Məhkəmə qərarları › İş №2(102)-4723/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4723/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4723/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirkaları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3660/2021 nömrəli, 08.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəm ə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Ələkbərov küçəsində yerləşən yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı İddiaçı müqavilə bağlamışdır. Həmin ünvan üzrə təbii qazdan qanunsuz istifadə olunması ilə bağlı bir neçə dəfə akt tərtib edilmiş və cərimə hesablanmışdır. Ona görə iddiaçı təşkilat hazırkı tələbi irəli sürərək hesablanmış cəriməni tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5865 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 5895 manat pulun məcbu ri qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, “Azəriqaz' İstehsalat Birliyi 01.10.2015-ci il tarixli, 1 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departaınentı tərəfindən **********01011 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndının (bu Müqavilənin və "X2 nın tələblərinə əməl etmək) və “X2” nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, i stifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla, bundan əlavə sayğaca vizual müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən Təbii X2n pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 02.05.2016-cı il tarixli 080962 saylı akta əsasən 320,20 manat, 23.11.2016-cı il tarixli ******* saylı akta əsasən 215,90 manat, 02.01,2017-ci il tarixli ******* saylı akta əsasən 622 manat, 17. 03.2017-ci il tarixli ******* saylı akta əsasən 648.20 manat, 21.12.2017-ci il tarixli ******* saylı akta əsasən 663,60 manat, 31.01.2018-ci il tarixli ******* saylı akta əsasən 788,40 manat. 22.02.2018-ci il tarixli ******* saylı akta əsasən 262,80 manat, 19.03.2018-ci il tarixli ******* saylı akta əsasən 219 manat, 25.04.2018-ci il tarixli ******* saylı akta əsasən 219,60 manat, 21.05.2018-ci il tarixli ******* saylı akta əsasən 199 manat, 22.06.2018-ci il tarixli ******* saylı akta əsasən 111.60 manat, 25.07.2018-ci il tarixli ******* saylı akta əsasən 111,60 manat, 28.08.2018-ci il tarixli ******* saylı akta əsasən 111,60 manat, 26.09.2018-ci il tarixli ******* saylı akta əsasən 111,60 manat, 31.10.2018-ci il tarixli ******* saylı akta əsasən 55,80 manat, 30.11.2018-ci il tarixli ***** ** saylı akta əsasən 99 manat, 28.12.2018-ci il tarixli ******* saylı akta əsasən 99 manat. 31.01.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, 29.03.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, 20.02.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, 30.04.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, 30.05.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, 28.06.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, 31.07.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, 30.08.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, 30.09.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, 30.10.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, 30.12.2019-cu il tarixli ******* saylı akta əsasən 208,80 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 5713,90 manat dəymiş ziyan məbləği hesablanmışdır. Bundan öncə cavabdehin 151,10 manat Birliyə borcu, cəmi 5865 manat borcu var. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 5865 manat pul məbləğinin konüllu ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3219/2020 saylı 30 noyabr 2020-ci il tarixli qətnaməsi (hakim. K.Əmirxanpva) ilə iddia tələbi təmin olunmuş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 5865 (beş min səkkiz yüz altmış beş) manat pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5cı maddələrinə istinad etmişdir.

6. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş və hesablanmış borcun ona aidiyyəti olmadığını israr etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3660/2021 nömrəli 08.04.2021-ci il tarixli qətnaməsi il ə (hakimlər- E.Həsənov (sərlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin olunmuş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3219/2020 saylı iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş; İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası təmin olunmamış; İddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi qətnamədə “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konst itusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarı; İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarına, MPM-nini 14.2, 77.1, 82.3 maddələrinə istinad etmişdir.

9. İddiaçı İB kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı İB kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halla rı aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər Tətbiq edilən hüquq. “Qaz təchizatı” haqqında Qanunu:

15. Maddə.

13. Bənd

8. Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 16. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmə k funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

18. Maddə. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Kollegiya aşağıdakı əsaslara görə mübahisə ilə bağlı Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Apellyasiya instasiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ələkbərov küçəsində yerləşən yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı İddiaçı müqavilə bağladığı şəxs AZE 04495823 saylı şəxsiyyət vəsiqəsinin sahibi olan Ağdaş rayonunda doğulmuş Cavabdehdir; hazırkı iş üzrə Cavabdeh həmin şəxs olmadığı isə iş materiallarındakı qanuni qüvvəsini almış Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.

23. Apellyasiya instasiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin artıq qanuni qüvvəsini almış 18.07.2018-ci il tarixli qətnaməsi ilə hazırkı işin halları baxımından preyudisial əhəmiyyət kəsb edən məsələlərə qiymət verilmiş, beləliklə də əslində mübahisəyə dair hüquqi müəyyənlik yaranmışdır.

24. Be ləki, iddiaçı analoji iddia ilə əvvəllər eyni cavabdehə qarşı tələb irəli sürmüş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə barəsində akt tərtib edilmiş şəxsin prosessə cavabdeh kimi cəlb edilmiş şəxs olmaması əsası ilə iddia rədd edilmişdir. Həmin vaxt tərəflər və mübahisənin predmeti eyni olmuş, sadəcə cərimənin məbləği aktların sayına uyğun olaraq az olmuşdur. Hazırkı tələbdə isə aktların sayına uyğun olaraq məbləğ artmış, tərəflər və predmet isə eyin olaraq qalmışdır.

25. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə h əll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”

26. Məhkəmə kollegiyası mübahisə ilə bağlı qənaətə gələrkən sübutların mümkünlüyü və qəbuledilənliyi mövqeyindən çıxış edərək bir mənzilə görə külli miqdarda borcun hesablanmasını ağlabatan hesab etməmiş və haqlı olaraq iddiaçının əsaslnamasına şübhə ilə yanaşmışdır.

27. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (MPM-77.2. maddəsi).

28. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İB-nin kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3660/2021 nömrəli, 08.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar