Məhkəmə qərarları › İş №2(102)-4719/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4719/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4719/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili Vəkilnun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2881/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC ilə cavabdeh arasında 30.12.2012-ci il tarixdə 447 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə görə 140000 manat məbləğində kredit 24 ay müddətinə 12% dərəcəsi ilə cavabdehə verilmişdir. "xxxx" ASC ilə cavabdeh arasında 01.05.2013-cü il tarixdə 4986 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə görə 300000 manat məbləğində kredit 24 ay müddətinə 12% dərəcəsi ilə cavabdehə verilmişdir. "xxxx" ASC ilə cavabdeh arasında 19.02.2014-cü il tarixdə 6160 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə görə 61000 manat məbləğində kredit 24 ay müddətinə 12% dərəcəsi ilə cavabdehə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunaraq alınmış 30 avqust 2019-cu il tarixli rəylə müəyyən olunur ki, 01.01.2017-ci il tarixə 30.10.2012-ci il tarixli 4227 saylı müqavilə üzrə əsas borc 99500 manat, faiz borcu 45332,36 manat, 01.05.2013-cü il tarixli müqavilə üzrə əsas borc 268,750 manat, faiz borcu 119.095,92 manat, 19.02.2014-cü il tarixli müqavilə üzrə əsas borc 51500 manat, faiz borcu 19559 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunaraq alınmış 02 mart 2020-ci il tarixli rəylə müəyyən olunur ki, 01.01.2017-ci il tarixə 30.10.2012-ci il ta rixli 4227 saylı müqavilə üzrə əsas borc 99500 manat, faiz borcu 35296,37 manat, 01.05.2013-cü il tarixli müqavilə üzrə əsas borc 268,750 manat, faiz borcu 96681,58 manat, 19.02.2014-cü il tarixli müqavilə üzrə əsas borc 51500 manat, faiz borcu 16434,67 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (“X1 ” MMC sonradan əsl İddiaçı QSC ilə əvəz edilmişdir) 30.12.2012-ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 45332,36 manat faiz borcu olmaqla, cəmi 144832,36 manat, 01.05.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 119095,92 manat faiz borcu olmaqla, cəmi 387845,92 manat, 19.02.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 19559 manat faiz borcu olma qla, cəmi 71059 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 603767,28 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. "xxxx" ASC-nin Pərakəndə Biznes Departamenti “XXX” Müştəri Xidməti ilə cavabdeh arasında bağlan mış kredit müqavilələrinə əsasən cavabdehə 24 ay müddətinə, illik 12% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 30.12.2012-ci il tarixli, 447 nömrəli müqavilə üzrə 140000 manat, 01.05.2013-cü il tarixli, 4986 nömrəli müqavilə üzrə 300000 manat və 19.02.2014-cü il tarixli, 6160 nömrəli müqavilə üzrə 61000 manat, ümumilikdə 501000 manat məbləğində kredit verilmiş, 30.12.2012-ci il, 01.05.2013-cü il və 19.02.2014-cü il tarixli kassa məxaric orderləri tərtib edilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə iddiaçı cavabdehə müqavilədə nəzərdə tutulan krediti verməyi, cavabdeh isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdi r. Nəticədə cavabdehin 30.12.2012-ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 45332,36 manat faiz borcu, 01.05.2013cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 119095,92 manat faiz borcu, 19.02.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 19559 manat faiz borcu olmaqla, cəmi 603737,28 manat kredit borcu yaranmışdır. Cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borcu və ona hesablanmış faizləri ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-23/2020) iddia qismən təmin olunmuş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30.12.2012-ci il tarixli, 447 nömrəli kredit müqaviləsi üzrə 99500 manat əsas, 32296,37 manat faiz borcu olmaqla, cəmi 134796,37 manat, 01.05.2013-cü il tarixli, 4986 nömrəli kredit müqaviləsi üzrə 268750 manat əsas, 96681,58 manat faiz borcu olmaqla, cəmi 365431,58 manat, 19.02.2014-cü il tarixli, 6160 nömrəli kredit müqaviləsi üzrə 51500 manat əsas, 16434,67 manat faiz borcu olmaqla, cəmi 67934,67 manat olmaqla, ümumilikdə 568162,62 manatın və ödənilmiş 30 dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizlə ri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə öhdəliyini yerinə yetirməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov, iş № 2(103)-2881/2021) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-23/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında kredit müqavilələrinin olması və həmin müqavilələr üzrə cavabdehin öhdəlik daşıması işin mübahisələndirilməyən halını təşkil edir. İş materiallarından görünür ki, cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməklə həm kredit müqavilələrinin, həm də Mülki Məcəllənin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunur ki, 19 fevral 2019-cu il tarixli, 6160 saylı kredit müqaviləsi üzrə əsas borc 51.500 manat, faiz borcu 16.434.67 manat, 01 may 2013-cü il tarixli, 4986 saylı kredit müqaviləsi üzrə əsas borc 268.750 manat, faiz borcu 96.681.58 manat, 30 oktyabr 2012-ci il tarixli, 4227 saylı kredit müqaviləsi üzrə əsas borc 99.500 manat, faiz borcu 35.296.37 manat təşkil edir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları ilə yanaşı ekspert rəyini əsas götürməklə ümumilikdə 568.162.62 manat məbləğində kredit borcunu müəyyən etməklə doğru nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2881/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə gərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, qətnamə əsaslandırılmamış və qətnamədə iddia tələbinin əsaslandığı dəlillərə cavab verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlilləri nə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bor clunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəli yini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən ed ilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüq uq normalarının pozulmasına yol verilmişdir. Baxılan işlə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 30.12.2012-ci il tarixli müqaviləyə görə 140000 manat məbləğində kredit 24 ay müddətinə, 01.05.2013-cü il tarixli müqaviləyə görə 300000 manat məbləğində kredit 24 ay müddətinə, 19.02.2014-cü il tarixli müqaviləyə görə 61000 manat məbləğində kredit 24 ay müddətinə verilmişdir. İşdə olan maliyyə arayışına görə əsas və faiz borc məbləği 01.01.2017-ci il tarixə münasibətdə hesablanmışdır. Halbuki 30.12.2012-ci il tarixli müqavilə müddəti 30.12.2014-cü ildə, 01.05.2013-cü il tarixli müqavilənin müddəti 01.05.2015-ci ildə, 19.02.2014-cü il tarixli müqavilənin müddəti 19.02.2016-cı ildə bitmişdir. Birinci instansiya məhkəməsi müvafiq olaraq tələb olunan borc məbləğinin düzgün hesablanıbhesabl anmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspetizası təyin etmişdir. Birinci ekspertiza təyin olunarkən faiz borc məbləğinin hansı tarixə münasibətdə yoxlanması qeyd edilməmiş, ikinci dəfə təyin olunan ekspertiza zamanı yaranmış borc məbləğinin 01.01.2017-ci il tarixə (maliyyə arayışının tarixinə) münasibətdə müəyyən olunmasına dair sual qoyulmuşdur. Halbuki məhkəmə nəzərə almalı idi ki, 01.01.2017-ci il tarixdə müqavilələr üzrə müddətlər başa çatmış, faiz borcunun hesablanması isə müddətlərinin sonuna uyğun müəyyən edilməsi mümkün ola bilərdi. Eyni zamanda tələb olunan faiz borcuna artırılmış faiz borcunun daxil edilib-edilməməsi yoxlanmamışdır. Bu halda apellyasiya instansiya məhkəməsi nəzərə almalı idi ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərdən biri məhz faizlərin düzgün hesablanmaması ilə bağlı olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi həmin dəlillərin araşdırılması üçün heç bir tədbir görməmiş və işin yuxarıda göstərilən halları baxımından yenidən (əlavə və ya təkrar) ekspertizanın keçirilməsini tərəflərlə birlikdə müzakirə etməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi müqavilələr üzrə faiz borcunun tutulmasının təmin olunan hissəsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə faiz borcunun tutulmasının təmin olunan hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlid ir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2881/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi faiz borcunun tutulmasının təmin olunan hissəsində l əğv olunsun, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar