Məhkəmə qərarları › İş №2(102)-4726/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4726/2019

08.07.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4726/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-381/2019 nömrəli iş üzrə 24 yanvar 2019-cu il tarixli qətnaməsindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon məhkəməsinin (hakim Cahid İmanov) 01 noyabr 2018-ci il tаrixli, 2(075)3820/2018 saylıqətnam əsi ilə iddia təmin edilmiş, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi, həmin fərdi yaşayış evinin boşaldılması və iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 01 noyabr 2018-ci il tаrixli qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması, istifadə hüquqlarına xitam verilməsi, tərəflərindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumuna dair xərcin cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 tərəfindən boşaldılması, onların istifadə hüquqlarına xitam verilməsi və tərəflərindən ödənilmiş 30.40 manat məbləğində dövl ət rüsumuna dair xərcin cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 birgə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 yanvar 2019cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatlar ı: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara h üquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış 26 dekabr 2008-ci il tarixli 717/EBRR/YF saylı kredit müqaviləsinin şərtlərinə əsasən ona illik 20 faizlə 36 ay müddətinə 120000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi çıxış etmişdir. Həmin müqavilənin şərtləri yerinə yetirilmədiyindən sözügedən daşınmaz əmlaka Şəki rayon məhkəməsinin 04 dekabr 2015-ci il tarixli, 2(075)-8/2015 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən 12 oktyabr 2017-ci il tarixdə “X1” MMC tərəfindən hərrac keçirilmiş, hərracın yekunları barədə protokola əsasən İddiaçı ASC əmlak üzərində qalib elan edilmişdir. Lakin cavabdehlər bu günə qədər əmlakı boşaltmamışlar. İddiaçı bank hazırkı tələblə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılmasınıtələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan i stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ əldə etməsinə baxmayaraq cavabdehlər hal-hazırda həmin fərdi yaşayış evindən istifadə edirlər. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb fər di yaşayış evində cavabdehlərin heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, аpellyаsiyа şikаyətinin dəlilləri mаhiyyəti üzrə düzgün olаn birinci instansiya məhkəməsinin qətnаməsinin ləğvi üçün əsаs olа bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehlərin öz etirazlarının əsası kimi istinad etdikləri və apellyasiya şikayətlərində göstərdikləri hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehlərin göstərdikləri dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh6 kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)381/2019 nömrəli iş üzrə 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar