Məhkəmə qərarları › İş №2(102)-4718/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4718/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4718/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması, apelyasiyanın hədləri Bakı şəhəri, 29 dekabr 2023-cü il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaç ı kassasiya şikayətinə 29 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)1461/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqısı müqaviləsinə xitam verilmiş, həmin müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-280/2021 saylı qətnaməsinə əsasən "xxxx" MMC-dən 11653,31 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissə də təmin edilməməsi qət edilmişdir. 3. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli MXK-593 saylı məktuba əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən, mənzilin alınması üçün 180 ay müddətinə, 26670 manat kredit rəsmiləşdirilmişdir. Müvafiq kredit müqaviləsi üzrə (sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 150 manat olmaqla) hazırkı dövrədək cəmi 11653,31 manat, bundan 2342,77 manat əsas borc, 9310,54 manat isə faiz borcu ödənilmişdir. xx.xx.2020-ci il tarixə İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında 24327,23 manat əsas, 4492,47 manat faiz borcu, ümumilikdə isə 28819,70 manat icra edilməmiş borc öhdəliyi mövcuddur.

4. Abşeron Rayon Məhkəm əsinin xx.xx.2021-ci il tarixli 2(012)-3907/2021 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 24327,23 manat əsas borc (əsas borcun 21984,46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla) və 6945,35 manat faiz borcu olmaqla, cəmi 31272,58 manat borcun və 30,40 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-623/2022 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 3907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)3879/2022 saylı qərarına əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-623/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin həcminin azaldılmasına dair ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən (bundan sonra “cavabdeh” və ya “MMC”) iddiaçının xeyrinə 26670 manat, habelə illik 5 faiz olaraq 10374 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əs asən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsindəki bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kvadrat metr olan 1 otaqlı, 87 saylı, təmirli və mebel ilə təchiz olunmuş mənzili iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür.

9. Həmçinin, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 6-xxxx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinə əsasən iddiaçıya bank tərəfindən 87 saylı mənzilin alınması üçün 180 ay müddətinə, illik 10 faiz dərəcəsi hesablanmaqla 26670 manat kredit verilmişdir. Bu fakt Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-623/2022 saylı qətnaməsinə ilə də təsdiq edilir.

10. Qeyd edilən qətnamədən kassasiya şikayəti verilmiş, şikayət A zərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3879/2022 saylı qərarı ilə təmin edilməmişdir. Ali Məhkəmənin sözügedən qərarının 23-25-ci bəndində qeyd edilmişdir: “tərəflər arasında kredit müqaviləsinin bağlanması, kassatorun həmin müqavilə üzrə öhdəliklərinin yaranması və onun həmin öhdəlikləri tam yerinə yetirməməsi işin müəyyən olunmuş hallarıdır. Həmçinin İddiaçı ilə "xxxx" MMC arasında mövcud olmuş müqavilə üzrə sonuncunun öhdəliklərini yerinə yetirməməsi kassatorun hazırkı iş üzrə iddiaçıya qarşı öhdəliklərini yerinə yetirməsindən azad etmir. Eyni zamanda, icra olunmamış öhdəliyin yalnız zaminə aid olunması tələbinin hüquqi əsası yoxdur. Digər tərəfdən Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-c i il tarixli qətnamələri ilə iddiaçı tərəfindən verilmiş və mənzilə görə ödənilmiş vəsaitin bir hissəsi "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mənzilin alğı-satqı müqaviləsinə xitam verilmiş, müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin 4-cü səhifəsində qeyd edilmişdir: “tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında mənzilin dəyəri olan 29640 manatı cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən məbləğin 2970 manat hissəsini ilkin ödəniş kimi özü ödəmiş, 26670 manatını isə "xxxx" ASC-dən kredit götürərək ödəmişdir. İddiaçı tə rəfindən banka xx.xx.2020-ci il tarixədək 11653.31 manat ödəniş edilsə də, "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı sözügedən mənzilə marağının itdiyini və ödəmiş olduğu pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb edir.”

11. Daha sonra, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə MMC-dən 11653,31 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamənin 5-ci səhifəsində qeyd edilmişdir: “ "xxxx" MMC mənzilin dəyərini əvvəlcədən və tam şəkildə almasına, həmçinin, həmin puldan tam şəkildə yararlanmasına baxmayaraq, sonuncu, tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə, iddiaçının ümid etdiklərindən m əhrum olmasına səbəb olmuşdur. Halbuki, hər bir tərəf vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli idi. Belə olan təqdirdə, baxmayaraq ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış təminatlı kredit müqaviləsi tərəflər arasında bağlanmış müstəqil müqavilədir, həmin müqavilənin təyinatı sonda iddiaçının mənzil əldə etməsi olmuş, lakin faktiki hallardan göründüyü kimi, cavabdehin təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heç nə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda, iddiaçının banka ödədiyi 11653,31 manat pulun cavabdeh "xxxx" MMC-dən tələb etməsi tam qanuni və əsaslıdır.”

12. Yəni, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən təminatlı kredit müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə onun tərəfindən ödənilmiş 11653,31 m anatın ona ödənilməsini, mənzilin alğı-satqı müqaviləsinə xitam verilməsini, həmin müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin alınaraq ona ödənilməsini, Abşeron Rayon Məhkəməsindən isə tərəfindən ödənilmiş 11653,31 manat pul vəsaitinin, dəymiş maddi zərərlə bağlı 12600 manat pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ona ödənilməsini və təminatlı kredit müqaviləsi üzrə hal-hazırda onun üzərinə qoyulmuş öhdəliklərin MMC-yə ötürülməsini xahiş etmişdir.

13. Kredit müqaviləsinə əsasən 87 saylı mənzilin əldə edilməsi üçün "xxxx" ASC Müştəri Xidməti departamenti tərəfindən iddiaçıya 26670 manat kredit rəsmiləşdirmişdir. Rəsmiləşdirilmiş kreditə görə 1 faiz komisyon haqqı tutularaq, qalan 26403 manat vəs ait iddiaçı tərəfindən məxaric edilərək "xxxx" MMC-nin hesabına mədaxil edilmişdir. Göründüyü kimi, iddiaçı mənzilin alınması üçün "xxxx" ASC-dən müvafiq məbləğdə kredit götürmüş və ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəmələri həyata keçirmişdir. Buna baxmayaraq, müqavilə ilə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmişdir.

14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.2, 323-1, 385.1, 386.1, 389.1, 390.5, 420.3.3, 427.2, 442, 445.2.1, 448.1, 448.2, 527, 567, 569.1, 1096.12, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir.

15. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri belə olmuşdur: - iddiaçının iddia tələbinin əsası qismində istinad etdiyi işin hallarına artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Hazırkı iddia təl əbi üzrə MMC-dən 31272 manat məbləğinin iddiaçının xeyrinə tutulmasının hüquqi əsası yoxdur, ümumiyyətlə, iddiaçının tələb etmək hüququ yaranmamışdır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müqavilə üzrə ödənilmiş 2970 manat vəsaitin MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (2970 manat məbləğ ilkin ödəniş məbləğini təşkil edir); - Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, MMC-dən 11653,31 manat məbləğin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (11653.31 manat borcalan tərəfindən "xxxx" ASC-nə ödənilmiş məbləğ təşkil edir); - Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 24327,23 manat əsas (əsas borcun 21984,46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla), 6945,35 manat faiz borcu olmaqla, cəmi 31272,58 manat məbləğin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir; - məhkəmə aktları ilə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-29-2015YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə ödənilmiş və ödənilməmiş kredit vəsaitinə görə vəziyyətləri müəyyən edilmişdir. Lakin iddiaçının MMC-dən tələb etdiyi 31272 manat məbləğin əsasını, necə formalaşdığını və ya yarandığını müəyyən etmək mümkün deyildir. Çünki bank tərəfindən kredit müqaviləsi üzrə 26670 manat kredit vəsaiti ayrılmış və istifadə edilmişdir. İddiaçı tərəfindən ödənilmiş 2970 manat məbləğin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə geri qaytarılması qət e dilmişdir; - kredit müqaviləsi üzrə ödənilməyən kredit vəsaitinin müştərək qaydada banka geri qaytarılması Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət edilmişdir. Belə olan halda, tələb olunan 31272 manat məbləğinin əsasının nədən yarandığı iddia tələbindən müəyyən olunur. Xüsusilə, qətnamə üzrə tələb iddiaçı tərəfindən ödənilməmişdir. Ehtimal edilsə ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə məbləği banka ödədiyi halda həmin məbləğə münasibətdə reqress hüququ yaranmışdır, belə olan halda, iddiaçının hazırki tələb üzrə hüququ ümumiyyətlə yaranmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı, ümumiyyətlə, pretenziya qaydalarına riayət etməmişdir.

16. Abşeron Rayon Məhkəməsinin 1 6 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ödənilməli olan pul vəsaitinə görə 26670 manat və dövlət rüsumuna görə 184 manat olmaqla, ümumilikdə 26854 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edlmişdir. (hakim Habil Əhmədov)

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmış, iddiaçı ilə MMC-nin bağladığı xx.xx.2015-ci il tarixli ABB YM-2015 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş 5 saylı binanın 11-ci mərtəbəsindəki ümumi sahəsi 31.2 kv.m-dən ibarət 1 ot aqlı 87 saylı mənzili alıcıya verməyi, alıcı isə mənzilin dəyəri olaraq 29640 manat pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qətnamələrinə əsasən borcverən "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-29- 03- 2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinə əsasən, bank borcalana mənzilin alınması üçün 26670 manat kredit vəsaitini verməyi, borcalan isə müqaviləyə əsasən, krediti almağı və kredit, ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.

18. Beləliklə, iddiaçı mənzilin dəyərindən 2970 manat pul vəsaitini şəxsi vəsaiti hesabına, qalıq 26670 manat pul vəsaitini isə bankdan götürdüyü kredit vəsaiti hesabına ödəmişdir. Göründüyü kimi, mənzilin dəyəri olaraq qalıq 26670 manat pul vəsaitinin bankdan kredit olaraq götürülüb MMC- nin hesabına ödənilməsi məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur.

19. İddiaçı tərəfindən ödənilmiş ilkin ödəniş və 11653.31 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1461/2020 saylı və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-280/2021 saylı qətnamələri qanuni qüvvəsini almışdır. Hazırda isə iddiaçı müqaviləyə əsasən, ona təhvil verilməli olan mənzilin dəyərinə görə MMC-yə ödənilmiş 26670 manat pul vəsaitinin və illik 5 faiz hesablanmaqla 10374 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mənzilin alğı-satqısı müqaviləsi olmuş və cavabdeh M MC müqavilə ilə iddiaçıya satılmış mənzili ağlabatan müddətdə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsini xatırlatmaqla cavabdehin iddiaçı qarşısında müqaviləni icra etmək öhdəliyini yaratmışdır. xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklər 5 ildən artıq müddət ərzində icra edilmədiyindən və bu hal iddiaçının mənzillə təmin olunmaq hüququnu pozduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və ilkin ödənişin, yəni, 2970 manat pul vəsaitinin MMC-dən tutulması öz təsdiqini tapmışdır. Bununla da ilkin ödənişin ödənilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarıldığından, iddiaçının mənzilin dəy əri olaraq qalıq qalmış 26670 manat pul vəsaitinin məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır.

21. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin müqavilə öhdəliklərini icra etməməsi iddiaçını müqavilə üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən iddia tələbləri 26670 manat pul vəsaitinin qaytarılması hissəsində əsaslıdır.

22. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarını rəhbər tutaraq göstərmişdir ki, iddiaçı müqavilə əsasında aldığı mənzilin dəyərindən 2970 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 26670 manat hissəsini isə bankdan götürdüyü kredit vəsaiti hesabına MMC-yə ödəmişdir. Tikinti inşa sında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməsə də, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür.

23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tikinti şirkəti üçün çoxmənzilli binanın tikilib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağlabatan müddət 3 il müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən pozulmamış, lakin müqavilənin bağlanmasından 3 illik müddət başa çatmışdır. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı iddia tələbində mənzillə təmin olunmadığı 2015-ci ildə n etibarən illik 5 faiz olmaqla 10374 manat pul vəsaitinin tutulmasını tələb etmişdir.

24. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddia ərizəsi bu hissədə qismən təmin edilməlidir. İlkin növbədə sözügedən müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla, cavabdeh tərəf tikilinin inşa edilib hansı müddətdə təhvil veriləcəyinə dair hər hansı bir öhdəlik götürməmiş və bununla bağlı müqavilədə bir şərtmüddəa nəzərdə tutulmamışdır. Lakin bununla belə, tikilinin inşa edilib təhvil verilməsi müddəti müqavilədə nəzərdə tutulmamış olsa da, qeyd olunan öhdəliyin icrası ağlabatan müddətdə icra edilməlidir. Beləliklə də, ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə öhdəliyin icrasının mümkün zaman kəsiyində həyata keçirilməsi başa düşülür.

25. Birinci instan siya məhkəməsi qeyd etmişdir ki, mənzilin təhvil verilməsi müddətinin ağlabatan müddəti təxmini də olsa, 3 il müəyyən edilə bilər. Müqavilənin bağlanma tarixi “xx.xx.2015-ci il tarixi” nəzərə alınsa, 3 illik ağlabatan müddətə əsasən “xx.xx.2018-ci il tarix”dən etibarən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək olan müddət ərzində keçən 4 il 8 ay müddət üçün iddiaçıya illik 5 faiz hesablanmaqla ödənilməli olan 6400.8 (26670 x 5 / 100 = 1333.5, 1333.5 x 4.8 = 6400.8 manat) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 389.1, 405.1, 442, 448.1, 567, 1096.1 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

27. Cavabdeh apellyasiya şi kayəti verilərək qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.

28. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olmasına baxmayaraq birinci instansiya məhkəməsi hazırki qətnamə ilə xx.xx.2015-ci il tarixli 6-29032015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ayrılmış 26670 manat məbləğini tamamilə qanunsuz olaraq, təkrar tutulmasını qət etmişdir. Halbuki məhkəmə kredit vəsaiti üzrə 26670 manat məbləğindən ödənilmiş 2342,77 manatı təkrar olaraq MMC-dən tutmuşdur. Mübahisələndirilən qətnamədə əsaslandırıcı və nəticə hissələri ziddiyyət təşkil edir (səh.5, 6, 7). Bu da səthi araşdırmanın nəticəsidir. O ki qaldı, İddiaçı "xxxx" ASC-nin xeyrinə 21984,46 manat əsas kredit borcunun tutulmasının qət edilməsinə, həmin məbləğin cavabdeh İddiaçı tərəfindən bankda ödənilməməsinə baxmayaraq məhkəmənin İddiaçı xeyrinə “vizual” qaydada tələb hüququnu formalaşdırması maddi və prosessual hüquq normalarına tam ziddir. "xxxx" ASC ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 11 (borcalanın hüquqları) və 12-ci (borcalanın vəzifələri) bəndlərində ayrılmış kredit vəsaiti üzrə tələb hüququnu əldə edilməsi barədə müddəa göstərilməmişdir. Həmin Təminatlı kredit müqaviləsinin 8-ci bəndində vaxtından əvvəl tələbetmə, 17-ci bəndində müqavilənin qüvvədə olma müddəti və 18-ci bəndində tətbiq edilən hüquq müddəaları öz əksini tapmışdır. B elə qənaətə gəlmək olar ki, xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015- YSAAAF-AE saylı Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə hər iki tərəfin - borcverən, iddiaçı qismində çıxış etmiş "xxxx" ASC-nin və borcalan, cavabdeh qismində çıxış etmiş İddiaçı tələb hüququ yaranır və istifadə edir. Maddi hüquq norması eyni müqavilə münasibətləri üzrə kredit öhdəlikləri icra edilmədiyi halda qarşı tərəflərə qarşılıqlı şəkildə tələb hüququnu yaratmır. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress qaydasında tələb hüququna malikdir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kred itora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflis olma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhz həmin tələb etmək hüquq üzrə "xxxx" ASC çıxış etdiyi halda, İddiaçı tərəfindən irəli sürülməsi və tələb edilməsi əsassızdır. Göründüyü kimi rayon məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Hazırda cavabdehin məsuliyyət həddi Abşeron Rayon Məhkəməsinin 2(012)280/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məhdudlaşmış və müəyyənləş dirilmişdır. Lakin mübahisələndirilən məhkəmə aktı cavabdeh MMC üçün əsassız və qanunsuz öhdəlik yaradır. Məhkəmə müəyyən edilmiş faktlara istinad etməyərək, birtərəfli, MMC-dən Abşeron Rayon Məhkəməsinin 2(012)280/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 2342,77 manat məbləğini və MMCdən Abşeron Rayon Məhkəməsinin e-2(012)-3907/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 21984,46 manat məbləğini təkrar olaraq İddiaçı xeyrinə tutulmasını qət etmişdir.

29. Apellyasiya baxışında MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olsa da, birinci instansiya məhkəməsi həmin qətnamələri nəzərə almamışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə MMC arasındakı müqavilə ləğv edilmiş, iddiaçıya münasibətdə dəymiş ziyan məbləği MMC-dən tutulmuş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin 2(012)280/2021 nömrəli qətnaməsi ilə İddiaçı maddi və mənəvi zərərin ödənilməsi və üzərindəki öhdəliyin MMC-yə ötürülməsi barədə iddiası qismən təmin olunmaqla iddiaçıya münasibətdə MMC-dən 11653,31 manat pulun tutulması qət olunmuşdur. Bu qətnamə də qanuni qüvvəsini almışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021 nömrəli qətnaməsi ilə isə bankın xeyrinə də MMC-dən iddiaçı ilə müştərək qaydada məbləğin tutulması qət edilməklə qətnamə qanuni qüvvəsini almışdır. Hazırda MMC-dən 4-cü dəfə eyni mübahisə üzrə pul tələb olunur.

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il t arixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı tələbində "xxxx" ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAFAE saylı kredit müqaviləsinə əsasən mənzil üçün ödənilmiş 11653,31 manat pul vəsaitinin, dəymiş zərərlə bağlı 12600 manat pulun, dəymiş mənəvi zərərlə bağlı 10000 manat məbləğində pulun tutulmasını tələb etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilə görə MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqısatqı müqaviləsinə əsasən ilkin ödəniş kimi ödədiyi 2970 manat pul vəsaiti, eləcə də mənzilə görə ödədiyi 11653,31 manat pulun MMC-dən tutulmasına dair məhkəmə qərarları mövcuddur. Belə olan halda, hazırkı iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb etdiyi 11653,31 manat pul vəsaiti Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-280/2021 saylı qətnaməsinə əsasən cavabdehdən tutulmuşdur. Bununla da, hazırki iddia tələbinin əsasını təşkil edən müqavilə üzrə mənzilə ödənilmiş 11653,31 manat məbləğində pul cavabdehdən tutulmuşdur. Belə olan halda məhkəmə qətnaməsinə əsasən mənzilə görə ödənilmiş 11653,31 manat pul məbləği təkrar m əhkəmə qaydasında tutula bilməz.

33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin digər hissələri ilə bağlı qeyd etmişdir ki, tələbin dəymiş maddi zərərlə bağlı 12600 manat pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10000 manat pul vəsaitinin tələb edilməsi ödənilmiş 11653,31 manat məbləğində pulun tutulması tələbindən doğan tələb olduğundan və tələb həmin hissədə əsassız olduğu üçün təmin edilmədiyindən bu hissələrdə də təmin edilə bilməz.

34. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddiaçının hazırkı iddianı qaldırmaq hüququ yoxdur. Belə ki, iddiaçı banka olan borcu ödədiyi halda hazırkı iddianı qaldıra bilərdi. İş materiallarından isə görünür ki, iddiaçı banka olan borcunu ödəməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiy a şikayətinin dəlilləri

35. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin birinci instansiya məhkəməsinin təmin etdiyi hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı mənzilin alınması üçün "xxxx" ASC-dən müvafiq məbləğdə kredit götürmüş və ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəmələri həyata keçirmişdir. Buna baxmayaraq, müqavilə ilə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmişdir. Bundan əlavə, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 9 aprel 2021-ci il tarixli qətnaməsi ilə MMC-dən 11653,31 manat məbləğində pul tutulmuş, lakin vurulmu ş ziyanla bağlı tələb rədd edilmişdir. Lakin məhkəmə bir məqamı nəzərdən qaçırmışdır ki, iddiaçının tələbi vurulmuş zərər yox, sadəcə MMC-yə ödədiyi pul vəsaiti və onun geri qaytarılmamasına görə qanun üzrə illik beş faizdir. Bu səbəblə də, məhkəmə sözügedən qətnamə ilə iddiaçının indiki tələbinin hüquqi mahiyyətinə fikir verməmiş, cavabdehin əsassız varlanmasına şərait yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və y a əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdi rilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdiri lməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

39. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

42. İşin müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdeh arasında mənzilin alqısatqısına dair xx.xx.2015-ci il tarixdə ABB YM-0215 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsindəki bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kvadrat metr olan 1 otaqlı, 87 saylı, təmirli və mebel ilə təchiz olunmuş mənzili iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı mənzilin ilkin dəyəri kimi 2970 manatı cavabdehə ödəmiş, qalan 26670 manat isə iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 6-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinə əsasən iddiaçıya bank tərəfindən 180 ay müddətinə, illik 10 faiz dərəcəsi hesablanmaqla kredit verilmiş, həmin məbləğ MMC-nin hesabına keçirilmişdir.

43. Qanuni qüvvəyə mi nmiş məhkəmə aktları ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilmiş, iddiaçının həmin müqavilə üzrə cavabdehə ödədiyi ilkin 2970 manat və iddiaçının kredit müqaviləsi üzrə "xxxx" ASC-ya qaytardığı 11653,31 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

44. İşdən görünür ki, iddia tələbi mənzilin tikintisi üçün cavabdehə kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən ödənilən 26670 manatın, habelə həmin məbləğə illik 5 faiz hesablanmaqla 10374 manatın qaytarılması barədədir.

45. Birinci instansiya məhkəməsi tərəflər arasında mənzilin alğı-satqısı müqaviləsinin olmasını, MMC-nin müqavilə ilə iddiaçıya satılmış mənzili ağlabatan müddətdə alıcıya təhvil verməyi öhdəsinə götürməsini, sözügedən m üqavilənin hüquqi təbiətinə görə podrat müqaviləsini xatırlatmaqla cavabdehin iddiaçı qarşısında müqaviləni icra etmək öhdəliyini yaratmasını, xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin 5 ildən artıq müddət ərzində icra edilməməsini və bu halın iddiaçının mənzillə təmin olunmaq hüququnu pozmasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və ilkin ödənişin, yəni, 2970 manat pul vəsaitinin MMC-dən tutulmasının öz təsdiqini tapmasına istinad edərək, iddiaçının mənzilin dəyəri olaraq qalıq qalmış 26670 manat pul vəsaitinin məhkəmə qaydasında tələb etmək hüququnun olması nəticəsinə gəlmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, iddiaçının m übahisəli mənzilə görə MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqısatqı müqaviləsinə əsasən ilkin ödəniş kimi ödədiyi 2970 manat pul vəsaiti, eləcə də mənzilə görə ödədiyi 11653,31 manat pulun MMC-dən tutulmasına dair məhkəmə qərarları mövcuddur. Belə olan halda, hazırkı iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb etdiyi 11653,31 manat pul vəsaiti Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-280/2021 saylı qətnaməsinə əsasən cavabdehdən tutulmuşdur. Bununla da, hazırki iddia tələbinin əsasını təşkil edən müqavilə üzrə mənzilə ödənilmiş 11653,31 manat məbləğində pul cavabdehdən tutulmuşdur. Belə olan halda, məhkəmə qətnaməsinə əsasən mənzilə görə ödənilmiş 11653,31 manat pul məbləği təkrar məhkəmə qaydasında tutula bilməz.

47. Məhkəmə kollegi yası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 11653,31 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə olduğu üçün həmin məbləğin cavabdehdən təkrar olaraq tutulmasının yolverilməzliyini düzgün olaraq qeyd etsə də, "xxxx" ASC tərəfindən cavabdehə ödənilmiş 26670 manat pulun 11653,31 manatı çıxılmaqla qalan məbləğin iddiaçıya ödənilməli olub-olmamasına qiymət verməmişdir.

48. İşdə olan və istinad edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzil tikintisi ilə bağlı podrat münasibətləri olmuş, iddiaçı tikilən mənzilin ümumi dəyərinin 29640 manatından ilkin məbləğ olan 2970 manatı öz hesabına ödəmiş, qalan 26670 manat isə "xxxx" ASC tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçı ilə cavabdeh arasınd a bağlanmış alqı-satqı müqaviləsinə (podrat münasibətlərinə) xitam verilmişdir.

49. Mülki Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

50. Qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə (podrat münasibətlərinə) xitam verilməsi, iddiaçının podrat müqaviləsi üzrə işlərə marağının olmaması qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. İddiaçının hazırki tələbi ləğv edilmiş podrat müqaviləsi üzrə cavabdehə ödənilmiş pulun qaytarılması barədədir. Buna görə d ə iddiaçının adından Bank tərəfindən cavabdehin hesabına köçürülmüş 26670 manat pulun, 11653,31 manat istisna olunmaqla, qalan hissəsini tələb etməyə haqqının çatıb-çatmaması Mülki Məcəllənin 759.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməli idi.

51. Apellyasiya instansiyası məhkəməsi isə 11653,31 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə olduğu üçün həmin məbləğin cavabdehdən təkrar olaraq tutulmasının yolverilməzliyini qeyd etməklə kifayətlənmiş, qalan məbləğlə bağlı iddia tələbi üzrə hər hansı nəticəyə gəlməmişdir.

52. Həmçinin apellyasiya instansiyası məhkəməsinin iddiaçının banka olan borcu ödədiyi halda hazırkı iddianı qaldıra bilməsi barədə gəldiyi nəticə də əsaslı deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının hazırki tələbi cavabdehlə öz arasında olan podrat münasibətlərindən irəli gələn tələbdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin tələbə "xxxx" ASC-nin iddiaçı və cavabdehlə bağladığı kredit və zaminlik müqavilələrindən irəli gələn tələb kimi qiymət vermişdir. Üstəlik, həmin kredit müqaviləsi üzrə iddiaçı borclu, cavabdeh isə zamindir. Belə olan halda, iddiaçının əsas borclu olaraq krediti ödədiyi halda, yalnız hazırki iddianı verə bilməsi reqress tələbini nəzərdə tutur ki, bu tələb hüququ da zaminə aiddir. (Mülki Məcəllə, 475-ci maddə)

53. Məhkəmə kollegiyası şərh edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mənzilin tikintisi üçün cavabdehə kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən ödənilən 26670 manatın cavabdehdən tutulması barədə iddia tələbinə düzgün qiymət ve rməmişdir.

54. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin iddianın dəymiş maddi zərərlə bağlı 12600 manat və mənəvi zərərlə bağlı 10000 manat pul vəsaitinin tələb edilməsi hissəsini rədd etmişdir.

55. Əvvəla, maddi zərərlə bağlı 12600 manat barədə iddianın haradan qaynaqlanmasını işdən görünmür. Belə ki, iddiaçı iddia tələbini dəyişdirməklə (i.v.86) son olaraq öz xeyrinə cavabdehdən 26670 manat, həmçinin illik 5 faiz hesablanmaqla 10374 manat pul tutulmasını xahiş etmişdir. Bankın cavabdehə ödədiyi 26670 manatdan iddiaçının xeyrinə tutulan 11653,31 manat çıxıldıqda da bu məbləğ 15016,69 manat edir. İllik 5 faizi də iddiaçı 10374 manat həddində göstərib. Buna görə də 12600 manatın bir məbləğ olaraq nədən ortaya çıxmasını qətnamədən görmək olmur.

56. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi illik 5 faizlə bağlı tələbin qismən əsaslı olmasını qətnamənin əsaslandırıcı hissəsində göstərsə də, nəticə hissəsində həmin iddianı təmin etməmiş, iddiaçı da bundan şikayət verməmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizədə iddiaçının mənəvi zərərlə bağlı tələbi olmamış, birinci instansiya məhkəməsi də həmin tələb üzrə hər hansı araşdırma aparmamışdır.

56. Apellyasiya instanasiya məhkəməsi həm iddiada olmayan, həm də apellyasiya qaydasında mübahisələndirilməyən tələblərə üzrə – dəymiş mənəvi zərərlə bağlı 10000 manat və maddi zərərlə bağlı 12600 manat pul vəsaitinin tutulması – qətnamə çıxarmaqla apellyasiyanın həddindən və iddia tələbindən kənara çıxmış, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. (Mülki Prosessual Məc əllən, 218.3, 372.4, 372.6)

57. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

58. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar