Məhkəmə qərarları › İş №2(102)-4733/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4733/2019

08.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4733/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh X5 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)466/2019 nömrəli iş üzrə 07 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Zaqatala rayon məhkəməsinin (hаkim Arif İsmayılov) 24 yanvar 2017-ci il tаrixli, 2(033)81/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş cavabdeh X2 2013-cü ilin oktya br ayında aldığı 2000 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat oulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Ayaz Mahmudov) 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 24 yanvar 2017-ci il tаrixli qətnaməsi cavabdehə münаsibətdə dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı cavabdeh X1rşı borc pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 2000 manat məbləğində borc pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddi açı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə ticarətlə məşğul olur və o, cavabdehi çoxdan tanıyır. Onun cavabdehlə ilk tanışlığı elə cavabdehin ticarətlə məşğul olduğu mağazada olmuşdur. Sonradan o, hər dəfə bazara gedəndə cavabdehə baş çəkmiş və hal-əhvalını soruşmuşdur. Bir müddətdən sonra isə onlar rəfiqə olmuşlar. 2010-cu il tarixdə cavabdeh ona zəng vuraraq 4000 min manat borc pul lazım olduğunu bildirmiş, o da aralarında olan səmiyyətə inanaraq həmin məbləğdə pulu cavabdehə vermişdir. Cavabdeh ondan götürdüyü pulu vəd etdiyi müddətdə ona qaytarmışdır. Növbəti dəfə isə cavabdeh 2013-cü ilin təqribən sentyabr-oktyabr aylarında ondan bir il ərzində qaytarmaq şərti ilə 2000 manat borc pul istəmişdir. Həmin vaxt cavabdeh oğlu İsmayıl İsmay ılovla birlikdə onun yaşadığı evə gələrək həmin məbləğdə pulu ondan borc almışdır. Cavabdehə 2000 manat pulu borca verməsinə qızı X1 da şahid olmuşdur. Lakin, cavabdehin həmin borcu almasından bir il keçməsinə baxmayaraq borcunu qaytarmaqdan yayınmışdır. 2014-cü ilin oktyabr ayından başlayaraq o, cavabdehə pulunun qaytarılması ilə bağlı dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh X5 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məz munu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməs i mülki kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən göründüyü kimi, İddiaçı iddia tələbində göstərilən faktiki əsaslara istinad edərək cavabdeh Xacey İsmayılovaya 2000 manat borc pul verdiyini və cavabdehin borcunu qaytarmadığını iddia edərək həmin pulu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun poz ulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi yeganə mötəbər sübut olan şahid ifadələrinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçıdan 2013-cü ilin oktyabr ayında 2000 manat borc pul almış, lakin həmin borcunu indiyədək qaytarmamışdır. Ona görə də iddiaçı öz hüquqlarından istifadə edərək cavabdehin öz öhdəliklərini məcburi qaydada icra edilməsini xahiş edir. Cavabdeh isə etirazların əsası kimi irəli sürdüyü halları təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni cavabdeh X3 münаsibətdə düzgün həll etmişdir. Cavabdeh X3nın nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında cavabdeh, anası X2nın İddiaçı 9000 manat borc pul aldığını etiraf etmiş, lakin qaytardığını təstiq edən heç bir sübut təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzif əsindən azad edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. C avabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh X5nın kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-466/2019 nömrəli iş üzrə 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar