Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4729/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılı qlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin; iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Qəbələ rayon məhkəməsinə müraciət etmişdir. Qəbələ rayon məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Sadıqov, iş 2(025)-487/2017) iddiаçı cаvаbdeh qаrşı 75.000 mаnаt bоrcun, 3.000 mаnаt mənəvi zərərin və əldən çıxmış fаydаyа görə 5.000 mаnаt mаddi zərərin tutulmаsı tələbinə dаir iddiаsı təmin edilməmiş, qаrşılıqlı iddiа təmin edilmiş, iddiаçı ilə cаvаbdeh аrаsındа Bаkı şəhəri 43 sаylı Nоtаriаt kоntоrundа bаğlаnmış 24.05.2016-cı il tаrixli 3M406 reyestr nömrəli kredit müqаviləsinin etibаrsız hesаb edilm əsi, ödənilmiş dövlət rüsumlаrının tərəflərin özlərinə аid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov, iş № 2(107)-2115/2017) iddiаçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ rayon məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2018-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov, iş № 2(102)-2222/2018) iddiаçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş apell yasiya qaydasında baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və İ.Quliyev, iş № 2(107)-1554/2018) iddiаçı tərəfindən verilmişapellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev, iş № 2(102)-8088/2018) iddiаçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 12 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), A.Mahmudov və V.Məlikov, iş № 2(107)-768/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ rayon məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnаməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı cаvаbdeh qаrşı pul tələbinə dair ilk iddiаsının qismən təmin edilməsi, cаvаbdeh 75000 mаnаt məbləğində pulun аlınаrаq iddiаçı verilməsi, cаvаbdeh iddiaçı qаrşı аrаlarındа Bаkı şəhəri 43 sаylı Nоtаriаt kоntоrundа bаğlаnmış 24.05.2016-cı il tаrixli 3M-406 reyestr nömrəli kredit müqаviləsinin etibаrsız hesаb edilməsi bаrədə qаrşılıqlı iddiаsının təmin edilməməsi, məhkəmə xərclərin in cаvаbdeh аid edilməsi və оndаn 30 mаnаt məbləğində pulun аlınаrаq iddiаçıya verilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq o laraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 24 may 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilədə göstərilmişdir ki, İddiaçı (borc verən) Cavabdeh ( borc alana) 6 ay müddətinə, yəni 24 noyabr 2016-cı il tarixə kimi 75.000 manat məbləğində borc verir və Cavabdeh həmin borcu 6 ay ərzində qaytarmaq barədə üzərinə öhdəlik götürür. Kredit müqaviləsi tərəflərin bilavasitə iştirakı ilə bağlanmış, onlar tərəfindən imzalanmış və Bakı şəhərinin 43 saylı notariat kontorunda təsdiq olunmuşdur. Mübahisə predmeti olan kredit müqaviləsinin məzmunu İddiaçı tərəfindən Cavabdeh 75.000 manat məbləğində borcun verilməsini təsdiq edir. İşdə cavabdehin kredit müqaviləsini bağlamaq məcbur edilməsi və müqavilənin onun iradəsinə uyğun olmayaraq bağlanmasını təsdiq edən sübutlar yoxdur. Kredit müqaviləsinin bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməsi iş materiallarından görünmür. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə m addi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və möv cudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1 -ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehkassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə mü vafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri v ə rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübu tun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan madd i və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4729/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4729/2019
05.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver