Məhkəmə qərarları › İş №2(102)-4722/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4722/2022

11.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4722/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh4, X4, X1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: Kassasiyanın mümkünlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh4, X4, X1 qarşı mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-35/2022 nömrəli, 5 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X6 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 mart 2019-cu il tarixdə qeydə aldığı çıxarışla mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən bağlanmış yolun, yola qoyulan maneələrin sökülməsi ilə məcburi qaydada açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 8 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-864/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Mirbahəddin Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın Cavabdeh4 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh4 münasibətdə təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 mart 2019-cu il tarixdə qeydə aldığı seriya RX ******* saylı çıxarışla İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və Cavabdeh4 tərəfindən bağlanmış, Cavabdeh4 evinin arxa hissəsindən keçən yol, yolun bağlanması üçün istifadə edilmiş dəmir setka şəkilli darvazanın sökülməsi yolu ilə məcburi qaydada açılması, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5361/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İlqar Dəmirov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh3 28 sentyabr 2021-ci il tarixdə ölmü ş, onun vərəsələri X4 və X5 cavabdeh kimi işə cəlb edilmişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-35/2022 nömrəli iş üzrə 5 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Vəzirxan Məlikov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 8 yanvar 2020-ci il tarixli qətnaməsi qismən - iddianın Cavabdeh4 və Cavabdeh3 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Cavabdeh4 və Cavabdeh3 vərəsələri olan cavabdehlər X4 və X2 münasibətdə təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 mart 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və Cavabdeh4 və mərhum Cavabdeh3 tərəfindən bağlanmış yolun, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 vərəsələri X4 və X5 tərəfindən həmin yolun bağlanması üçün üçün istifadə edilmiş dəmir tor şəkilli darvazanın sökülməsi yolu ilə məcburi qaydada açılması, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin 5 may 2022-ci il tarixli qətnaməsinin cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmasını, qətnamənin cavabdehlərdən Cavabdeh1 və X3 münasibətdə ləğv edilməsini və iş üzrə həmin hissədə yeni qərar çıxarılmas ını xahiş etmişdir. Kassasiya şikayəti Ali Məhkəmənin 09 avqust 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edimişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 09 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmalıdır. Baxılan işdən görünür ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh4 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh4 münasibətdə t əmin edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti vermişdir. Tələbin rədd edilən hisslərinin apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılması iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya məhkəməsi cavabdehlərin kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsini iddianın təmin olunan hissəsində (iddianın təmin olunan hisssəsi yalnız Cavabdeh4 aid hissə olmuşdur) ləğv etmiş və mülki iş yalnız həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin cavabdehlər Cavabdeh4 və Cavabdeh3 mü nasibətdə təmin edilməməsi hissəsində ləğv etmiş və həmin hissədə yeni qətnamə qəbul edərək iddia tələbini Cavabdeh4 və Cavabdeh3 vərəsələri olan cavabdehlər X4 və X2 münasibətdə təmin etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda kassasiya şikayəti verən iddiaçı iddia tələbinin rədd edilən digər hissələrini, yəni tələbin cavabdehlər Cavabdeh1 və X3 münasibətdə rədd edilən hissələrini mübahisələndirir. Lakin iddiaçı birinci dəfə işə apellyasiya instansiya məhkəməsində baxılarkən tələbin rədd edilən həmin hissələrindən kassasiya şikayəti verməmiş, həmin cavabdehlərə münasibətdə iddia tələbinin rədd edilməsi kassasiya baxışının həddlərini təşkil etməmiş, kassasiya məhkəməsi işi yeni apellyasiya baxışına yalnız iddia tələbinin təmin olunan hissəsində göndərmişdir. İkinc i apellyasiya baxışının həddləri isə yalnız həmin hissə ilə məhudlaşmışdır. Göründüyü kimi, iddiaçı iddia tələbin rədd edilən hissəsindən (cavabdehlər Cavabdeh1 və X3 münasibətdə) apellyasiya instansiya məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməmiş, tələbin həmin hissəsi kasasiya və ikinci apellyasiya baxışının predmetini təşkil etməmişdir. MPM-nin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər Yuxarıd a göstərilənlərə əsasən və MPM-nin 404-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-35/2022 nömrəli, 5 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 09 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-4722/2022 saylı mülki iş kasasiya baxışından çıxarılaraq mülki iş kassasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar