Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4722/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4722/20 (Açar sözlər: pul tələbi ) 17.11.2020 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-645/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı x tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Hazırki iş üzrə iddiaçı Xnin şikayəti əsasında cinay ət məsuliyyətinə cəlb edilmiş Cavabdeh Zaqatala rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(033)-37/2018 saylı hökmü əsasında 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sözügedən hökmdən verilmiş şikayət və protest Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmamış, məhkəmənin xx xxx 2019-cu il tarixli 1(107)-85/2019 saylı qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı mübahisə cinayət nəticəsində İddiaçı vurulmuş zərərlə bağlıdır. İddiaçı tələbini onunla əsaslandırır ki, Cavabdeh ona qarşı törətdiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işinin materiallarından da göründüyü kimi, zərərçəkmiş şəxsə dəymiş ziyan ekspert rəyinə əsasən 32720 manat müəyyən edildiyi halda, qeyd olunan cinayət işi üzrə cinayət təqibini həyata keçirən müstəntiq tərəfindən həmin məbləğ 19140 manata salınmış və yerdə qalan məbləğə mülki icraat qaydasında baxılmalı olan məsələ kimi qiymətləndirilmişdir. Belə ki, məhkəmə istintaqı dövründə dindirilmiş şahidlərin (X1, X7, X2 və dg.) ifadələrindən məlum olmuşdur ki, "Sübutların qiymətləndirilməsi haqqında qərarında" öldüyü və itdiyi qeyd olunan 25 (iyirmi beş) baş xırda buynuzlu heyvandan, yalnız 2(iki) başının ölməsi; 2017-ci ilin aprel ayında satılaraq, may ayının ortalarında aparıldığı qeyd olunan 32 (otuz iki) baş heyvanın əslində satıldığı vaxt aparıldığı (yəni hesa bata heç bir aidiyyatının olmadığı); 5 (beş) baş qoyunun Natiq Abbasov adlı çobana Cavabdeh tərəfindən özbaşına verildiyi; Ziyəddin Mahmudova 2 (iki) baş qoyun verilmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, Cavabdeh ibtidai istintaq zamanı bildirmişdir ki, X5 və Bərpası İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 1000 (bir min) manat pul vermiş və bunu 10 baş xırdabuynuzlu heyvanla əvəzləşdirmişdir. Bununla yanaşı, Cavabdeh ibtidai istintaq zamanı bildirmişdir ki, o, Zaqatala Rayon Polis Şöbəsinin rəis müavini xxə 6 (altı) baş, onun sürücüsü Aqil adlı şəxsə isə 2 (iki) baş xırdabuynuzlu heyvan vermişdir. Məhkəmə istintaqı dövründə iş üzrə Cavabdeh 19140 manat puldan 17700 (on yeddi min yeddi yüz) manat pulu ödəmiş, yerdə qalan 1440 (bir min dörd yüz qırx) manatı isə ödəməmişdir. İd dia ərizəsi tərtib edilərkən cavabdehin ödədiyi pul məbləği səhvən 18440 (on səkkiz min dörd yüz qırx) manat göstərilmişdir. Hansı ki, 17700 (on yeddi min yeddi yüz) manat ödənilmiş, 1440 (bir min dörd yüz qırx) manat qalmışdır. Məhkəmə qərarında göstərilməyən, lakin ona vurulmuş real zərər 13.580 (on üç min beş yüz səksən) manat pulu (32720 manat - 19140 manat = 13580 manat) Cavabdeh ona ödəməlidir. Hazırkı, tələblə məhkəməyə müraciət etməsinin səbəbi də Cavabdeh 13.580 (on üç min beş yüz səksən) manat və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ödənilməmiş qalan 1440 (bir min dörd yüz qırx) manatın Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı X 1988-ci ildən qoyunçuluq fermer təsərrüfatı, 1999-cu ildən isə Zaqatala rayonu “Mağara” şəxsi kəndli fermer təsərrüfatını yaratmışdır. 1989-cu ildən 29 il qoyunçuluq təsərrufatında baş çoban işləyərək iddiaçının əmlakını daim qorumuşdur. 2016-2021-ci illər üçün fermer təsərrüfatının fəaliyyəti davam etdiyi halda vergi orqanlarında fəaliyyətin dayandırılması barədə ərizə ilə fəaliyyəti dayandırmışdır. Onun son 3 ilin əmək haqqından yalnız 165 manat ödəyərək 10.635 manat əmək haqqını ödəmədiyi, fəaliyyəti dayandırdığı barədə ərizə ilə vergi orqanlarına vergi və sosial ödəməkdən yayınan iddiaçı 29 ildir çoban işlədiyini etiraf etsə də onunla və digər çobanlarla əmək müqaviləsi bağlamayaraq əmək hüquqlarını pozmuşdur. 2016-cı ildə fəaliyyəti dayandırsa da 2017-ci ilin may-dekabr aylarında guya əmlakını mənimsəməyi barədə 2018-ci il tar ixdə Zaqatala Rayon Prokurorluğuna şikayət etmişdir. x şikayətində 242 baş xırda buynuzlu heyvanların çatışmadığını bildirmiş, Məhkəmə Ekspertizası Mərkəzində xx xxxx 2018-ci il tarixdə daxil olmuş 12833 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində 242 baş xırda buynuzlu heyvanların orta bazar qiyməti ilə 32720 manat müəyyən edilmişdir. İbtidai istintaq zamanı kəsir olan qoyun-quzunun bir hissəsinin Xnin və onun oğlunun xəbəri olmaqla, razılığı ilə sürüdən çıxardığı vurulmuş ziyanın məbləği 19140 manat təşkil etdiyi sübut olunmuşdur. Hacıbəy ibtidai istintaq zamanı izahatında göstərmişdir ki, xx xxx 2017ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan müddətdə XX yalnız oğlu X1ə 6 heyvan verməyə, vergi idarəsində işləyən X2 müəllimə satdığı 2 baş heyvanı ona verməyə icazə vermiş dir. Həmçinin yaylaqda olduqları müddətdə hər ay üçün 2 baş heyvan çobanlarla kəsib yeməyə icazə vermişdir ki, 4 ay yaylaqda olduğumuz dövrdə 8 baş təşkil edir. Bundan başqa x qurbanlıq üçün 2 baş erkək heyvanı ona verdiyini təsdiq etmişdir. X3 vurduğu maddi ziyanın 19140 manat olması cinayət işinin ibtidai istintaqı zamanı sübut olunmuş, vurulmuş ziyanla bağlı hissə Zaqatala Rayon Məhkəməsində məhkəmə araşdırılması zamanı bir daha 19140 manat olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1098/2019 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 1440 (bir min dörd yüz qırx) manatın alınaraq iddiaçı xna verilməsi, iddianın qalan hi ssədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini əsaslandıran zaman AR Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1115-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin (hakimlər-Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və G.Abbasov) xx xxx 2020-ci il tarixli, 2(107)-645/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həmdə apelyasiya instansiyası məhkəmələri əgər iddianı həqiqətən araşdırmaq niyyətində olsa idi, mütləq qaydada həmin cinayət işinin materialları ilə tanış olmalı və əsaslandırmada qeyd etdiyi şəxsləri şahid qismində çağırıb dindirməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı Cavabdeh etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayara q iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və iş güzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasə n məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs aslar yoxdur. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 1(033)-37/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-85/2019 saylı xx xxx 2019-cu il tarixli qərarından görünür ki, dövlət ittihamçısı Qürbət Məmmədov tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxs x və onun nümayəndəsi X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh CM-in 179.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü baxılmı ş apelyasiya protesti və apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı Xnin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilmiş Cavabdeh Zaqatala rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(033)-37/2018 saylı hökmü əsasında 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sözügedən hökmdən verilmiş şikayət və protest Şəki Apelyasiya Məhkəməsi tərəfindən təmin olunmamış, məhkəmənin xx xxx 2019-cu il tarixli 1(107)-85/2019 saylı qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan həmin hökmdən göründüyü kimi, iş üzrə zərərçəkmiş xna dəymiş ziyan həmin hökmlə 19140 manat müəyyən edilmiş və qalan məbləğə mülki icraat qaydasında baxılmalı olması izah edilmişdir. İddiaçı qalan 13580 manat ziyan məbləğinin cavabdehdən alınması üçün məhkəməyə əlavə heç bir sübut təqdim etməmiş, sözügedən hökmə istinad edərək həmin məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olduğu təqdirdə məhkəmə tələbin 13580 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə tələblə razılaşmamış, yaranmış vəziyyətdə sözügedən hökmlə dəymiş ziyan məbləğinin 19140 manat olması təsdiq edilmiş, iddiaçı isə ancaq hökmə istinad etməklə tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin 1440 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, həmin məbləğin həqiqətən iddiaçıya ödənilməsini təsdiq edən sübutları cavabadeh məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə iclasları dəfələrlə təxirə salınmış, cavabdeh etirazında həmin məbləği ödədiyini göstərsə də məhkəməyə qeyd olunan məbləğin ödənilməsinə dair heç bir sübut göndərməmiş, məhkəmə iclaslarına gəlməmişdir. X6 Məhkəməsinin sözügedən hökmündə göstərilir ki, zərərçəkmiş X tərəfindən yazılmış ərizədən görünür ki, Cavabdeh ona ümumilikdə dəymiş ziyandan 17700 manat ödəmişdir. Beləliklə, ödənilməmiş qalan məbləğ 19140-17000=1440 manat təşkil edir. Hansı ki, həmin məbləğin iddiaçıya verilməsi iş materialları ilə təsdiq olunduğundan, məhkəmə tələbin həmin hissəsi ilə bağlı iddia tələbini təmin etməklə məhkəmə instansiyaları düzgün nəticəyə gəlmişdir. İddiaçı cinayət nəticəsində ona dəyən zərərin daha artıq olması halını sübuta yetirə bilməmişdir. Qey d olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X-in kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-645/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.