Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-472/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 İddia tələbi: “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1620/2020 nömrəli iş üzrə x x xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 25L000001369 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 25R000002020 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti də 55.000 (əlli beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 25S000002421 saylı zaminlik müqavilələri bağlanmışdır. -25 M000000233 nömrəli ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində istifadədə olan 39 nömrəli evin 123 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 39, 123 saylı mənzil xüsusi mülkiyyət kimi daşınmaz əmlak üzərində hüquq Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 951 nömrəli reyestr kitabının 88270 nömrəli vərəqində xx.xx.2010-cu il tarix də qeydiyyata alınmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 03530003 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 39, 123 saylı mənzil 120 ay müddətinə İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərək daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 951 nömrəli reyestr kitabının 88270 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. -arayışdan görünür ki, Cavabdeh1 banka 25.903,57 ABŞ dolları əsas, 13019,23 ABŞ dolları faiz, 52895,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 91.818,04 ABŞ dolları borcu vardır. İş üzrə keçirilmiş xx xxxx 2019-cu il tarixli, 7267 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixində 25L000001359 saylı kredit xətt müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə 25R000002020 saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 (maliyyə arayışında göstərilən tarixə) xx.xx.2018-ci il tarixə banka olan borcu 47.493,16 ABŞ dolları məbləğində müəyyən olunur: o, cümlədən əsas borc 25.903,57 ABŞ dolları, faiz borcu 12.388,14 ABŞ dolları cərimə borcu isə 9.201,45 ABŞ dolları təşkil edir. -“xxxx” Consulting MMC-nin xx.xx.2019-cu il tarixli, 0613/19/AB nömrəli rəyindən görünür ki, ünvan 1 ünvandakı 5 mərtəbəli, köhnə tikili binanın 1-ci mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan, 40.47 m² ümumi, 29.47 m² yaşayış və 11.0 m² yardımçı sahədən ibarət, 2 otaqlı, 123 nömrəli mənzilin real bazar dəyəri 62.000 (altmış ik i min) manat təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı “İddiaçı» QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızma və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 01,04.2014-cü il tarixli 25L000001369 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 25R000002020 saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 25R000002020S saylı, xx.xx.2015-ci il tarixli 25R000002020SA saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 25.903,57 ABŞ dolları məbləğində kre dit borcu, 13.119,23 ABŞ dolları məbləğində faiz borcu və 52895,24 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 91.818 (doxsan bir min səkkiz yüz səkkiz) ABŞ dolları 04 (dörd) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının tutulması; tələbin Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində 39 nömrəli evdə yerləşən 123 saylı mənzilinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 91.818,04 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, X2, X3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması; Bakı səhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində 39 nömrəli evdə yerləşən 123 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddia qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılm ış xx.xx.2014-cü il tarixli 25L000001369 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 25R000002020 saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli 25R000002020S saylı, xx.xx.2015-ci il tarixli 25R000002020SA saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25.903,57 ABŞ dolları əsas, 12.388,14 ABŞ dolları faiz, 9.201,45 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 47.493,16 ABŞ dolları borc və 21 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş cəmi 40 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi, ekspertiza xərci olan 120 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həmild qızından və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi, tutm anın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 39, 123 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 62.000 (altmış iki min) manat məbləğində qiymətləndirilməklə açıq hərracda satılması, satışından əldə ediləcək pul vəsaiti hesabına cavabdehlərin borcunun İddiaçı ASC-yə ödənilməsi, iddiaçının tələbinin tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1620/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən -ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılması və mənzilin boşaldılmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 39, 123 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı QSC kassasiya şikayəti verərək apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası əmlaka tutma yönəldikdən və o satıldıqdan bir ay sonra cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində qətnamə qəbul edərkən mülkiyyətçi Cavabdeh2 Həmid qızının və onun ailə üzvlərinin mübahisə olunan yaşayış yerinin ailənin yeganə yaşayış yeri olmasını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə b ilər. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsind ən istifadə etmək hüququna malikdirlər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş mater iallarına istinad edərək ipoteka predmetinin satıldıqdan ən geci 1 (bir) ay müddətinə cavabdehin həmin yaşayış sahəsindən çıxarılması tələbinin qətnamənin icra mərhələsinə aid olduğundan, həmçinin bu tələbi irəli sürmək hüququ ipoteka saxlayana deyil, yeni mülkiyyətçiyə mənsub olduğunu, iddiaçının isə ipoteka qoyulmuş əmlakın mülkiyyətçisi (və ya yeni mülkiyyətçisi) olmadığını müəyyən edərək iddia tələbini qeyd edilən hissədə təmin etməmişdir Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, iddia tələbinin ipoteka predmetinin satıldıqdan ən geci 1 (bir) ay müddətinə cavabdehin həmin yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması hissəsində iddianı təmin etməməkdə haqlı olmamışdır. Çünki bu “İpoteka haqqı nda” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan 59.3-cü maddəsinin tələblərinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1620/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-472/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-472/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver