Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4720/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin xx.xx.xxxx-cu il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə) İddiaçı Cavabdeh MMC-ə qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.xxxx-cu il tarixli, 2(103)xxxx /2019 saylı qətnaməsi ilə (hakim V.N.Sadıqov), birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməyə daxil olmuşdur. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim Z. Əliyev) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci qətnaməsi ilə (hakim X. Mərdanova) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən Ali Məhkəmənin Mülki Kollegiyasının (hakim E. Vəliyeva) xx.xx.2021-ci il tarixli qərarı ilə qətnaməni qismən – pul hissəsində ləğv edilib, apellyasiya i nstansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim E. Kazımov) birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia həmin hissədə təmin edilmiş, cavabdehdən 1.517.665 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməyə daxil olmuşdur. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının verdiyi kassasiya şikayəti kassasiya icraatına qəbul edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(103)-xxx/2022 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə Cavabdeh MMC tərəfindən kassasiya şikayəti verildiyini bildirmiş və həmin şikayətin Azərbaycan Re spublikası MPM-nin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılıb Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən hazırki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4720/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4720/2022
23.08.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver