Məhkəmə qərarları › İş №2(102)-4726/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4726/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4726/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu cavabdeh X1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Qax Rayon Məhkəməsinin 2(024)-03/2020 saylı, 09.10.2020-ci il tarixli qətnaməsi ilə (hakim M. Qarayev) iddiaçı X cavabdehlər X1 və q. qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2021-ci il tarixli, 2(107)544/2021 saylı qətnaməsi ilə (hakim G. Abbasov) birinci instansiya məhkə məsinin qətnaməsi ilk iddianın təmin edilməyən hissəsi ləğv edilmiş, həmin hissənin təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməyə daxil olmuşdur. Bundan sonra Şəki Apellyasiya Məhkəməsi 25.06.2021-ci il tarixli, 2(107)-544/21 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə iddiaçı X tərəfindən də kassasiya şikayəti verildiyini bildirmiş və həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılıb Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən hazırki iş kassasiya icraatına qəbul edilmədən Bakı Apel lyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh X1 Şəki Apellyasiya Məhkəməsinin MK-nın 01.04.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya icraatına qəbul edilmədən mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar