Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4722/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4722/21 (Açar sözlər: torpaq sahəsinə və əmlaka müdaxilənin qadağan edilməsi, maddi ziyan) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-194/2020 nömrəli iş üzrə 09 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “faktiki istifadəsində olan torpaq sahəsinə və digər əmlaklara müdaxilənin qadağan edilməsi, torpaq sahəsindəki tikilinin sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu yeni sahə ərazisində yerləşən, İddiaçı1 məxsus və faktiki istifadəsində olan qızı İddiaçı2 etibarnamə və vəsiyyətnamə əsasında verdiyi iki ədəd ayrı-ayrı torpaq sahəsinə, həmin torpaq sahələrində olan tikililərə və digər ona aid olan əmlaklara cavabdehlər tərəfindən hər han sı formada müdaxilə edilməsinin onlara qadağan edilməsi, cavabdehlər tərəfindən Binə qəsəbəsi Südçülük Sovxozu yeni sahə ərazisində İddiaçı2 tərəfindən inşa edilmiş tikililər özbaşına sökülməklə vurulmuş 3600 manat maddi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, 1988-ci il tarixdən Xəzər rayonu Binə qəsəbəsi X6 ərazisində yaşayır. Bu nüddət ərzində oğlanları Cavabdeh1 və Cavabdeh2 onun sayəsində torpaq sahəsi ayrılmış və zəmin torpaq sahəsində oğlanları üçün ayrı-ayrılıqda fərdi yaşayış evi tikmişdir. Cavabdehlərin təsərrüfatı digər övladlarının və onun təsərrüfatından ayrı olmaqla müxtəlif ərazilərdə yerləşir. Onun torpaq sahəsi qızı İddiaçı2 məxsus torpaq sahəsi ilə yanaşıdır. O, 27 sentyabr 2017-ci il tarixdə ona məxsus əmlakları qızına vəsiyyətnamə əsasında vəsiyyət etmişdir. Təxminən beş il olar ki, onun oğlanları ilə münasibəti yoxdur. Qızı öz torpaq sahəsində onun tapşırığı əsasında mal-heyvan saxlamaq üçün 2016-cı ildə tövlə tikmiş və 3600 manat vəsait sərf etmişdir. Lakin qızı evdə olmayan vaxt ərzində cavabdehlər ümumi həyətə daxil olaraq orada inşa olunan tikintini dağıtmışlar. Bunun nəticəsində qızına maddi ziyan dəymişdir. Cavabdehlərin hərəkətləri ilə bağlı Xəzər RPİ-nin 2-ci PB- nə ərizə ilə müraciət etmişlər və 03 oktyabr 2017-ci il tarixdə polis tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Qeyd olunan lara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 dekabr 2018-ci il tarixli 2(003)-1746/2018 nömrəli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüqu qlu məhkəmə kimi apelyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhz belə araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən torpaq sahəsinə və digər əmlaklara müdaxilənin qadağan edilməsi, torpaq sahəsindəki tikilinin sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsinə dair tələb irəli sürülməsi əsassızdır. Belə ki, İddiaçı1 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu yeni sahə ərazisində yerləşən mübahisəli torpaq sahəsinin ona məxsus olmasını, sonradan həmin sahəyə dair digər İddiaçı2 etibarnamə və vəsiyyətnamə verməsini bildirsə də, torpaq sahəsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Bundan başqa Binə qəsəbə nümayəndəliyində və Abşer on rayon Dövlət Arxivində İddiaçı1 torpaq sahəsinin ayrılması barədə hər hansı sənəd mövcud deyildir, iddiaçılar torpaq sahəsinə zərər vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 124.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 2(103)-3979/2019 saylı, 02 aprel 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2019-cu il tarixli 10876 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Xəzər rayonu X3 ərazisində yerləşən tikilinin sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribi 3222 manat məbləğində müəyyən olunur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 2(103)-194/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1746/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3222 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 1 00 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı işdə də bu əsaslar müəyyən edilir. Belə ki, iş materiallarında olan 14.03.2019-cu il tarixli RX Seriyalı, ** ***** nömrəli Çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 ərazisində yerləşən ümumi sahəsi 0,1155 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı2 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, İddiaçı2 onun arvadı, İddiaçı1 isə qayınatasıdır. O, 1994-cü ildə qayınatasına məxsus Binə yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. 2017-ci ilin sentyabr ayında həmin sahədə tövlə tikdirmiş, lakin tövlənin tikintisi üçün 3600 manat xərci arvadı çəkmişdir. Sonradan onlar evdə olmadığı vaxtda cavabdehlər həyətə traktor salaraq tikilini sökmüşlər. Həmin tikilinin uzunluğu 10 metr, eni 10 metr, hündürlüyü isə 4,80 metr olmuş və qoşa daşdan inşa olunmuşdur. Lakin tövlənin üstü örtülməmişd ir. Cavabdeh1 və Cavabdeh2 tövlənin analarına məxsus olduğunu bildirərək, traktorla sökdülər. X1 öz ifadəsində bildirmişdir ki, İddiaçı1 atası, İddiaçı2 isə bacısıdır, cavabdehlər isə qardaşlarıdır. Atası bacısı Aybənizə torpaq sahəsi vəsiyyət etmiş, bacısı da həmin sahədə tövlə inşa etmişdir. Lakin tikilinin üstü tam örtülməmiş, qardaşları traktorla həmin tikilini sökmüşlər. Göründüyü kimi qeyd olunan sübutlarla İddiaçı2 tərəfindən inşa olunmuş tikilinin cavabdehlər tərəfindən sökülməsi və bunun nəticəsində ona maddi zərər dəyməsi faktı tam təsdiq olunur. İddiaçıya dəymiş zərərin məbləği isə əldə edilmiş ekspert rəyinə əsasən müəyyən olunmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi hissəsində iddia qismən təmin edilərək, 3222 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, digər hissələrdə iddia tələbləri rədd edilməlidir. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Lakin hazırki işdə həmin maddənin dispozisiya şərtlərinin mövcud olması təsdiq olunmur. Belə ki, iddiaçılar onlara məxsus torpaq sahələrinə, həmin torpaq sahələrində olan tikililərə və digər əmlaklara cavabdehlər t ərəfindən müdaxilə edildiyini bildirsələr də, bunu təsdiq edən heç bir sübutu təqdim etməmişlər Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, apelyasiya məhkəməsində keçirilən məhkəmə iclası barədə məlumatlı olmamış, ona bildiriş göndərilməmişdir. Apelyasiya məhkəməsinin qətnanməsi əsassızdır və saxlat şahidlər və sübutlar əsasında qəbul edilmişdir. Odur ki, qətnamə ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılar ının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh Cavabdeh2, vəkili Vəkil və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozu lmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası ilkin olaraq kasasiya şikayətinin onun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməməsi barədə dəlili üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, 07.01.2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasıının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi ilə yanaşı, SMS-bildiriş də ünvanlanmış. Cavabdeh məhkəmə iclasının vaxtı barədə məlumatlı ol muş və hətta o, 27.12.2019-cu il tarixində məhkəməyə teleqram ünvanlayaraq 07.01.2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin göstərilən dəlilinin əsassızlığı iş materialları ilə müəyyən edildiyi üçün apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin iddia tələbinin saxta şahid ifadələri və sübutlar əsasında qismən təmin edilməsi barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh şahid ifadələrinin saxtalığını iddia etsə də bu barədə, həmçinin, zərər məbləği ilə bağlı əldə edilmiş və sübut kimi qiymətləndirilmiş ekspert rəyinin də qeyri-mötəbərliyini təsdiq edən hər hansı sübuta istinad edə bilməmişdir. Odur ki, cavabdehin göstərilən dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Həmçinin qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsinə də istinad edə bilməmişdir. Ümumi kasasiya yoxlaması nəticəsində isə hər hansı hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-194/2020 nömrəli iş üzrə 07 yanvar 2020-ci il tarixli qətnaməsi kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.