Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4730/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Şabran şəhər bələdiyyəsinə və Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə xitamın əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Şabran şəhər bələdiyyəsinə və Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Su mqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1926/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçının patronu (köməkçi) İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış binası İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır.
2. Dəvəçi rayon İHB-nın Dəvəçi şəhər üzrə nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Dəvəçi şəhər ərazisində son günlərdə başlanmış yenidənqurma işləri ilə əlaqədar yeni layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Belə ki, M.Ə.Rəsulzadə küçəsi boyunca yolun qorunma zolağında yerləşən bir sıra ko mmersiya mağazalarının və yaşayış binalarına yaxın zəbt olunmuş torpaq sahələrinin sökülüb boşaldılması, yerində müasir istirahət parklarının inşa olunması nəzərdə tutulmuşdur. Yolun qorunma zolağında tikdiyiniz kommersiya mağazasının təcili sökülməsinin təmin edilməsi tələb olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 cavabdehlər Şabran şəhər bələdiyyəsindən və Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən ona dəyən ziyana görə 21800 (iyirmi bir min səkkiz yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, ona Dəvəçi (indiki Şabran) rayon XDS Rəyasət Heyətinin 30 may 1994-cü il tarixli 04 sa ylı qərarına əsasən şəhərin M.Ə.Rəsulzadə küçəsində kommersiya mağazası və xidmət mərkəzi tikintisi üçün 95 kv metr torpaq sahəsi ayrılmışdır. O, həmin ayrılan torpaq sahəsində mağaza binası və xidmət mərkəzi tikmişdir. Həmin tikililərə mülkiyyət sənədi olaraq qeydiyyat vəsiqəsi də almışdır. Lakin sonradan ona verilən torpaq sahəsi yolun qorunma zolağına düşür deyə şəhər bələdiyyəsi və şəhər nümayəndəliyi onu həmin tikililərini sökməyə məcbur etmişlər. Öhdəliklərinə götürmüşlər ki, həmin tikililərə görə dəyən ziyanı ödəyəcəklər. Lakin bu vaxta kimi dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Ona dəyən ziyanı ödəməkdən imtina etmişlər. O, həmin tikililərin qiymətləndirilməsinə dair ekspert rəyi də almışdır. Ekspertiza həmin tikililəri 21800 manat məbləğində qiymətlən dirmişdir. O, cavabdehlərdən ona dəyən ziyanı ala bilmədiyi üçün məcbur olaraq məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh Şabran şəhər bələdiyyəsinin sədri X1 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, eşitdiyinə görə İddiaçı1 Dəvəçi XD Rəyasət Heyətinin qərarı ilə M.Rəsulzadə küçəsində kommersiya mağazası və xidmət mərkəzi tikintisi üçün 95 kv metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində kommersiya mağazası və xidmət mərkəzi tikmişdir. Şəhərin abadlaşdırılması zamanı həmin tikililərin yolun qoruma zolağına düşməsi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçıya məxsus kommersiya mağazası və xidmət mərkəzi sökülmüşdür. Onun özünə də məxsus olan tikilini həmin vaxt sökmüşlər. Həmin dövrdə o, bələdiyyə sədri olmamışdır. Məlumdur ki, rayonlarda bütün abadlaşdırma və söküntü işləri yerli icra hakimiyyəti tərəfindən aparılır. Eləcə də Şabran rayonu ərazisində də abadlaşdırma işləri Şabran rayon İHB tərəfindən aparılmışdır. İddiaçıya mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə başqa yerdə torpaq sahəsi göstərilmiş, lakin sonradan həmin torpaq sahəsi də dövlət torpaqları olduğu üçün sənədləşdirmə işləri aparılması mümkün olmadığından, ona torpaq sahəsinin ayrılması da mümkün olmamışdır.
6. Cavabdeh Şabran RİHB-nın Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, onda olan məlumata görə İddiaçı1 Dəvəçi XD Rəyasət Heyətinin qərarı ilə M.Rəsulzadə küçəsində kommersiya mağazası və xidmət mərkəzi tikintisi üçün 95 kv metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəs ində kommersiya mağazası və xidmət mərkəzi tikmişdir. Şəhərin abadlaşdırılması zamanı həmin tikililərin yolun qoruma zolağına düşməsi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçıya məxsus kommersiya mağazası və xidmət mərkəzi sökülmüşdür. Həmin kommersiya mağazası və xidmət mərkəzinin söküntü işləri Şabran Rayon İcra Hakimiyyəti başçısı tərəfindən aparılmışdır. Həmin vaxt o, Şabran İƏDsi üzrə nümayəndəliyində işləməmişdir.
7. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-627/2023 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia qismən təmin edilərək, cavabdeh Şabran RİHB-nın Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 21800 (iyirmi bir min səkkiz yüz) manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi, iddianın cavabdeh Şabran şəhər bələdiyyəsinə qarşı hissədə əsas sız olduğundan təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 16, 152.1, 157.1, 157.2 və 157.9-cu maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 88-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə söküntü işlərini Şabran Rayon İcra Hakimiyyəti başçısı tərəfindən aparılmasını qeyd etsə də, cavabdeh qismində Şabran RİHB-nın Şabran şəhər üzrə nümayəndəliyini cəlb edib, 21800 manat pulun ödənilməsini qət etmişdir. Halbuki Şabran şəhər üzrə nümayəndəlik bu iddia üzrə cavab verməli şəxs deyildir. MPM-in 54.1-ci maddəsinin tələblərinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə qanunun tələblərinə zidd olaraq Şabran şəhər üzrə nümayəndəliyinə qarşı ididanı təmin etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(105)-1926/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi) Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-627/2023 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisə tikilinin sökülməsi ilə bağlı yaranmışdır və iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərək tikilinin sökülməsinə görə ona dəymiş zərəri tələb edir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Şabran şəhər bələdiyyəsini və Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyini göstərmişdir. Hazırkı mübahisə cavabdehlərin onlara həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda Şab ran Rayon Məhkəməsinə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan halını nəzərə almadan iddia tələbini qismən təmin etmişdir. Halbuki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli olduğu halda, iddia ərizəsini məhkəmənin icraatına qəbul edərək mahiyyəti üzrə baxmış, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir.
13. Sadalanan xüsusatlara və qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimləndiyindən mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası olaraq Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci madələrinə, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı1 patronu (köməkçi) İddiaçı2 kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsində işə baxılan zaman onun hüquqları təmin edilməmiş, izahat v ermək və sübutlar təqdim etmək üçün şərait yaradılmamışdır. Məhkəmə işə baxılmasının inzibati məhkəməyə aid olmasına qənaətinə gələrkən mübahisə tərəflərindən birinin fiziki şəxs olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə
18. Maddə 2.2.7 İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 10 aprel 2015-ci il tarixli Qərarı 19. “...İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməs ində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır...” Mülki Prosessual Məcəllə
20. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verilir.
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində qərardad iddiaçının patronu (köməkçi) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterlidir, iddiaçı Şabran şəhərində yerləşən qeyri yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə bağlı Şabran rayon İcra hakimiyyətinə qarşı inzibati məhkəmədə idida qaldırmaq hüququnu itirməmişdir.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçının patronu (k öməkçisi) İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1926/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.