Məhkəmə qərarları › İş №2(102)-4734/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4734/2020

08.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4734/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)325/20020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.S.Kazımov, iş № 2(042)-650/2018) İddiaçı1 Cavabdeh1 qarşı fərdi yaşayış evinə gedən avtomaşın yolunun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, L.S.Süleymanov və Ş.Q.Rzaquliyev) iddiaçının apelyasiya şikayəti təmin edilərək Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib Cavabdeh1 tərəfindən iddiaçının mülkiyyətində olan N kənd İƏD üzrə nümayəndəliyinin Heriknaz kəndində yerləşən onun fərdi yaşayış evinə gedən avtomobil yolunun giriş və çıxış yolunun açılması, yolun giriş və çıxış hissələrində qoyulmuş dəmir darvazaların və cavabdehin inşa etdirdiyi taxta tikilinin cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən həmin yola ediləcək maneələrin aradan qaldırılması qət edilmişdir. İşin halları: Gədəbəy rayonunun Heriknaz kəndində yerləşən 0,04 hektar torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Ko missiyasının xx xxxxx 2002-ci il tarixli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin (cəmi 5 nəfər) mülkiyyətinə verilmiş və bununla əlaqədar onların adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2018-ci ilin may ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı kəndin sakini Cavabdeh1 onun evinə gedən yolun həm giriş və həm də çıxış hissələrində darvazalar quraşdırıb orada toyuq hini tikməklə evinə gedən avtomaşın yolunu kəsməsini əsas göstərməklə həmin darvazalar və taxta tikilinin cavabdehin hesabına sökülərək avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılmasını və cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya ş ikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək İddiaçı1la qonşu olmasını, zəruri keçid yolunun onun qapısından 1 metr məsafədə keçməsini, iddiaçının evinə aparan başqa maşın yolunun olmaqla onun həmin yoldan istifadə etməsini və sair əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətn amə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh1 tərəfindən iddiaçının evinə gedən başqa avtomaşın yolundan istifadə etməsi iddia olunsa da, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı1 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri qonşu, meşə torpaqları ilə əhatə olunmaqla onun istifadəsində olan evə mübahisələndirilən avtomobil yolundan başqa alternativ yol yoxdur. Bundan başqa həmin yolun giriş və çıxış hissələrində cavabdeh tərəfindən dəmir darvaza qoyulması müəyyən edi lmiş, eyni zamanda baxış zamanı iddiaçının fərdi yaşayış evinə gedən mübahisələndirilən avtomobil yolunda hər hansı bir tikilinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilmə si daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Müəyyən olunduğu kimi, mübahisəli avtomobil yolunun giriş və çıxış hissələrində darvazalar quraşdırılmaqla iddiaçının yaşadığı evə gedən avtomobil yolu kəsildiyindən, iddiaçının isə evinə gedən başqa avtomobil yolu olmadığından, apelyasiya instansiyası məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmişdir. İddiaçının yaşadığı evə gedən avtomobil yolunun cavabdeh tərəfindən kəsilməsi iddiaçıya ona məxsus yaşayış sahəsindən sərbəst və istədiyi kimi istifadə etmək imkanı vermədiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar