Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-472/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı «X11» Bakı filialının cavabdehlər Cavabdeh və Zamin qarşı QƏRARİ iş № 2(102)-472/23 Açar sözlər: kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi Bakı şəhəri, 23 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı «X11» Bakı filialının cavabdehlər Cavabdeh və Zamin qarşı kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1644/2 022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. «X11» Bakı filialı ilə Cavabdeh arasında bağlanılmış «27» May 2021- ci il tarixli 470 №li Kredit müqaviləsinə əsasən, Cavabdeh mənzil təmiri məqsədilə illik 19 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.
2. «27» May 2021- ci il tarixli 641 saylı zaminlik müqaviləsinə əsasən, Zamin kreditor qarşısında borclu Cavabdeh «27» May 2021- ci il tarixli 470 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. 3. xx.xx.2021-ci il tarixli maliyyə arayış ına əsasən, Cavabdeh «X11» Bakı filialına «27» May 2021- ci il tarixli 470 №li kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 9791,77 AZN məbləğində əsas borc, 579,73 AZN məbləğində faiz borcu, ümumilikdə isə 10371,50 AZN pul borcu vardır. 4. 19.08.2021-ci il tarixli məktublara əsasən, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh və Zamin yazılı bildirişlər ünvanlanmışdır. 5. xx.xx.2021-ci il tarixli məxaric orderinə əsasən, Cavabdeh 10000 manat məbləğində pulu «X11» Bakı filialından qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı «X11» Bakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin 10.371,50 manat (Bundan 9.791,77 manat vaxtı keçmiş kredit borcu, 579,73 manat faiz b orcu təşkil edir) məbləğində xx-xx-2021-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 121,12 manat dövlət rüsumunun tutularaq «X11» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı «X11» Bakı filialı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh və Zamin 11.261,12 manat (Bundan 9.791,77 manat vaxtı kecmiş kredit borcu 1469,35 manat faiz borcu təşkil edir) məbləğində borcun və ödənilmiş 121,12 manat dövlət rüsumunun tutularaq «X11» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı «X11» Bakı filialı iddia tələbini onunla əsaslandırmışdır ki, «X11» Bakı filialı ilə Cavabdeh arasında imzalanmış «27» May 2021-ci il tarixli 470 №li kredit müqaviləsinə əsasən sonuncuya illik kredi tdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X11» Bakı filialı iləZamin arasında 641 №li saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1–ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 366,56 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 18- 10-2021-ci il tarixə «Bank»a kredit borcu üzrə 1.594,39 manat ödəniş yerinə yetirməli idi. Lakin xx-xx-2021-ci il tarixə kimi «Borcalan» tərəfindən «Bank»a 370.0 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29% ödəməlidir. xx-xx-2021-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 10.371,50 manat təşkil edir. Bundan 9.791,77 manat vaxtı kecmiş kredit borcu 579,73 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öh dəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh ilə bağlanmış «27» May 2021- ci il tarixli 470 №li li kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Zamin arasında 641 №li saylı zaminlik müqaviləsi imzalanmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC və Azərbaycan Beynəlxalq Bankında kart üzrə kredit borcları olmuşdur. O hər iki borcu bağlamaq üçün yeni bir bankdan kredit götürmək istəmişdir. Lakin bir neçə dəfə müxtəlif banklara müraciət etsə də adına kredit olduğu əsas gətirilərək banklar ona kredit verməkdən imtina etmişdir. Onun Şamil və Azər adlı tanıdıqları şəxslər Cavabdeh “X11” Bakı filialı ilə tanışlığı olduqlarını oradan kredit götürüb "xxxx" Kommersiya Bankı ASC və Azərbaycan Beynəlxalq Bankında olan kreditləri bağlamaqda və aşağı faizlə kredit ala biəcəklərini söyləmişdirlər. Onlar bunun əvəzində 2000 manat bank əməkdaşına, 1000 manat zaminə pul ödənilməli olduğunu bildirmişlər. Həmçinin qeyd etmişdilər ki, “X11” Bakı filialı ilə danışığın şərtlərinə əsasən ilk əvvəl ona "xxxx" Kommersiya Bankı ASC və Azərbaycan Beynəlxalq Bankında olan kreditləri bağlamaq üçün pul veriləcək və oradan təmizlik kağızları alındıqdan sonra digər pul ödənişləri veriləcək. Çaylar zamini ümumiyyətlə tanımamışdır. 27 may 2021-ci il tarixində o Şamil və Azər adlı şəxslə birlikdə banka gəlmiş, orada onu bankın Azər adlı əməkdaşı qarşılamışdır. Ona müqavilə və digər sənədlərə imza atması, daha sonra ona "xxxx" Kommersiya Bankı ASC və Azərbaycan Beynəlxalq Bankında olan kreditləri bağlamaq üçün pul veriləcəyini həmin banklardan borcu olmaması ilə bağlı kağız gətirdikdən sonra qalan pulu da ona verəcəklərini və xəzinə məxaric orderinə imza etməklə və qeyd yazmaqla sənədləşdirmənin yekunlaşacağı bildirilmişdir. Həmçinin ona bildirilmişdir ki, "xxxx" Kommersiya Bankı ASC və Azərbaycan Beynəlxalq Bankında olan kreditləri ödəmək üçün pulları Azər və Şamil adlı şəxsə vermək lazımdır. Sonuncular pulları ödəsə də, qısa müddət sonra yenidən həmin pulları kartdan çıxartmışdır. Beləcə o "xxxx" Kommersiya Bankı ASC və Azərbaycan Beynəlxalq Bankından borcu olmaması ilə bağlı sənəd ala bilməmiş və bu səbəbdən də “X11” Bakı filialına gedib sənədləşdirməni yekunlaşdırmamışdır. Bu səbəbdən də banka hər hansı ödəniş etməmişdir. Düşünmüşdür ki bank sənədləşdirmə olmadan pulu tələb etməyəcək. Aşağıda qeyd etdikləri hüquq normalarına əsasən hesab edirlər ki, “X11” Bakı filialının kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “Müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürü lən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc v erən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəz ifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kredit müqaviləsi üzrə borc verənin pulu verməsi öhdəliyi mövcuddur. Hazırkı iş materiallarında olan «27» May 2021-ci il tarixli 470 №li kredit müqaviləsinə əsasən pulun guya cavabdehə ödənilməsini təsdiq edən sənəd kimi eyni tarixli kassa məxaric orderi çıxış edir. Lakin həmin orderin alt hissəsində olan imza və on min manat aldım sözləri Cavabdeh tərəfindən icra edilməmişdir. Bu isə ona bankdan hər hansı məbləğ ödənilmədiyini deməyə əsas verir. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı «X11» Bakı filialının etibarnamə üzrə səlah iyyətli nümayəndəsi X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh özü şəxsən gələrək 10 min manat krediti götürmüş və kassa məxaric orderinə imza atmışdır. Cavabdeh özü banka gələrək pulu götürdüyünü və onu başqa birinə verdiyini etiraf etmişdir. Kassa məxaric orderi də həmin məbləğdə pulun cavabdeh tərəfindən qəbul edildiyini sübut edir. Belə ki, həmin sənədin aşağısındakı yazı və imza da Cavabdeh məxsusdur. Lakin Cavabdeh bunu mübahisələndirildiyi üçün məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuşdur və ekspert rəyi ilə sözügedən sənəddə yazıların və imzaların Cavabdeh məxsus olduğu bir daha təsdiq olunmuşdur. Bundan başqa məhkəmənin nəzərinə çatdırırki, cavabdehə kredit verilərkə n onun başqa banklara borcu olub-olmadığı yoxlanılmış, onun maliyyə vəziyyəti araşdırılmış, daha sonra kredit verilmişdir. Cavabdehə kredit verilməsi üçün sistemə baxılmış, 1030 manat əmək haqqı aldığı, aylıq 504 manat kredit ödəməli olduğu müəyyən edilmişdir. Onda olan məlumata görə cavabdeh kredit götürməsi üçün 43 dəfə banka müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanan bu müqavilə üzrə cavabdeh hər ay 366 manat ödəniş etməli idi. Müqaviləyə görə kredit evin təmiri üçün verilmişdir. Qeyd edir ki, bu barədə kredit mütəxəssisi daha çox məlumatlıdır, kreditin verilməsi ilə bağlı bütün məsələlərlə o, məşğul olur. Bundan baqşa cavabdeh əqdin uydurma, yalan olduğunu bildirir. Bununla bağlı isə məhkəməyə hər hansı bir sübut təqdim edə bilmir. Cavabdeh pulu bankdan götürüb istənilən hərəkəti edə bilər, həmin pulu başqa şəxsə verər və ya başqa banka ödənişlər edə bilər. Bu məsələdə iddiaçı tərəf kimi X10 "xxxx" və ya digər banklarla əlaqəsi yoxdur. Cavabdeh aldadıldığını düşünürdüsə, bununla bağlı məhkəməyə, prokurorluğa və digər hüquq mühafizə orqanlarına müraciət edə bilərdi və onun dedikləri təsdiqini tapdığı halda cinayət işi başanılardı. Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, keçən il may ayının 27-si Banka yaxınlaşmış, Azər adlı şəxs onu Bankın əməkdaşı Azərin yanına göndərərək onun bütün sənədlərini hazırlayacağını bildirmişdir. Həmin gün saat 10-da bankda Azər müəllimə yaxın laşıb sənədlərini ona vermişdir. Azər isə sistemə baxaraq onun başqa banka borcu olduğundan, ona yalnız zamin olmaqla kredit verilə biləcəyini bildirmişdir. Qeyd edir ki, onun Unibank və Beynəlxalq Banka kredit borcları olmuşdur və həmin borclar üzrə də 180 gün gecikməsi olmuşdur. Bununla əlaqədar heç bir bank ona kredit verməmişdir. Kredit götürmək üçün 30-dan çox banka müraciət etmişdir. Azər sənədlərə baxandan sonra ona 10 min manat məbləğində kredit veriləcəyini, ilkin olaraq digər kartlar üzrə borcunu bağlamağı üçün 5000 manat veriləcəyi, həmçinin Azərin tanışının da zamin qismində iştirak edəcəyi ona bildirilmişdir. Şamil Azərin tanışıdır, Şamili heç vaxt görməmiş və onunla münasibəti olmamışdır. Ona veriləcək 5000 manat puldan 2000 manatını Unibanka, qalan 3000 manatı da Beynəlxalq Banka ödəyərək borcu bağlamalı, bu barədə təmizlik kağızı almalı olmuşdur. Daha sonra ona 10000 manatdan qalan 5 min manatı da ödəyəcəkdilər. Həmin 5000 manat pulun da 2000 manatı bankın əməkdaşı Azərə, 1000 manatı isə zaminə çatmalı idi. Zaminin iştirakı ilə ona yalnız 5000 manat pul verilmiş, həmin pulla da o, banklara olan borcunu ödəmişdir. Təmizlik kağızı aldıqdan yarım saat sonra bank əməkdaşı olmayan Azər ona zəng edərək rəhbərliyin belə şərtlərlə kredit verməyə razı olmadığını, ödənilmiş 5000 manat pulun geri qaytarılmalı olduğunu bildirmişdir. Daha sonra axşamtərəfi saat 5-in yarısı kartdan pulu çıxarıb Azər müəllimə təqdim etmişdir. Bundan sonra heç Şamildən də xəbəri olmamışdır. Avqust ayının axırı yaşadığı evə bankın nümayəndəsi Azər müəllim zəng vurmuş, telefona anası cavab vermiş, anasına onun axtarışda olduğunu bildirərək hədə-qorxu gəlmişdir. Bundan sonra atası həmin nömrə ilə əlaqə saxlamış və onlar atası ilə birlikdə banka getmişdirlər. Bankın problemli kredit şöbəsində, Anar adlı şəxsin yanında olmuşdurlar. Anar onun şəxsi işini çıxarıb atası və ona sənədlərin yazıldığını göstərmişdir. Həmin vaxt o, Anara təmizlik kağızı almaq üçün göndərdiklərini bildirmiş, Anar isə sənədlərə baxaraq çatışmazlıq olduğunu qeyd etmişdir. Həmin sənədlərin arasında onun Unibank və Beynəlxalq Banka ödəniş etməsi ilə bağlı təmizlik kağızı olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, qalan 5000 manat bank tərəfindən ona verilməmişdir. Bundan başqa ikinci hesaba mədaxil etdiyi pulun hamısını xx.xx.2021-ci il tarixdə kartdan çıxartmamış, dəqiq xatırlamasa da təxminən 570 manat hissəsini kartdan çıxartmış, kartın özünü həmin Azər adlı şəxsə vermiş, Azər bir neçə günərzində həmin pulu kartdan çıxartdıqdan sonra onunla görüşərək kartı ona qaytarmışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bu məsələ ilə bağlı Cavabdeh iki Azər adlı şəxslə əlaqədə olmuşdur. Onlardan biri bankın əməkdaşı, digər Azər isə başqa şəxsdir. Cavabdeh 5000 manat ödənildikdən sonra bir saat ərzində həm Unibanka, həm də Beynəlxalq Banka olan borc ödənilmişdir. Ödəniş edildikdən sonra bank əməkdaşı olmayan Azər işin alınmayacağını Cavabdeh bildirilmiş, bu na görə də Cavabdeh aldığı 5000 manat pulu ona geri ödəmişdir. Daha sonra bank əməkdaşı Azər Cavabdehlə avqust ayında telefonla danışanda məsələni həll edəcəyini, digər Azəri də tapacağını və pulları ondan alacağını bildirərək vaxt istəmişdir. Göründüyü kimi, Cavabdeh aldadılmış, bank əməkdaşları ona qarşı dələduzluq etmişdirlər. Əslində məsələ ilə əlaqədar Prokurorluğa müraciət etməmələrinin səbəbi odur ki, hazırkı mübahisə üzrə məhkəmənin icraatında mülki iş olmuşdur, belə olan halda müvafiq məhkəmə qərarı olmadan Prokurorluq tərəfindən cinayət işi başlanmayacaqdı. Hesab edir ki, məhkəmə tərəfindən qeyd edilənlər nəzərə alınmalı və bu məsələlərlə bağlı məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməlidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, tərəfindən məhkəməyə təqdim edilmiş e tirazda müqavilənin etibarsızlığı barədə də qeyd etmişdir. Bu növ mübahisələr üzrə Konstitusiya Məhkəməsinin qərarı da vardır. Bir mənalı olaraq məhkəmə hər bir halda müqavilənin etibarlılığını yoxlamalıdır. Əslində onlar cavabdeh tərəf kimi etiraz ərizəsi ilə sözügedən müqaviləni mübahisələndirirlər. Əlavə olaraq bildirir ki, ekspert rəyi ilə də razı deyil, belə ki, rəydə nəyin nə ilə müqayisə edildiyinə heç qiymət verilməmiş, eskpert rəyi əsaslandırılmamışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh Zamin bildirdi ki, o, maşın ustasıdır və Azərlə də bu yolla tanış olmuşdur. İşdə olduğu vaxt Azər onunla əlaqə saxlayaraq xalası oğluna kömək etmək lazım olduğunu bildirmişdir. Azər ona bankdan 10 min manat məbləğində pul götürülməsi üçün zamin olmağı təklif etmiş, o, isə zamin ola bilməyəcəyini bildirmişdir. Daha sonra Azər ona bankda tanışı olduğunu və məsələni həll edə biləcəyini bildirmişdir. O, özünə məxsus şəxsiyyət vəsiqəsinin şəklini ona mobil telefon vasitəsi ilə göndərmiş, Azər ona banka gedənə kimi sənədlərin hazır olacağını bildirmişdir. Daha sonra o, banka getmiş və 3 sənədə imza atmışdır. Cavabdeh əlavə olaraq bildirdi ki, ona məsələ barəsində tam məlumat verilməmiş, sadəcə Azər ona xalası oğlu üçün pul götürdüyünü bildirmişdir. Qeyd edir ki, Azərlə onun heç bir qohumluğu yoxdur. Bundan başqa o, Çayları da tanımamış, onu əvvəllər heç yerdə görməmişdir. Həmin gün kassadan 5 min manat pul götürülmüşdür. Bir gün bankın əməkdaşı Azər ona zəng edərək Çayların ödəniş etməd iyini, buna görə də məhkəməyə müraciət olunduğunu bildirmişdir. Cavabdeh əlavə olaraq qeyd etdi ki, 760 manat maaş alır, hər ay 470 manat kredit ödəyir. Belə olduğu təqdirdə bank onu necə zamin kimi qəbul edə bilərdi. Bundan əlavə cavabdeh qeyd etdi ki, tanımadığı şəxsə zamin durmasının səbəbi o olmuşdur ki, tanışı Azər indi onun Çaylara zamin durduğunu, gələcəkdə isə ona 10000 manat kredit veriləcəyini, bu zaman isə Çayların ona zamin duracağını bildirmişdir. O da bu səbəblə razılaşmışdır. Ona hazırki zaminliyinə görə hər hansı pul məbləği verilməmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/71878 saylı ekspert rəyindən görünür ki, ekspertizay a təqdim olunmuş xx.xx.2021-ci il tarixli məxaric orderinin aşağı hissəsində olan “on min manat aldım” yazıları və həmin yazıların qarşısındakı imza - eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur.
15. Sumqayıt şəhər məhkəməsinin (hakim X1) 2(060)-360/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və Zamin 9.791,77 (doqquz min yeddi yüz doxsan bir manat yetmiş yeddi qəpik) manat əsas borc və 579,73 (beş yüz yetmiş doqquz manat yetmiş üç qəpik) manat faiz borcu olmaqla, cəmi 10.371,50 (on min üç yüz yetmiş bir manat əlli qəpik) manat kredit borcu və 121,12 (bir yüz iyirmi bir manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq «X11» Bakı filialına ödənilməsi qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Bank sözügedən müqa vilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.
17. Məhkəmə bildirmişdir ki, Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdu. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh və Zamin xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 9.791,77 manat vaxtı kecmiş kredit borcu 579,73 manat faiz borcunun (xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən) əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır.
18. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı «X11» Bakı filialı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada 9.791,77 manat vaxtı keçmiş kredit borcu və 1469,35 manat faiz borcu olmaqla, ümumilikdə 11.261,12 manat məbləğində pul tutulmasını xahiş etsə də, iddiaçı məhkəməyə cavabdehlərin hazırda faiz borcunun məbləğinin 1469,35 manat olması barədə hər hansı sübut, o cümlədən maliyyə arayışı təqdim etməmişdir.
19. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh etirazının əsası kimi ilk növbədə 27 may 2021-ci il tarixli kassa məxaric orderinin aşağı hissəsində olan imza və “on min manat aldım” sözlərinin onun tərəfindən icra edilmədiyi, bununla da müqavilə üzrə kredit məbləğinin onun tərəfindən qəbul edilmədiyini bildirmişdir. Bu halı araşdırmaq üçün məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/71878 saylı ekspert rəyi ilə ekspertizaya təqdim olunmuş xx.xx.2021-ci il tarixli məxaric orderinin aşağı hissəsində olan “on min manat aldım” yazılarının və imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir.
20. Məhkəmə hesab etmişdir ki, Cavabdeh kassa məxaric orderindəki imzanın və yazıların ona məxsus olmaması, bununla da bank tərəfindən verilmiş kredit məbləğinin onun tərəfindən qəbul edilməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Digər tərəfdən Cavabdeh etirazını kredit məbləğinin yalnız 5000 manat hissəsinin ona verilməsi, o başqa banklara olan borcunu ödədikdən sonra həmin məbləğin yenidən ondan ger i tələb edilməsi və onun həmin pulu Azər adlı şəxsə qaytarması, qalan 5000 manat pulun isə ümumiyyətlə ona verilməməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “X7” ASC və "xxxx" ASC-də olan hesablarına (karta) dair çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixlərdə hər iki hesaba (karta) müvafiq olaraq 2000 və 3000 manat olmaqla pul mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixdə birinci hesaba (karta) mədaxil edilən pul hesabdan çıxarılmış, ikinci hesaba (karta) mədaxil edilən puldan isə yalnız 507,50 manat hesabdan çıxarılmışdır.
21. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, şəxsin bankdan kredit götürdüyü pulu başqa banklara olan əvvəlki borclarını bağlamaq üçün istifadə etməsi, o cümlədən başqa banklara olan borcunu bağladıqdan sonra həmin məbləği yenidən (həmin gün) hesabından çıxartması tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarlılığını şübhə altına ala bilməz. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cavabdeh əvvəlki məhkəmə iclaslarında, o cümlədən iddiaya etirazında elə həmin gün hesablarına qoyduğu pulu çıxararaq bankın qarşısında Azər adlı şəxsə verdiyini desə də, yuxarıda qeyd edilən çıxarışlardan görünür ki, ikinci hesaba mədaxil edilən pul bütövlükdə həmin gün (xx.xx.2021-ci il) hesabdan çıxarılmamışdır. Sonuncu məhkəmə iclasında isə cavabdeh ikinci hesaba mədaxil etdiyi pulun hamısını xx.xx.2021-ci il tarixdə kartdan çıxartmadığını, kartın özünü həmin Azər adlı şəxsə verdiyini, Azər bir neçə gün ərzində həmin pulu kartdan çıxartdıqdan sonra onunla görüşərək kartı ona qaytardığını bildirmişdir.
22. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazının dəlili kimi istinad etdiyi bu hallar cavabdehin öz ziddiyyətli izahatlarından başqa hər hansı digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.
23. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337.1, 337.2, 442, 443.1, 445.2.1, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
24. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X6 Tağızadənin sədrliyi və məruzəsi, akimlər X2 və X5) 2(105)-1644/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhk əməsinin bu iş üzrə 05 may 2022-ci il tarixli e-2(060)-360/2022 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
26. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında 27 may 2021- ci il tarixli 470 nömrəli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Cavabdeh və Zamin xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 9.791,77 manat vaxtı keçmiş kredit borcu 579,73 manat faiz borcunun (xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən) əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır.
27. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı «X11» Bakı filialı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etsə də, iddiaçı məhkəməyə cavabdehlərin hazırda faiz borcunun məbləğinin 1469,35 manat olması barədə hər hansı sübut, o cümlədən maliyyə arayışı təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi tərəfindən 27 may 2021- ci il tarixli 470 nömrəli Kredit müqaviləsinin etibarsız müqavilə olması barədə dəllilləri ilə razılaşmır. Cavabdeh etirazının əsası kimi ilk növbədə 27 may 2021-ci il tarixli kassa məxaric orderinin aşağı hissəsində olan imza və “on min manat aldım” sözlərinin onun tərəfindən icra edilmədiyi, bununla da müqavilə üzrə kredit məbləğinin onun tərəfindən qəbul edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/71878 saylı ekspert r əyi ilə ekspertizaya təqdim olunmuş xx.xx.2021-ci il tarixli məxaric orderinin aşağı hissəsində olan “on min manat aldım” yazılarının və imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kassa məxaric orderindəki imzanın və yazıların ona məxsus olmaması, bununla da bank tərəfindən verilmiş kredit məbləğinin onun tərəfindən qəbul edilməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır.
30. Digər tərəfdən Cavabdeh etirazını kredit məbləğinin yalnız 5000 manat hissəsinin ona verilməsi, o başqa banklara olan borcunu ödədikdən sonra həmin məbləğin yenidən ondan geri tələb edilməsi və onun həmin pulu Azər adlı şəxsə qaytarması, qalan 5000 manat pulun isə ümumiyyətlə ona verilməməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqd im edilən “X7” ASC və "xxxx" ASC-də olan hesablarına (karta) dair çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixlərdə hər iki hesaba (karta) müvafiq olaraq 2000 və 3000 manat olmaqla pul mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixdə birinci hesaba (karta) mədaxil edilən pul hesabdan çıxarılmış, ikinci hesaba (karta) mədaxil edilən puldan isə yalnız 507,50 manat hesabdan çıxarılmışdır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şəxsin bankdan kredit götürdüyü pulu başqa banklara olan əvvəlki borclarını bağlamaq üçün istifadə etməsi, o cümlədən başqa banklara olan borcunu bağladıqdan sonra həmin məbləği yenidən (həmin gün) hesabından çıxartması tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarlılığını şübhə altına ala bilməz.
32. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cavabdeh əvvəlk i məhkəmə iclaslarında, o cümlədən iddiaya etirazında elə həmin gün hesablarına qoyduğu pulu çıxararaq bankın qarşısında Azər adlı şəxsə verdiyini desə də, yuxarıda qeyd edilən çıxarışlardan görünür ki, ikinci hesaba mədaxil edilən pul bütövlükdə həmin gün (xx.xx.2021-ci il) hesabdan çıxarılmamışdır. Sonuncu məhkəmə iclasında isə cavabdeh ikinci hesaba mədaxil etdiyi pulun hamısını xx.xx.2021-ci il tarixdə kartdan çıxartmadığını, kartın özünü həmin Azər adlışəxsə verdiyini, Azər bir neçə gün ərzində həmin pulu kartdan çıxartdıqdan sonra onunla görüşərək kartı ona qaytardığını bildirmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdehin etirazının dəlili kimi istinad etdiyi bu hallar cavabdehin öz ziddiyyətli izahatlarından başqa hər hansı digər mötəbər sübutlarla öz təsdiqini tapmamış dır.
33. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 324.1, 324.2, 324.4 və 324.5, 442, 443.1, 445.2.1, 472, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1644/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın d əlilləri
36. Cavabdeh kassasiya şikayətinə iddiaçı «X11» etiraz edərək bildirmişdir ki, işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərin bütün iddialarını tam hərtərəfli araşdırmış, çəkişmə prinsipi təmin olunmuş və qanuni hərtərəfli qətnamə qəbul olunmasına nail olmuşdur. Məhkəmə heç bir maddi və prosessual pozuntuya yol verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan RespublikasınınMülki Məcəlləsi
37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən d igər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
39. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (bor c alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı qətnamədən yalnız Cavabdeh kass asiya şikayəti verdiyindən qətnamə iddianın ona münasibətdə təmin edilən hissəsində yoxlanılır.
51. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kredit müqaviləsinin etibarsız müqavilə olması barədə dəllilləri məhkəmələr tərəfindən yoxlanılmış və etibarsızl ıq üçün əsaslar müəyyən edilməmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı Cavabdeh münasibətdə təmin edərkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh münasibətdə təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1644/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın Cavabdeh münasibətdə təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.