Məhkəmə qərarları › İş №2(102)-4726/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4726/2022

18.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4726/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, sübutetmə, ekspert rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-75/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 16 noyabr 2015-ci il tarixli Qəbələ rayonu Mirzəbəyli Bələdiyyəsi ilə Reyhan Şıxəliyeva (bundan sonra – cavabdeh) arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” ilə 3 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün bələdiyyə tərəfindən on bir ay müddətinə cavabdehin icarəsinə verilmişdir. 2. 03 may 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh tam mülkiyyət üzrə özünə məxsus 249 kv.m qeyri yaşayış binasını və 0.1 ha torpaq sahəs ini 35000 manata İddiaçı Əhmədiyyə oğluna (bundan sonra – iddiaçı) satmış və müqaviləyə uyğun olaraq ferma binası, yaşayış evi, torpaq sahəsi yardımçı vasitələrlə birlikdə İddiaçı sahibliyinə verilmişdir. 3. xx.xx.2017-ci il tarixdə ünvan 1i ünvanda 249 kv.m ümumi sahəsi olan qeyriyaşayış binası və 0,10 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. 4. 2018-ci ilin mart ayında Cavabdeh Qəbələ rayon polis şöbəsinə müraciət edərək Qəbələ rayon Mirzəbəyli kəndində ona məxsus yaşayış evindən su mühərriki və 45 metr uzunluğunda rezin su şlanqının oğurlandığını, o cümlədən İddiaçıla yaşayış evinə yaxın ərazidə yerləşən fermanın alqı-satqısı üzrə 70000 manat dəyərində şifahi razılığa gəldiklərini, lakin İddiaçı 35000 manatı ödəməsinə baxmayaraq qalan yarısını ödəmədiyini bildirmişdir. Lakin müraciət əsasında aparılan araşdırma nəticəsində materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdi.

5. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(025)-617/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış (ferma binasına) və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikd ə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2017-ci ilin yaz aylarında dostu X2 ona telefonla zəng edərək Qəbələ rayonu Mirzəbəyli kəndində, Cavabdeh tərəfindən ferma kompleksinin satılması barədə məlumat vermişdir. İddiaçı təklif olunan yeri bəyənmiş və satıcı Cavabdeh ilə sözügedən fermanın yardımçı sahələri ilə birlikdə ümumi satış qiyməti olaraq 35.000 manata razılaşmışlar. Qeyd olunan razılaşmadan bir qədər sonra Cavabdeh mülkiyyətində olan ünvan 1ində 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 249 kv.m olan qeyri yaşayış binasını xx.xx.2017-ci il tarix li, ******* nömrəli, AN-İ seriyalı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ona satmış və bu sahə üzərində mülkiyyət hüquqları, xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həm şifahi razılaşma, həm də də alqı-satqı müqaviləsi və onun 12-ci bəndində nəzərdə tutulan öhdəliyə uyğun olaraq satıcı Cavabdeh ferma binası, yaşayış evi, torpaq sahəsini yardımçı vasitələrlə birlikdə onun faktiki sahibliyinə vermişdir. Beləliklə, 2017-ci ilin may ayından 2018-ci ilin may ayına qədər ferma binası, ona aid bütün yardımçı vasitələrlə birlikdə mübahisəsiz şəkildə onun sahibliyində və istifadəsində olmuşdur. Lakin 2018-ci ilin aprel ayından başlayaraq cavabdeh əsassız olaraq satdığı qeyri-yaşayış sahəsinə görə ondan əlav ə pul tələb etməklə, ferma binasına məxsus yardımçı vasitələrdən istifadəyə bu və ya digər formada qanunsuz müdaxilələrə başlamışdır. Cavabdehin qanunsuz hərəkətlərindən çəkindirməsinə dair onunla aparılmış danışıqlar heç bir nəticə verməmişdir və ona görə də bu hərəkətlərə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək göstərmişdir ki, fermanı 70.000 manata iddiaçıya satmışdır. Lakin İddiaçı ona cəmi 38.000 manat məbləğində pul ödəmişdir. Pulun qalan hissəsini sonra ödəyəcəyinə söz verdiyi üçün inanaraq torpaq sahəsinin və fermanın alqı-satqısına dair müqaviləni notariusda imzalamışdır. Budan sonra o, iddiaçıdan ödənilməmiş qalan pulun ödənilməsini tələb etmişdir. Sultanın ona pulun qalan hissəsini ödəməy əcəyini başa düşüb, fermaya görə ödənilmiş pulu ona qaytaracağını sonuncunun qohumu vasitəsi ilə bildirərək fermanın və torpaq sahəsinin boşaldılmasını istəmişdir. Buna baxmayaraq cavabdeh onun tələbi ilə razılaşmamışdır. Mübahisəli torpaq sahəsi 1992-ci ildən onun şəxsi təsərrüfatındadır. Həmin ərazidə ona məxsus, mülkiyyət hüququna dair sənədləri olan evi də mövcuddur. Buna görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

9. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(025)-550/2019 nömrəli iş üzrə 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 249 km.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gedi ş-gəliş yolu açılaraq həmin sahələrdən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin sahələrə daxil olmasının cavabdehə qadağan edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə qeyd edir ki, cavabdeh ferma binasının və 0,10 torpaq sahəsinin alqı-satqısına dair aralarındakı razılaşma üzrə öhdəliklərin icrası ilə bağlı məsələni mübahisələndirərək əvəllər məhkəmədə iddia qaldırsa da, iddia tələbi Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. O, hazırkı iş üzrə də ferma binasının iddiaçıya 70000 manata satıldığını qeyd etsə də, etirazını əsaslandırdığı hallara dair heç bir sübut təqdim etməmişdir.

11. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ilə fermada olan digər yardımçı vas itələr (çobanların yaşaması üçün nəzərdə tutulmuş ev, su çəni, anbar və s.) rəsmi olaraq (müqavilə üzrə) iddiaçıya satılmadığından, iddia tələbi digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və həmin sahələrə daxil olmasının cavabdehə qadağan olunması hissəsində əsassızdır və buna görə də təmin olunmamalıdır

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 389.1, 389.2, 407.2, 597.1, 598.1, 646.1, 646.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İş üzrə keçirilmiş 17 sentyabr 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası barədə rəydən görünür ki, Qəbələ rayonu keçmiş Xanlar təsərrüfatında aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində RX ********** saylı çıxarış ilə İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin plan-ölçü sənədində qeyd olunmuş koordinatlara əsasən sözügedən 0.10 ha torpaq sahəsi hər tərəfdən Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq ilə sahəsi ilə əhatələnmişdir və gediş-yolu nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığı üçün Cavabdeh tərəfindən istifadə edilməsini müəyyənləşdirmək mümkün deyildir. Cavabdeh adına həmin ərazi də torpaq sahələrinə aid hüquqmüəyyənedici və texniki sənəd təqdim edilməmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-86/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən yəni, İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 249 kv.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia h əmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

17. Məhkəmə kollegiyası ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi sübut olunmur.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.1, 152.5, 157.4, 170.2, 5 60.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2039/2021 nömrəli mülki iş üzrə 29 aprel 2021ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İlqar Dəmirov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiya məhkəməsinin mövqeyi on dan ibarət olmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi yeganə sübut olaraq alınmış rəyə istinad edərək cavabdehin iddiaçının torpaq sahəsindən istifadə etmədiyini göstərməklə mübahisənin yaranmasına əsas olan digər halların araşdırılmasını təmin etməmişdir. Belə ki, məhkəmə tam araşdırmanın təmin edilməsi üçün iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi və torpaq sahəsinin ətrafında cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin ona hansı hüquqmüəyyənedici sənədlər əsasında məxsus olması, torpaq sahəsindən cavabdehin istifadəsinin qanuni əsaslarla həyata keçirilməsi müəyyən edilməli idi.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ekspert qarşısında qoyulan suallar işin hallarına uyğun olmamaqla, işin düzün həll edilməsi üçün düzgün formalaşdırılmamış, qoyulmuş sualla ra isə tam, ətraflı cavab verilməmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 157.2, 165.1, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 83, 84-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 101.7, 217.4cü maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-75/2022 nömrəli mülki iş üzrə 3 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Günay Cavadova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət i təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş materialları ilə müəyyən olunmuş sübutlara müəyyən olaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, o, mübahsəli torpaq sahəsini 30 ildən artıq müddətdir ki, istifadə edir və həmin sahə öz adına qeydiyyatdan keçirilmişdir. 2

8. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 29, 60, 69-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.2, 9, 11.2, 217.3 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

31. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyya tı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

32. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

33. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 157.2. Mül kiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

36. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

37. Maddə

5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

38. Maddə

83. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.

39. Maddə 84, 1-ci hissə: Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

40. Maddə 84, 2-ci hissə: Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

41. Maddə 84 3-cü hissə: Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq nor malarına uyğun çıxarılmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına də qiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-75/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar