə gələrkən ilkin iddiaçının təqdim etdiyi “Ekspert” LTD müəssisəsinin 10.07.2017-ci il tarixli rəyini əsas götürdüyü, lakin həmin rəydə göstərilənlərdən kəskin fərqli nəticəni əks etdirən və bilavasitə məhkəmənin təyinatı əsasında Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25.10.2017-ci il tarixli ekspert rəyini ümumiyyətlə nəzərə almadığı aydın olur; halbuki sözügedən rəylərin müq ayisəli tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, rəylərdə, ilkin iddiaçının iddia tələbinin predmetini təşkil edən müəyyən əşyaların (kombi, mətbəx mebeli, “duş kabin”, unitaz, dolablı əl-üzyuyan və s.) qiymətlərinə və onların quraşdırılmasına, eləcə də mənzilin təmirinə tələb olunan xərcin məbləğlərinə dair əhəmiyyətli fərqlilik vardır. Həmçinin qeyd olunmalıdır ki, ilkin iddiaçının iddia tələblərini sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi fotoşəkillərdə, onun istinad etdiyi və birinci instansiya məhkəməsinin əsas götürdüyü “Ekspert” LTD müəssisəsinin 10.07.2017-ci il tarixli rəyində sadalanan bəzi əşyaların mövcudluğu müəyyən edilməməklə yanaşı, rəydə mənzilin təmirinə çəkiləcək xərcin hansı meyar(lar) əsasında 20 000 manat təşkil etdiyi nəticəsinə gəlindiyi də ümumiyyətlə əsasla ndırılmamışdır. Hazırkı apelyasiya baxışı zamanı təyin olunmuş təkrar qiymətləndirmə və tikintitexniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, “Ekspert” LTD müəssisəsinin 10.07.2017-ci il tarixli rəyində, habelə ilkin iddiaçının iddia ərizəsində (iddia ərizəsinə əlavədə) sadalanan əşyalardan fotoşəkillərdə əks edilənlərin 03.09.2015-ci il tarixdən 10.06.2017-ci il tarixinə qədər normal istifadə (aşınma) olunmaları nəzərə alınmaqla 10.06.2017-ci il tarixinə olan qiymətləri 39 000 (otuz doqquz min) manat, həmin əşyaların yenidən öz yerlərinə (mənzilə) quraşdırılmasına (montaj işlərinə) çəkilməli xərc 1520 (min beş yüz iyirmi) manat, mənzildə aparıcaq təmir işlərinə çəkiləcək xərc isə 12 267,8 (on iki min iki yüz altmış yeddi manat 80 qəpik) təşkil edə bilər. Kollegiya, apelyasiya bax ışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyini işin hallarında daha uyğun və daha mötəbər hesab edir; belə ki, birinci instansiya məhkəməsindəki icraat zamanı alınmış rəylərdən fərqli olaraq, "xxxx" MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, əmlakların normal aşınma dərəcəsinin onların qiymətinə təsiri nəzərə alınmış, ilkin iddiaçının iddia tələbinin müvafiq hissələri üzrə ayrıca qiymətləndirmə həyata keçirilmişdir. Həmin rəyin reallığı əks etdirmədiyi barədə irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); kollegiya da bu hüququndan istifadə etməklə müvafi q rəyi əldə etmiş, ağlabatan mühakimə əsasında həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli, mənzildən götürülmüş daşınar əmlakın, eləcə də yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq cəmi 52 862,8 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, ilkin iddiaçı, ona daha yüksək məbləğdə ziyan dəydiyini irəli sürsə də, bunu təsdiq edəcək mötəbər sübutlar təqdim etməmişdir Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İlk iddia üzrə İddiaçı (vəkili Vəkil1) kasasiya ş ikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişiklik edildiyi hissədə dəyişdirilməsi və mübahisəli mənzildən cavabdeh tərəfindən götürülmüş daşınar əmlakın, eləcə də cavabdeh tərəfindən yararsız hala salınmış həmin mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyərinin əvəzi olaraq 74550 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə daha əvvəl baxmış kasasiya kollegiyasının sadaladığı xüsusatlarla razılaşsa da, Ali Məhkəmənin 08.09.2020-ci il tarixli qərarında şərh edilən 74550 manat vəsaitin tam həcmdə cavabdehdən tutularaq ona ödənilməsi ilə əlaqədar məcburi göstərişləri yerinə yetirməmiş, bunun la da Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur. "xxxx" MMC-nin rəyinə əsasən əşyaların 03.09.2015-ci il tarixdən 10.06.2017-ci il tarixinə qədər normal istifadə (aşınma) olunmaları nəzərə alınmaqla 10.06.2017-ci il tarixinə olan qiymətlərinin 39 000 manat müəyyən edilməsi əsassızdır və bununla razılaşmaq mümkün deyil. “Ekspert” LTD müəssisəsinin 10.07.2017-ci il tarixli rəyində mənzilin təmirinə çəkiləcək xərcin 20 000 manat təşkil etdiyi kifayət qədər əsaslandırılmışdır. Belə olan halda, "Əmlak Ekspert Mərkəzi” MMC-nin rəyinə əsasən mənzildə aparılacaq təmir işlərinə çəkiləcək xərcin 12 267,8 manat göstərilməsi və Məhkəmə ekspertiza mərkəzinin 25.10.2017-ci il tarixli ekspert rəyində evin cari təmiri üçün 11826 manat tələb olunduğunun qeyd edilməsi əsassızdı r və bunlarla razılaşmırlar. Odur ki, 74550 manat vəsait cavabdehdən alınaraq ona ödənilməlidir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi ilk iddianın cavabdeh tərəfindən mənzildən götürülmüş daşınar əmlakın və cavabdeh tərəfindən yararsız hala salınmış mənzilin təmir-bərpa işlərinin bazar qiymətinin dəyəri olan 21687.2 manatın cavabdehdən tutulması hissəsini təmin etməməklə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin tələblərini pozmuşdur. İlk iddia üzrə Cavabdeh (vəkili X7) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı kasasiya şikayətinin dəlilləri eyni zam anda Ali Məhkəmənin MK-ın 08.09.2020-ci il tarixli qərarında şərh edilən göstərişlərə qarşı yönəlmişdir. Belə ki, İşə 3-cü dəfə yenidən baxan Apelyasiya Məhkəməsi həmin göstərişləri birbaşa işə tətbiq etməklə qanunsuz qətnamə çıxarmışdır. Halbuki, MPM-nin 420-ci maddəsinin tələblərinə əsasən, Apelyasiya məhkəməsi kasasiya məhkəməsinin qərarında şərh edilən aşağıdakı məsələləri özü araşdırıb hüquqi qiymət verməli idi. Ali Məhkəmənin qərarında göstərilir ki, guya iddia ərizəsinin əsaslandırıldığı 10.07.2017-ci il tarixli ''Qiymətləndirmə Aktı”na qoşulmuş mənzilin şəraitini əks etdirən fotoşəkillər 2015-ci ildə, 1-ci icra zamanı çəkilmiş və mənzil əşyaları ilə birlikdə təhvil verişmişdir. Əslində bu tamamilə əsassız fərziyyədir və apellyasiya məhkəməsi də bu məsələni araşdırmaqdan yan keçmişd ir. Ali Məhkəmə "xxxx" MMC-nin 27.03.2019-cu il tarixli cavab məktubuna istinad edərək belə qənaətə gəlmişdir ki, “1-ci icra zamanı mənzildən İddiaçı məxsus əşyalar götürülməmiş və Cavabdeh təhvil verilmişdisə (???) 2017-ci ildə mənzildən daşman əşyaların Sahibəliyə məxsus olmasının subutetmə yükü iddiaçının deyil cavabdehin üzərinə düşür." Apellyasiya məhkəməsi iş materiallarındakı "xxxx" MMC-nin 03.04.2019-cu il tarixli ikinci məktubunun “ortaya çıxması” ilə əlaqədar xüsusastları araşdırmamış və qiymət verməmişdir. Ali Məhkəmənin qərarında 03.09. 2015-ci il tarixli İcra Aktının məzmunu interpretasiya edilərək göstərilir ki, “iş üzrə mötəbər sübut olan “İcra akı” ilə təsdiq olunur ki, 1-ci icra zamanı mənzildən "ancaq qiymətli əşyalar və pullar götürülüb" və mənzil əşyaları ilə tələbkar a təhvil verilmişdir...İcra məmurlarının məhkəməyə çağrılıb dindirilməsi aktın mötəbərliyin heçə endirmişdir...” Apellyasiya məhkəməsi 03.09.2015-ci il tarixli “İcra Aktı 'rca verilən məlumatları iş materiallarındakı əlaqəli faktlarla müqayisəli araşdırmamış və işin faktiki hallarına uyğun dəyərləndimə aparmamışdır. Ali Məhkəmənin “icra məmurlarından bir neçə ildən sonra çağrılıb aktda qeyd olunanlardan fərqli izahatlar alınması "İcra Aktı”nın mötəbərliyini heçə endirib” formasında ’’etirazı” başadüşülən deyil. İddia tələbinin mənzilin təmirinə dəymiş zərər hissəsi ilə əlaqədar qeyd olunmalıdır ki, mənzil 2007ci ildə cavabdehin mülkiyyətində olarkən təmir edilib, 2010-cu ildə mənzil 3-cü şəxsə keçib, 2011-ci ildə mənzili İddiaçı satılıb. 2015-ci ildə cavabdehə, 2017-ci ildə yenidən iddiaç ıya qaytarılıb, mənzil istisnasız olaraq 11 ildir istismar edilib. Fizika qanunlarına görə bu müddət ərzində mənzilin (təmirin) təbii aşınmaya məruz qalması və qüsurların əmələ gəlməsi qaçılmazdır və burada hər hansı subyektiv səbəb axtarmaq məntiqsizdir. Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatında aşınmanın və qüsurların nə vaxt baş verdiyi də müəyyən edilməyib, qüsurların mövcudluğu özlüyündə hüquqi məsuliyyət müəyyən etmir. Cavabdeh 2015-2017-ci illərdə mənzilə sahibliyi məhkəmə qərarı əsasında olmuşdur, iş materiallarında cavabdeh tərəfindən mənzilə sahiblik edilərkən Mülki Məcəllənin 1096.1 maddəsində nəzərdə tutulan, iddiaçıya zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu faktı müəyyən edilməməklə yanaşı, mənzilin cari təmirinə çəkilməli xərcin ondan tut ulması üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Ali Məhkəmənin göstərişi ilə “birinci instansiya məhkəməsinin iddia tələbinin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsi üzrə doğru nəticəyə gəlməsi ilə razılaşan” apelyasiya məhkəməsi ziddiyyətli şəkildə, “74.550 manat məbləğdə pul tələbinin” 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilməsini əsassız hesab etmişdir: Məhkəmənin bu mövqeyi işə baxmış əvvəlki apelyasiya məhkəmələrinin hüquqi mövqeyi ilə üst-üstə düşür, hansı ki, 1-ci instansiya məhkəməsinin qətnaməsini həmin əsasla 2 dəfə ləğv ediblər. Ancaq 3-ü dəfə işə baxan apelyasiya məhkəməsi iş materialları əsasında obyektiv qərar çıxarmaq əvəzinə, bir neçə ildən sonra öz təşəbbüsü ilə 10.07.2017-ci il tarixli "Qiymətləndirmə Aktı" üzrə 3-ü dəfə şübhəli eksperti za təyin edib icrasını da məhkəmə ekspertiza idarəsinə deyil özəl şirkətə həvalə etmişdir. "xxxx" MMC-nin 27.01.2021-ci tarixli Rəyindən görünür ki, məhkəmə-əmtəəşunaslıq və məhkəmə tikinti-texniki ekspertiza tədqiqiatının aparılması məhkəmə eksperti şəhadətnaməsi olmayan, “qiymətləndirici mütəxəssis” Rövşən Talıbzadəyə həvalə edilib. Rövşən Talıbzadə nəinki ekspert rəyi verməkdən imtina etməmiş, əksinə Qiymətləndirmə haqqında normativ-hüquqi sənədlərin tələblərini kobud şəkildə pozaraq, heç qiymətləndirmə standartlarına cavab verməyən qeyri-obyektiv hesabat hazırlayıb. Rövşən Talıbzadə qanunsuz olaraq üzərinə götürdüyü qulluq mövqeyindən sui- istifadə edib neqativ hallara yol verərək hesabatları qəsdən saxtalaşdırmış, tərtib etdiyi cədvəllərdə malların və işlərin qiymətini təkrar göstərib toplamaqla smeta dəyərini maraqlı tərəfin xeyrinə bir neçə dəfə şişirtmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı və vəkili Vəkil1 ilk iddiaçının kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, ilk iddia üzrə cavabdehin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh və vəkili X7 ilk iddia üzrə cavabdehin kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, ilk iddia üzrə iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüq uq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakı na vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətləri üzrə ümumi götürüldükdə qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası ilk olaraq ilk iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, ilk iddiaçı kasasiya şikayətində sonuncu apelyasiya baxışı zamanı təyin edilmiş və əldə edilmiş ekspert rəyi ilə razılaşmadığını, ona dəymiş ziyanın daha çox olmasını bildirsə də, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübuta istinad edə bilməmiş və məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, ilk iddiaçının dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. İlk iddia üzrə cavabdehin kasasiya şikayətinin dəlilləri üzrə isə qeyd edilməlidir ki, ilk iddia üzrə cavabdeh kasasiya şikayətini işə bundan əvvəl baxmış kasasiya kollegiyasının vermiş olduğu göstərişlərin qanunsuz olması ilə əsaslandırmış, lakin apelyasiya kollegiyası tərəfindən hər hansı maddi hüquq normasını əsaslandıra bilməmiş, həmçinin bir tərəfdən apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qanunsuz olduğunu bildirsə də, digər tərəfdən ekspert rəyi ilə ziyan məbləğinin şişirdilməsini göstərmişdir ki, bununla bağlı da o, hər hansı sübuta istinad edə bilməmişdir. İlk cavabdeh ekspert rəyinin qeyri-mötəbərliyini ekspertin rəy verməyə səlahiyyətli olmadığı ilə əsaslandırmağa çalışsa da, bu kasasiya yoxlaması nəticəsində öz təsdiqini tapmamışdır. Odur ki, ilk iddia üzrə cavabdehin də kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya in stansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-817/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar